Bakı Biznes və Kooperasiya Kolleci
Quliyeva Səlimə
Mühazirə:Word mətn redaktorunda
mətni redaktə edərək ona əlavələr
etmək
Yeni dərsin planı:
1.Mətni redaktə etmək
2.Mətnə əlavələr etmək
3.Səhifələri nömrələmək
1.
Mətni redaktə etmək – mətni redaktə etməmişdən əvvəl onu
seçməklazımdır. Hər hansı mətn hissəsini silmək üçün onu seçib
Delete düyməsini sıxırıq. Əgər səhv etmişiksə onda Ctrl+Z
düyməsini birlikdə sıxıraq onu yenidən bərpa edə bilərik. Seçilmiş
mətni Правка menyusundan Очистить - Содержимое əmrinin
seçməklədə silə bilərik.
Əməliyytların nəticəsini ləğv etmək üçün Правка menyusundan
Отменить, əməliyyatların yenidən icra olunması üçün Правка
menyusundan Вернуть əmrini seçmək lazımdır. Eyni əməliyyatları
uyğun olaraq klaviaturadan Ctrl+Z və Ctrl+Y düyməsini sıxmaqlada
yerinə yetirə bilərik. Bu əməliyyatları eyni zamanda Standar alətlər
panelindəki Отменить və Вернуть düymələri vasitəsilə də yerinə yetirə
bilərik.
Word-də mətnin təkrarlanan hissələrini yazmağın müxtəlif yolları
vardır. Bunlardan biri Правка menyusundan Копировать və Вставить,
digər yolu isə klaviaturadan Ctrl+C və Ctrl+V Düymələrindən istifadə
etməkdir. Əvvəlcə mətn hissə seçilir. Sonra Правка menyusundan
Копировать əmri seçilir. Bu zaman mətn hissəsi bufer yaddaşına
köçürülür.(Hal-hazırda mübadilə buferi 24 obyekti saxlaya bilər).
Kursoru istədiyimiz yerə qoyub Правка menyusundan Вставить əmrini
seçirik. Bundan başqa Ctrl düyməsindən də istifadə edərək mətin
hissəsini istədiyimiz yerə köçürə bilərik. Bu zaman mişqanın oxunun
Bakı Biznes və Kooperasiya Kolleci
Quliyeva Səlimə
aşağısında + işarəsi görsənəcək. Bu işarə məlumatların köçürüləcəyini
bildirir. Köçürmə və yapışdırma əməliyyatlarını Standart alətlər
panelindəki Копировать və Вставить düymələrini seçməklədə yerinə
yetirə bilərik. Daşıma (yerdəyişmə) əməliyyatını Правка menyusundan
Вырезать və Вставить əmirləri ilə ya da klaviaturadan Ctrl+X və
Ctrl+V düymələrini sıxmaqla da yerinə yetirə bilərik. Bunun üçün lazım
olan mətn hissəsi seçilir. Правка menyusundan Вырезать seçilir. Bu
zaman mətn hissəsi seçilir. Kursoru mətni daşıyacağımız yerə qoyub
Правка menyusundan Вставить əmrini seçirik. Kəsmə və yapışdırma
əməliyyatlarını Standart alətlər panelindəki Вырезать və Вставить
düymələrindən də istifadə etməklədə yerinə yetirə bilərik.
Mətn sahəsində hər hansı bir mətn parçasını cəld axtarmaq və
dəyişdirmək üçün Правка menyusundan Найти və Заменить (Ctrl+Н)
əmrlərini seçirik. Hər hansı mətn parçasını, sözü, simvolu axtarmaq
üçün Правка menyusundan Найти əmrini seçirik. Bu zaman ekrana
Найти и Заменить dialoq pəncərəsi açılır. Найти sətrinə axtardığımız
mətn parçasını, sözü və ya simvolu daxil edirik. Sonra Больше
düyməsini sıxırıq. Bu zaman dialoq pəncərəsi genişlənəcək. Axtarışın
istiqamətini təyin etmək üçün Направление qutusunun aşağı ox
düyməsini sıxaraq siyahını açırıq. Oradan Назад (yuxarı) və Везде
(aşağı) parametrlərindən birini seçirik. Əgər Выделить все элементы;
найденные в parametri seçilərsə onda bütün mətndə axtarış aparılacaq.
Dialoq pəncərəsindəki Формат düyməsindən istifadə edərək müəyyən
formatlı mətnəri axtara bilərik. Seçilmiş formatları ləğv etmək üçün
Снять форматирование əmrini seçirik.
Учитывать регистр – parametrini seçsək böyük kiçik hərflər
nəzərə alınmaqla axtarış aparılacaqdır.
Только слово целиком – parametri seçilsə Найти sətrinə daxil
etdiyimiz söz, ifadə tam söz olaraq axtarılacaqdır.
Подстановочных знаки – parametri seçilərsdə müxtəlif formada
yazılan ancaq eyni cür tələffüz edilən sözlər tapılacaq.
Все словоформы – parametri seçilsə sözün bütün hallardakı
formaları tapılacaq. Lazım olan parametrlər təyin edildikdən sonra
Найти все düyməsini sıxırıq. Əgər axtardığımız söz və ya simvol
tapılacaqsa o mətndə seçiləcək.Əməliyyat tamamlıqdan sonra Закрыть
düyməsi sıxılır.
Bakı Biznes və Kooperasiya Kolleci
Quliyeva Səlimə
Hər hansı bir əməliyyatı tapıb dəyişdirmək üçün Правка
menyusundan Заменить на əmrini seçirik. . Bu zaman ekrana Найти и
Заменить dialoq pəncərəsi açılır. Найти sətrinə axtardığımız mətn
parçasını, sözü və ya simvolu daxil edirik. Sonra Заменить на sətrinə
əvəz ediləcək sözü yazırıq və Найти düyməsini sıxırıq. Dəyişdirmə
əməliyyatını sürətləndirmək üçün Заменить все əmrini seçirik.
Əməliyyat tamamlandıqdan sonra Закрыть düyməsini sıxırıq.
2.
Mətnə əlavələr etmək – uzun mətnlərdə fəsillərin, bölmələrin yeni
səhifənin
əvvəlindən bir neçə sütunlu mətnlərdə isə mətnin müəyyən hissəsinin
yeni sütunda başlaması üçün bəzən Enter düyməsini bir neçə dəfə
sıxmaqla əlavə boş sətrlər yerləşdirilir. Bununlada sürüşdürmə
nəticəsində fəsil, bölmə başlıqları və ya sütunlar uyğun olaraq yeni
səhifəyə və sütuna keçir. Ancaq əvvəlki fəsillərdə və bölmələrdə
dəyişiklik edilməsi zamanı sürüşmə nəticəsində növbəti fəslə, bölməyə
və sütuna daxil olan mətnlərdə sürüşəcəkdir ki, bu da mətnin nizamının
pozulmasına səbəb olacaq. Bu cür halların qarşısını almaq üçün
aşağıdakı əməlyyatları yerinə yetiririk.
Kursorun yerləşdiyi yerdən etibarən mətnin yeni səhifədən və ya
sütundan başlaması üçün Вставка menyusundan Разрыв əmrini
seçirik.Bu zaman ekrana Разрыв dialoq pəncərəsi açılır. Начать
sahəsindəki Новую страницу parametrini seçsək kursordan sonrakı
mətn yeni səhifəyə keçəcək.
Bir neçə sütunlu mətndə Начать sahəsindəki Новую колонку
parametrini seçsək kursordan sonrakı mətn yeni sütuna keçəcək.
Yeni bölmə hazırlamaq üçün kursoru bölmənin başlayacağı yerə
yerləşdirib Вставка menyusundan Разрыв əmrini seçirik. Açılan
pəncərənin Новый раздель sahəsindən aşağıdakı parametrləri təyin
edirik.
Со следующей страницы – yeni bölmənin növbəti səhifədən
başlamasını təmin edir
На текущей странице – yeni bölmənin kursorun olduğu yerdən
başlamasını təmin edir
С четной странице – yeni bölmənin cüt səhifədən başlanmasını
təmin edir.
С нечетной странице – yeni bölmənin tək səhifədən başlanmasını
təmin edir.