Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

 

39 


Istər dinləmə, istərsə  də oxu üçün verilmiş  mətn 

şagirdlər tərəfindən tam mənimsənilməlidir. Buna görə  də 

mətnlə bağlı müxtəlif növlü tapşırıqlar verilir: - boş buraxılmış 

yerlərə müvafiq sözlər qoymaq: 

- mətni adlandırmaq; 

- mətndən çıxış edərək  şəkildəki obrazları 

adlandırmaq; 

- şəkildən çıxış edərək mətni tamamlamaq; 

- mətnlə şəkil arasında uyğunsuzluğu tapmaq; 

- mətnlə bağlı faktoloji, məntiqi və düşündürücü 

suallara cavab vermək. 

Mətn oxunduqdan sonra tərkibində keçilən hərf olan 

sözlər bir daha xatırlanır və bu sözlərdə  həmin hərfin yerini 

tapmaq tələb olunur.  

Bir sıra hallarda aşağısında möhkəmləndirici 

tapşırıqlar verilir: 

- Adının tərkibində müvafiq hərf olan şəkilləri 

müəyyənləşdirmək; 

- Müxtəlif sütunlarda qeyri-ardıcıl  şəkildə verilmiş 

sözləri mənasına görə düzgün birləşdirib söz birləşməsi 

yaratmaq; 

-  Şəkil adlarının heca sxemində hecaların yerini 

müəyyənləşdirmək; 

- Verilmiş hərflərdən istifadə etməklə mümkün qədər 

çox söz yaratmaq və s.  

Ana dilinin tədrisində  yazı  dörd məzmun xəttindən 

biridir. 1-ci sinifdə  əsas məqsəd uşaqlarda yazı texnikasının 

formalaşdırılması  və inkişafıdır.  Əlifbaya hazırlıq dövründə 

uşaqlar sadədən mürəkkəbə doğru müxtəlif cizgi çalışmaları 

yerinə yetirirlər ki, bu da uşaqların əlini qələmə alışdırmaq və 

yazı vərdişi yaratmaq məqsədi güdür.  

 

40



Səhifənin yuxarı hissəsində  hərfin  əl yazısı  şəkli 

verilir. Uşaqlar qələmi konturla əhatə olunmuş ağ zolaqlar boyu 

oxlar istiqamətində hərəkət etdirməklə hərfi yazırlar.  

Bu ox hərfin yazılışında başlanğıc nöqtəni göstərir. 

Əvvəlcə  uşaqlar nümunəyə baxaraq nöqtələri 

birləşdirməklə kiçik hərfi yazırlar.  

Daha sonra hərfin bir elementi verilir. Uşaqlar 

nöqtələri birləşdirməklə bu elementi, sonra isə çatışmayan 

elementi yazmaqla hərfi tamamlayırlar.  

Nəhayət,  şagirdlər qırmızı nöqtəni başlanğıc nöqtəsi 

kimi qəbul edərək müstəqil şəkildə hərfləri yazırlar.  

Eyni mərhələlər  üzrə şagirdlər böyük hərfin yazılışını 

mənimsəyirlər.  

Bu səhifədə verilmiş söz və cümlələrin tərkibində 

müvafiq hərf iştirak edir. Bu nümunələr şagirdə hərfləri düzgün 

birləşdirməklə sözlər yazmaq və öz yzı texnikasını 

təkmilləşdirmək imkanı verir. (48,201) 

           

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 


 

41 


TƏTBIQETMƏ PROBLEMIN HƏLLI  

Hərfin tanıdılması ilə bağlı sonuncu səhifə tətbiqetmə 

mərhələsi üçün materiallar verir. Buradakı çalışmaların 

əksəriyyəti “problem həlli” xarakteri daşıyır. Belə ki, şagirdlər 

çalışmanı yerinə yetirməklə  hər hansı problemi həll etmiş 

olurlar. 

Sözsüz ki,  hər bir dərsin hədəfi Milli Kurrikulumda 

təsbit olunmuş müəyyən bir məzmun standartı ilə bağlı olur. 

Lakin çalışmada məzmun standartının məqsəd kimi qoyulması 

çox zaman uşaqlar üçün darıxdırıcı olur. Məzmun standartı hər 

hansı problemin həllinə xidmət edən vasitə rolunu oynadıqda 

şagirdlər dərs prosesinə daha fəal qoşulurlar. Bu üsul 

mövzulararası və fənlərarası inteqrasiya üçün də şərait yaradır.  

 

Problemin həllinə yönəlmiş çalışma modelləri  



1. Siyahını tamamla. 

Bir neçə  şəkil verilir. Onlardan bəzilərinin adları 

siyahıda yazılmış olur. Qalanlarını şagird yazmalıdır.  

Bu çalışma özündə oxu və yazı  məzmun xətlərini 

birləşdirir.  

2. Sözlərin düzgün ardıcıllığını tap. 

Cümlədəki sözlər pərakəndə  şəkildə verilir. Şagird 

sözlərin düzgün sırasını tapıb cümlə qurmalıdır.  

3. Özün rənglə. 

Adı müvafiq hərflə başlanan (bitən)  şəkli 

rəngləməlidir. 

4. Anaqram 

Sözlərdəki hərflərin yerləri dəyişdirilir.  Şagird 

verilmiş şəkillərdən çıxış edərək sözləri tapıb yazmalıdır.  

5. Söz sırasını tamamla. 

Eyni məna qrupuna aid olan sözlər verilir. Şagird 

şəkillərdən istifadə etməklə söz sırasını tamamlamalıdır.  

 

 

42



6. Cümlələri tamamla. 

Şagird cümlədə boş buraxılmış yerlərdə müvafiq 

sözləri yazmalıdır.  

 Tapşırıq təlimin  ən mühüm təkərciyidir. Onsuz bu 

nəhəng mexanizm işləyə bilməz. Buna görə  də tapşırığın 

xarakteri müasir təlimin ümumi xarakterini əks etdirməlidir.  

XXI 

əsrin təhsili “bilik-intellekt-cəmiyyət” 



parametrinə  əsaslanır. Bilik adlanan şey dərsliklərdə  və 

müəllim tərəfindən  şagirdə ötürülən fakt, bilgi, qaydalar, 

mətnin məzmunu, ideya-bədii xüsusiyyətlərinin 

qavranılmasıdır. Bilik fenomeni bütün zamanlarda olduğu kimi 

bu gün də  zəruridir. Biliksiz şagird inkişafının sonrakı 

mərhələlərindən danışmaq olmaz. Onun əhəmiyyətini 

azlatmağa çalışan müəllimlər dərin səhv edirlər. Lakin elə 

buradaca qeyd edək ki, biliyin qazanılması və üsulları, onların 

şagirdə çatdırılması metodikası  dəyişir və hökmən 

dəyişməlidir. Müxtəlif faktları, dil qaydalarını, bədii  əsərin 

keyfiyyət ölçülərini uşağa birbaşa ötürmək yaramır. Bu öz 

yerində. Lakin bu gün təkcə biliklə kifayətlənmək olmaz. 

Mövcud bilik şagird intellektinə  təsir etmək üçün enerji 

mənbəyi olmalıdır. Müəllim  şagird biliyini onun düşüncəsinin 

məhsuluna çevirməlidir. Bunun üçün ana dili tapşırıqlarının 

mündərəcəsinə xüsusi əhəmiyyət vermək başlıca amildir. 

Zəngin tapşırıqlar sisteminin bir hissəsini motivasiya 

prosesində həyata keçirmək mümkündür. Motivasiya başlanğıc 

olsa da o dərsin bütün mərhələləri üçün impuls verə bilər. Bu 

tapşırıqlar  şagirdləri “darıxma xəstəliyi”ndən xilas edə bilər. 

Dərsdə  şagirdin darıxması passivlik yaradır. Dərs onun 

maraqlarına uyğun deyil. Şagirdin darıxması  dərsin keyfiyyət 

göstəricisidir. Belə hallar çox zaman ana dilinin qanun və 

qaydalarının öyrənilməsi prosesində bir-birinə oxşayan 

qaydaların və cümlələrin  şagirdlər və müəllimlər tərəfindən 

təkrar olunması zamanı baş verir. 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə