Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

 

31 


qarşılandığını duyduqda, o, məzmunu  şüurunda daha aydın 

şəkildə canlandırmağa çalışır.  

“Materialın şüurlu mənimsənilməsi və monoloji nitqin 

inkişafı baxımından öz sözləri ilə nağıletməyə də xüsusi diqqət 

yetirilməlidir. Nağıletmənin bu növü şagirdləri quru 

əzbərçilikdən çəkindirir, yeni axrtarışlara təhrik edir. Bu 

prosesdə  şagirdlər yaradıcı  fəaliyyət göstərməli olurlar. Onlar 

məzmunu canlı və təbii şəkildə ifadə etmək üçün bütün qüvvə 

və bacarığını  səfərbərliyə alır, özünün qeyri-fəal lüğətini 

hərəkətə gətirir. 

Sual və tapşırıqların istiqaməti elə olmalıdır ki, o, 

şagird 


şəxsiyyətinə 

təsir etsin, onun “mən”inin 

müəyyənləşməsində xüsusi rol oynasın.  

Fatma xanım Bünyadova və prof. Bəhlul Abdullanın 

birgə yazdıqları “Təlim və  tərbiyədə interaktiv texnologiya” 

kitabında göstərilir ki, dərsin əsas keyfiyyətlərindən biri şagird 

“mən”inin müəyyənləşdirilməsidir. Burada, birinci növbədə, 

nəzərə alınmalıdır ki, şagird təhsil və  təlimin standart yox, 

çoxçeşidli, yəin çoxnövlü “istehsal vasitəsi”dir. 

Hər bir şagirdin gördüyünə, eşitdiyinə, hətta  əli ilə 

toxunduğuna baxış  və münasibəti də başqa-başqadır. Tədris 

olunan dərsi, yəni mənimsədilmə materialını da onların hamısı 

eyni  şəkildə  qəbul etmirlər. Mövzunun məzmunu aşıladığı 

ideya onların duyğu və düşüncələrinə ayrı-ayrı  şəkildə  təsir 

göstərir. 

Deməli,  şagirdlərin  şəxsiyyət kimi formalaşmasına, 

vətəndaş kimi böyüməsinə, yetişməsinə çalışan müəllim və 

müəllimələr, ümumi şəkildə məktəb, bu yolun əvvəlinin şagirdi 

tanımaqdan,  şagird “mən”ini öyrənməkdən başlandığını 

bilməli, bunu təlim-tərbiyə  məqamında öz işinin tərkib 

hissəsinə çevirməlidir.  

Şagird “Mən”ini müəyyənləşdirmənin də seçilən, 

ayrılan fərqli-fərqli üsul, forma və yolları ola bilər. Bunlardan 

 

32



biri “Mənim ilk kitabım” mövzusunda olan dərsdir. “Vətəndaş 

biliyi” fənni çərçivəsində  tədris proqramına daxil edilməsi 

uyğun bilinən “Mənim ilk kitabım” mövzusu, bir daha təkrar 

edirik,  şagird “Mən”ini ayırd etməyə yönəldilən yollardan 

biridir. 

Dərsin quruluşu və mövzunun tədris prosesində 

şagirdlərə mənimsədilməsi, əsasən, iki formada ola bilər: fərdi, 

kollektiv.  

a) Fərdi forma – Müəllimin tapşırığı ilə  şagirdlərin 

hər biri sinfə ayrıca dəftər gətirir. Dərsdə müəllimin müdaxiləsi 

ilə  dəftərin üz qabığının yuxarı sağ  tərəfinə  şagirdin öz şəkli 

yapışdırılır.  Şəklin sol tərəfində  şagird adını, atasının adını, 

soyadını qeyd edir. O, dəftərin üz qabığının orta hissəsində, 

nisbətən iri hərflərlə, “Mənim ilk kitabım” sözlərini yazır 

(dəftərin üz qabığının arxa tərəfində şagirdin yaşadığı küçənin 

kimin adına olmasını göstərməsi, hətta evlərində telefonlarının 

olub-olmamasını qeyd etməsi də faydalıdır. Çünki bunlar da 

şagird “Mən”inin tanınmasında gərəkli vasitə ola bilər). 

b) Hər  şagird üçün fərdi dəftər ayırmaq mümkün olmadıqda 

(burada sosial vəziyyət nəzərə alınır) bütün sinif kollektivi üçün 

bir ümumi dəftər ayırmaq da olar. Belə olduqda həmin dəftərdə 

şagirdlərin sayına görə  vərəqlər ayrılır. Fərdi dəftərin üz 

qabığında görülmüş, yaxud görülməli olan işlər olduğu kimi 

ümumi dəftərdə  hər bir şagird üçün ayrılmış  vərəqlərin ilk 

səhifəsində  təkrar olunur. Dərsin bu göstərilən hazırlıq 

mərhələsi qurtardıqdan sonra (müəllimin izahı ilə bu, tapşırıq 

kimi evdə  də yerinə yetirilə bilər) müəllim  şagird “Mən”ini 

müəyyənləşdirmək üçün öncədən hazırladığı sualları diktə ilə 

onlara yazdırır. Yaxud da suallar yazılmış hazır kartoçkaları 

onlara paylayır (belə halda vaxt itkisi azalır) 

suallar,  əsasən, birinci şəxsin dilindən olmalıdır. Yəni sualı 

şagird özü-özünə verir və sonra bu suallara uyğun cavablar 

yazır. Müəllimin təqdim etdiyi sualların sırasına  şagirdlərin 



 

33 


əlavələr, dəyişmələr etməyə haqları vardır. Müəllimin tərtib 

etdiyi suallar təqribən bu məzmunda ola bilər. 

1. Sual: - Sənə adı kim verib? Adının mənasını 

bilirsənmi? Adından xoşun gəlirmi?  Əgər gəlirsə, nə üçün, 

yaxud gəlmirsə, yenə də nə üçün?  

Cavab'>Cavab: -  

2. Sual: - Sən soyadının son şəkilçisinin olduğu kimi 

qalmasını istərdin, yoxsa dəyişməsini? Nə üçün?  



Cavab:-  

3. Sual: - Sən hansı yeməkləri daha çox xoşlayırsan 

və nə üçün? 

Cavab: -  

4.Sual: - Özünə xoş gələn cəhətlərin hansılardır və nə 

üçün? 


Cavab: -  

5. Sual: - Sən özündəki hansı cəhətləri xoşlamırsan və 

nə üçün?  



Cavab: -  

6. Sual: - Paltarlarının hansı  rəngdə olması  səni razı 

salır? Nə üçün? 



Cavab: -  

7. Sual: - Sən daha çox nə vaxt və nəyə sevinirsən? nə 

üçün? 


Cavab: -  

8. Sual: - Sənin qəmli, kədərli vaxtların olurmu? Yəni 

sən daha çox nədən kədərlənirsən və nə üçün? 



Cavab: -  

9.  Sual: - Sən hansı növ (klassik, müasir) və hansı 

məzmunlu (lirik, oynaq, şən, düşündürücü, qəmləndirici və s.) 

musiqini xoşlayırsan? Nə üçün?  



Cavab: -  

10. Sual: - Sən daha çox hansı  rəqsləri xoşlayırsan? 

Nə üçün?  

 

34



Cavab: -  

11.  Sual: - Sevdiyin rəng hansılardır? Hansı  rəngləri 

xoşlamırsan? Nə üçün?  

Cavab:  

12. Sual: - Sənin  ən çox xoşladığın oyunlar (idman 

tipinə daxil olanlar) hansılardır? Nə üçün?  



Cavab: -  

13. Sual: - Dərslərini öyrənib qurtarandan sonra daha 

çox hansı işlə məşğul olmaq istəyirsən, yəni xoşladığın əyləncə 

hansılardır? Nə üçün məhz bu işlərlə əylənməyi xoşlayırsan?  



Cavab: -  

14. Sual: - Sənin dostun varmı?  Ən çox kimlərlə 

dostluq etmək istəyirsən? 



Cavab: -  

15. Sual: - Sən ən çox kimə oxşamaq istəyirsən? Nə 

üçün?  

Cavab: -  

16. Sual: - Sən böyüyəndə kim olmaq istəyirsən və nə 

üçün?  


Cavab: -  

Sayını artırmaq mümkün olan bu sualların hər biri çox 

incə  mətləbləri özündə ehtiva edir. Şagirdlərin həmin suallara 

verəcəkləri cavablar onların öz fərdi “Mən”ini aydınlaşdırmağa 

yardım etməklə  bərabər, fərdi istedadlarının üzə  çıxarılması 

yoluna da işıq salır. Bu cavabların hər birində şagirdin mənəvi 

aləminin, istək və arzusunun, davranış  və  rəftarının müəyyən 

əlaməti  əks olunur. Məhz bu cavabların ümumiləşməsində 

“Mən”i təyin olunan şagirdə müəllimin yanaşma üsulu

yanaşma metodu müəyyənləşir.  

Şagirdlərin sual-cavabaları (hər biri ayrılıqda) fərdi, 

yaxud da bütün sinif üçün hazırlanmış “Mənim ilk kitabım”a 

köçürülür.  



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə