Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə16/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

 
48
möhtacdırlar”. Nəhayət, Xaqani əzab və işgəncələrə dözə bilməyə-
rək, tamamilə  Şirvandan çıxıb getmək qərarına gəldi. O, 1173-cü 
ildə ikinci dəfə “ziyarətə” getdi. Lakin o, bu dəfəki səfərində əvvəl-
ki hörmət və ehtiramı görmədi. 
Az sonra şair gizlincə Şirvana qayıdıb ailəsini də Təbrizə kö-
çürtdü. Doğma vətənindən ayrılmasının ağırlığını onun aşağıdakı 
misralarinda aydın görmək olar: 
 
O köç günü ki mən etdim vida Şirvanə, 
Təəssüf eylədi qəlbim, ciyər alovlandı. 
Tutuldum atəşi-hicrə, Arazla dərdləşdim, 
Araz bu dərdimi bildikdə od tutub yandı. 
 
Bütün məhrumiyyətlərə baxmayaraq, şair Təbrizin “suyuna və 
çörəyinə qane olaraq” ömrünün sonunadək orada yaşadı. 
Şairin həyatının son illəri çox ağır keçdi. Onun çox sevdiyi ai-
lə üzvləri – 20 yaşlı cavan oğlu, qızı  və arvadı bir-birinin ardınca 
vəfat etdilər. Qoca şair tamamilə tək qaldı. Ömrünün bu dərdli gün-
ləri haqqında bir çox mərsiyələr yazdıqdan sonra, 1199-cu ildə Xa-
qani vəfat etdi və  Təbriz  şəhəri yaxınlığında, sonralar “Məqbərət-
üş-şüəra” adlanan Sürxab qəbristanlığında dəfn edildi. 
Xaqani Şirvaninin pedaqoji görüşləri. 
Xaqani XII əsr Azər-
baycan mədəniyyəti və maarifinin ən görkəmli nümayəndəsi kimi 
həmişə iftixarla yad edilir. Öz dövründə ümumdünya şöhrəti qazan-
mış Xaqani barədə deyilməmiş fikirlər hələ çoxdur. Onun şairliyi 
Azərbaycan  ədəbiyyatına bəllidir. Lakin təlim-tərbiyə sahəsində 
xidmətləri hələ də öyrənilməmişdir. Xaqani haqqında ən böyük mə-
lumat şərqşünas M.A.Sultanov tərəfindən verilmişdir. 
Bildiyimiz kimi, XIX əsrə  qədər Azərbaycan pedaqogikası 
müstəqil elm kimi fəaliyyət göstərməmiş, fəlsəfə ilə birlikdə inkişaf 
etmişdir. Xaqaninin də təlim-tərbiyəyə aid fikirləri bu fəlsəfənin bö-
yük bir hissəsini təşkil edirdi. Onun dünyagörüşü ziddiyyətli və son 
dərəcə mürəkkəb olduğuna görə hadisələrin ilahi tərəfindən idarə 


 
49
edildiyini düşünmüş, xalqın çəkdiyi əzab-əziyyəti, zülm-əsarəti din-
lə bağlamışdır: 
 
Şər dolu qapıdan uzaqlaş daha, 
Xaqani, get sığın vahid allaha. 
 
Xaqani vahid çıxış yolunu, əsasən, elmdə, idrakda, oxumaqda, 
bilik əldə etməkdə görürdü: 
 
Şəriət haqqında mənə sual ver, 
Möminlər haqqında ancaq xəbər al. 
 
Şair öz əsərlərində müxtəlif elmlər – fəlsəfə, musiqi, tibb, 
kimya, ədəbiyyat, sərf-nəhv, natiqlik, iksir və s. barədə fikirlər söy-
ləmiş, bu elmləri öyrənmək üçün "Əbcəd"i  əzbərləməyi məsləhət 
görürdü: 
 
Əvvəlcə o mənə öyrətdi "Əbcəd", 
Mənə "həqaiqi" dedi nəhayət. 
 
Xaqani insana nə  qədər çox bilsə  də, lovğalanmağı  məsləhət 
görmür, insana hər dəqiqə, hər an oxumağı, öyrənməyi təklif edir: 
 
Cahildir özünü tərif edənlər, 
"Çox bilirəm" demə, bilsən də əgər. 
 
Dahi Xaqani "püstə olmağı", kamal məqamına çatmağı elm öy-
rənənin əsas vəzifəsi hesab etmişdir. O, bütün elmləri öyrənən adam-
ları padşahlardan, hakimlərdən yüksək tutur, onları – elmli və savadlı 
adamları özü ilə bərabər tutur, söz diyarına hökmdar hesab edirdi. 
Xaqani filosofluq, kimyagərlik, münəccimlik, həndəsə və cəbr 
kimi elmləri bilənləri aqillik dərəcəsinə qədər yüksək tuturdu, yal-
nız bu yolla ədalətsiz, rəzil adamlara qalib gələcəyini düşünürdü. 
Onun fikrincə, "elm adamı ya şair, ya münəccim, ya filosof, ya da 
iksir axtaran" olarsa, onu neçə-neçə  bəla gözləsə  də, o bir zaman 
parlamalı və şəxalənməlidir. 


 
50
Xaqani elm öyrənməyi, bilməyi, hadisələrin incəliyinə varma-
ğı, insan üçün ən yüksək əqli keyfiyyət hesab edir, tədris və təlim 
məsələlərinə müstəsna əhəmiyyət verirdi. 
Şair uşaqları elm sahəsində öyrənməyə yaş dövrü ilə əlaqədar 
göndərməyi lazım bilirdi. O, göstərirdi ki, yeddi yaşa qədərki dövr 
ailə  tərbiyəsi dövrü, yeddi yaşdan sonrakı dövr isə müstəqil elmlə 
məşğul olmaq dövrüdür: 
 
Sudan və alovdan çıxıb boy atdım, 
Yəni yeddi yaşa mən gəlib çatdım. 
Baxaraq açılmış şirin dilimə, 
Ağıl lövhəsini verdi əlimə. 
 
Xaqani təhsil alıb böyüdükcə əqlə, zəkaya dolduqca hansı xü-
susiyyətə və təbiətə malik olduğunu və sevincinin hüdudsuz olduğu-
nu əsərlərində yer verir. Xaqani yalnız oxumaqla kifayətlənməyi de-
yil, yeri gəldikcə oxuduqlarını təkrarlamağı da təklif edirdi: 
 
Məktəbdə elm oxu, fənn öyrən dərs al
Hər nə oxumusan, bir-bir yada sal. 
 
Xaqaniyə görə, sakitlik və təmkinlilik tədris və təlimin ən bi-
rinci şərtlərindəndir. Onun fikrincə, elmə böyük marağı olan hər kə-
si, diz çöküb oxuyanı heç kim susdura bilməz, çünki bilik xəstə ca-
nın təbibi, kor gözləri nurlandıran işıq, əsarətdən xilas olmaq üçün 
bir yoldur. 
Xaqani hesab edirdi ki, fəlsəfə  əqli təcrübə aparan təfəkkür
gizli fikirlərin, təbiət hadisələrinin müammasını açılmasını  təmin 
edən örnəkdir. 
Xaqani tərbiyənin mövqeyini qiymətləndirirdi, lakin “əsli-nə-
cabəti”, “zatı-kökü” fərdin inkişafında  əsas hesab edirdi. Şairin 
əsərlərindən öyrənirik ki, bəxt, tale, qəzavü-qədər yox, insanın dü-
şüncə və idrakı onun taleyində böyük rol oynayır. 


 
51
İnsanda saf və lüzumlu fikirlərin  əmələ  gəlməsində, püxtələş-
məsində müstəsna yeri müəllim və onun fəaliyyəti tutur, yəni Xaqani 
müəllimin əməyi ilə yüksələnləri bu işə qiymət verməyə çağırırdı. 
O, bu haqda müxtəlif fikirlər söyləmişdir ki, bunlar da peda-
qoji fikir tarixində  əhəmiyyətə malikdir. Xaqani müəllimi “könül 
dostu”, “Dəbistanın yaraşığı”, “qolundan tutaraq ayağa qaldıran 
hikmət sahibi”, “insanı dilə gətirən sima” və s. adlandırmışdır: 
 
Gümüş bərabərdir gözündə daşa, 
Ləldir qələmində qopan talaşa. 
Gümüş, ya daşdakı naxışlar kimi, 
Düşüncə tacıma həkk olmuş ismi. 
 
Xaqani əqlin inkişafında elmə sahib olmaqda məktəbi, müəlli-
mi üstün tutmuşdur. O, ailə tərbiyəsinə də üstünlük vermiş, insanda 
müsbət keyfiyyətlərin yaranmasında ailənin rolunu yüksək qiymət-
ləndirmişdir. Bir şeirində dünyaya göz açan körpənin ailənin digər 
yaşlı üzvlərindən faydalanmasını istəyir: 
 
Odur, bil, böyüyüm, yol göstərənim, 
Tərbiyə verənim onlardır mənim... 
Gəlmişəm dünyaya mən belə saf çeşmədən
Xəlq olub ol çeşmədən gövhəri-ümmanım mənim. 
 
Əxlaq müğənnisi hesab olunan Xaqani tərbiyəli ustad, peda-
qoq kimi mənfi və müsbət əxlaqi keyfiyyətlərə aid indi də aktuallı-
ğını itirməyən fikirlər söyləmişdir. O, şeirlərində hər şeyi ev tərbi-
yəsi ilə bağlayır, insanda “bir üz, bir söz” görmək istədiyini tövsiyə 
edir. Ömrü mənasız keçirməməyi, yaxşı keyfiyyətlər qazanmağı 
məsləhət görür: 
 
Dünya bazarında aldanacaqdır 
Ömrünü mənasız keçirən kəslər. 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə