Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

 

43 


Nə etməli? Suallar və tapşırıqlar köməyə  gəlməlidir. 

Dərs fəallaşmalıdır! Sual bütün şagirdləri cəlb edəcək bir 

məzmuna malik olmalıdır.  

Şagird aktivliyi ən optimal yoldur. Dərsin effettivliyi 

də bu aktivliklə bağlıdır. “Oxu” dərslərində mətn maraqlıdırsa 

bütün sinif ona diqqətlə qulaq asır. Mətn bitdikdən sonra azacıq 

heyratamiz bir sükut olur. Həmin sükutdan sonra “darıxma 

fenomeni” sinfə daxil olur. O, gözəl mətnin bütün effektini heç 

edə bilər. Bu təhlükəni aradan qaldırmaq üçün müəllim 

əvvəlcədən hazırladığı  və ya oxu prosesində yaranan suallara 

meydan verməlidir. Məsələn, müəllim “Bəhmənyar” adlanan 

mətni ucadan oxuyur. Rəvayətin məzmunu olduqca maraqlıdır: 

“Bir gün bir dəmirçi şagirdi ilə birlikdə dəmirçixanada 

işləyirdi.  Şagird körüyü basdıqca közlər qığılcımlanır, onların 

istisi dəmiri yumşaldırdı. Dəmirçi də qızarmış dəmir parçasını 

çəkiclə döyəcləyirdi.  

Elə bu zaman qonşunun uşağı  təngnəfəs özünü 

qapıdan içəri salıb dəmirçiyə dedi: 

- Usta, ocağımız sönüb, anam deyir köz versin.  

Usta önlüyü ilə üzünün tərini silib uşağın əlinə baxdı: 

- Get bir qab gətir. Közü ovcunda aparmaycaqsan ki!.. 

- Apararam, sən verməyində ol. Tez ol, həyətdə 

oynayırıq. Uşaqlar məni gözləyir.  

- Ay uşaq, sənin əlin dəmirdəndir? 

- Yox, sən közü ver, neyləyirsən necə aparacağam? 

Usta baxdı ki, bu tərs uşağı sözlə başa sala 

bilməyəcək. Üzünü şagirdinə tutub dedi: 

- A bala, bu uşağa bir ovuc köz ver, görüm necə 

aparacaq.  Şagird maşa ilə  qıpqırmızı bir köz götürüb uşağa 

yaxınlaşanda dəmirçi bir də gördü ki, uşaq qapının ağzından 

ovcuna torpaq yığıb ona sarı uzadıb.  

Şagird közü uşağın ovcundakı torpağın üstünə qoydu. 

Dəmirçi uşağın ağlına mat qaldı. Soruşdu: 

 

44



- A bala, sənin adın nədir? 

- Bəhmənyaram da, usta əmi, tanımadın? – deyə uşaq 

cavab verib cəld qapıdan bayıra çıxdı.  

Bu həmin Bəhmənyar idi ki, sonralar oxuyub 

dövrünün məşhur alimi oldu”.  

Mətn müdrikdir. Uşaqların diqqətini cəlb etməklə 

yanaşı  şübhəsiz ki onları  təsirləndirir. Sinifdə tam sakitlikdir. 

Hər kəsin ürəyindən Bəhmənyar kimi ağıllı və fərasətli olmaq 

keçir. Dərsi aktivləşdirmək üçün bundan gözəl fürsət yoxdur. 

Sinfə belə suallar vermək və  fəal təlimin müzakirə üsulunu 

tətbiq etmək olar. 

* Sizcə hekayəyə daha hansı adı vermək olardı?  

* Bəhmənyarın bacarığı onun hansı keyfiyyəti ilə 

bağlı idi? 

* Sən olsaydın hekayəni hansı cümlə ilə 

tamamlayardın? 

- Bəhmənyara məktub yazsaydın ona hansı sözlərlə 

müraciət edərdin?  

Bu suallar şagirdin  şifahi nitq qabiliyyətini inkişaf 

etdirməyə xidmət göstərir. Yazılı nitqi inkişaf etdirmək üçün 

aşağıdakı tapşırıqlar da müəllimin köməyinə çata bilər.  

 

1-ci abzasdakı “körük” sözünün hansı izahı doğrudur? 



1) Qədimdə döyüşçülərin istifadə etdiyi silah  

2) Od yandıqdan sonra qalan alovsuz, qızmar kömür  

3) Közü qızartmaq üçün hava vuran alət 

 

2. “Maşa” sözünün hansı izahı doğrudur? 

1) Isti şeyləri götürmək üçün tutqac 

2) Mismarı  çıxarmaq və ya metalı  əymək üçün 

istifadə olunan alət 

3) Mismar vurmaq və ya metal döymək üçün əmək 

aləti 



 

45 


 

3. Bu rəvayətdən hansı nəticəni çıxarmaq olar? 

1) Keçmişdə evlərdə kibrit olmurdu. 

2)Torpaq istilik keçirmir. 

3) Dəmirçixanada köz paylayırlar. 

Bu rəvayəti digər metodika ilə  də keçmək olar. 

Müəllim onu üzündən oxumaq əvəzinə nağıl edər və yenə  də 

sinfi fəallaşdıran tapşırıqlarla davam etdirə bilərdi. Nağıl 

prosesində müəllim bir aktyor kimi təhkiyəni, obrazların 

danışığını  fərqli səsləndirər, fəal dərsə nail ola bilərdi. 

Nağıletmə fenomeni uzun illərin təəcrübəsindən çıxmış etibarlı 

metodikadır. Prof. A.Rəhimov tapşırıqların nağıletmə 

variantına xüsusi əhəmiyyət verir. O, göstərir ki, “I – IV 

siniflərdə nağıletməyə yaradıcı xarakter vermək üçün işin digər 

formalarından da istifadə olunmalıdır. Ola bilər ki, müəllim 

şagirdlərə  şəxsi dəyişməklə  məzmunu nağıl etdirsin. Bu 

prosesdə şagirdlər fikri əməliyyat aparmalı olurlar. Məsələn, II 

sinifdə C. Gözəlovun “Nizaminin səhvi” hekayəsi ilə əlaqədar 

şagirdlər Nizaminin obrazında çıxış etməklə  məzmunu nağıl 

etdirmək olar. Bu zaman çıxış edən  şagird özünü bir anlığa 

Nizaminin yerinə qoyur, hadisələrin iştirakçısına çevrilir. 

Çöldə, çəməndə  gəzir, bənövşə, novruzgülü dərir, böcəkləri 

tutur, fəaliyyətdə olur... Beləliklə, hekayədə  cərəyan edən 

hadisəni öz həyatına köçürür. Nizaminin daxili aləminə nüfuz 

edir, keçirdiyi psixoloji halları keçirir, başqa sözlə, onunla 

birlikdə sevinir, şənlənir, fərəhlənir və s.” (64, 7)  

Şübhəsiz ki, görkəmli alimin bu mülahizələri 

əhəmiyyətlidir. Buraya teatr ünsürlərinin sinfə  gətirilməsi, 

şagirdlərin obrazlı düşüncəsinə  təsir edən amillər kimi çox 

qiymətlidir. Professor qeyd edir ki, ibtidai siniflərdə məzmunun 

yığcam nağıl olunması müstəsna  əhəmiyyət kəsb edir. Bu, 

şagirdlərdən araşdırmalar aparmağı, 

şüurlu fəaliyyət 

göstərməyi, birinci dərəcəli məsələləri, ikinci üçüncülərdən 

 

46



fərqləndirməyi, əsas məzmunu tutmağı və s. tələb edir. Bu işə 

II sinifdə tədris ilinin ikinci yarısından başlamaq və şagirdlərə 

məzmunla bağlı tutarlı sualların verilməsi məsləhətdir. 

Məsələn, III sinifdə “qara qızıl” hekayəsi üzrə “hekayə nə üçün 

“Qara qızıl” adlanır?” “Nefti necə  çıxarırlar?” “Neftdən nələr 

alınır?” “Qəhrəman neftçilərdən kimləri tanıyırsan? Yaxud 

“Möcuzə” mətni ilə  əlaqədar “Insan əlləri ilə hansı möcuzələr 

edilmişdir? “Elektrikin köməyi ilə yer üzündə, su altında, fabrik 

və zavodlarda, məktəbdə  və evdə hansı  işlər görülür? Və s. 

suallar  şagirdləri konkret vəzifələrlə qarşılaşdırdığından onlar 

da real faktlara əsaslanır, məzmunu yığcam nağıl etməyə 

çalışırlar.  

Müasir təhsil teatr elementlərinin, oyun ünsürlərinin 

sinfə  gətirilməsinə üstünlük verir. Belə olduqda şagirdlərdə 

sərbəstlik artır, ilk baxışda nəzəri cəlb etməyən istedadlar üzə 

çıxır. Musiqiyə, rəssamlığa, incəsənətin digər növlərinə marağı 

olan uşaqlar çox zaman ciddi, qaraqabaq sualların qarşısında 

donub qaldıqları halda, imkan veriləndə onlar özlərinin 

aktyorluq və  rəssamlıq qabiliyyətlərini göstərirlər. Bu 

qabiliyyətlər başqa bacarıqları da inkişaf etdirir.  

Görkəmli alimlər  Ə.Əlizadə  və H.Əlizadə “Pedaqoji 

psixologiya” kitabında bu məsələlərə toxunaraq yazırlar: 

“Müəllimi çox vaxt aktyora bənzədirlər. Bu 

bənzətmədə həqiqət ölçüləri çoxdur. Onların sehrində müəllim 

də aktyordur, şagird də aktyordur. Ancaq, həmin obrazlı 

ifadənin axarında müəllim-şagirrd münasibətlərini aktyor-

tamaşaçı münasibətlərinə qeydsiz-şərtsiz bənzətmək 

mənasızdır. Teatr iki əsas sahədən-səhnədən və tamaşaçı 

salonundan ibarətdir. Dərs özünün zahiri effektlərinə görə teatr 

tamaşaçını xatırlatsa da, sinifdə mahiyyət etibarı ilə tamaşaçı 

salonu yoxdur, ancaq səhnə var. Bu səhnədə müəllim və şagird 

rollarından hər birinin öz yeri, öz sözü var. Ancaq onlar teatr 

anlamları ilə desək tərəfi-müqabildirlər.. tərbiyə işində neqativ 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə