Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə2/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   40

 
5
Bu dövrdə  məktəb və  mədrəsələrdə mükəmməl proqram və 
dərsliklər olmadığı üçün Azərbaycan ədəbiyyatı inciləri əsas mənbə 
rolunu oynayırdı. Nizami Gəncəvinin “Xəmsə”, Məhəmməd Füzuli-
nin “Leyli və Məcnun»” əsərlərindən tədris vəsaiti kimi istifadə olu-
nurdu. 
Tərtib etdiyimiz dərs vəsaiti Azərbaycan dili və ədəbiyyatının 
tədrisi metodikası və metodologiyası ixtisası üzrə oxuyan magistrlər 
üçün nəzərdə tutulmuşdur. Dərs vəsaiti 3 hissədən ibarətdir. I hissə-
də Qədim və Orta əsrlərdə Azərbaycan maarifinin inkişafı, təşəkkül 
tarixi haqqında mənbələrin şərhini verməyə çalışmışıq. Bu dövrlər-
də  ədəbiyyatın bir fənn kimi tədris olunması  məsələsini gündəmə 
gətirmişik. Məktəb və mədrəsələrdə ədəbiyyatın tədris olunmasının 
əhəmiyyəti haqqında məlumatları aydınlaşdırmağa çalışmışıq. 
Təqdim etdiyimiz dərs vəsaitindən nəinki magistrlər, hətta ba-
kalavr pilləsində təhsil alanlar, müəllimlər və eləcə də geniş oxucu 
kütləsi də istifadə edə bilər. 
Xahiş edirik təklif və rəylərinizi ladaisa@rambler.ru elektron 
ünvanına göndərəsiniz. Buna görə sizə əvvəlcədən minnətdarlığımı-
zı bildiririk. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
6
AZƏRBAYCAN ƏDƏBİYYATI  
TƏDRİSİNİN QAYNAQLARI 
 
Azərbaycanda qədim maarif ocaqları  
və təlim-tərbiyə işinin ilkin nümunələri 
 
Qədim Azərbaycanda təsərrüfatın  əsasını ovçuluq təşkil et-
mişdir. Tərbiyə  işi isə sadə  əmək alətləri və silah (nizə, ox və ka-
man) düzəltmək vərdişlərini, heyvanları ovlamaq üçün silah işlət-
mək bacarığını və dini ayinləri aşılamaqla məhdudlaşırdı. Ovçuluq 
əməliyyatı  və ayin mərasimlərinin gənc nəslə öyrədilməsi və yad-
daşlarda qalması üçün yazının ilk növü kimi piktroqrafik yazıların 
böyük əhəmiyyəti olmuşdur. Piktroqrafik yazılarda müəyyən ifadəli 
hərəkətlər təcəssüm etdirilirdi. Əslində, sözləri və ya ifadələri 
piktroqrafik yazılar vasitəsi ilə  təcəssüm etdirmək bacarığı  qədim 
Azərbaycan icma həyatında savadın məzmununu təşkil etmişdi. 
Yəni, savadın ilk növü kimi, «icma savadına» yiyələnmiş yaşlılar 
piktroqrafik yazılar barədəki bilik və  təcrübələrini bu və ya digər 
formada gənclərə öyrədirdilər. Məişət mədəniyyəti, əsasən, piktroq-
rafik yazılar vasitəsi ilə gənc nəslə aşılanırdı. Qobustanın qayaüstü 
rəsmləri (miladdan əvvəl X – XII əsrlər) sırasında böyük zövqlə çə-
kilmiş belə şəkillərə tez-tez rast gəlmək olur. İcma quruluşunda Qo-
bustan qayaüstü rəsmləri yazı vasitəsi kimi istifadə edilirdi. Bu ya-
zılar vasitəsilə qəbilə üzvlərinin vəzifələri, qurban vermək ayinləri, 
eləcə də ov məşğələlərindən və s. göstərilirdi. Dini səciyyəli yazılar 
qəbilədə dini ayinləri yerinə yetirmək üçün əyani vəsait kimi də təc-
rübi əhəmiyyət daşıyırdı. 
Qobustanın qayaüstü rəsmlərini tədqiq etmiş mütəxəssislər 
yazırlar ki, orada «böyük öküz rəsmlərində nizə və ox izləri indi də 
görünür». Deməli, Qobustanda yaşayan qədim insanlar vəhşi öküz 
ovlamağı öyrənmək məqsədi ilə qaya üstündə iri ölçüdə  çəkilmiş 
öküzün şəklinə nizə, yaxud ox atmaqla təcrübi şəkildə ov məşqi ke-
çirmişlər. Gənclər məşq prosesində ovlanacaq heyvanın bəzi xüsu-
siyyətlərini ağsaqqallardan öyrənir, ovu sərbəst nişana almaq və si-


 
7
lahdan bacarıqla istifadə etmək vərdişlərinə yiyələnirdilər. Belə qə-
naətə gəlmək olar ki, ibtidai şəkildə də olsa, əyani vəsaitlərlə müşa-
yiət edilən təcrübi məşğələlərin əhəmiyyəti Azərbaycanın ən qədim 
sakinləri üçün məlum olmuşdur. 
Ov məşqi üzrə icma üzvlərinin ovdan əvvəl necə məşq etdik-
lərini əks etdirən və daş dövrünə aid olan rəsm kompozisiyaları da 
Qobustan qayaüstü rəsmləri sırasında mövcuddur. Bu rəsmlərdə 
gənclərin silahdan istifadə etmək və öküz ovlamaq bacarıqlarının da 
nümayiş etdirilməsi mərasimi nəzərdə tutulmuşdur. Təcəssüm etdi-
rilən mərasimlər, əslində, gənclərin lazımi bacarıq və vərdişlərə yi-
yələnmələrinin yoxlanması prosesinin, onların ovçuluq təsərrüfatı 
həyatına qəbul edilməsi qaydasının əks etdirilməsi kimi də başa dü-
şə bilərik. Ovçuluq və ov məşqləri ilə bağlı olan təsvirlərdə qəbilə-
nin gündəlik işləri, qəbilə üzvlərinin vəzifələri, dini ayinlər, ani-
mistik
1
 təsəvvürlər təcəssüm etdirilirdi. Əslində, bunlar qəbilə üzv-
ləri üçün yaddaş və əyani vəsait rolunu daşıyan süjetli şəkli yazılar 
idi. Məsələn, daş dövrünə aid olan qayaüstü bir təsvirdə yallıya ox-
şar qrup rəqsi, tunc dövrünün piktoqramlarının birində isə heyvanla-
rın qurban kəsilməsi ayininin icrası təcəssüm etdirilmişdir. 
Qədim Azərbaycanda mərasim rəqsləri vasitəsi ilə  gənclərdə 
birgə əməyə həvəs, cəsarət, qoçaqlıq və çeviklik keyfiyyətləri tərbi-
yə edilirdi. Uşaqlar xüsusi rəqsləri və ya oyunları rəsmlərdə, eləcə 
də həyatda müşahidə etməklə qəbilənin ənənə və adətlərini mənim-
səyirdilər. Hətta ibtidai insan cəmiyyətində mövcud olan kosmoqo-
nik
2
 təsəvvürlər də şəkli yazılar vasitəsi ilə gənc nəslə çatdırılmış-
dır. Azərbaycanda bu cür şəkli yazıların yayılması üçün dulusçuluq 
və bədii metal məmulatlarından geniş istifadə edilmişdir. Qarabağ, 
Qazax, Naxçıvan və Mil düzü rayonlarında bədii dulusçuluq məmu-
latı istehsalı eramızdan əvvəl ikinci minillikdə inkişaf etmişdir. Bu-
                                                 
1
 animistik – (animizm söz. sif.) ibtidai insanların hər şeydə ruh olmasına inanma-
sına aid olan. 
2
 kosmoqonik – (космогония söz. sif.) kainatın əmələ gəlməsi proseslərinə aid 
olan; 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə