Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

 

71 


etdiklərini və fəxrlə dillərinə gətirdikləri işləri hər gün edir və 

onu adi həyati hadisə hesab edir. Beləliklə Selcanın hərəkəti 

gözəl bir nümunə kimi çatdırılır. Lakin müəllif onu ənənəvi 

qaydada deyil, müasir təhsilin verdiyi imkanlardan istifadə yolu 

ilə əks etdirir. Artıq söz, gurultulu ifadələr işlənmədən gözəl bir 

ideya məzmunu açılır. 

Intellektin çevikliyi şagirdlərin əldə etməli olduğu ən 

mühüm bacarıqlardan biridir. Danışanın fikrinin alt qatında 

gizlənən mənanı tez dərk etmək bacarığına yiyələnmək üçün 

şagirdlərə müxtəlif növ tapşırıqlar vermək olar. Bu tapşırıqlar 

ən sadə, elementar nümunələrdən başlamış  şagirdin yaşına 

uyğun gələn mürəkkəb tapşırıqlara qədər yüksələ bilər. 

Təfəkkür çevikliyinin inkişaf etdirilməsi müasir təhsilin 

qarşısında duran vəzifələrdəndir.  Şagird hər hansı sualın 

cavabını mümkün qədər tez vermək bacarığına yiyələnməlidir. 

Bu bacarıq xüsusi məşq tələb edən oyunlar vasitəsilə 

mənimsənilir. Bütün sinfə uzun bir söz verilir. Məsələn, 

“Azərbaycanşünaslıq”. Bu sözdən istifadə edərək yeni sözlər 

yazılması tələb olunur. Kənar hərflərdən istifadə etmək olmaz. 

Həmçinin sözdə cəmi bir məsələn, “Ə” hərfi varsa yeni yaranan 

sözdə iki “Ə” ola bilməz. Bu şərtləri nəzərə almaqla uşaqlar 

yarışa başlayırlar. Məqsəd söz ehtiyatının nə  qədər zəngin 

olduğunu yoxlamaqdan ibarətdir. Uşaqlar yazdıqlarını 

oxuyanda bir-birini zənginləşdirir, leksikonunda olmayan yeni 

sözləri öyrənirlər.  

Başqa bir oyun – tapşırıq “Sonra nə oldu? Ardını 

fikirləş” adlanır. 

Şagirdlərə  təklif edilir ki, bədii  əsəri öz variantları 

əsasında davam etdirsinlər. Bunun üçün aşağıdakı suallardan 

istifadə edilə bilər: 

Siz necə fikirləşirsiniz, sonra nə olacaq? 

Hadisələr necə  cərəyan edəcək? Bu situasiya necə 

sona çatacaq? 

 

72



Qəhrəmanın başına hansı işlər gələcək? 

Şagirdlərə  təklif etmək olar ki, öz variantlarını qeyd 

etsinlər və  əsər oxunub qurtardıqdan sonra fərziyyələrinin nə 

dərəcədə doğrulduğuna baxsınlar.  

Təfəkkür çevikliyini formalaşdıran başqa bir tapşırıq 

tipi də diqqəti cəlb edir. Həmin tapşırığı şərti olaraq “Kim daha 

cəld” adlandırırlar. Bunları da tətbiq etmək çox faydalıdır.  

Tapşırıq 1. Qrup şagirdləri dairəvi otururlar. 

Müəllimin əlində top var.  



Təlimat: “Təsəvvür edin ki, bu (müəllim topu 

göstərir), portağaldır. Indi biz onu bir-birimizə ataraq onun 

necə olduğunu deyəcəyik. Diqqətli olun! Çalışın portağalın 

söylənilən xüsusiyyətləri təkrarlanmasın və hamı oyunda iştirak 

etsin”. 

Müəllim təsəvvür olunan portağalın hər hansı bir 

xüsusiyyətini söyləyərək, misal üçün “şirin”-deyib, işə başlayır. 

Tapşırığı yerinə yetirən zaman müəllim “Gəlin daha cəld 

işləyək!” deməklə şagirdləri daha cəld işləməyə təhrik edir. 

Tapşırıq 2. Qrup şagirdləri dairəvi oturublar. 

Müəllimin əlində top var. 



Təlimat: “Indi biz topu bir-birimizə atacağıq. Bu 

zaman biz hər hansı bir rəngi, topu tutduqda isə bu rəngdə olan 

obyekti deyəcəyik. Diqqətli olun: söynəlilən rəng və obyektləri 

təkrarlamayaq və hər hansı bir iştirakçıya oyunda iştirak etmək 

imkanı verək”. 

Tapşırıq 3. Qrup şagirdləri dairəvi oturublar. 

Müəllimin əlində top var.  



Təlimat: “Indi biz topu bir-birimizə atacağıq. Topu 

atan üç sözdən birini deyir: “Hava”, “yer” və ya “su”. Əgər 

“hava” sözü deyilirsə topu tutan şəxs quş adı, ikinci halda 

(“yer”) heyvan, “su” dedikdə isə balıq adı deyir. Cavabı 

mümkün qədər tez vermək lazımdır.” (71,110)  



 

73 


Şagird təfəkkürünə  təsir etmək üçün folklor 

nümunələrindən də istifadə etmək olar. Belə nümunələr isə 

kifayət qədər çoxdur. Uşağı çaşdırıb gülünc vəziyyətinə qoyan 

bəzi folklor nümunələrindən istifadə etmək olar. Bir dəfə 

gülünc vəziyyətinə düşən uşaq diqqətcil olur ki, ikinci dəfə belə 

vəziyyətə düşməsin. 

-  Gəl gedək bağa 

-  Mən də, mən də 

-  Görək qurbağa 

-  Mən də, mən də 

-  It bizə hürsün  

-  Mən də mən də 

Sonuncu misrada uşaq özünü itə  bənzədir.  Əlbəttə, 

tələsdiyi üçün belə edir. Bu nümunə  uşağın daha diqqətcil 

olmasını tələb edir. 

Başqa nümunələr də çoxdur. Belə nümunələr adətən 

dialoq  şəklində olur. Ilk baxışda uşağı çaşdırmır. Amma onu 

ehmalca sancır. Məsələn,  

- Deyinən ad! 

- Ad! 


- Dostun olsun sənə yad. 

*** 


- Deyinən Adam! 

- Adam! 


- Ağzına badam. 

*** 


- Deyinən az! 

Az! 


-Get özünə qəbir qaz. 

*** 


- Deyinən azan! 

- Azan! 


- Başına keçsin qazan. 

 

74



*** 

- Deyinən ay! 

- Ay! 

- Oldun ayıya tay.  



- Deyinən ayaz! 

- Ayaz! 


- Ağlın olsun dayaz. 

*** 


- Deyinən ayğır! 

- Ayğır! 

- Çıx dama hayqır. 

*** 


- Deyinən ayna! 

- Ayna! 


- Meymun ol oyna. 

*** 


- Deyinən alan! 

- Alan! 


- Belinə qoyum palan.  

Uşaqların diqqətini daha çox toplaması üçün 

yanıltmaclar da gözəl nümunələrdir. Burada eyni cinsli səslər 

bir-birini izlədiyi üçün bəzən səslərin yeri dəyişik düşür, onu 

deyən adam çaşır. Bu da gülüş doğurur. Uşaqlar belə vəziyyətə 

düşməmək üçün diqqətcil olurlar. Yanıltmaclarla sinif 

yarışmaları da keçirmək olar. Bir neçə yanıltmaca diqqət edək.  

Ay ağquyruq qırqovul, qara qılquyruq qırqovulu 

gördünmü? 

*** 


Aşbaz Abbas bozbaş asar o başda, bu başda. 

*** 


Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, küncüt ucuz 

*** 


Bir bərbər o biri bərbərə dedi ki, bir bəri bax. 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə