Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə17/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

 
52
Dahi  şair öz əsərlərində dostluğa, demək olar ki, hər zaman 
qiymət vermişdir: 
 
Dostlarına dünyada zəlillik istəyənin, 
Özü zəlil bir halda dünyadan köçüb gedər... 
Dosta üz çevirmək dosta nə layiq? 
Bu sifət görünmüş düşmənə layiq... 
 
Xaqani dostluğun qüdrətinə inanır, onun asanlıqla başa gəl-
mədiyini etiraf edir: 
 
Çox dost olar dost yolunda cahanda, 
Şərbət kimi zəhri içər bir anda. 
 
Xaqani insanın hər bir hərəkətini, ülviliyini tələb edir, “gözəl 
insana” “gözəllik bulağı, çeşməsi” kimi baxır, “təvazökar olmağı”, 
“acıdil olmamağı”, “hər sözə dürr saçmağı”, “günəş kimi parlama-
ğı” arzulayırdı. 
Xaqaninin fikirləri bu gün də davam edən pedaqoji fikir tari-
ximizdə gözəl və qiymətli səhifələrdən hesab olunur. 
Xaqani Şirvaninin “Töһfətül-İraqeyn”
 əsəri. “Töһfətül-İra-
qeyn”  əsəri nəinki təkcə Xaqani Şirvaninin öz yaradıcılığında,  һa-
belə bütün Azərbaycan ədəbiyyatı tarixində oduqca böјük əһəmiy-
yətə malikdnr. Xaqaninin bu poeması bizə gəlib çatmasaydı, şairin 
dövrü və şəxsiyyəti haqqında çox az məlumatımız olardı, çünki Xa-
qani məһz bu əsərdə özü, ailəsi və müasirləri һaqqında geniş məlu-
mat vermişdir. 
Xaqani “Töһfətül-İraqeyn” əsərini, təxminən, 36 yaşında yaz-
mışdır. Bu əsərin aydın və xronoloji cəһətdən müəyyən bir süjet 
xətti yoxdur. Əsər şairin һər iki İraqa (İraqi-ərəb, İraqi-əcəm) səfəri 
zamanı təsadüf etdiyi şəxsiyyətlərin tərifindən, şaһidi olduğu һadi-
sələrdən aldığı təəssüratın tərənnümümündən ibarətdir. 
“Töһfətül-İraqeyn” Azərbaycan ədəbiyyatı tarixində ilk mən-
zum səyaһətnamədir. Burada Xaqaninin səfər zamanı gəzdiyi şəһər-


 
53
lər, gördüyü xalqların vəziyyəti, təbiət mənzərələri və s. təsvir edi-
lir. Bu əsərdə XII əsrdə Yaxın Şərqdə olan bəzi dövlət xadimlərinin, 
mədəni adamların adları çəkilir və şairin şəxsi tərcümeyi-һalına dair 
olduqca mühüm və maraqlı məlumat verilir. 
Xaqaninin elmə verdiyi yüksək qiymət onun «Töһfətül-İra-
qeyn»  əsəri ilə  məһdud olmayıb «Şiniyyə» adlı «Xorasan yabəm» 
rədifli və s. qəsidələrində, qəzəl, qitə  və rübailərində  dəfələrlə öz 
ifadəsini tapmışdır. Onun dini eһkamlara tənqidi münasibəti də el-
mə yüksək qiymət verməsi ilə üzvi surətdə bağlıdır. 
Xaqani öz əmisi haqqında 
 
Çox asan yol ilə o mahir insan, 
Etdi «bir», «iki», «üç», «dörd», «beşi» bəyan. 
 
Klassik  Şərq  ədəbiyyatında 1-9 rəqəmlərinin müəyyənləşmiş 
mənaları vardır: bir – allaһ, iki – dünya, üç – nəbatat, cəmadat, һey-
vanat, dörd – dörd ünsür: su, od, torpaq, һava, beş – beş һiss: dad 
bilmək, görmək, eşitmək, ləms və iyi bilmək (bəzən beş  rəqəmi – 
Məһəmməd peyğəmbərin əbası altında gizlənənlərə də aid edilir ki, 
bunlara «pənctəni-aliəba» deyirlər), altı – altı  cəһət: ön, arxa, sağ, 
sol, yuxarı və aşağı, yeddi – yerin yeddi təbəqəsi, doqquz – doqquz 
fələk («Doqquzunçu fələk guya allahın oturduğu yerdir”). 
Xaqani yuxarıdakı beytdə  əmisinin rəqəmlərin bu sirrini ona 
öyrətdiyini xəbər verir. 
 
Nizami Gəncəvi 
(1141 – 1209) 
 
XII əsr Azərbaycan ictimai-siyasi, fəlsəfi və bədii fikrinin in-
kişafında ən yüksək mövqe, təbii ki, Nizami Gəncəviyə məxsusdur. 
Nizami Gəncəvi orta əsr Azərbaycan fəlsəfi poeziyasının  ən gör-
kəmli nümayəndəsidir. Həm ictimai-siyasi, həm fəlsəfi müddəaları 
fövqəladə gözəl bir ədəbi-bədii formalarda ifadə etməklə Nizami, 
mütəxəssislər tərəfindən haqlı olaraq, nəinki orta əsrlərdə Azərbay-


 
54
canın, həm də bütün Şərqin ictimai-siyasi fikrinin ən böyük və mi-
silsiz nümayəndəsi hesab olunur. Dövrünün ilahiyyatla qovuşan fəl-
səfəsinə və hüququna, materializm ilə qovuşan riyaziyyatına, fizika-
sına, astronomiyasına, təbiət və coğrafiyasına yaxından bələd olan 
Nizami qələmə aldığı beş əvəzsiz əsəri ilə o dövr üçün insan ağlı-
nın, zəkasının qəbul edə biləcəyi, elmi-fəlsəfi fikirləri bədii dillə tə-
rənnüm etməyə müvəffəq olmuşdur. Onun bütün əsərlərində elmin, 
fəlsəfənin, insanın yüksək əxlaqi keyfiyyətlərinin, insan xoşbəxtliyi-
ni təmin edən, zülmə və bədxahlığa, şərə son qoyan ədalətin, azad 
və bərabərhüquqlu insan cəmiyyətinin tərənnümü və təbliği əsas yer 
tutur. Filosof şair öz fikirlərini ortodoksal dini dünyagörüşü çər-
çivəsində deyil, özündən  əvvəlki böyük filosofların – Zərdüştün, 
Məzdəkin, Maninin, Fərabinin,  İbn Sinanın, Bəhmənyarın, Eynəl-
qüzatın və b.-nın mövqeyindən işıqlandırmışdır. 
XII  əsrdə bir günəş kimi parlayıb, bütün Şərq  ədəbiyyatının 
inkişaf yollarını  işıqlandıran Nizami Gəncəvi, nəinki Azərbaycan 
ədəbiyyatı tarixində, hətta bütün Şərqdə belə yeni bir ədəbi məktə-
bin əsasını qoymuşdur. Nizamidən sonra yaşamış görkəmli Şərq şa-
irləri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sə-
nətkarlıq öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirlərini tərən-
nüm edib, şairi böyük ustad kimi xatırlamışlar. 
Nizami Gəncəvinin yaradıcılığı. 
Yaxın  Şərqdə  əsasən saray 
şeri, cəngavərlik epopeyaları və təriqət ədəbiyyatı hökmran olduğu 
bir dövrdə həyat və  məişət ilə bağlı, dərin ictimai-siyasi və  fəlsəfi 
mənalı, insan taleyindən bəhs edən, müxtəlif insan səciyyələri yara-
dan Nizaminin əsas qüvvət və qüdrət mənbəyi  şərqşünaslar üçün 
bugünə  qədər məchul qalmışdır. Hətta  şairin  əsərlərinə  şərh yazan 
alimlər belə o zamankı Azərbaycan mədəniyyətilə, onun adət və 
ənənələrilə yaxından tanış olmadıqlarından, şairin ayrı-ayrı ifadə və 
təşbihlərini, işlətdiyi sözlərin mənasını belə doğru-düzgün izah edə 
bilməmişlər. Nizami yaradıcılığının qüdrətini Azərbaycan mədəniy-
yətinin inkişafı ilə izah edərkən, bu qüdrətin  əsas təməlini təşkil 
edən zəngin və qüdrətli şifahi xalq yaradıcılığını yaddan çıxartmaq 
olmaz. Çünki bütün Şərq şairlərindən, xalq həyatına və xalq məişə-


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə