Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

 

35 


Şagirdlərin “mən”i ilə daha müfəssəl tanış olmaq üçün 

sinif məşğələsinin davamı olaraq onlara ev tapşırığı verilir. 

Verilmiş ev tapşırığı da məqsədyönlü səciyyə daşımalıdır. 

Burada,  əsasən,  şagirdlərin duyum və düşüncəsi, öz yaşları 

səviyyəsində  həyat, məişət məsələlərinə baxışları, evə, ailəyə, 

valideynlərinə münasibətləri və s. əksini tapmalıdır.  

Şagirdlərdən biri şeir, hekayə yazmağa meyl göstərir. 

Başqa birisi şəkil çəkməyi xoşlayır. Digəri televiziya 

verilişlərinə, filmlərə baxmağa üstünlük verir. Təbiət 

lövhələrini sevənlər, qurub-yaradan insanların işlərinə tamaşa 

etmək istəyənlər də az olmur və s. odur ki, müəllimin evə 

verəcəyi tapşırıqlarda da fikir daha çox bu istiqamətlərə 

yönəldilməlidir.  

Ev tapşırığı bu mövzularda qurula bilər  

1. Yaşadığın mənzilin  şəklini çək, yaxud yazı ilə 

təsvirini ver. 

2. Eviniz, ailəniz haqqında bildiklərini yaz. 

3. Ilin hansı fəsli daha çox xoşuna gəlir? Nə üçün? Bu 

haqda yaz. Fəsli çəkdiyin rəsmlərlə əks etdir.  

4.  Şeir, hekayə yaza bilirsəmi? bacarırsansa, yaz. 

Əvvəldən yazdıqlarını da “Mənim ilk kitabım”a köçür.  

5. Mənim ilk kitabım” a xoşladığın mövzularda 

şəkillər çək. 

6. Məktəbdən evə gedərkən gördüklərin, müşahidə 

etdiklərin haqqında yaz, rəsmini çək. 

7. Sinif yoldaşların haqqında nə deyə bilərsən? 

onlardan hansını özünə daha yaxın, dost hesab edirsən? Nə 

üçün?  

8. Baxdığın filmlərdə, televiziya veriliş  və 



tamaşalarında xoşuna gələn nə oldu? Nə üçün? Bu haqda ayaz, 

şəkil çək və s.  

Şəxsiyyət kimi formalaşmasına, vətəndaş kimi 

böyüməsinə  səy edilən  şagirdin hər biri ayrılıqda fərdidir. Və 

 

36

hər fərdin öz daxili aləmi, öz duyğu, düşüncəsi vardır. Hər biri 



fərqli-fərqli hisslərlə yaşayır.  Əhatə olunduqları mühitə 

münasibətləri başqa-başqadır. Istər sinifdəki suallara verilmiş 

cavablardan, istərsə  də yerinə yetirilmiş ev tapşırığından da 

bunu açıq-aydın görmək olur. Və ev tapşırıqları yoxlanılarkən, 

sonrakı  mərhələdə öyrənilərkən (müəllimin özü) bəlli olur ki, 

şagirdlərin bəziləri  şəkil çəkməyə daha çox meyl göstərirlər. 

Yazanların bir qrupu öz hiss və duyğularını poetik şəkildə ifadə 

etməyə, yəni şeir, hekayə (sözsüz ki, bunlar şagirdlərin kövrək, 

bərkiməmiş  qəlb, qələm işləridir) yazmağa, digərləri isə 

gördükləri haqda təsəvvür yaratmağa çalışırdılar.  Şəkil 

şəkənlərin bəziləri tünd rənglərlə, başqaları isə açıq rənglərlə 

işləməyi sevirlər. elələri də var ki, təbiəti, təbiət lövhələrini 

xoşlayırlar. Getdiyi yolun yaxınlığında, evlərinin yanında 

ucaldılan tikililərə tamaşa etməkdən zövq alanlar da az olmur. 

Bütün bunlarla şagirdlər, sözsüz ki, öz hiss, duyğu, 

düşüncələrini açıqlamış, daxili aləmlərini üzə çıxarmış olurlar. 

Deməli, bu yolla şagird “Mən”ini tanımaq üçün daha bir uğurlu 

addım atılmış olur.  

 

Nağıletmə bacarıqları  

Məktəb təcrübəsi göstərir ki, öz sözləri ilə nağıletmə 

bir qədər çətindir. Bu işə II sinifdən başlanmalıdır. Kiçik 

mətnlər dörd-beş dəfə oxunduqdan, yaxud yoldaşlarından bir və 

ya bir neçəsinin nağılı dinlədildikdən sonra şagirdlər onları 

əzbərləyirlər. Ona görə də qabaqcıl müəllimlər bu işin müxtəlif 

variantlarından istifadə etməyə çalışırlar. Belə ki, müəllim 

mətnin məzmunu ilə  əlaqədar yazı taxtasına müvafiq sözlər 

yazır. Sonra həmin sözlərdən istifadə etməklə  məzmunu 

danışmağı  şagirdlərdən tələb edir. Şagirdlər yazı taxtasından 

sözləri oxuyur, məzmunla tutuşdurur, hər birini işlətmək üçün 

yer, məqam axtarmalı olurlar. Beləliklə,  şagird cümlələri

bütövlükdə məzmunu əzbərləmiş olsa da, təqdim olunan sözlər 



 

37 


onu hazır qəlibdən çəkindirir, öz üslubuna, hissinə uyğun ifadə 

(nitq) materialı seçir, forma yaradır. Məsələn, III sinifdə “Vətən 

onu qoruyanındır” mətni üzrə  ana Vətən Azərbaycan, neft, 

üzüm, pambıq, azərbaycanlılar, otuz altı milyon 

azərbaycanlı, Amerika, dünya ölkələri, azad, müstəqil, ulu 

babalarımız, özünü vətənə qurban vermək və s. söz və 

ifadələr  şagirdlərə  təqdim olunur. Bu materiallar şagirdlərin 

qarşısında problem yaradır, onlar düşünür, hər sözü, ifadəni 

daxil


 

etməklə məzmunu verməyə çalışırlar.” (64,412-413)  



 

   Səs və hərfin tanıdılması 

Vəsaitdə hər bir səs və hərfə 4 səhifə ayrılmışdır. 1-ci 

səhifə müvafiq səs və  hərfin tanıdılmasına xidmət edir. 2-ci 

səhifədə dinləmə, danışma və ya oxu üçün materiallar verilir. 3-

cü səhifə yazı texnikasının inkişafına, 4-cü səhifə isə problemin 

həllinə yönəlmiş düşündürücü çalışmalardan ibarətdir.  

Səhifənin sol yuxarı küncündə müvafiq hərfin çap 

şəkli verilir. Burada əks olunan şəklin adında həmin səs iştirak 

edir. Bu şəkil hərfin tanıdılması üçün motivasiya rolunu oynaya 

bilər.  


Hərf qatarı indiyə qədər keçilmiş hərfləri əks etdirir. 

Adının tərkibində müvafiq hərf olan şəkillər və  şəkil 

adlarının hərf sxemləri verilir. Sxemdə hərfləri bildirən xanalar 

nömrələnir. Bu, sxemdə  hərfin yerini müəyyən edən  şagirdlə 

sorğu-sualı asanlaşdırır. 

Yazı taxtasında müvafiq hərfin iştirak etdiyi açıq 

hecalar və hecalardan sözlərin yaranması sxemləri verilmişdir.  

Vəsaitdə  bəzi sözlərin deyilişi ilə yazılışı arasındakı 

fərq sxematik şəkildə göstərilir ki, bu da şagirdlərdə fonetik 

qaydalar haqqında ilkin təsəvvürlərin formalaşmasına xidmət 

edir.  

 

38



Şagirdlər hərfin əl yazısı şəklini müşayiət edən oxların 

istiqamətinə baxaraq barmaqları ilə havada müvafiq hərfi 

çəkirlər.  

Səsləri və hecaları düzgün birləşdirərək sözlər 

yaratmaq oxu texnikasının inkişafına xidmət edən 

tapşırıqlardandır. Bunun üçün müxtəlif fiqurlu loqolardan 

istifadə olunur ki, şagirdlərin özünü yoxlamaq imkanı olsun. 

(48, 200)  

Şübhəsiz ki əyaniləşdirmək dərketmənin mühüm 

vasitələrindən biridir. Lakin təqdim olunan variantın hər bir 

elementi ayrıca götürülsə daha əhəmiyyətli olardı. Məsələn, 

pişik şəkli ilə birlikdə “P” hərfi, keçirilən hərflərin qatarı və s. 

Hər biri ayrılıqda verilsə  dərketməni sürətləndirərdi. Axı 

müasir təlimdə  dərketmənin sürəti, fikrin çevikliyi də  əsas 

amildir. Az vaxtda mümkün olandan çox dərk etmək! Uşağa bu 

vərdişi aşılamaq vacibdir.  

Təklif olunan variantda isə  uşağın fikrini dağıtmağa 

xidmət edən faktlar çoxdur. Onların hər biri lazımdır. Amma 

bir yerdə yox, təklikdə. 

Dinləmə, danışma və oxu materialları haqqında təklif 

olunan elementlər sadədir. Təklif olunan elementlər sadədir

uğurludur. Ondan hər bir müəllim asanlıqla istifadə edə bilər.  

Səs və  hərfin tanıdılması ilə bağlı materiallar 

blokunun ikinci səhifəsi mətnlə bağlı olur. Sözsüz ki, ilk 

dərslərdə kompozisiyalı  şəkillərə üstünlük verilir. Şagirdlər 

şəkillər  əsasında mətn qurub danışmalı  və ya müəllimin 

səsləndirdiyi mətnə qulaq asaraq və müvafiq şəkli nəzərdən 

keçirərək sualları cavablandırmalı  və müxtəlif tapşırıqları 

yerinə yetirməlidirlər. Bu kompozisiyalarla bağlı dinləmə 

materialları vəsaitin sonunda verilmişdir.  

Səhifənin sağ yuxarı küncündəki işarə bu səhifədəki 

materialalrın dinləmə, yoxsa oxu məzmun xətti ilə bağlı 

olduğunu bildirir.  



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə