Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə18/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

 
55
tinə yaxınlığı  və bağlılığı ilə  fərqlənib, Azərbaycan xalqının milli 
xüsusiyyətlərilə ayrılmaz dərəcədə əlaqədar olan Nizami, zəngin şi-
fahi xalq ədəbiyyatı ilə tərbiyələnib, öz yaradıcılığını da ondan ba-
carıqlı istifadə yolu ilə rəngarəng edib. 
Nizami yaradıcılığını  şifahi xalq ədəbiyyatı ilə bağlayan cə-
hətlərdən biri şairin öz əsas mövzularını folklordan almasıdır. O, 
hələ ilk böyük əsəri olan «Sirrlər xəzinəsi»ndə xalq rəvayətlərindən 
istifadə edərək,  əsərdə qoyduğu ideyaları oxucuya maraqlı surətdə 
çatdırmağa çalışmışdır. Bu Nizaminin şifahi xalq ədəbiyyatından ilk 
istifadəsi idi («Ənuşirəvan və bayquş» hekayəsi, «Bülbül və  qızıl-
gül» və s. hekayələr). Lakin şair ilk məhəbbət poeması olan «Xos-
rov və Şirin» əsərində xalq ədəbiyyatı ilə dərindən bağlı olan bir sə-
nətkar kimi meydana çıxır və bundan sonra yaratdığı  əsərlərin ha-
mısında bu bağlılıq hakim yer tutur. 
Nizami bu əsərin mövzusunu xalqdan almışdır. O, müqəddi-
mədə belə yazır: 
 
Məlum hekayədir bu Xosrov Şirin
Ancaq dastan yoxdur bu qədər şirin. 
Ruha xoş gəlsə də bu gözəl dastan, 
Pərdədə qalmışdı bu gəlin çoxdan. 
Tanıyan yoxdu bu gözəl alması, 
Bərdədəydi onun bir əlyazması. 
O ölkənin qədim tarixlərindən, 
Tamam bu dastanı öyrənmişəm mən. 
O ölkədə olan qədim adamlar 
Təşviq etdi, işə mən verdim qərar. 
 
Bu sətirlər  şairin  əsərin məzmununu Bərdə qocalarından 
öyrəndiyinə heç bir şübhə yeri buraxmır. Həm də şair hadisəni: 
 
Köhnə dastanların qoca ustadı 
Öz hekayəsinə belə başladı... 
 
deyə başlayır. 


 
56
Nizami ikinci poeması olan «Leyli və  Məcnun»  əsərinin də 
mövzusunu şifahi xalq ədəbiyyatından almışdır. Ərəb şifahi ədəbiy-
yatında canlanıb Yaxın Şərq xalqları arasında yayılmış olan bu das-
tanın XII əsrdə Azərbaycan xalqı arasında məşhur olması  məlum-
dur. Bunu şair özü əsərin müqəddiməsində qeyd edir: 
 
Bu söz incisini düzən zaman mən
Böylə danışmışdı bu nəqli edən. 
 
Şair «Yeddi gözəl» poemasını xalq nağılları quruluşunda yaz-
dığı kimi, qızların söylədiyi nağılların məzmununu da xalq ədəbiy-
yatından almışdır. Nizami özü əsəri Buxari və  Təbəri  əsərlərindən 
aldığı  məlumat  əsasında yaratdığını, eyni zamanda xalq ədəbiyya-
tından aldığı nağıllar və rəvayətlər əsasında qurduğunu söyləyir. 
Şairin son əsəri olan «İskəndərnamə» də belə qurulmuşdur. 
Nizami bu əsərində ərəb, fars, yunan, rum dillərində yazılmış tarixi 
məlumatlar  əsasında qurduğu kimi, xalq ədəbiyyatında  İsgəndər 
haqqında yayılmış rəvayətlərdən də çox istifadə etmişdir. O, əsərin 
müqəddiməsində: 
 
İsgəndər haqqında heç bir əsərdə, 
Məlumat görmədim yığcam bir yerdə. 
Ən qədim tarixi əsərlərdən mən 
Yəhudi, nəsrani, pəhləvilərdən 
Ən incə sözləri əlimə saldım 
Qabağı ataraq məğzini aldım… 
dediyi kimi eyni zamanda: 
Yazsaydım hər bilib, hər eşidəni 
Yalana çəkərdi sözün yüyəni... 
 
deyə xalq ədəbiyyatından da istifadəni söyləyir. 
Nizami  əsərləri yalnız öz mövzu və quruluşu ilə deyil, eyni 
zamanda bədii xüsusiyyətləri ilə də şifahi xalq ədəbiyyatı ilə bağlı-
dır. Bu cəhətdən şairin ayrı-yarı surətləri ilə şifahi ədəbiyyatda nağıl 
və dastanlarda olan surətlərin müqayisəsi maraqlıdır. Biz şifahi ədə-
biyyatda irəli sürülən müsbət və  mənfi surətlərin mühüm hissəsini 


 
57
Nizami poemalarında görürük. Nizamiyə qədər olan ədəbiyyatda isə 
bu surətlərin ancaq bir hissəsinə, yalnız cəngavərliklə əlaqədar olan 
hökmdar surətlərinə təsadüf olunurdu. Lakin Nizami surətləri həyatı 
hərtərəfli əhatə edib, xüsusən əməkçi xalq içərisindən aldığı müsbət 
surətlərlə, xalq ədəbiyyatı ilə daha yaxından bağlanmış olur. Biz Ni-
zamidə şah, vəzir surətləri ilə yanaşı çoban, əkinçi, daşkəsən, kərpic-
kəsən surətlərinə, alim surətlərinə, xüsusən o dövr ədəbiyyatında 
müstəsna bir yer tutan müsbət qadın surətlərinə tez-tez təsadüf edirik. 
Ümumiyyətlə xalq ədəbiyyatında iki cür şah surətinə təsadüf 
edilir: müsbət, mənfi. Həyatı ağır keçən, yaşadığı dövrün üsul-ida-
rəsindən narazı qalan xalq kütlələri dövlət quruluşu haqqındakı tə-
ləblərini bu surətlər vasitəsilə ifadə etmişlər. Bu xüsusiyyətləri biz 
Nizami poemalarında da görürük. Nizami də ədalətli şah arzularını 
ifadə etdiyi zaman zülmkar şahlara  ədalətli, maarifçi şahzadələri
yaxud xalq içərisindən çıxmış tədbirli insanları qarşı qoyur. 
Biz Nizami poemalarında Məhinbanu, Şirin, Bəhram, İsgəndər 
kimi  şah surətlərini görürük. Bu surətlər ayrı-ayrı  şəraitdə yarand-
ıqlarına baxmayaraq, onları birləşdirən əsas bir cəhət vardır ki, bu da 
qayğıkeş, ədalət və əhalini rifahını düşünmələridir. Nizami hər zaman 
müsbət şah surətlərini geniş xalq kütlələri mənafeyi ilə əlaqədar verir. 
Odur ki, Şirin hakimiyyət başına gələn kimi ölkənin siması dəyişir: 
 
Şirinin əlinə yetincə şahlıq, 
Hər yana yayıldı ölkədən işıq. 
Ədalətlə qıldı rəiyyəti şad, 
Məhbusları etdi həbsdən azad… 
Şahlıq qapısından bir bac almadı, 
Heç bir əkinçidən xərac almadı. 
Vergidən qurtardı şəhər, kəndistan, 
Ona dua xoşdur dünya malından… 
Bolluq oldu hər şey məhsul gətirdi, 
Bir buğda dənəsi yüz dən yetirdi. 
 
Burada diqqəti cəlb edən səciyyəvi cəhət  şahın  ədaləti sayə-
sində  kəndli həyatının yaxşılaşması  məsələsidir. Kəndli vergidən 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə