Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

 

23 


1. Bu sözü daha hansı sözlə əvəz etmək olar?  

2. Bu söz cümlədə hansı fikri izah edir? 

3. Bu söz birləşməsi nə üçündür?  

4. Hansı atalar sözü bu məqam üçün uğurludur? 

5. Əksmənalı sözləri tap və birləşdir 

6. Mətndə hansı suala cavab yoxdur? 

7. Mətndə hansı suala cavab var? 

8.  Əgər  əsərin müəllifi sən olsaydın, onun sonunu 

necə bitirərdin? Nə üçün? Izah et.  

9.  Əsər müəllifinə  məktub yazsaydın, orada nə 

göstərərdin? 

10.  Əsərin baş  qəhrəmanına məktub yazsaydın hansı 

fikirləri önə çəkərdin? 

11. Əsərə daha hansı adı qoymaq olardı? 

 Bu tipli suallar şagird intellektinə qida verən, onun 

düşüncələrini qanadlandıran tapşırıqlar hesab oluna bilər.  

Yaxşı suallar düşünməyə sövq edir. Bu prosesdə 

“bəli” və “xeyr” cavablarına uyğun gələn suallar 

əhəmiyyətsizdir. Sual elə qoyulmalıdır ki, uşaq ona cavab 

verərkən başını  işlətsin, intellektini işə salsın. Sual şagirddə 

düşünülmüş cavab oyatmalıdır: “Bu sual çox maraqlıdır. Mən 

əvvəllər bu barədə heç düşünməmişəm”.  

Suallar bütün sinfə ünvanlansa daha doğru olar. 

Problematik sualların cavabı da rəngarəng olur. Şagirdlər öz 

cavabları ilə bir-birini zənginləşdirir. Bu da dərsin effektini 

artırır. Aşağıdakı şeir əsasında verilən suallar maraqlıdır. 

 

QIZIL NƏDIR?  

Payız gələndə 

Yarpaq qızıldır. 

Xəzəl görəndə 

Torpaq qızıldır. 

 

 



24

Əkinçi deyir: 

- Qızıl çöldədir. 

Balıqçı deyir: 

Qızıl göldədir.  

1. “Yarpaq qızıldır”, “torpaq qızıldır” sözlərində 

“qızıl” sözü hansı mənanı bildirir? 

2. Əkinçi “qızıl çöldədir” deyəndə nəyi nəzərdə tutur? 

3. Bəs balıqçı “qızıl göldədir” deyəndə  nəyi nəzərdə 

tutur? 


4. “Qara qızıl”, “ağ  qızıl” nəyə deyilir? Niyə belə 

deyirlər? 

5. “Qızıl xasiyyət” ifadəsini necə başa düşürsən? 

6. “Qızıl üzük” və “qızıl ürək” ifadələrində “qızıl” 

sözünün mənaları arasındakı fərqi izah et. 

7. Verilmiş sözlərdən istifadə etməklə  aşağıdakı 

ifadələrlə “qızıl” sözünün mənalarını tap.  

metal, qiymətli, bərəkətli, sarı  

qızıl söz, qızıl saat, qızıl payız, qızıl torpaq 

8. Hansı metal adı “iradə” sözü ilə birgə  işləndikdə 

“möhkəm, əyilməz” mənasını verir: 

A) gümüş                          B) polad                       C) 

mis  


 

Bənöfşəyəm, bənöşə, 

Düşmüşəm dilə-dişə. 

Məni qızlar, oğlanlar 

Dərib taxırlar döşə.  

1. Şeirdə gül adı iki cür yazılmışdır. Hansı düzdür? 

A) bənöfşə 

B) bənöşə 

C) Heç biri düz yazılmayıb, “bənövşə” yazılmalıdır. 

 

2. Hansı bənddə sözlərin hər ikisi düzgün yazılıb? 




 

25 


A) qızlar, oğlannar 

B) qızdar, oğlannar 

C) qızlar, oğlanlar 

3. Nərgiz, Lalə, Yasəmən, .. 

Hansı söz ardıcıllığı tamamlayır: 

A) Qərənfil               B) Vəfa             C) Leyla  

 

4. Bakı, Sumqayıt, Gəncə, ... 



Hansı söz ardıcıllığı tamamlayır: 

A) Xəzər B) Araz C) Quba 

 

5 .1. “Keçinin üç dəcəl balaları var idi” cümləsindəki 



hansı sözdə səhvə yol verilib? 

A) keçinin                  B) dəcəl                 C) balaları  

    2. Seçimini izah et: 

A) Heyvanın balası haqqında “dəcəl” deməzlər. 

B) “Bala” əvəzinə “çəpiş” demək ıazımdır. 

             C)  Ad  bildirən söz say bildirən sözlə  işlənirsə, -lar; 

hissəciyi artırılmır.  

6. Hansı söz yerindən asılı olaraq həm böyük, həm də 

kiçik hərflə yazıla bilər? 

A) Ibrahim 

B) Qəhrəman 

C) Yusif  

Bu tipli tapşırıqlar şagird düşüncəsini hərəkətə gətirən 

ən etibarlı mexanizmdir.  

Məlumdur ki ibtidai sinfin ana dili müəllimi təkcə dil, 

ədəbiyyat tədris edən  şəxs deyil, o həm də pedaqoq və 

psixoloqdur. Buna görə  də  hər bir şagirdin “xəstəliy”inin 

səbəblərini aydınıaşdırmağa borcludur. 

Bir sıra uşaqlar xüsusilə bağça tərbiyəsi görməyən I 

sinif  şagirdlərinin  şüuru yarımyuxulu vəziyyətdə olur. Onların 

şüuruna vaxtında təsir edib oyatmaq, intellektinə təkan vermək 

 

26



nəticəsində fikir ölüvaylığı, intellektin zəifliyi aradan qaldırıla 

bilər. Buna görə  də  uşağı “yuxudan oyatmaq” üçün zəruri 

tapşırıqlar düşünmək müəllimin borcudur. Müəllim  şagirdini 

“xəstəlikdən xilas etməyin  ən zəruri yollarını  və metodlarını 

axtarmağa borcludur. 

Elə  şagird var ki dil qanunlarını  və  ədəbi nümunəni 

dərk edə bilmir, amma riyaziyyata meyllidir. Müəllim onun bu 

cəhətindən istifadə etməli, riyazi qabiliyyətində olan əsas 

cəhətləri mənimsəyərək onu ədəbiyyata alışdırmaq üçün yollar 

düşünməlidir. Rəqəmlər və  həndəsi xətlər haqqında hekayələr 

uydurmaq olar. Rəssamlığı, musiqini, tarixi faktları bilməyə 

maraq göstərən uşaqları da eyni yolla bədii  əsərlərin dərkinə 

həvəsləndirmək olar.  

Dərsliyin maraqlı  cəhətlərindən biri də budur ki

müəlliflər  əlifbaya qədərki dövrdə verilən  şəkil hekayələrdən 

bacarıqla istifadə etmişlər. Kitabın sonunda müəllimə kömək 

məqsədilə konkret nümunələr vermişlər. Kitabın 8-9-cu 

səhifələrində çap olunan “Məktəbdə ilk gün” şəkilləri əsasında 

müəllifin danışa biləcəyi aşağıdakı hekayəni təqdim edirlər: 

Məsələn belə bir hekayəyə diqqət edək: 

Məktəbin həyətində xeyli uşaq vardı. Ayxan da 

onların arasında idi. O, anasının əlindən tutmuşdu. O biri əlində 

isə gül dəstəsi var idi. Ayxan bu gülləri səhər tezdən öz 

bağçalarından dərmişdi.  

Bir azdan zəng çalındı. Ayxan sinif yoldaşları ilə 

birgə  məktəbə daxil oldu. Anasından ayrılanda onu ağlamaq 

tutmuşdu. Özünü güclə ələ aldı.  

Sinfə daxil olanda Ayxan gül dəstəsini müəllimin 

masasının üstünə qoydu. Sonra keçib parta arxasında əyləşdi.  

 

 



 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə