Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   28

 

27 


Müəllimə uşaqlarla salamlaşdı. Birdən onun gözü gül 

dəstəsinə sataşdı. Uşaqlardan soruşdu: 

- Bu gül dəstəsini kim gətirib?Ayxan əvvəlcə qorxdu. 

Elə bildi ki, pis iş görüb. Utana-utana dedi: 

- Gülü mən gətirmişəm... 

Müəllimə Ayxana yaxımlaşıb mehribancasına dedi: 

- Çox sağ ol. Sən, yəqin ki, məni sevindirmək 

istəmisən. Icazə ver, mən bu güllərdən sənin qız yoldaşlarına da 

verim. Qoy onlar da sevinsinlər.  

Müəllimə çiçəkləri qızlara payladı. Onlar təşəkkür 

dolu baxışlarla Ayxana baxırdılar. Ayxan bundan qürur hissi 

duyurdu.  

Mətn iki dəfə oxunur. Birinci dəfə müəllim mətni 

aramla oxuyaraq dairə ilə  işarə edilmiş yerlərdə fasilə edir və 

uşaqların diqqətini cəmləmək məqsədi ilə suallar verir: 

1. Ayxan məktəbə kimlə gəlmişdi? O günləri haradan 

almışdı? 

2. Məktəb həyətində valideyininizdən ayrılanda siz nə 

hisslər keçirirdiniz? 

3. Müəllimənin sualı  nəyə görə Ayxanı qorxutdu? 

Sizcə, onun cavabından sonra müəllim nə etdi? 

4. Siz çox istədiyiniz adamı sevindirmək üçün nə 

edirsiniz? 

5. Sizcə, Ayxan məktəbdən qayıtdıqdan sonra 

müəlliməsi və sinif yoldaşları haqqında anasına nə danışacaq? 

 

Yeni sözlər  

Müəllim uşaqların diqqətini “təşəkkür dolu baxışlar” 

və “qürur hissi” sözlərinin mənalarına cəlb edir. 

Təşəkkür etmək – “sağ ol” demək, minnətdarlıq 

bildirmək 

 

 



28

Qürur hissi – yaxşı bir iş gördükdə insanın keçirdiyi 

hiss 

Mətnin ikinci oxunuşundan  əvvəl müəllimin tapşırığı 



ilə  uşaqlar “əlifba” kitabının 8-9-cu səhifələrindəki  şəkillərə 

baxırlar. Bu dəfə onlar həm dinlədikləri, həm də gördükləri 

barədə suallara cavab verirlər (“Ayxan necə geyinmişdir?” 

“Ayxangilin sinfinin bizim siniflə hansı oxşarlığı  və  fərqləri 

var?”) Mətnlə  işin sonunda müəllim uşaqlara belə bir sualla 

müraciət edə bilər: “Siz Ayxanla görüşsəydiniz, ondan nə 

soruşardınız?” (48, 8-9) 

Avropa ölklərində  dərslik çox zaman bir kitabdan 

ibarət olmur. Əsas kitabın  ətrafında çoxlu kitablar olur ki, 

bunlar  əlavə resurslar hesab olunur. “Əlifbanın” müəllifləri 

hələlik bu ənənələrin olmadığını  nəzərə alaraq dərsliklərinə 

həmin resursların rolunu oynaya biləcək materiallar daxil 

etmişlər. Dərsliyin 20-21-ci səhifəsində “mənim sinif 

yoldaşlarım” başlığı altında 20-yə yaxın rəsm əsəri verilmişdir. 

Müəllim bir-birindən fərqlənən bu şəkilləri necə əlaqələndirsin? 

Onları bir süjet ətrafında necə birləşdirsin? 

Bu sualların yaranacağını  nəzərə alıb  əlifbanın 

sonunda müəlliflər həmin  şəklə uyğun hekayə  və  həmin 

hekayənin tədrisi ilə bağlı metodika tövsiyə etmişlər: 

Şagirdlər kitabın 20-21-ci səhifələrindəki  şəkilləri 

nəzərdən keçirirlər. Müəllim sinifdəki cütlərdən birini qarşıya 

çıxarır. Onlardan biri şəkildə gördüklərinin  əsasında Elxan 

haqqında, digəri Gülər haqqında məlumat verir. 

Sonra müəllim başqa bir cütlüyü (onları şərti olaraq A 

və B adlandıraq) yazı taxtası qarşısına dəvət edir. A-dan 

soruşur: “Sən B haqqında nə bilirsən?”  şagird bildiklərini 

söyləyir. Müəllim köməkçi suallarla onun bildiyi bütün 

məlumatları  aşkar etməyə çalışır. Sinifdən xahiş edir ki, bu 

məlumatları yadda saxlasınlar. Daha sonra sinfə müraciət edir: 

- B haqqında daha nə bilmək istərdiniz? 




 

29 


Uşaqların fikirlərini öyrəndikdən sonra müəllim 

həmin şagirdlərə təklif edir ki, B-yə öz suallarını versinlər. Yeri 

gəldikcə özü də suallar verir. Hamı sualları verdikdən sonra 

müəllim A-ya deyir ki, B haqqında yeni öyrəndiklərini 

danışsın. A-nın danışdıqlarından sonra müəllim siniflə birlikdə 

B haqqında əvvəl məlum olan və sonra aşkarlanan məlumatları 

müqayisə edir. Müəllim sinfi cütlüklərə bölərək tapşırır ki, hər 

bir cütlükdə  şagirdlər bir-birinə sual verməklə mümkün qədər 

çox məlumat əldə etsinlər.  

Tanışlıq üçün istifadə olunan suallar: 

-Adın nədir? 

- Hansı ünvanda yaşayırsan? 

- Ananın adı nədir? O nəçidir? 

- Atanın adı nədir? O nəçidir? 

- Bacın, qardaşın varmı? Onların adı nədir? 

- Hansı idman növünü sevirsən? 

- Hansı şəhərlərdə olubsan? 

- Evinizdə hansı ev heyvanları var? 

- Velesipedin varmı? Və s. 

Vaxt bitdikdən sonra təqdimatlar başlayır. Hər bir 

şagird öz yoldaşını sinfə təqdim edir. Müəllim qeydlər aparır və 

sonda alınmış statistikanı sinfə çatdırır: sinifdə neçə  nəfər 

idmana gedir, neçə nəfər musiqi ilə məşğul olur və s. (48, 20-

21) 


Bu məşğələ dinləmə, danışma, təqdimetmə bacarıqları 

ilə yanaşı, dərs ilinin əvvəlində sinfin şagirdlərinin bir-biri ilə 

daha yaxından tanış olması üçün şərait yaradır. 

Dərsliyin 107-ci səhifəsində “Tülkü və Hacıleylək” 

adlı  məşhur nağıl  əsasında çəkilmiş  şəkillər verilmişdir. 

Müəlliflər müəllimlərin bəzilərinin həmin  əsərin məzmununu 

bilməyəcəklərindən ehtiyat edib kitabda həmin nağılı çap 

etmişlər. Sonra ona “Nə tökərsən aşına, o da çıxar qaşığına” 

 

30

atalar sözünü də daxil etmişlər. Müəllimlərə tövsiyə edərək 



yazırlar: 

“Müəllim əvvəlcə uşaqların diqqətini mətndəki atalar 

sözlərinə yönəldir və yönəldici suallar verməklə bu atalar 

sözlərinin mənasını soruşur: 

- Sizcə, borc alan borc verənin sağlığını istər, yoxsa 

əksinə? 


- “Nə tökərsən aşına, o da çıxar qaşığına” atalar 

sözünün mənasını necə izah edərdiniz? 

Daha sonra şagirdlər müəllimin suallarına cavab 

verməklə  mətndəki açar sözləri müəyyənləşdirirlər: tülkü, 

hacıleylək, nəlbəki, kuzə.  Şagirdlər bu sözlərin hərf sxemini 

yazı taxtasında yazırlar və sxemlərdə “k” hərfinin yerini 

müəyyənləşdirirlər.  

Bundan sonra müəllim “k” səsinin və  hərfinin 

tanıdılmasına keçir. (48, 107) 

Azərbaycan dilində çalışmaların xarakterindən 

danışan prof. A.Rəhimov Çalışmaların məktəblilərin  əqli 

fəaliyyətinin və yaradıcılıq qabiliyyətinin inkişafı istiqamətində 

qurulmasını vacib hesab edir. O, “Ana dilinin tədrisi 

metodikası” kitabında göstərir ki, psixoloji və neyyrolinqvistik 

tədqiqatlar göstərir ki, nağıletmə prosesində üç tərəf meydana 

çıxır. Birincisi,  nağıl olunan məzmundur (A ilə  işarə edək). 

Ikincisi, nağıl edəndir (B ilə  işarə edək). Üçüncüsü isə nağılı 

dinləyəndir (B ilə işarə edək). Nağıletmə prosesində bu tərəflər 

arasında daxili əlaqələr yaranır və fasiləsiz davam edir.  

Şagird hər hansı  mətnin məzmununu nağıl edir. Bu 

zaman onun hər sözü, hərəkəti dinləyicilərlə təsir göstərir. 

Dinləyicilər də öz növbəsində diqqətinin, mimik 

hərəkətlərinin və s. dəyişməsi ilə ona reaksiya verirlər. Bu 

reaksiyalar nağıl edəni yeni situativ vəziyyətə salır. Ona 

psixoloji təsir göstərir. Nağılının dinləyicilər tərəfindən yaxşı 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə