Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   28

 

115 


bilməzlər. Bunsuz isə  şagirdin ibtidai təhsili müvəffəqiyyətlə 

başa vurmasından söz açmaq mümkün deyil.  

Ifadələr həm  şifahi, həm də yazılı olur. Şifahi ifadə 

üzrə aparılan müntəzəm təmrinlər  şagirdləri yazılı ifadələrə 

hazırlayır. Ifadə yazı ibtidai siniflərdə  şagirdlərin rabitəli 

nitqinin inkişafında ümumiyyətlə, onların  ədəbi dilə 

yiyələnmələrində mühüm rol oynayır. (53, 3)  

Yazının  ən yüksək növü bədii yazıdır. Onun əsas 

cəhəti az sözdə böyük ifadə etmək bacarığıdır. Nizami yazır:  

Sözün çoxsa əgər çalış az olsun, 

Yüz sözün yerində bir kəlmə lazım 

Su daşıb həddini aşarsa əgər 

Içəni doydurmaz, mütləq qərq edər. 

Deməli çalışmaq lazımdır ki, yüz sözün ifadə etdiyi 

mənanı bir sözlə (burada “bir” rəqəmi  şərtidir, “az” 

mənasındadır) ifadə olunsun. Böyük şair hətta həyat mənbəyi 

olan suyun da həddini keçəndə xeyir deyil, zərər gətirdiyini 

söyləyir. Bir fincan su insana can sağlığı verir, onu yaşadır. 

Amma bir çayın suyu insanı boğar, məhv edər.  

Səninçün çox demək bəlkə asandır 

“Çox oldu” desələr böyük nöqsandır. 

Sözün çoxluğu nitqdə  də böyük qüsurdur. Xalq çox 

danışan adama “natiq” yox, “zəvzək” deyib.  

Sözün sərrastlığı haqqında Məmməd Arazın bir 

misrası da diqqətə layiqdir. 

Söz gərək ox keçməz qayadan keçə! 

Sözün yerində və sərrast işlənməsi də başlıca amildir. 

Natiq həmin an və  vəziyyət üçün ən düzgün ifadəni, 

bənəztməni, misalı  gətirəndə dinləyiciyə  hər  şey tam aydın 

olur.  


Ibtidai siniflərdən başlanan inşa və ifadələrin esse və 

məktubların sonu bədii yazılara doğru gedən ilk cığırlardır. 

Yazı  mədəniyyətinin zirvəsi sərbəst yazılar olduğuna görə 

 

116



ibtidai siniflərdə mövzuya sərbəst münasibət bəsləyən yazılara 

xüsusi  əhəmiyyət vermək lazımdır. Sərbəstlik – fikir və 

düşüncə azadlığıdır. Bu, böyük nemətdir. Sərbəst yazılar həm 

də  şagirdlərdə  məsələyə öz münasibətlərini bildirmək bacarığı 

aşılayır. Bu isə şagird düşüncəsində demokratik keyfiyyətlərin 

yaranmasına səbəb olur.  

Sərbəst yazıları inkişaf etdirmək üçün aşağıdakı 

mövzuları təklif etmək olar. 



I sinif  

1. Mənim parta yoldaşım 

2. Rəfiqəm haqqında düşüncələrim 

3. Evdən məktəbə qədər gördüklərim 

4. Bu günkü hava haqqında düşüncələrim 

Göründüyü kimi bu mövzular əlifbanı təzəcə öyrənib 

başa vuran I siniflər üçün maraqlıdır. Onlar cəmi iki- üç 

cümlədən ibarət olan bu inşalar haqqında tapşırıq alanda 

müşahidələr aparmağa məcbur olacaqlar. Birinci mövzunu 

yazarkən parta yoldaşı haqqında məlumat toplamaq üçün onun 

valideynləri ilə, onların iş yerləri, xasiyyətləri barədə 

soruşacaqlar.  

Parta yoldaşının ona münasibəti, xasiyyəti, geyimi 

barədə müşahidə aparacaq ki, bu da şagirdin ilkin müşahidə 

aparmaq bacarıqlarına təsir edəcəkdir.  

Eyni proses ikinci mövzu üçün də xarakterikdir. 

III mövzu şagirdin müşahidəçilik qabiliyyətini daha 

da itiləşdirəcək. O, həmin mövzuya hazırlaşarkən evdən 

məktəbə  qədər gördüyü hər  şeyi ya yadda saxlayacaq, ya da 

qeyd edəcək.  

IV mövzu isə  həm müşahidəyə, həm də televiziya 

xəbərlərinə  əsaslanır. Uşaq  əvvəlcədən havanın necə olacağı 

barədə televiziya məlumatları ilə gördüklərini müqayisə 

edəcəkdir.  



II sinif  


 

117 


Bu yaşda olan şagirdlər artıq müşahidə etdiklərini 

yazıya köçürmək vərdişlərini əldə ediblər. Indi onlara bir qədər 

çətin mövzular təklif etmək olar. Ikincilərə sərbəst fikirləşmək 

imkanı verən aşağıdakı mövzuları təklif etmək mümkündür.  



1.  Nağılın və hekayənin əsas qəhrəmanına məktub 

2.  Yarımçıq nağılı tamamla 

3.  Baş-ayaq nağılı qaydasına sal, məzmununu 

müəyyənləşdir 

4.  Sevdiyim nağıl qəhrəmanı 

                                             III sinif  

Artıq 9 yaşlı  şagirdin müstəqil yazmaq qabiliyyətinə 

inamı var. Ona bir qədər də çətin tapşırıq vermək olar. 

1.  Hekayə müəllifinə məktub 

2.  Mənim sevdiyim yazıçı 

 

IV sinif 

Indi  şagird cümlə  və  mətn haqqında təsəvvürə 

malikdir. O, həm də cümlədə artıq olan sözləri də yəqin ki, başa 

düşür. Ona belə tapşırıqlar vermək olar. 



1.  Cümləni elə redaktə et ki, sözlər azalsın, məzmuna 

xələl gəlməsin 

2.  Mənim sevdiyim ədəbi qəhrəman 

3.  Nağılı elə ixtisar et ki, məzmun dəyişməsin 

I siniflərin yazıları 30-35 söz arasında ola bilər. Bu 

inşalar bir süjetə  əsaslansa  şagird tərəfindən başlanan bir 

mətləb bu qədər sözlə tamamlana bilsə bunu müvəffəqiyyət 

hesab etmək olar. 

Nümunələr  

                         

                         Mənim parta yolaşım  

Mən Azadla bir partada otururam. Ondan təzə bir söz 

öyrənmişəm: tıxac! O, həmişə  dərsə gecikir. Deyir ki, yolda 

tıxaca düşmüşdük. Yaxşı ki, bizim yollarda tıxac olmur. Mən 

 

118



dərsə gecikmirəm. Azad deyir ki, çalışacaq daha tıxaca 

düşməsin. ( 36 söz)  

 

 

 

     RƏFIQƏM HAQQINDA DÜŞÜNCƏLƏRIM  

Ilk dəfə  məktəbə  gələndə  Sənubəri görmüşəm. Onun 

uzun saçları var. Məni görəndə sevinir. O, mənim rəfiqəmdir. 

Sənubər deyir ki, “rəfiqə” dost deməkdir. Adam dostluqda 

möhkəm olar. Sənubərin anası Xatirə  xala  da  belə deyir. (33 

söz)  

 

                     Evdən məktəbə qədər gördüklərim  

Biz Yasamalda yaşayırıq. Yolu keçəndə diqqətli 

olmalıyam. Piyadalar üçün yaşıl işıq yananda keçirəm. 

Bu gün yolda sahibsiz pişik gördüm. Ac idi. Həm də 

üşüyürdü. Ona yemək verdim. Tapşırdım ki, oradan 

tərpənməsin. Qayıdanda onu evimizə aparacam. (35 söz)  

       Bu günkü hava haqqında müşahidələrim  

Evdən çıxanda hava buludlu idi. Sarı yarpaqlar 

yollara tökülmüşdü. Yağış yarpaqları islatmışdı. Səhər dedilər 

ki, xəzri əsəcək. Doğrudan da külək başladı. Amma o qədər də 

güclü deyildi. Buludların sıxlığı göstərir ki, bir azdan yağış 

yağacaq. (35 söz) 

 

                 II sinif üçün inşa nümunələri  

Cırtdan nağılının qəhrəmanına məktub  



Hörmətli Cırtdan! Div çox hiyləgərdir. O, hələ 

ölməyib. Meşədən qayıdanda daha işıq gələn tərəfə getməyin. 

Div oradadır. Yolunuzu gözləyir. Sən uşaqlara tapşır ki, it 

hürən tərəfə getmək lazımdır.  


 

119 


Düzdür, sən ağıllısan. Uşaqları divin əlindən 

qurtardın. Amma birdən div kələyini başa düşər, uşaqları 

yeyər. (43 söz)  

 

   Nağılın ortasına yaz  



Bir dəfə kirpi yolla gedirdi. O, yuvasına tələsirdi. 

Onun yolu alma ağacının altından keçirdi.  

Birdən 

_____________________________________________ 

           

______________________________________________ 

Kirpi buna çox sevindi. Iynələrinə yapışmış almanı 

yuvasına gətirdi.  

 

          Baş-ayaq nağılı qaydasına sal.  



Küçə ilə bir dəvə karvanı gedirdi.  

Küçük dedi: - Karsınız, görmürsünüz hürürəm? 

- Kar deyilik, amma yolumuz uzaqdır. Sənə cavab 

verməyə vaxtımız yoxdur.  

Bir küçük dəvələrə hürdü.  

 

                    Sevdiyim nağıl qəhrəmanı 



Mən Məlikməmmədi çox sevirəm. O, qardaşlarından 

daha qorxmazdır. Heyf ki, ağ qoç onu qara qoçun üstünə atdı. 

Məlikməmməd qorxmadı. Saçlarından asılan qızı xilas edəndə 

mən onu lap çox sevdim. O, əjdahadan da qorxmadı. Simurq 

quşunun balalarını xilas edə bildi. 

Müəllim deyir ki, Məlikməmməd hələ yaşayır. Yerini 

bilsəm onunla dostluq edərdim.  

                                        

 

                                 III sinif  

 

120



Noxud üstündə yatan şahzadə  qız nağılının 

müəllifinə məktub  

Cənab Andersen. Bilmirəm bu cammaat nə üçün  əsl 

şahzadə qız axtarır. Məgər şahzadə qız başqalarından artıqdı?. 

Sizin  şahzadə  qız çox qəribədir. O boyda döşəyin 

altından balaca bir noxudu necə hiss edir?Deyirsiniz o noxud 

hələ də durur? 

Doğrusu mən şahzadə qız olmaq istəmirəm.  

 

Mənim sevdiyim yazıçı  

Ən çox sevdiyim yazıçı Zahid Xəlildir. Onun təsvir 

etdiyi Ballıca balaca bir qarışqadır. Amma o, şirə qalib gəlir. 

Mən Ballıcanı da, Qaracanı da, Şeşəbığı da sevdim. Amma 

Şeşəbığ çox qorxaqdır.  

Mən “Ballıca” kitabını bir neçə  dəfə oxumuşam. 

Qəlbinurun başına gələnlər əsəri də çox gözəldir.  

                                      IV sinif  

Cümləni elə redaktə et ki, sözlər azalsın, məzmun 

dəyişməsin.  

Mən hər səhər əl-üzümü yuyub çörək yeyəndən sonra 

şəhərimizin küçələrində  şütüyən çox yaraşıqlı  188 saylı 

avtobusla məktəbə gedir və dərs qurtarandan sonra uşaqlarla 

xudahafizləşib həmin marşurtla geri  qayıdıram.  

 

Sevdiyim yazıçıya məktub  

Hörmətli Ilyas Tapdıq! Mən sizin “Bildirçin” şeirinizi 

dəfələrlə oxumuşam.  Şeiri oxuyanda gözümün qabağına nazik 

quyruqlu bildirçin gəlir. O, necə  də gözəl oxuyur. Siz onun 

oxumağını “ötdü kolun dibində, bildir, bildir bildirçin” deyə 

təsvir edirsiniz. Şeirdəki sözlər bir-birinə çox yaraşır. “Çildir”, 

“fildir”, “bildir” sözləri  şeiri ləzzətli edir. “Gültəmin saçı”, 

“Qoç və oğlan” şeirləri də xoşuma gəlir. Sizi öz məktəbimizdə 

görmək istəyirik 


 

121 


               QAYNAQLAR: 

  

1. Abdullayev A. Orta məktəbdə Azərbaycan dilinin 

tədrisi metodikası, Bakı, “Maarif”, 1978. 

2. Abdullayev A. Azərbaycan dilinin tədrisi 

tarixindən, Bakı, “Maarif”, 1966. 325 səh 

3. Abdullayev N. Ədəbi tələffüz və intonasiyanın 

mənimsədilməsində texniki vasitələrdən istifadə, Bakı, 

“Maarif”, 1977. 

4. Abdullayev N. Orfoepiya və orfoqrafiya təlimi 

məsələləri. Bakı, API-nin nəşri, 1985.  

5.Ağayev Ə. Təlim prosesi. Ənənə və müasirlik. Baki, 

2006. 205 səh.  

6. Ahmeh Kapulu, Aliyar Karaca – Türkcə - 3 Ders 

kitabı Ankara 2007, 102 səh 

7. Ahmet Kapulu, Aliyar Karaca – Türkcə - 3 

Ögrenciçalışma kitabı Ankara 2006, 160 səh 

8. Aylin Atmaca, Ders nasıl çalışılır? Istanbul 2007, 

142 səh 


9. Azərbaycan dili və ədəbiyyat. Metodika və təcrübə. 

Müəllimlər üçün vəsait. Bakı 2005, 149 səh. 

10. Azərbaycan respublikasında ümumi təhsilin milli 

kurrikulumu. Bakı 2006 123 səh 

11. Babayev M.B. Zəka oyunları, Bakı, 2005, 144 səh 

12. Bayramov I. Azərbaycan dili morfologiyası 

tədrisinin elmi-metodik əsasları, Bakı, “Maarif”, 1983 

13. Bayramov I. Qrammatik çalışmaların tipləri və 

onların aparılması metodikası, Bakı, “API- nin əşri, 1977. 

14. Balıyev H. Orta məktəbdə Azərbaycan dilinin 

tədrisi metodikası, Bakı, “Maarif”, 2003.  

15. Balıyev H. Azərbaycan dilinin tədrisi 

metodikasına dair praktik işlər, Bakı, “Maarif”, 1992. 

 

122



16. Balıyev H. Morfologiyanın tədrisində üslubiyyat 

işləri, Bakı, API- nin nəşri, 1965. 

17. Bəşirov K, Mehralıyeva B. Orta məktəbdə 

Azərbayca dili morfologiyasının tədrisi məsələləri. “Nurlan” 

Bakı – 2008, 326 səh. 

18. Cahangirov A. Qədirov F. Yeni pedaqoji təfəkkür. 

“Azərbaycan müəllimi” qəzeti. 14 – 20 sentyabr 2000-ci il  

19. Cahangirov A. Qədirov F. Müasir dərs . 

“Azərbaycan müəllimi” qəzeti. 21-27 sentyabr 2000-ci il.  

20. Cahangirov A. Qədirov F. Müasir dərs və onun 

tələbi. “Azərbaycan müəllimi”. 28 sentyabr- 4 oktyabr 2000-ci 

il.  


21. Cəfərov N. Yusifoğlu R. Soltan qızı R. Əliyev E. 

Veysova Z. Məcidova A. Adıgözəlova S. “Ana dili”. I sinif 

üçün dərslik. Bakı, 2008, 144 səh. 

22. Cəfərov N. Yusifoğlu R. Soltan qızı R. Əliyev E. 

Veysova Z. Məcidova A. Adıgözəlova S. Müəllim üçün vəsait, 

Bakı, 2008 

23. Cəfərov N. Yusifoğlu R. Soltangül R. Əliyev E. 

Veysova Z. Məcidova A. Adıgözəlova S. Iş dəftəri. Balı, 2008  

24.  Əbdülov M. Azərbaycan dili üzrə sinifdənxaric 

işlər, Bakı, “Maarif”, 1982. 

25.  Əhmədov B. “Ana dili” dərslərində  şagirdlərin 

nitqini inkişaf etdirmək yolları, Bakı, “Maarif”, 1967, 305 səh 

26. Əhmədov B. Azərbaycan dili təliminin qanunları, 

prinsipləri və metodları, Bakı, “Maarif”, 1974, 171 

27.  Əhmədov  Ə. Sintaksis üzrə tapşırıqlar və onların 

aparılmasına aid metodik göstərişlər, Bakı, API – nin nəşri, 

1971.  

28.  Əhmədov A. Balakişiyev  Ş, Namazov I. “Ifadə 



məcmuəsi”, Bakı 2008, 139 s. 

29.  Əhmədova M., Əliyev M., Qasımlı M. Və b. 

Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri (Qərb 



 

123 


təhsil sisteminin təcrübəsi  əsasında). Bakı, “Adiloğlu”, 2006, 

475. 


30.  Əfəndizadə  Ə, Abbasov Ə. “Imla məcmuəsi” . 

Bakı, 2006, 227 s.  

31.  Əfəndiyev A. Müdriklik səlahiyyəti “Gənclik” 

Bakı – 1976, 190 səh 

32.  Əlizadə  Ə.  Əlizadə H. Pedaqoji psixologiya I 

kitab Bakı – 2010, 315 səh 

33.  Əlizadə  Ə,  Əlizadə H. Pedaqoji psixologiya II 

kitab Bakı – 2010, 286 səh. 

34.  Əlizadə X. Ibtidai siniflər üçün riyaziyyatdan 

əyləncəli çalışmalar. Bakı – 2009, 155 səh 

35.  Əliyev E. ədəbiyyat üzrə Nobel müküfütçıları. 

Bakı – 2009, 422 səh 

36.  Əliyev M.S. Baloniya prosesinin Azərbaycanda 

tətbiqinin xüsusiyyətləri. Beynəlxalq elmi praktik konfransın 

materialları. Bakı 2009.  

37. Fərəcov 

Ə. Qrammatika məfhumların 

mənimsənilməsi. “Maarif” Bakı -1967, 120 səh 

38. Hacıyeva H, Qəndilov R, Musayev Z, Əhmədov 

Z, Hüseynova G, Verdiyeva G. Həyatı bacaranlara əsaslanan 

təhsil, 2007. 495 səh.  

39. Hegel. Müxtəlif illərin yazıları. (rus dilində) 

Moskva 1970. I cild 475 səh.  

40. Həmzəyev M. Ə. Yaş və pedaqoji psixologiyanın 

əsasları. Bakı 2003. 345 səh.  

41. Həşimov  Ə. Azərbaycan xalq pedaqogikasının 

bəzi məsələləri. “Maarif” Bakı – 1970, 255 səh. 

42. Xəlilov S. Şərq və qərb, fəlsəfi etüdlər, Bakı 2004, 

623 səh.   

43. Xəlilov S. Mənəviyyat fəlsəfəsi. Bakı, 2007, 518 

səh.  

 

124



44. Ilyin A.M. XXI əsrin  əlifbası. Sankt – Peterburq 

1998. 156 səh. (rus dilində) 

45. Ibrahimova A. “Azərbaycan dili” Yeni tipli 

çalışmalar, B, 2004, 95 s  

46.Ismayılova M. Azərbaycan dilinin tətbiqi işinin 

təkmilləşdirilməsi. Bakı – 2008, 107 səh 

47. Ismayılov R. 1

sinfinin uşaqları 2009. 32 səh. 



48. Ismayılov R, Orucova G. “Əlifba” 1-ci sinif üçün 

dərs vəsaiti 2008, 207 səh 

49. Ismayılov R, Orucova G, Xəlilov Z, Cəfərova D. 

“Azərbaycan dili” 2-ci sinif üçün dərslik 2009. 207 səh 

50. Kərimov Y, Kərimova E. III sinifdə Azərbaycan 

dili dərsləri 2005. 78 səh. 

51. Kərimov Y. Nəcəfov N. Osmanlı  Ə. Ibtidai sinif 

müəllimlərinin stolüstü kitabı. Bakı – 2001 

52. Kərimov Y. Inşa mətnlər məcmuəsi Bakı, 2002. 

120 səh.  

53. Kərimov Y. Kəriomova E. Ifadə üçün mətnlər 

məcmuəsi. Bakı, 2003, 135 səh.  

54. Levi V. Fikir ardınca. “Gənclik” Bakı 1972 309 

səh 


55. Mehdizadə M.M. Müasir dərs haqqında. Bakı – 

1970.  


56. Mehrabov A.O. Azərbaycan təhsilinin müasir 

problemləri. Bakı, 2007. 

57. Mehrabov A. Bəylərov E. “Şagird intellektinin 

inkişafı. “Adiloğlu” Bakı – 2006. 190 səh. 

58. Məmmədov X. Hikmət çələngi. “Gənclik” Bakı 

1997 285 səh. 

59. Mərdanov M. Ümumi təhsildə yeni məzmun, yeni 

dərsliklər və yeni qiymətləndirmə sistemi. “Kurrikulum” jurnalı 

№4 2008.  



 

125 


60. Mərdanov M. Ağamalıyev M. Mehrabov A. 

Qardaşov I. Təhsil sistemində monotorinq və qiymətləndirmə. 

Bakı, 2003.  

61. Mikayılov  Ş. Elmi-metodik əsərlərdən seçmələr. 

“Araz” Bakı – 2009, 519 səh. 

62. Nəbiyeva  Ş. “Ibtidai siniflərdə  bəzi mətnlərin 

tədrisi məsələləri”. B 2008, 190  

63. Orucova G, Qaragözova N, Ismayılova R, Xəlilov 

Z. Azərbaycan dili 2-ci sinif Müəllim üçün metodik vəsait 

2009, 223 səh. 

64. Rəhimov A. “Ana dili” tədrisi metodikası 1977 

431 səh 


65. Rəhimov A, N.Xudiyev, M.Həsənov “Azərbaycan 

dili” 4-cü sinif üçün dərslik 2005. 143 səh 

66. Səfərov Ş. Şagirdlərin bədii təfəkkürünün inkişafı. 

“Maarif” Bakı – 1989 153 səh 

67. Suxomlinski V.A. Ürəyimi uşaqlara verirəm 

“Maarif” Bakı – 1979, 322 səh 

 68. Tanrıverdiyev Ə. Poeziyanın dili, dilin poeziyası 

“Nurlan” Bakı- 2008, 203 səh 

69. Uşaq folkloru Bakı 2007, 96 səh 

70. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn 

kurrikulumları Bakı – 2008, 476 səh.  

71. Veysova Z. Fəal interaktiv təlim Bakı – 2007  

 

 

 



 

 

 



 

 

 



 

126


Mündəricat  

 

Bir neçə söz……………………………….səh 3-9 



Kurrikulumu öyrənək……………………….10-38 

Tətbiqetmə probleminin həlli……………….39-61 

Intellektə ünvanlanan tapşırıqlar…………….62-76 

Məntiqi tapşırıqlar…………………………..77-80 

Yeni tipli tapşırıqların əsas mahiyyəti……..81-110 

Yazı mədəniyyəti…………………………..111-119 

Qaynaqlar ………………………………….120-124 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

127 


 

Nəşriyyatın direktoru:                              H.Hacıyev 

Texniki redaktor:                                      R.Əliyeva 

Korrektorlar:                                            G.Nurəliyeva  

  G.Ibrahimova  

 

Kompyuter tərtibatı və dizayn:               G.Ibrahimova  



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə