Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə1/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   40


 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
 
BAKI SLAVYAN UNİVERSİTETİ 
 
 
 
 
Səməngül Qafarova
Ellada Gərayzadə 
 
 
 
 
AZƏRBAYCAN ƏDƏBİYYATININ 
TƏDRİSİ TARİXİ 
 
DƏRS VƏSAİTİ 
 
 
Азярбайъан Республикасы Тящсил nазирinin  
08.06.2010-cu il tarixli 769 №-li əmri ilə  
тясдиг едилмишдир.  
 
 
 
 
 
 
 
Bakı – 2010 


 
2
Tərtib edənlər: 
 
Səməngül Hüsü qızı Qafarova, 
filologiya elmləri namizədi 
 
Ellada İsa qızı Gərayzadə 
filologiya elmləri namizədi, dosent 
 
 
Redaktor: 
 
Quliyev İlkin Etibar oğlu 
filologiya üzrə fəlsəfə doktoru 
 
 
Rəyçilər: 
 
professor Ə.Hüseynov, 
dosent F.Musayeva, 
dosent  D.Əliyeva, 
dosent Ş.Əliyeva 
 
 
 
 
 
 
Səməngül Qafarova, Ellada Gərayzadə.  
Azərbaycan ədəbiyyatının tədrisi tarixi. Dərs vəsaiti.  
– Bakı: Mütərcim, 2010. –136 səh. 
 
 
 
 
10
79
026
4306010000

Q
 
 
© S.Qafarova, E.Gərayzadə, 2010 


 
3
GİRİŞ 
 
Azərbaycan  ədəbiyyatının tədrisi metodikası elminin forma-
laşması böyük bir inkişaf mərhələsi keçmişdir. 
Ədəbiyyatın tədrisi metodikasının bir elm kimi formalaşması, 
əsasən, XIX əsrlə bağlıdır. Lakin Azərbaycan ədəbiyyatının özü ki-
mi, tədrisi tarixi də qədimdir. Ədəbiyyatın tədrisi metodikasının bir 
elm kimi formalaşmasına təsir göstərən ilk müəllim xalq olmuşdur. 
Qədim dövrlərdə  zəngin və  rəngarəng Azərbaycan folkloru vali-
deynlər tərəfindən  şifahi yolla tədris edilmiş, bu işdə  bəlkə  də ilk 
müəllimlər olmuşlar. Analar laylalarla körpələrini yatırmış, bayatı 
və  nəğmələrlə onlara təsir etmiş, mənəvi qida vermişlər. Sonrakı 
mərhələ isə qədim və orta əsrlərdə mövcud məktəb və mədrəsələrlə 
bağlı olmuşdur. Bu dövrlərdə Gəncə, Təbriz, Şamaxı və digər şəhər-
lərdə fərdi məktəblər fəaliyyət göstərmişlər. 
Azərbaycanda  ərəb istilasından sonra ilk məscid məktəbləri 
VII əsrdən mövcuddur. Bu mədrəsələrin təməli ərəblərin Azərbay-
cana hücum etməsindən sonra qoyulmağa başlayır. Ərəblər öz siya-
sətlərini həyata keçirmək üçün məktəblər açmağa və orada bu siya-
səti həyata keçirməyə qabil insanlar tərbiyə etməyə çalışırdılar. 
O zamanlar riyaziyyat, fəlsəfə, tibb, məntiq, əxlaq, coğrafiya, 
nəhv, musiqi və s. fənlər üzrə ərəb dilinə tərcümə edilmiş yunan el-
mi əsərlərindən geniş istifadə olunurdu. Həmin əsərlərdən Azərbay-
canda uzun zaman dərs vəsaiti kimi istifadə edilmişdi. Bu əsərlərin 
ərəb dilinə tərcümə olunmasında və təbliğ edilməsində Azərbaycan 
mütəfəkkirlərindən  Əbülhəsən ibn Harunəzzəncani, Xətib Təbrizi
Əttiflisi, ibn Baküyə və b.-nın böyük rolu olmuşdur. 
Qədim dövrlərə nisbətən, orta əsrlərdə məktəb və mədrəsələr-
də canlanma hiss edilir. XI əsrdən fars dili poeziya dili kimi forma-
laşmağa başlayır. Məktəb və mədrəsələr məscidlərin nəzdində yara-
dılır və burada, əsasən, mollalar və dini təhsil almış insanlar dərs 
deyirdilər. Bu məktəblərdə  əvvəlcə  ərəb  əlifbası, sonra isə Quran 
tədris olunurdu. Quranın tədrisi 3 – 4 il davam edirdi. Sonra farsca 
yazılmış “Gülüstan”ın oxusu tədris olunur, axırda isə məzmunu ata-


 
4
nın oğluna nəsihətlərini təşkil edən “Nanü halva” (“Çörək və hal-
va”) öyrədilirdi. 
Sonrakı dövrlərdə Azərbaycan məktəblərində ərəb və fars dil-
ləri əsas tədris dili hesab edilir, bununla yanaşı Azərbaycan dilindən 
də köməkçi tədris vasitəsi kimi istifadə olunmuşdur. 
XI əsr mütəfəkkirlərindən Qətran Təbrizi və Xətib Təbrizi ki-
taba, təhsilə və təlimə böyük yer vermiş, fərdi yolla tələbələrinə hik-
mət öyrətmişlər. Xətib Təbrizi Bağdadda Şərqin ilk universiteti he-
sab olunan «Nizamiyyə» mədrəsəsinin yaranmasında, orada zəngin 
kitabxananın toplanmasında fəallıq göstərmiş, 40 ilə yaxın həmin 
kitabxanaya və eyni zamanda dil və ədəbiyyat kafedrasına rəhbərlik 
etmişdir. 
XII  əsrdə  mədrəsələr,  əsasən, Təbriz, Marağa, Naxçıvan və 
Gəncə  şəhərlərində  mərkəzləşir. Bu dövrdə  Şamaxı yaxınlığındakı 
Məlhəm kəndində Kafiəddin Ömər ibn Osmanın başçılığı ilə tibb 
mədrəsəsi fəaliyyət göstərir. Kafiəddin Ömər ibn Osman Xaqani 
Şirvaninin əmisi olmuş, ona dərs demişdir. Xaqani Şirvani “Töhfə-
tül-İraqeyn” əsərində əmisinin müəllimlik məharəti və bacarığı ba-
rədə  məlumat vermişdir. Kafiəddin Ömər mədrəsədə  zəngin kitab-
xana yaratmışdır. O, bir müəllim kimi əzbərçiliyin əleyhinə olmuş, 
şüurlu mənimsəməyə və təkrar oxuya üstünlük vermişdir. Tədris za-
manı  şagirdlərə din qanunları ilə  bərabər dil qanunlarını da öyrət-
məyə çalışmışdır. 
XIII  əsrdən başlayaraq Naxçıvanda çoxlu saray, mədrəsə, 
məscid tikilir. Bu dövrdə Möminə xatun məqbərəsində və eləcə də 
başqa mədrəsələrdə çalışan müəllimlərin tələbələrlə qarşılıqlı müna-
sibəti haqqında məlumatlar var. Həmin mədrəsələrdə dünyəvi elm-
lər tədris olunurdu. Maraqlıdır ki, bu mədrəsələrdə sxolastik təlim 
üsullarına qarşı bir sıra mütərəqqi təlim üsulları irəli sürülmüşdür. 
Bunların hamısı hələ XI – XII əsrdən Azərbaycanda məktəb təhsil 
sisteminin inkişafına təsir göstərmişdir. 
Orta əsr məktəb və mədrəsələrin müsbət cəhətləri çox olmuş-
dur. Belə ki, məktəblərdə qiymətli əlyazma nüsxələrinin üzü köçü-
rülüb çoxaldılır və yayılırdı. 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə