Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   28


 



 



AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI  

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJI UNIVERSITETI  

 

 

Şəlalə NƏBIYEVA, 

pedaqoji elmlər namizədi, dosent  

 

 



 

“ANA DILI” DƏRSLƏRINDƏ 

ŞAGIRDLƏRI FƏALLAŞDIRAN TAPŞIRIQLAR  

(Metodik vəsait) 

 

 



 

 

 



 

BAKI – 2010  

 

2

 



Elmi redaktor: Buludxan XƏLİLOV, 

filologiya elmləri doktoru

 

professor 

Rəyçilər:         Himalay QASIMOV, 



filologiya elmləri doktoru, 

professor 

Nadir ABDULLAYEV, 

professor 

Bu vəsait müasir təlim texnologiyaları 

əsasında tədris olunan “Ana dili” fənnnindən 

tapşırıqlara həsr olunmuşdur. Müəllif həm məktəb 

müəllimlərinin, həm də özünün şəxsi təcrübəsinə 

əsaslanaraq  şagirdlərə verilən biliklərin bacarıqlara 

çevrilməsində tapşırıqların  əhəmiyyətindən söhbət 

açır. Vəsait ali məktəblərin pedaqoji fakültələrinin 

bakalavr və magistr pillələrinin tələbələri, ibtidai sinif 

müəllimləri üçün nəzərdə tutulmuşdur.  

 


 



Pis müəllim həqiqəti çatdırır, yaxşı 



müəllim onu tapmağı öyrədir. 

    Anatol Frans  

 

Yüz dəfə eşitməkdəsə bir dəfə görmək 

yaxşıdır.                      Azərbaycan xalq məsəli  

 

Çox bilən yox, lazım  olanı bilən 

müdrikdir  

                                                                    Esxil  

 

          Heç  nə bilməmək qəbahət deyil, pis 

mənimsəmək qəbahətdir                                                                     

                                                                 Platon  

 

       Çoxlu  bilik  öyrənməkdənsə bir neçə 

vacib qaydanı öyrənmək daha faydalıdır 

                                                                         Seneka 

 

      Əgər biliklər qaydaya salınmayıbsa nə 

qədər çox bilsən təfəkkür o qədər zəif olacaq 

                                                               Spenser  

 

 

4



Mən çox şeyi müəllimlərimdən, 

bundan daha çoxunu isə  şagirdlərimdən 

öyrəndim                

                                                   Konfutsi  

 

Bilik o zaman həqiqidir ki, hafizə yox, 

düşüncə gücünə əldə edilmişdir 

                                                         Lev Tolstoy  

 

Təxəyyül bilikdən önəmlidir, çünki 

bilik məhduddur, təxəyyül isə dünyada nə 

varsa hamısını  əhatə edir. Təxəyyül 

tərəqqini stimullaşdırır və  təkamülün 

mənbəyidir 

                                                         A. Eynşteyn 

 

Çox  şey öyrənməyin sirri az şeyi 

öyrənməkdən başlamaqdadır. 

                                                       Conn Lokk 

 

Hər  şeyi bilmək istəyi adamı bütün 

sahələrdə yarımçıq edər.                                               

                                                          Demokrit  

 

 


 



   Bir neçə söz  

Bir dilçi alim gəmiyə minmişdi. O, gəmiçidən 

soruşdu: 

- Dilçilik elmindən xəbərin varmı? 

- Xeyr! – deyə dənizçi cavab verdi. 

- Elə hesab et ki, ömrünün yarısını itirmisən. 

Gəmiçi alimin bu təkəbbürünə hirsləndi, amma bir söz 

demədi.  

Bir azdan dənizdə tufan başladı. Gəmiçi alimdən 

soruşdu: 

- Üzməyi bacarırsanmı?  

- Yox, deyə alim təəssüflə bildirdi.  

- Onda elə hesab et ki, ömrünün hamısını itirdin.  

                                               Mehmet Akif  

Bu, bacarığın insan həyatındakı  əhəmiyyəti haqqında 

müdrik bir hekayətdir. Insan ev işlərindən baş  çıxartmalı, 

yüngül qəzaları aradan qaldırmağı, üzməyi, tullanmağı  və s. 

bacarmalıdır.  

Şagird bacarıqları da belədir.  Əgər  şagird bütün 

bilikləri hafizəsinə  yığsa, özü onları  əldə etmək, çeşidləmək 

bacarığına nail olmasa məktəbdə öyrəndikləri qısa bir vaxtda 

yaddaşından silinib gedəcəkdir.  

Elmi bilkilərin yaddaşda qalmasının  ən etibarlı yolu 

şagirdə verilən tapşırıqlardır. O, tapşırıqların üzərində nə qədər 

çox işləsə daha çox bilik mənimsəyəcəkdir.  

Hafizəyə əsaslanan klassik dərsliklərimizdə çalışmalar 

və tapşırıqlar yox dərəcəsində idi. Şagird ana dilini bədii 

mətnlər vasitəsilə  mənimsəyirdi. Dərslik müəllifləri öz 

fikirlərini mətn daxilində gizlədir və ya sonda onu hikmətli bir 

ifadə  şəklində verirdilər. Bu dərsliklərdə  şagird bacarıqları 

deyil, onların tərbiyə problemləri ön plana çəkilirdi. Dostluq, 

ata-anaya hörmət, sədaqət, vətən sevgisi, mərdlik və  şücaət 

kimi mənəvi dəyərlər dərsliklərdə əsas yer tuturdu. Buna görə 

 

6

də  Sədinin “Bustan” və “Gülüstan” kitabları uzun müddət 



dərslik kimi istifadə olunurdu. Həmçinin N .Gəncəvinin, M. 

Füzulinin  əsərləri, “Qabusnamə”, “Kəlilə  və Dimnə” kimi 

kitabların epizodları məktəbdə dərslik rolunu oynayırdı. 

Klassik dərsliklərimizdə  şagirdin hər hansı bir 

bacarığa nail olması üçün çalışmalar verilmirdi. Çalışmaların 

meydana gəlməsi XX əsrin əvvəllərinə təsadüf edir. Yeni tipli 

dərsliklərin yaranması xüsusilə “Vətən dili”, “Ikinci il”, “Uşaq 

gözlüyü” kimi dərsliklərdə ara-sıra çalışmalar nəzərə çarpırdı. 

Sual və tapşırıqlar  əsasən sovet dönəmində yaranan 

dərsliklərdə  təhsilin xüsusi komponentinə çevrildi. Yeni 

yaranan dərsliklərdə verilən suallar və tapşırıqları birmənalı 

şəkildə qiymətləndirmək çətindir. Həmin tapşırıqların 

əksəriyyəti hafizəyə  əsaslansa da onların içərisində  şagird 

bacarığına istiqamətlənənlər də vardı. Xüsusilə Y.Kərimovun 

tərtib etdiyi “Azərbaycan dili” və “oxu” kitablarında sualların 

əvvəlində “niyə?”, “nə üçün?” ədatlarının qoyulması  şagird 

bacarıqlarına yönəldiyi üçün əhəmiyyətli idi. 

Tapşırıqları şərti olaraq iki hissəyə bölmək olar: 

1.  Yaddaşa əsaslanan tapşırıqlar 

2.  Bacarığa əsaslanan tapşırıqlar 

Təhsilimizdə uzun müddət verilən suallar və 

tapşırıqlar yaddaşa  əsaslanırdı. Belə tapşırıqlar öz dövrü üçün 

çox  əhəmiyyətli idi. Şagird müqəddəs dəyərləri yadda 

saxlamalı, ata və babasının həyat tərzini, adət və  ənənələrini 

unutmamalı idi. Bu yaddaş uzun müddət xalqları öz kökünə 

bağlamağa, onu xarici istilalardan qorumağa xidmət etmişdir. 

Yaddaşa əsaslanan təhsil bizim tariximizdir. Ata və babalarımız 

həmin prinsiplə oxumuşlar. 

XXI əsr isə dünyaya özü ilə o qədər yeniliklər gətirdi 

ki, həyatla ayaqlaşmaq, qloballaşma prosesində digər 

millətlərin içində  əriyib yox olmaq təhlükəsi yarandı. Həmin 

təhlükəni aradan qaldırmaq üçün bu əsrin irəli sürdüyü 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə