Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə15/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

 
45
Arzu var isə də, ona yol yoxdur. 
Murada çatmağa maneə çoxdur. 
Fitil nazik olsa, tükənərsə ağ, 
Titrəyib sönməzmi bir anda çıraq? 
Mən vəfa görmədim bir həmdəmimdə, 
Görmək nə, heç onu eşitmədim də. 
Mən məna yaradan tütiyəm, əfsus, 
Şirvan qəfəsində olmuşam məhbus! 
Şamaxı, bu geniş, fərəhli diyar, 
Nə üçün bəs gəlir ürəyimə dar? 
Vətənim olmuşdur, bax, mənə zindan, 
Hər tüküm canıma olmuş nigəhban. 
Nəinki bir nəfər növi-bəşəri, 
Hətta küləyi də qoymazlar bəri. 
Bir addım atarsam yola əgər mən, 
Ya da bir ah çəksəm dərdli ciyərdən, 
Düşmən tez bir düyün vurub o aha, 
Durmadan aparıb çuğullar şaha. 
 
Xaqani Şirvanşahlar sarayının məngənəsindən can qurtarmaq 
üçün hətta çox sevdiyi Şirvanı tərk etməyə belə məcbur olur. O za-
man Xorasanda Səlcuq padşahı  Səncər hökm sürürdü. Xaqaninin 
əsərlərindən aydın görünür ki, o, Əmiri Müizzi və Ənvəri kimi məş-
hur tacik şairlərinin yaşadığı Xorasana, ya da “Nizamiyyə” mədrə-
səsi kimi şöhrət tapmış Bağdada getmək fikrində imiş. Çox ehtimal 
ki, şair, hökmdardan razılıq almaq üçün özünün bu səfərinə “ziya-
rət” adı vermişdir. Lakin Şirvanşah bu məsələnin əsl səbəbini başa 
düşdüyü üçün onu gözdən qoymaq istəmirdi. O, Xaqaninin saray-
dan narazı olduğunu bilərək, həmişəlik Şirvandan qaçmaq istədiyini 
duyub onun üstünə gözətçilər qoymuşdu. Şair bir qəsidəsində belə 
demişdir: 
 
Nə səbəbdir ki, Xorasanə məni qoymurlar
Bülbüləm, bağü gülüstanə məni qoymurlar. 


 
46
Çox çəkmədi ki, Səncər səltənəti güclü xalq hərəkatı qarşısın-
da dayana bilməyib süqut etdi. 1153-cü ildə Quz tayfası Ceyhun ça-
yı ətrafında böyük üsyan qaldırıb ağır şah vergisindən boyun qaçırt-
dı. Bu etinasızlıqdan hiddətlənmiş Səncər quzlara divan tutmaq, si-
lah gücünə onları yenidən boyunduruq altına salmaq məqsədilə hü-
cuma keçdi. Lakin Səncər qoşunu quzların güclü müqavimətinə rast 
gəlib pərakəndə oldu. Quzlar böyük inad və cəsarətlə Səncəri məğ-
lub etdilər. 
Xaqani Xorasan tərəfdə baş verən bu hadisəni eşitdikdə fikrini 
dəyişərək Bağdada getməyi qərara aldı. Nəhayət o, Şirvanşah Mə-
nuçöhrü “Məkkə ziyarətinə” icazə verməyə razı edib 1156-cı ildə, 
36 yaşında yola çıxdı. 
Şair səfəri zamanı, maraqlı hadisələrin şahidi oldu və bir neçə 
əsər yazdı. O, Dəclə kənarından keçərkən Sasani şahlarının paytaxtı 
olan “Taqi-Kəsra” qarşısında “Mədain xərabələri” adlı böyük fəlsəfi 
şeirini və sonra da Şərq ədəbiyyatı tarixində ilk mənzum səfərnamə 
olan “Töhfətül-İraqeyn” məsnəvisini yazdı. 
Xəlifə Məhəmməd ibn Müstəhzər böyük Azərbaycan şairinin 
tərifini eşidəndə ona öz yanında mirzə (dəbir) olmağı təklif edir. La-
kin Xaqani tezliklə doğma vətənə qayıtmaq fikrində olduğunu bildi-
rərək, xəlifənin bu təklifini rədd etdi. Şair bu barədə belə yazır: 
 
Xəlifə deyir ki, dəbirim
1
 olsan, 
Qarşında baş əyər möhtəşəm dağlar. 
Dəbirəm doğrudur, yazım misilsiz, 
Lakin baş əymərəm bu işə zinhar. 
Bu dəbir olmaqla nə fəxr edim ki
Vəzirlik də mənə deyil iftixar. 
Bir günəş ikən mən olmaram ulduz, 
Borc papaq qoymaqda nə məziyyət var? 
 
Xaqani bu səfər zamanı gördüyü hörmətlərə baxmayaraq, və-
tənpərvər bir şair kimi, yenə ana yurda doğru can atırdı. 1165-ci ildə 
                                                 
1
 Dəbir – mirzə, katib deməkdir. 


 
47
o, vətənə qayıtdı. İndi artıq Şirvanşah Mənuçöhr ölmüş və onun ye-
rinə oğlu Axsitan keçmişdi. Səfəri zamanı hər yerdə böyük ehtiram 
görmüş olan Xaqani, qayıtdıqdan sonra daha məğrur və yenilməz 
idi.  Şair hələ  Şirvanşah Mənuçöhrün vaxtında onun oğlu Axsitan-
dan çox ehtiramsızlıqlar görmüşdü. İndi o, Axsitana daha çox nifrət 
edir və ona qətiyyən boyun əymək istəmirdi. 
Xaqani ikiüzlü, yaltaq saray adamlarının daha fəal surətdə 
onun  əleyhinə  çıxmasını görüb, saraydan tamamilə incidi və yeni-
dən səfərə çıxmaq üçün Şirvanşahdan icazə istədi. Lakin Şirvanşah 
Axsitan onu gözdən kənar qoymaq istəmirdi. Bundan sonra saray 
mühiti Xaqanini daha artıq sıxmağa başladı  və günlərin birində o
təhqirə, əzab və əziyyətə dözməyərək Beyləqan tərəfə qaçdıqda şa-
hın adamları tərəfindən tutulub geri qaytarıldı. Beləliklə, bir zaman 
şahı öz sözləri ilə göylərə qaldıran şairin vəziyyəti və mövqeyi ta-
mam dəyişdi. O, şaha xəyanətdə ittiham edilərək, 1170-ci ildə Şab-
ran qalasına salındı. Bu vaxt Xaqaninin yaşı  əllini keçmişdi.  Şair, 
təxminən, yeddi aya qədər həbsdə qaldı. O, həbsxanada çox əziyyət 
çəkdi və “dünyaya sığmayan dərdlərini” “Həbsiyyə” adı altında top-
lanan əsərlərində ifadə etdi. 
Şair həbsdə olan zaman Azərbaycana hücum edilir. Şirvanşah 
Axsitan gürcü şahın köməyi ilə hücumu dəf etmək üçün qoşun top-
lamış  və  əks-hücuma keçmişdi. Xaqani həbsdə ikən bu müharibə-
dən xəbər tutmuş və gürcü qoşunu içərisində Bizans şahzadəsi And-
ronik Komnenə bir qəsidə yazaraq azad edilməsinə çalışmağı barə-
də ondan xahiş etmişdi. Lakin bu zaman Axsitanın hökmdarlığı çox 
zəiflədiyi üçün o, şairi xalqın tələbi ilə  həbsxanadan azad etdi. 
Həbsdən azad olandan sonra Xaqani tamamilə ruhdan düşmüşdü. O, 
şah sarayından və öz dövründən narazılığını bir çox əsərlərində 
qeyd etmiş və belə nəticəyə gəlmişdir: 
 
Ya olaydım yüz il əvvəl mən, ya da – 
Yüz il sonra doğulaydım dünyada. 
 
Xaqani aydın görürdü ki, zəmanəsində “cahillər rahat olduğu 
halda, alimlər əziyyətdədir; səfil adamlar dövlətli, alicənab adamlar 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə