Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

 

tendensiyalara, yeni texnologiyalara, o cümlədən yeni təhsilə 



yiyələnmək zərurəti meydana çıxdı. Yeni təhsilin strategiyası 

kimi metodikası da dəyişdi. Indi elm aləmində baş verən 

saysız-hesabsız nailiyyətlərin hamısını  şagirdə çatdırmaq 

mümkün deyil. Həm də  gələcəkdə ona bu elmi nailiyyətlərin 

hansının gərəkli olacağını  əvvəlcədən müəyyənləşdirmək 

imkan xaricidədir. Buna görə  də yaddaşa  əsaslanan təhsil öz 

yerini bacarığa əsaslanan təhsilə vermək məcburiyyətində qaldı. 

Indi  şagirdə elm qazanmaq yolunu öyrətmək lazımdır. O, 

özünə lazım olan elmi müddəanı tapmağın yollarını 

öyrənməlidir. Belə olsa lazımi məqamda istədiyi biliyi əldə 

edəcək və öz fəaliyyətinə tətbiq edəcəkdir.  

Bu gün ibtidai siniflərdə təhsil alan uşaqlar XXI əsrin, 

onlara dərs deyənlər isə XX əsrin nümayəndələridir. Bu sözlər 

təmtaraq xatirinə deyil. XXI əsr müstəqil Azərbaycanın sürətli 

inkişafına güclü təkan verdi. Bu inkişaf məktəblə az bağlıdır. 

Həyatımızın ümumi mənzərəsində yaranan yeni təsirlərlə daha 

çox əlaqədardır. 

Texnologiyalar qısa müddətdə həyatımıza daxil oldu. 

Bu prosesdə yaşlı insanlar onu ya ləng qəbul etdilər, ya da 

ümumiyyətlə ondan imtina etdilər. Uşaqlar isə günəş görməyən 

bitkilərin üstünə  şüa düşəndə cana gəldiyi kimi elektron 

texnologiyalarını sürətlə mənimsədilər. 

Siz cib telefonunuzda yalnız zəng etməyi və zəngləri 

qəbul etməyi bacarırsınız. 7-8 yaşlı  uşağınız isə onun altını 

üstünə çevirir. Bu balaca aparatın nə  qədər böyük imkanları 

olduğuna siz ancaq heyrət edirsiniz. Övladınız isə onun “dilini 

bildiyi üçün” ondan hesablama maşını, maqnitafon, radio, 

məktub yazan və  qəbul edən, elektron oyuncağı  və s. kimi 

istifadə edə bilir.  

Belə bir məqamda böyüklərdən cürbəcür  şikayətlər 

eşidirik: indiki uşaqlar kitab oxumur, onlar sözə baxmır, 

məktəbə getmək istəmir. Təəssüf ki, bunların hamısı doğrudur. 

 

8

Amma bu vəziyyət bizə  qətiyyən  əsas vermir deyək ki, indiki 



uşaqlar pozulub. Xeyr! Indiki uşaq bir sıra cəhətlərinə görə 

valideynlərindən və müəllimlərindən xeyli qabağa getdiyi üçün 

bizim dediklərimiz onları maraqlandırmır. Çünki 

dediklərimizin çoxunun mənasız ya da gərəksiz olduğunu 

uşaqlar çox gözəl başa düşürlər.  

“Şagirdlər sərbəst mövzuda inşa yazmışdılar. 

Qızlardan biri öz arzu-istəklərinin qanadında dünyanı  xəyalən 

gəzib-dolaşandan sonra özü-özünə sual vermişdi: - bu 

dünyadan mən nə istəyirəm? Xoşbəxt olmaq üçün mənə  nə 

lazımdır? Özünün bu səmimi fəlsəfi sualına da uşaq 

sadəlövhlüyü ilə hikməti cavab yazmışdı: - Mən istəyirəm ki, 

evim olsun...  

Evim olsun!!! Məşhur Amerika psixoloqu A.Q. 

Maslou “Motivasiya və şəxsiyyət” monoqrafiyasında bu kövrək 

tələbatı özünün önəmli tələbatlar piramidasının 

interpretasiyasında prioritet tələbatlardan biri kimi 

dəyərləndirir. Ömrü boyu, görəsən, kim bu arzu-istəklə 

yaranmır?! Təzə gəlinlərin ailə konsepsiyasında isə bu motivlər 

həmişə hisslərin dilində qaynaqlanır: onların möcüzəli 

baxışlarında bənzərsiz toy nəğmələri kimi səslənir.  

... Təəssüf! Min təəssüf! 

Müəllim inşanı oxuyanda kinayə ilə güldü... Vərəqdə 

isə  ləkə vardı. Ləkə onun nəzərindən qaçmadı. Bu anda 

müəllimin ürəyindən bir fikir keçdi: - Bir bunun iştahasına bax! 

Dəftərini səliqə ilə saxlaya bilmir, könlündən ev keçir. 

Vərəqdəki adi ləkə deyildi, ləkə göz yaşlarının izləri idi. Iz 

“evim olsun” kəlmələrini yazanda bəlkə  də  həyəcanlanmışdı, 

gözündə tumurcuqlanan bir damla yaş  vərəqin üstünə 

düşmüşdü. Və göz yaşı  vərəqin üstündə gilələnəndə onun 

xəyalında bəzədiyi evli dünyası da bir anın içində dağılmışdı, 

qızın təkcə ləkələnmiş inşası qalmışdı, bir də acı-acı göynəyən 

ev həsrəti. Müəllim onun göz yaşlarına məhəl də qoymadı. Bu 




 

fikir bəlkə heç ağlına da gəlmədi. O, qızın qəribə  uşaq 



fəlsəfəsində də hikmət görmədi. Dərsdə isə onu ələ saldı. Ürəyi 

bununla da soyumadı. Onu gülə-gülə “xüsusi mülkiyyətçi” 

adlandırdı. Acı baxışlarla qızı süzüb kinayə ilə güldü və dedi: 

“Boyu çıxmamış könlündən ev keçir... 

Görəsən, müəllim  şagirdin kövrək arzu-istəyi ilə niyə 

maraqlanmadı? Onun qaynaqlarını  nə üçün axtarmadi? Ən 

başlıcası isə onu nə üçün ələ salıb acıladı? Bu sualların cavabı 

aydındır. Müəllim şagirdə təlim prosesinin subyekti kimi deyil, 

obyekti kimi yanaşmışdı. Inşanın məzmunu, səliqə-səhmanı 

onun üçü şagirdin özündən daha əhəmiyyətli idi. Ənənəvi 

dərslərin məntiqi də mahiyyətcə bu ehkamlara əsaslanırdı”. (32, 

60-61)  


Bəs belə bir məqamda nə etməliyik? Necə etməliyik 

ki, uşaqlar parta arxasında oturmağa ehtiyac duysunlar? Necə 

edək ki, onlar bizim dediklərimizi acgözlüklə dinləsinlər? Işi 

necə  təşkil edək ki, yazılan kitablar uşaqlar üçün telefon, 

kompyuter digər elektron texnologiyaları qədər gərəkli olsun? 

Bu gün Avropada, Türkiyədə, Amerikada təhsil alan 

gənclər hətta tətil günlərində belə Bakıya gəlmək, oxuduqları 

unuversitetlərdən qırağa çıxmaq istəmirlər. Nə üçün? Həmin 

ölkələrdə təhsil sistemi necədir? Kitablar hansı qaydada yazılır? 

Müəllim-şagird münasibətləri necədir? Necə olur ki, Ankara 

məktəblisini sinifdən çıxarmaq, bizim uşaqları sinfə salmaq 

olmur.  


Suallar çoxdur. Həmin sualların cavablarından biri 

budur. Biz uşaqlarımız üçün gözəl dərsliklər yaratmalıyıq. Bu 

dərsliklərin mətnləri, sual və tapşırıqları sözün həqiqi 

mənasında cazibədar olmalıdır. Mətnlər müdrik və ibrətamiz, 

tapşırıqlar uşaq ruhunu yerindən oynadan, ona düşünmək 

xoşbəxtliyi verən, uşaq qəlbində çoxdan uyuyan həqiqi bacarığı 

oyatmağa qadir olan tapşırıqlar verilməlidir.  

 

10



Indiyə  qədərki dərsliklərimiz öz zəmanəsinin 

tələblərinə uyğun yazılmışdır. O zaman uşağa hazır bilikləri 

vermək təhsilin  əsas vəzifəsi idi. Hazır biliklər isə cansıxıcı 

müddəalarla zəngin olduğu üçün şagird orta məktəbi qurtaranda 

elə bil Məlikməmməd kimi qaranlıq dünyadan işıqlı dünyaya 

qayıdır. 

Müasir təhsil isə  məktəbi elm öyrədən yer kimi 

təsəvvür etmir. Əksinə, buraya elmi öyrənməyə  gəlirlər. Onu 

müəllimdən hazır  şəkildə almağa yox, şagirdin özü onu kəşf 

etməyə gəlir. 

Bu “kəşfetmə” mənəvi prosesdir. Insanın yüksək bir 

dağa çıxanda keçirdiyi nəşə kimi, heç kəsin keçə bilmədiyi bir 

çayı üzüb keçəndə aldığı sevinc hissi kimi ona sevinc verir. 

Uşağı  məktəbə bağlayan bu ləzzətdir. Müəllim isə  həmin 

ləzzəti almaq üçün şagirdə şərait yaradır. O şagirdə elm vermir. 

Elm  əldə etmək bacarığı verir. Bu zaman uşaq internetə  də 

konkret məqsədlə girir, elmi biliklərini yeni-yeni məlumatlarla 

zənginləşdirmək üçün saatlarla kompyuterin arxasında oturur. 

Bir sıra hallarda uşaqların  əldə etdiyi elmi məlumatlar 

müəllimin özünün də biliklərini zənginləşdirir. O da geridə 

qalmamaq üçün öz üzərində daim çalışır. Beləliklə məktəb bir 

yarış meydanına çevrilir. Yarış isə insan psixologiyasında  ən 

önəmli yer tutan bir anlayışdır. Hər kəs yarışda qalib gəlmək 

istəyir. Avropa məktəblərinin əsas cəhətlərindən biri budur.  

            Bizim  təhsilimiz də Avropaya inteqrasiya edir. Köhnə 

düşüncədən imtina etməli, məktəbimizi yeni tələblərə uyğun 

qurmalıyıq. Bunun üçün birinci növbədə  dərsliklərimizdən 

başlamalıyıq.  

             2008-ci  ildən başlayaraq ibtidai məktəblərimizdə yeni 

tələblərə uyğun dərsliklər tədris olunmağa başladı. Bu kitabda 

biz ana dilinin tədrisi ilə bağlı sual və tapşırıqların qoyuluşu 

probleminə toxunmuşuq. Göründüyü kimi bu dərs probleminin 

hamısı deyil, cüzi bir hissəsidir. Lakin bizim fikrimizicə sual və 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə