Mövzu 1. Sağlamlıq imkanları məhdud uşaqlar
Plan:
1.Sağlamlıq imkanları məhdud olan uşaqlar
2.Sağlamlıq imkanları məhdud olan uşaqlar və dizontogenez
Əsas ədəbiyyat:
Anomal inkişafın psixologiyası
1. Sağlamlıq imkanları məhdud olan uşaqlar -Müasir praktik psixologiyanın
vacib məsələlərindən biri anomal uşaq davranışının diaqnostikası və
korrekyasiyası, həmçinin çətin uşaqların qeyri-tibbi köməkdir. Əlililiyi olan
uşaqların tədqiq zamanı psixoloqun qarşısında duran məqsədlərdən biri də əsas
psixi pozuntuların təsnifatıdır.
Məlum olduğu kimi, beyinə istənilən uzunmüddətli patoloji təsir psixi
inkişafın pozulmasına gətirib çıxarır. Onun təzahürü etiologiyası, lokalizasiyası,
zədənin yayılması, zədənin təsir müddəti, həmçinin uşağın olduğu sosial şəraitdən
asılı olaraq, müxtəlif olacaqdır. Bu faktorlar psixi dizontogenezin əsas modallığını
müəyyənləşdirir. Bu onunla şərtlənir ki, ilkin görmə, eşitmə, motorika, intellekt
emosional tələbat sferası nə dərəcədə zərər çəkir.
Defektologiya dizontogeneziyaya yaxın olaraq “anomal inkişaf” termini
qəbul etmişdir. Ümumiyyətlə dizontegenez–ontogenezin müxtəlif formalı
pozuntusu olub, həm bətndaxili, həm də erkən yaşlı dövrlərdə beyinin morfoloji
strukturlarında hələ tam formalaşmaması vaxtı təsadüf olunan eyintisidir. Beynin
irsən keçən və ya qazanılmış müşahidə olunan idrak fəaliyyətinin pozulmasında
özünü büruzə verən gerilik uşaqlarda olan “əqli gerilik” dir. Uşaq beyni daim
inkişaf edir və bu inkişaf zamanı istənilən patoloji təsir onun sonrakı psixi
inkişafına təsir göstərmiş olur. Onun təzahür formaları və səviyyəsi bəzi
faktorlardan asılı olaraq dəyişir. Həmin faktorlar əsasən dizontogenezdə eşitmə,
görmə, motorika, intellekt və emosional-iradi sferanın ilkin dərəcəli zədəsini
yaratmış olur. Yəni, dizontogenez nəticəsində anomal psixi inkişaf təzahür etmiş
olur.
Məlum olduğu kimi müxtəlif xəstəliklərin simptomları neqativ və produktiv
növlərə ayrılır. Psixiatriyada neqativ növlərə psixi fəaliyyətin aşağı düşməsi aid
edilir: intellektual və emosional aktivliyin azalması, təfəkkür, yaddaş proseslərinin
zəifləməsi və s. Produktiv simptomlar isə psixi proseslərin patoloji irritasiyası ilə
əlaqəlidir. Produktiv pozulmaya müxtəlif nevrotik hallar, qıcolma vəziyyəti,
qorxular, hallüsinasiyalar, sayrışan ideyalar və s. aid edilir. Xəstəlik simptomları
və dizontogenez halları arasında “yaş” simptomları deyilən anlayış vardır ki,
normal yaş inkişafının patoloji halı kimi qeydə alınır. V.V.Kovalyev uşaq və
yeniyetmələrdə fərqli zərərlərə qarşı sinir-psixi reaksiayaların yaş səviyyəsini
differasniya edir: Somato-vegetativ (0-3 yaş); Psixomotor (4-10 yaş); Afektiv ( 7-
12 yaş); Emosional-ideator (12-16 yaş).
Somato-vegetativ səviyyə üçün yüksək ümumi və vegetativ yuxu, qida
pozulmaları xarakterikdir.
Psixomotor səviyyə fərqli genezlərin hiperdinamik pozulmalarını əks
etdirir: psixomotor oyanıqlıq, kəkələmə, tiklər və s.
Affektiv səviyyə üçün qorxu sindrom və simptomları, yüksək affektiv
həyəcan xarakterikdir.
Emosional-ideator səviyyə pubertant yaşda meydana çıxır.
Əlilliyi olan uşaqlar öz qarşılarına müstəqil olaraq məqsəd qoya bilmirlər.
Qarşılarınada olan məqsədi tam olaraq dərk etmirlər, öz fəaliyyətlərini planlaşdıra,
fəıaliyyəti yerinə yetirmək üsullarını seçə bilmirləır. Onların fəaliyyyəti az
motivləşmiş olur.