Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

 

47 


demoqrafik təsirlərin səmərəli yollarla aradan qaldırılması 

məhz onların qarşılıqlı münasibətlərinin xarakterindən asılıdır. 

Müasir dövrdə, insan amilinin xüsusi sosial-pedaqoji əhəmiyyət 

kəsb etdiyi bir şəraitdə “müəllim-şagird” münasibətlərinin 

humanistləşdirilməsi məktəbin  əsas vəzifələrindən birinə 

çevrilməlidir. Bu məsələləri psixoloji deyil, teatrşünaslıq 

terminləri ilə araşdıranda bir maraqlı sualla rastlaşırıq: görəsən, 

müəllimin sinif məkanında bənzərsiz teatrı “bir aktyorun” 

teatrıdır? Qətiyyən yox! Aydın məsələdir: müəllim xalq artisti 

Ələsgər  Ələkbərov deyil, sinifdə  də Hamletin “ölüm-qalım” 

monoloqunu demir. Onun monoloqu da bənzərsizdir. O, sinifdə 

elmi həqiqətlərlə yaşayır, onlarla nəfəs alır, gözləri şagirdlərin 

maraq odunda-alovunda alışan gözlərinə sataşanda isə qeyri-adi 

sənətinin romantikası ilə yaşayır və  həyatı qeydsiz-şərtsiz 

şagirdlərlə qaynaqlanır. Bəli, müəllimin  əlahəzrət  şagirdlərdən 

ibarət “tamaşaçıları” var. Onlar teatr salonlarındakı 

tamaşaçılardan özlərinin psixoloji durumları ilə köklü surətdə 

fərqlənsələr də, müəllim bu məkanda, necə deyərlər, ilhamla 

monoloq da söyləyir,  şagirdlərlə-teatrşünaslıq terminləri ilə 

desək, özlərinin partnyoru ilə dialoqa girir. Bir psixopedaqoji 

həqiqət  şəksizdir: istər XIX əsr, istərsə  də XX əsr müəllimin 

aktyor kimi psixoloji portretini yarada bilməyib, onun pedaqoji 

qabiliyyətlərini nəinki araşdırmayıb, onları sadəcə olaraq ayıra 

bilməyib. (I 32, 78-79)  

Şagird intellektinə  təsir göstərən müəllim  şagird 

dialoqu da daha uğurlu olur. Məsələn, II sinifin “Azərbaycan 

dili” dərsliyində “Çayın gileyi” hekayəsini götürək. Hekayənin 

məzmunu belədir:  

Kiçik çay uzun illərdir ki, bir gölə axırdı. Bu göl çayın 

sularını acgözlüklə udurdu. Çay isə uzaqlara axıb getmək 

istəyirdi, amma arzusu həmişə ürəyində qalırdı. 

Bir gün o, gölə dedi: 

 

48

- Sən çox acgözsən. Mən yaz-qış, gecə-gündüz sənin 



qarnına axıram, heç doymaq bilmirsən. Sən doysan, mən axıb 

lap uzaqlara gedərəm.  

Göl cavab verdi: 

- Sən məni o qədər də acgöz bilmə. Mən öz suyumdan 

günəşə pay verirəm ki, yağış yağdırsın.  

- O, yağışı necə yağdırır ki? 

- Günəş mənim suyumu buxarlandırıb havaya qaldırır. 

Buxar isə göylərdə soyuyub yağışa çevrilir və yerə tökülür.  

Çay acıqlı-acıqlı: 

- Vermə suyunu günəşə, - dedi. 

- Axı onda yağış yağmaz. 

- Qoy yağış yağmasın.  

Göl gülüb dedi: 

- Axı onda çaylar quruyar.  

Çay fikrə getdi. O hər  şeyi başa düşdü və  həmin 

gündən səsini çıxarmadın sakit-sakit gölə axmağa davam etdi.  

Sinifdə  həll ediləcək tapşırıqlar dərslikdə  aşağıdakı 

kimi verilmişdir.  

Düşün və cavab ver  

1. “Giley” sözünü hansı sözlə əvəz etmək olar? 

A) xəbər            B) kədər            C) şikayət  

2. Çay nədən gileylənirdi? O, haqlı idimi? 

3. Azərbaycanda olan hansı çayları  və gölləri 

tanıyırsan?  

4.Kür çayı axıb hara tökülür?  

Lakin bu mətnin imkanları çox böyükdür. Şagirdlərə 

bu mətn əsasında çoxlu tapşırıqlar verməklə onları ətraf aləmə 

yenidən baxmağa vadar etmək mümkündür.  

“Göl” nəyə deyilir? 

Çay nədir? 

Çayın mənsəbi nədir? 

Çayla gölün ortaq və fərqli cəhətləri nədir? 




 

49 


Sonuncu sual Venn diaqramı üçün əla imkanlar açır.  

Ortaq cəhətlər: 

Hər ikisi sudur 

Ikisində də balıq olur 

Insanlar və təbiət üçün əhəmiyyətlidir 

Heyvanlar və ağaclar onlardan istifadə edir 

Təbiəti cana gətirir 

Ortaq cəhətləri saymaqla uşaqlar bir-birindən yeni 

sözlər və fikirlər əxz edirlər, təbiətin bir sirrini öyrənirlər. Həm 

də bu prosesdə “darıxma” xəstəliyi yoxa çıxır. Hamı düşünür.  

Fərqli cəhətlər:  

Göl: axmır, dairəvidir 

Çaydan böyükdür 

Balıq yetişdirmək olur 

Yeraltı və yerüstü çaylardan yaranır 

Çay:  


Mənbəyi var 

Qolları olur 

Axır  

Uzunsovdur 



Göldən kiçikdir 

 

1.“Çayın gileyi” mətnində hansı suala cavab var? 



a)Necə olur ki, yağış yağır? 

b)Göyün yuxarı qatları niyə soyuqdur? 

c)Çaydakı balıqlar hara  üzürlər? 

d)Çayın töküldüyü göl niyə aşıb-daşmır? 

e)Çay suları nədən yaranır? 

 

2. Aşağıdakı cümlələrin hansında “çay” sözünün 



mənası digərlərindən fərqlidir? 

a)Kür çayı Xəzərə tökülür 

b)Biz eyvanda oturub çay içirdik 

 

50



c)Çayın üstündən körpü salındı 

d)Iki kəndin arası ilə gur çay axırdı 

 

3. Sözləri birləşdirərək yeni sözlər düzəlt. Həmin 



sözlərə hər hansı şəkilçi artıraraq boş sətirlərdə yaz. 

Boş                        saç 

Qara                      göz 

Qıvrım                  bucaq 

Göy                       qab 

Sarı                       mal  

Düz                      bəniz  

 

4. “Çayın gileyi” mətnindən cümlələri oxu və 



mürəkkəb sözlərin altından xətt çək. 

A) Bu göl çayın sularını acgözlüklə udurdu 

B) Mən gecə-gündüz sənin qarnına axıram 

C) Çay səsini çıxarmadan sakit-sakit gölə axmağa 

başladı 

Düzgün cavab variantını dairəyə al.  (A       B      C) 

Hansı cümlədə mürəkkəb söz eyni sözün təkrarından 

yaranıb? 

Hansı cümlədə mürəkkəb söz əks mənalı sözlərdən 

yaranıb? 

Tapşırığın sonuncu bəndi yazı bacarıqlarına 

istiqamətlənmişdir. Bu da vacibdir. Çünki yalnız sözün 

mənalarını tam düzgün anlayanda yazılı nitq gözəl ola bilər.  

Bu mövzu əsasında esse və yaxud inşa yazdırmaq 

faydalı olar. Hekayənin həm məzmunu, həm tapşırıqların 

genişliyi buna imkan verir. Yazılı nitqi inkişaf etdirməyin  ən 

yaxşı yolu sərbəst yazılardır. Prof. A.Rəhimov yazır:  

“Təcrübə göstərir ki, fərdi xarakterli inşalar 

şagirdlərin yaxşı  bələd olduqları, onlara tanış olan məsələlər 

ətrafında qurdurmalıdır: məsələn, müşahidə apardığımız 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə