Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   33


"e-Dalğa". Şəbəkə Dərgisi. II sayı. KULTUROLOGİYA. "Postmodernizm" elmi-

kulturoloji, ədəbi-tənqidi yazılar toplusu 

 

 

"e-Dalğa" Şəbəkə Dərgisinin ikinci sayını dünya humanitar-kulturoloji düşüncəsinin ən 

çox mübahisəli probleminə - postmodernizm məsələlərinə həsr etdik. Bu sayda 

azərbaycanca postmodern düşüncə texnologiyasına, sənət - bədii-fəlsəfi cərəyanına aid 

Azərbaycan və dünyanın tanınmış imza sahiblərinin yazılarıyla tanışlıq imkanı 

yaratmışıq... 

 

 

"e-Dalğa" Şəbəkə dərgisinin baş redaktoru: 

 

Aydın Xan (Əbilov), yazıçı-kulturoloq 

 

 

 

 

 

 

M Ü N D Ə R İ C A T  

 

 

 

1. Niyazi Mehdi. "Azərbaycan postmodernizminə giriş"   -------                 səh. 2 

 

2. Eyvaz Taha.  "Postmodernizm və arxadan atılan daş" ------------           səh. 7 

 

3. Meri Klages. "Postmorernizm" --------------------------------------               səh. 9 

 

4. Təyyar Salamoğlu. "Yarımçıq əlyazma". Postmodernizm..."  --------     səh. 14 

 

5. Fayaz Çaqani. "Postmodernizm" --------------------------------------            səh. 23 

 

6. Nərmin Kamal. “Umberto Eko və Postmodernizm fəlsəfəsi”  ---------     səh. 26 

 

7. Qorxmaz Quliyev. "Postmodernizm..."   ----------------------------------     səh. 29 

 

8. Rahid Ulusel.  "Tənqidin metodoloji problemləri”  -----  

 

      səh. 42 

 

9. Umberto Eko. "Postmodernizm, istehza, əyləncəvilik."  ----------           səh. 49 

 

10. Vaqif Yusifli.  "Xaqani Hassın şeirləri"   ------------------------------       səh. 52 

 

11. Əlavə materiallar. Dünyanın əsas ədəbi-sənət cərəyanları ------------- səh. 55 

 

 

 

 

 

 

 

 

1




Niyazi Mehdi 

 

"Azərbaycan postmodernizminə giriş" 

 

 

POST-MODERNİZM VƏ PLYURALİZM. “PLYURALİZM” ANLAYIŞINDA NƏYİ 

UNUTMUŞUQ 

 

 

 Bu yazıda çağdaş Azərbaycan sənət düşüncəsi üçün gərəkli ola biləcək bəzi düşüncələri 



bölüşmək istərdim. Bu düşüncələrin çoxu “Post-modernizm” deyilən və yeni nəsl yazarlarının 

arasında populyar olan olayla bağlıdır. Post-modernizm Batı düşüncəsinin məhsuludur, bəziləri 

onu XIX yüzilin ikinci yarısına, bəzilərisə XX yüzilin ikinci yarısına aid edirlər. Ancaq hər iki 

halda Post-modernizmin bir kökü var, çox vaxt onu bəlirtələməyi unudurlar. Batıda həmin kök 

XIX yüzilin ikinci yarısında da vardı, XX yüzildə də. Biz Demokratiyanın sevimli sözü və faktı 

olan plyuralizmi deyirik. Post-modernizm məhz plyuralizmin sonucudur, elə sonucudur ki, 

plyuralizm olub gəlişən yerdə qaçılmaz olaraq ortaya çıxmalı olur.  

 

   Azərbaycan mədəniyyətində kulturoloji informasiya azadlığının olmasına baxmayaraq biz 



deyəmmərik ki, çağdaş sənətimizdə plyuralistik səviyyə hələlik yüksəkdir. Onu da söyləyim ki, 

plyuralizm heç ona doğma olmalı olan Azərbaycan mətbuatında da yoxluğa çatan azlıqladır. 

Niyə? Ona görə ki, əsl plyuralizm çox variantılılq deyil. Çoxvariantlılıq plyuralistik olmayan 

Sovet rejimində də olub. Məsələn, Stalin Siyasi Bürosunda problemlərlə bağlı ayrı-ayrı 

variantlılıq deyilib. Eləcə də Azərbaycan Sovet incəsənətində kənddən və şəhərdən hərə bir cür 

yazıb. Plyuralizm daban-dabana tərs duran baxışların, ideolojilərin, estetik görüşlərin bir arada, 

bir millətin dünyasında bulunması və yaşamasıdır, məsələn, ateizmlə dinin, kommunistlərlə 

liberalların, millətçilərlə kosmopolitlərin, realistlərlə abstraksionistlərin, ənənəviçilərlə 

avanqardistlərin. Azərbaycan elmində də, sənətində də və bütünlükdə toplumunda da bu yoxdur 

və ya bu, hələ başlanğıc, rüşeym halındadır. Durumun paroadoksu ondadır ki, indiki 

mədəniyyətimizdə nə məzmun, nə forma planında plyuralizmə yasaq yoxdur. Hər halda sənətdə 

NƏDƏNSƏ NECƏ yazdığına görə heç kimi tutmurlar, sürgün etmirlər, olsa-olsa TV-yə 

buraxmırlar. 

 

    



   “Nədən” yazmağın plyuralizminə “necə” yazmaq plyuralizminin alternativi 

 

   Son illərin Azərbaycan ədəbiyyatında plyuralizmi sezdirən yazılar var, onların adını Həmid 



Herisçi “andəqraund” qoyur, kimlərsə onlara postmodernist deyir. Onlar Azərbaycan 

gerçəkliyindən yazırlar, hətta lağ, sayğısızlıq çalarlarında Anar, Elçin kimi ünlülərin adlarını 

bədii tekstə calayırlar, Pikassonun bəzi şəkillərinə calanmış qəzet parçası kimi. Hərçənd 

həməncə sual çıxır bunun sayəsində ovsunlayıcı, magik enerjili yazı yapırlarmı? 

 

   Akademik musiqidə mənim üçün yeni səs fakturasını, cizgi oynartılarını eşitdirən Cavanşir 



Quliyev, Rəhilə Həsənova, populyar musiqidə isə Vaqif Gərayzadə var. Onlar plyuarlistik 

başqalıqda magik, erengetik şiddət yarada bilirlər. Ancaq bütün bunlar sayca bir ulus üçün çox 

azdır. 

 

   Yeri gəldi, plyuralizm məsələsindən bir planı da açım. Plyuralizm NƏDƏN danışıb, NƏYİ 



göstərməkdə kəskin başqalıqlardan doğa bilər, məsələn, biri İçərişəhəri çəkir, o birisi zibil 

qutularını. Plyuralizm həm də NECƏ danışıb, NECƏ göstərməkdə kəskin başqalıqlardan doğa 

bilər, məsələn, biri İçərişəhəri realistik görüntüdə, o birisi zibil qutularının tillərində (kubizm 

variantı) sındıra-sındıra, qırçınlaya-qırçınlaya göstərə bilər. Sənətdə başlıca uğurlar NƏDƏN 

 

2



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə