Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə24/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

 
74
Qazan xan tərəfindən təsdiq edilmiş Şənb Qazanın vəqfnamə-
sini F.Rəşidəddin «Came ət-təvarix» kitabına köçürmüşdür. Vəqf-
namənin mətnindən məlum olur ki, Şənb Qazanda bir rəsədxana, iki 
mədrəsə, bir məktəb, bir uşaq bağçası (kudəkestan), kitabxana, xəs-
təxana, emalatxanalar, eləcə də digər mədəni-yaşayış binaları möv-
cud olmuşdur
1

Şənb Qazan vəqfnaməsində qeydə alınan mədrəsələr «Şafeiy-
yə» və «Hənəfiyyə» mədrəsələrindən ibarət olmuşdur. 
«Hənəfiyyə» və «Şafeiyyə» adları altında “Şənb Qazan” məd-
rəsələrinin bir-birindən ayrılmaları  mədrəsə tarixinin öyrənilməsi 
cəhətdən maraqlıdır. Quranı  təfsir etmək,  şəriət qanunlarını, eləcə 
də  hədislərin həqiqiliyini müəyyənləşdirmək üçün istifadə olunan 
prinsip və metodların müxtəlifliyi ilə  əlaqədar, islam ideologiyası 
özünün inkişaf tarixində, dini firqələr formasında təzahür edən 
müxtəlif cərəyanlara məruz qalmışdır. «Hənəfiyyə»
2
 və «Şafeiyyə»
3
 
cərəyanları da bu qəbildəndir. 
Yaxın və Orta Şərq ölkələrində mövcud olan mədrəsələr bir 
müddət dini firqələrə görə bir-birindən ayrılır, öz tələbə kontingent-
lərini mənsub olduqları firqənin tərəfdarları sıralarından seçirdilər. 
Xandəmirin (1475 – 1534) verdiyi məlumata görə, Şənb Qa-
zan «Hənəfiyyə» və  «Şafeiyyə» mədrəsələrinin hər biri üçün ayrı-
ayrı müdərrislər, müəyyidlər (müdərrislərin muavinləri), tələbələr 
və xidmətçilər müəyyənləşdirilmişdi. 
Şənb Qazan rəsədxanasında
 nücum və  fəlsəfədən də  dərs 
deyilirdi. Bu rəsədxanada tədris məşğələləri keçirilməsini Xandəmi-
rin aşağıdakı sözlərindən də müəyyənləşdirmək olur. O, həmin rə-
sədxanadan danışarkən yazır: “və observatoriyada fəlsəfə elmlə-
                                                 
1
 Şənb Qazan məqbərə və binaları çox əzəmətli olmuşdur. XIV əsr tarixçisi Şüha-
bəddin Abdullah Şirazinin «Tarix-e vəssaf» adlı əsərində qeyd edilmişdir ki, Şənb 
Qazan məqbərəsində hər birisinin çəkisi 15 batman olan 80 qızıl və gümüş qəndil 
(lüstr) asılmış, onun tavan və divarlarının naxışlarında 300 batman lacivərd işlən-
mişdir. 
2
 «Hənəfiyyə» firqəsinin banisi Əbu Hənifə Nöman ibn Sabit Zutidir (699 – 767). 
3
 «Şafeiyyə» firqəsinin banisi Şafei Məhəmməd ibn İdrisdir (767 – 819).
  


 
75
rindən dərs deyə bilən müdərris və müəyyid, eləcə də tələbə və xid-
mətçi… təyin etdi”. 
Rəsədxana və kitabxananın nəzdində iki emalatxananın möv-
cud olması da vəqfnamədən məlum olur. Bu emalatxanalar rəsədxa-
na cihazlarının və kitabların təmiri üçün təşkil edilmişdi
1

Şənb Qazanda, rəsədxana cihazlarının eləcə  də kitabların tə-
mir olunması üçün daimi emalatxanalar təşkil edilməsindən rəsəd-
xanada gərgin təcrübə məşğələləri keçirilməsini və kitabxanada ki-
tab dövriyyəsinin yüksək olmasını, daha doğrusu, kitablardan ardı-
cıl şəkildə tələbələrin istifadə etmələrini güman etmək olar. 
Şənb Qazanın ibtidai məktəbində 100 nəfər şagird pulsuz ola-
raq təhsil alırdı. Həmin məktəbdə işləyən müəllimlərin və tərbiyəçi-
lərin miqdarı da məlumdur. Bu barədə vəqfnamədə deyilir: “beş 
nəfər müəllim, beş nəfər tərbiyəçi və beş nəfər qadın xidmətçi uşaq-
larla məşğul olsunlar”. Bu sözlərdən aydın olur ki, Şənb Qazan ibti-
dai məktəbi üçün 5 müəllim, 5 tərbiyəçi və 5 nəfər də qadın qulluq-
çusu təyin edilmişdir. Beləliklə, əgər məktəb şagirdlərinin miqdarını 
vəqfnamədə göstərilən kimi yüz nəfər nəzərdə tutsaq, onda hər iyir-
mi nəfər şagird qrupuna bir müəllim, bir tərbiyəçi və bir qadın qul-
luqçunun təhkim edildiyi məlum olur ki, bu da məktəb təşkilatı cə-
hətdən tamamilə məqsədəuyğundur. 
Ata-anasız körpə  uşaqların  Şənb Qazanda tərbiyə olunmaları 
barədə də Vəqfnamədə müəyyən göstərişlər vardır. 
Yuxarıda deyilənlərdən bu nəticəyə gəlmək olur ki, «Came ət-
təvarix» kitabında «Əbvab ol-bərr» adlanan Şənb Qazan vaxtı ilə 
böyük təlim-tərbiyə ocağı olmuşdur. Qazan xanın xüsusi göstərişinə 
görə burada elm və  tədris işləri üzrə  vəzifə tutanlar və  işləyənlər 
dövrün ən böyük alim və kamil adamları sıralarından seçilməli idi-
lər. Bu barədə Xandəmirin qeydləri daha maraqlıdır. O, Şənb Qazan 
tədris ocaqlarının nizamnaməsinə işarə edərək yazır: “…qeyd olun-
muş şərtlərə bir neçə digər şərt də əlavə etmişdir. Birincisi budur ki, 
                                                 
1
 «Həbib os-siyər» kitabında göstərilir ki, rəsədxana cihazlarının və kitabların tə-
miri üçün sərf olunacaq xərclərin ödənilməsi də Şənb Qazanın ümumi illik xər-
cində nəzərdə tutulmuşdu. 


 
76
dövrün  ən fazil və dahiləri hesab edilən ruhanilər, alimlər və filo-
soflar qeyd olunmuş boqelərdə vəzifə sahibi olaraq maaş alsınlar və 
onlar daim sakin olmalı, şəri zərurət olmadan qeybət etməməlidirlər”. 
Demək,  Şənb Qazan təhsil ocaqları üçün müəllim heyətinin 
seçilməsinə ciddi fikir verilmişdir. Eləcə də burada xidmət etməyə 
cəlb edilmiş hətta əsrin ən məşhur ruhanilərinə, alim və filosoflarına 
belə üzürsüz səbəbdən iş başında hazır olmamaq qəti qadağan edil-
mişdir. Buradan Şənb Qazan təlim-tərbiyə ocaqlarında möhkəm 
əmək intizamının da mövcudluğunu görmək olur. 
Tarixi faktlar göstərir ki, XIV əsrin əvvəllərində Təbrizdə və 
Azərbaycanın digər  şəhərlərində  mədəni-maarif hərəkatı daha da 
qüvvətlənərək maarif əhəmiyyəti daşıyan bir sıra mühüm işlər gö-
rülmüş, yeni məktəb və  mədrəsələr açılmışdır. Məsələn, həmin 
dövrdə  Təbrizin elmi dairələrində Çin, Hindistan, Orta Asiya və 
ərəb ölkələrindən gəlmiş alimlərə daha tez-tez rast gəlmək olur. 
Dünya  şərqşünaslarının diqqət nəzərində duran “Came ət-təvarix” 
kitabı da müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə Fəzlullah 
Rəşidəddinin rəhbərliyi altında bu dövrdə Təbrizdə hazırlanmışdır. 
1301-ci ildə Bakıda Cümə məscidi yanında tikilmiş mədrəsə də yeni 
təhsil ocaqlarından idi. 
Keçmişdə mədrəsələr, əsasən, məscidlərdə təşkil edilirdi. Ək-
sər hallarda bu kimi məscid və ya mədrəsələr özlərinin «molla» lə-
qəbi daşıyan adlı-sanlı baş müdərrislərinin adları ilə tanınırdılar. Po-
voljda yerləşən Molla Əbd üs-Saleh mədrəsəsi buna yaxşı nümunə 
ola bilər. “Molla” istilahından ümumiyyətlə müəllim, qismən  mü-
dərris və alim mənasında da istifadə edilmişdir. “Hər oxuyan molla 
Pənah olmaz” sözlərində “molla” məhz alim və bilikli mənasında iş-
lənmişdir. 
Beləliklə, yuxarıdakıları nəzərə alaraq, demək olar ki, XIV əs-
rin əvvəllərində Azərbaycanda tikilmiş Molla Əhməd məscidi, Mol-
la Nəsrulla məscidi və bu kimi “Molla” titulunu daşıyan digər məs-
cidlər də vaxtı ilə təlim ocaqları olmuşdur. 
«Rəbe Rəşidi»
 tədris ocağı. Orta əsrdə ən böyük elm və təh-
sil ocağı olan «Rəbe Rəşidi» də məhz bu dövrdə Fəzlullah Rəşiddə-


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə