Dərs: Az dili və nitq mədəniyyəti Muəllim: Sərbəst işin movzusu: Natiqlik sənətinin tarixi



Yüklə 21,23 Kb.
tarix08.12.2017
ölçüsü21,23 Kb.
#14768
növüDərs

AZƏRBAYCAN DÖVLƏT

İQTİSAD UNİVERSİTETİ

Sərbəst iş №4

Ad:


Soyad:

Fakultə: Maliyyə və muhasibat uçotu

Qrup:

Kurs: 1



Dərs: Az dili və nitq mədəniyyəti

Muəllim:

Sərbəst işin movzusu: Natiqlik sənətinin tarixi

Natiqlik sənətinin tarixi


Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş, inkişaf etmişdir. Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə başlayır. Ölkəni idarə edənlər ideyalarını müdafiə etmək, məqsədlərini kütlələrə çatdırmaq məqsədilə sözdən, natiqlik sənətindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar. Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx kimi görkəmli natiqlər yetirmişdir. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Həmin məktəblərdə dərs deyən Aristotel, Qorqiy, Frasimax, İsokrat, Demosfen, Esxin kimi görkəmli natiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar. Bu dövrdə natiqlik sənətinin nəzəriyyəsindən bəhs edən “Ritorika” elmi də yaranır və inkişaf edir. Ritorika e.ə.V əsrdə Qədim Yunanıstanda yaranmış, III-II əsrlərdə orada, e.ə.I əsrdə Romada sistemləşdirilmişdir. Aristotel, Siseron, Kvintilian ritorikanın görkəmli nəzəriyyəçiləri olmuşdur. Sonralar ritorika termini zahirən qəşəng, dəbdəbəli, lakin məzmun və dil cəhətdən zəif, bəsit əsərlər, sözçülük mənalarında işlənmişdir. Dövrün tarixi şəraitindən qaynaqlanan natiqlik sənəti bizim eradan əvvəl V və IV əsrlərdə özünün çiçəklənmə dövrünü keçirir. Qədim yunan ritorikası, orada işlədilən terminlər bu gün belə qiymətlidir, diqqəti cəlb edir və ixtisas sözləri kimi işlədilir.
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi:
1. Materialın icadı və onun hazırlanması.
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl olunması.
Aristotel yaxşı nitq üçün materialın düzgün seçilməsi, planın tutulması, onun mükəmməl öyrənilməsi, söyləmə zamanı uyğun üslubun müəyyənləşdirilməsi, orfoepik və intonasiya qaydalarına əməl edilməsi, emosiyaların özünəməxsus forma ilə verilməsini mühüm şərt sayırdı.
Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, rabitəli danışmağa xüsusi səy göstərirdilər. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, Hiperid, Esxin, Trasimax, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar. Bunlardan Demosfen antik natiqliyin yaranması və inkişafında xüsusi rol oynamışdır. Demosfenin yaradıcılığı dünya natiqlik mədəniyyətinin inkişafında mühüm mərhələdir.Demosfenin natiqlik sənətinə yiyələnməsi heç də asan yolla olmamışdır. Belə ki xalq qarşısında gənc natiqin ilk çıxışı uğursuz qurtarır: səs-küy, gülüş izdihamı ona nitqini bitirməyə imkan vermir. Bu uğursuzluq tamamilə təbii idi. Çünki Demosfenin səsi çox aşağı tonda idi, danışığı ifadəsiz idi. O kəkəliyir, “r” və “1” səslərini düzgün tələffüz etmirdi. Onun çiyinlərini çəkmək vərdişi var idi və ictimaiyyət qarşısında özünü idarə edə bilmirdi. Onun xalq yığıncağı qarşısındakı ikinci çıxış etmək səyi dil baxımından uğursuz olmuşdur. O ruhdan düşmüş və üzünü örtmüş halda, evə tələsir və heç hiss etmirdi də ki, onun izi ilə məhşur Afina aktyoru gəlir. Onlar birlikdə yol gedirlər. Demosfen öz uğursuzluğu barədə dostuna acı-acı şikayətlənməyə başlayır və deyir ki, xalq dilin dərin məzmununu qiymətləndirmir və anlamır. "Hər şey belədir, -aktyor cavab verir, - amma mən sənə kömək etməyə çalışacağam. Mənə Sofokl və ya Evripidadan parça oxu". Demosfen oxuyur. O qurtaranda aktyor şeiri yenidən özü oxuyur. Bu zaman Demosfenə elə gəlir ki, sanki o, tamamilə digər şeiri eşidir. O, indi başa düşürdü ki, nitq gözəlliyinə onda olmayan dilin ifadəliliyi ilə nail olunur və o, ikiqat səylə işə başlayır. Nəticə etibarı ilə, Demosfen öz dilinin çatışmazlığını islah etməyi qərarlaşdırır. Heç kimin ona mane olmaması üçün tənha bir yerə çəkilir, gündə bir neçə saat tələffüzünün anlaşılmazlığını düzəltmək üçün tapşırıqlarla məşğul olur. O, ağzına daşlar toplayır və ucadan danışmağa çalışır. O, dağa qalxarkən və ya dəniz sahilində gəzərkən şeirləri ucadan tələffüz etməyi öyrənir və öz səsi ilə dalğaların səsini boğmağa çalışırdı. Demosfen danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Bəzən gənc iki ay, üç ay, nəhayət heç evdən bayıra çıxmır və nəhayət, tamamilə səs və jestə yiyələnir. Uzun və israrlı səylərdən sonra Demosfen öz məqsədinə nail olur və görkəmli natiqə çevrilir. Amma o, hazırlaşmadan heç vaxt danışmaz, həmişə yazılmış mətni əzbərdən öyrənərdi; axşamlar lampanın işığında o, çıxışa səylə hazırlaşar, diqqətli tərzdə hər bir sözü götür-qoy edərdi. Bütün bunların nəticəsində böyük natiq rəqiblərinin tənqidinə tuş gəlir. Onlar Demosfenin ilham və təbii istedadının olmadığını iddia edirlər. Bir dəfə rəqiblərindən biri onu tənqid edir: "Sənin dilindən yağ iyi gəlir", daha doğrusu, "sən bütün gecəni yağ çırağının işığının altında oturursan". Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Hətta rəqibləri belə onun natiqlik məharətinin gücünü və ustalığını etiraf etməyə məcbur olurlar. Onun dilinin qeyri-adi sadəliyinin ifadəsi ən böyük duyğu və düşüncələri, aydınlıq və inandırıcılıq gücü ilə birləşir. Demosfen həmişə öz nitqinin məzmununa ciddi şəkildə sadiq qalır, boş cəfəngiyatı sevmirdi. O, nitqini sakit şəkildə deyirdi, dinləyicilərin ağlına təsir edərək, onları duyğu hissi ilə fəth edirdi, müdafiə edilən işin düzgünlüyündə onlara həddindən artıq inanırdı. Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”.
Demosfenin 30 yaşı olanda, o, artıq dövlət işlərində iştirak etməyə başlayır və natiqlik istedadının var gücü ilə Yunanıstanın bütün təhlükəli düşmənlərinə – Makedoniya çarı Filippə qarşı belə çıxır. Onun vətənə olan hədsiz sevgisi böyük natiqi makedoniyalılara və onların bütün Yunanıstandakı yardımçılarına qarşı mübarizəyə ilhamlandırır.
Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər söyləmişdir. Məsələn, ona görə, natiqlik sənətində aşağıdakı tələblərə əməl olunmalıdır: 1) materialın toplanması; 2) materialın məqsədəuyğun söylənilməsi üçün planın tərtibi; 3) nitqin məzmununun öyrənilməsi, mənimsənilməsi; 4) məzmunun dinləyicilər qarşısında söylənilməsi.
Demosfenin tələffüzü aydın, anlaşıqlı idi. O, özünün dərin məntiqi, rəngarəng intonasiya çalarları, müraciət formaları, ritorik sualları ilə dinləyiciləri cəlb edə bilirdi. Demosfen nitqlərində Afinanın satqın və fəaliyyətsiz hakimlərini ifşa edir, onları ədalətli olmağa çağırırdı. Məhz bu keyfiyyətlərinə görə afinalılar böyük inamla danışan Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinləyirdilər.
Qədim Romada natiqlik sənətinə böyük maraq göstərilirdi. Adamlar məşhur söz ustalarının nitqini öyrənir, hətta çox halda əzbərləyirdilər. Danışanlar öz fikirlərini əsaslandırmaq üçün lazım gəldikdə natiqin nitqindən müəyyən parçaları nümunə kimi verir, ona istinad edirdilər. Roma natiqlik sənətinin inkişafı üzün sürmür. Respublikanın süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru gedir. İmperiya natiqliyin qarşısını alır, bu sənət din xadimlərinin əlində moizə söyləmək, dini qanunları, ehkamları təbliğ etmək vasitəsinə çevrilir.
Yüklə 21,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə