Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə12/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

 
35
kərdələrindən ibarətdir. Bu üç sülalə əsasən Şəddadilər, Vəhsudan-
lar və Rəvvadilərdən ibarətdir. 
Qətranın yaradıcılığında həm yüksək bədiilik, həm tarixi hadi-
sələrin təsviri, həm tarixilik, həm də tərbiyəvi əxlaqi keyfiyyətlərin 
şərhi yüksək dərəcədədir. Qətran Təbrizinin «Divan»ını oxuduqca 
gözümüz qarşısında yalnız yüksək ilhama malik bir şair deyil, həm 
də bir pedaqoq, müəllim, tərbiyəçi, qədim Yunan və  Şərq elm və 
mədəniyyətinə dərindən bələd olan görkəmli bir alimin siması can-
lanır. 
Təbrizi bir müəllim-metodist kimi fars dilinin ilk izahlı lüğəti-
nin müəllifidir. «Ət-təfasir» adlanan fars dilinin bu izahlı lüğəti ilk 
didaktik əsərlərdən sayıla bilər. Qeyd edək ki, bu sadəcə olaraq bir 
sözlük deyil, həm də burada xüsusi metodika ilə hər sözün izahında 
əxlaqi fikirlər, atalar sözləri və məsəllər verilir ki, bu da sözün mə-
nasının yaxşı  mənimsənilməsinə, uzun müddət yadda qalmasına, 
dərk edilməsinə səbəb olur. 
XI əsrdə yaşamış məşhur şair və səyyah Nasir Xosrov 1046 il-
də Təbrizə gəldikdə Qətranla görüşmüş, onun bu kitabı ilə tanış ol-
muş və özünün «Səfəmamə» əsərində belə yazmışdır: «Bu fars dili-
nin ilk izahlı lüğətidir. Bu lüğətdə Qətran bir metodist kimi sözlərin 
izahını misallarda elə vermişdir ki, onu oxuduqda uzun müddət yad-
da qalır. Onun yazdığı lüğət kitabı uzun illər boyu fars dilini öyrə-
nənlər üçün mühüm metodik kitab olmuş, bir növ dərs vəsaiti rolu 
oynamışdır”. 
Orta  əsr Azərbaycan tədqiqatçıları qeyd edirlər ki, Q.Təbrizi 
fars leksioqrafiyası tarixində ilk izahlı lüğətin yaradıcısı olmuşdur. 
Bu barədə «Lüğəti-fars»ın müəllifi Məhəmməd Hinduşah Naxçıva-
ni (XII əsr) və başqaları yazmışlar. Bu yazılardan məlum olur ki, XI 
– XII əsrlərdə fars dilçiliyi sahəsində aparıcı rolu məhz azərbaycan-
lılar olmuşlar. Bu əsərin başa çatmasında Qətran hər vasitədən, o 
cümlədən təsadüfən rastlaşdığı səyyahdan, yəni Nasir Xosrovdan da 
istifadə etməyə çalışmışdır. Bunu da qeyd edək ki, məhz Q.Təbrizi-
nin yazdığı lüğətin  əsasında sonralar Əsəd «Müstəş-hədat»,  Əbu 
Nəfs Sədi «Risalə», Əlaəddin «Zübdətül-lüğət kitablarını yazmışlar. 


 
36
Qətranm şeirləri də əxlaqi, mənəvi ibratamiz fikirlərlə zəngin-
dir. O, həyat haqqında fikirlərini mənsub olduğu sadə xalq kütləsinə 
müraciətlə belə deyir: 
 
Ey ciyəri yanan, bu bağdan meyvə axtarma 
Bu bağ ancaq ikiqapılı bir söyüdlükdür. 
Bihudə danışma ki, bağban arxada durub 
Torpaq kimi aram ol, yel kimi ötüb keç. 
 
Şair demək istəyir ki, yaşadığımız həyat olum və ölüm adlı iki 
qapısı olan söyüdlükdən ibarətdir. Olum qapısından bu söyüdlüyə 
daxil olan insan dadlı meyvələr axtarır, nəsə bir şey toplamaq istə-
yir. Lakin nəzərə almır ki, bu bağ söyüdlükdür. Bu söyüdlükdən də-
rilmiş «meyvə» heç nəyə yaramayacaq. Əcəl adlı bağban pusquda 
durmuş, insanı ölüm qapısından içəri atmaq üçün fürsət gözləyir. 
Şair bildirir ki, bu həyatda insan torpaq könüllü olmalı, aza qane ol-
malı, maddiyyətə, dünyagirliyə, mala, pula hərisliyə, yüksək könül-
lüyə meyl etməməlidir. Çünki əldə heç nə qalmayacaqdır. Bu dün-
yada heç nə əbədi deyildir. Qətran sanki demək istəyir ki, «Bir şey 
tapdınsa sevinmə, onsuz da sənin olmaycaqdı. Bir şey itirdinsə kə-
dərlənmə, onsuz da o sənin olmayacaqdı». Şeirin bu açıqlamasından 
belə qənaətə gəlmək olar ki, Qətran maddiyyət aləminin adamı ol-
mamış, mənəviyyat aləminin adamı olmuşdur. 
 
Başqa bir şeirində o, belə yazır: 
Bədənimin yarısı zəhmətdə, yarısı əzabdadır, 
Qördüyün hər işi əvvəlcə ağıl tərəzisi ilə ölç. 
Kim ki, mal toplamaqdan ötrü dərd, qəm və əzab çəkir, 
Mal-dövləti gedəcək. ona ancaq əzabı qalacaqdır. 
 
Qətranın  şeirlərindən duyulur ki, dövlətçilikdə, hökmdarların 
dövləti idarə etməsində ilk növbədə onların ağlı, biliyi, maarifçiliyi, 
ədaləti böyük rol oynayır. Qətran hökmdarları  tərif etməklə sanki 
onları dövləti ağılla, mənəviyyatla, elm və biliklə idarə etməyə çağı-


 
37
rır. Q.Təbrizinin Aərbaycan hökmdarlarını dostluğa və birliyə çağı-
rır, ölkədə vahid qüdrətli bir dövlət yaratmağı  zəruri hesab edirdi. 
Buna görə  də  Gəncənin  Şəddadilər sülaləsinin altıncı hökmdarı 
Əbülhəsən Ləşkəri (1033-1050) ilə  Əmir  Əbüfəzl Cəfərin barışıb 
dostluq etməsini yüksək qiymətləndirir. 
Q.Təbrizinin şeirləri, demək olar ki, tərbiyənin bütün sahələri-
ni əhatə edir. Q.Təbrizi öz məmduhlarının daha çox mənəvi keyfıy-
yətlərinə üstünlük vermişdir. Bu mənəvi keyfiyyətlər sırasında və-
tənpərvərlik, qəhrəmanlıq,  şücaət, cəsarət, düşmənə qarşı aman-
sızlıq, dostluqda sədaqət, comərdlik, insanpərvərlik, sülhsevərlik, 
səxavət, əliaçıqlıq, fədakarlıq, xeyirxahlıq, ədalət və s. kimi sifətlər 
mühüm yer tutur. 
Q.Təbrizi öz həyat və  fəaliyyəti ilə  mənəviyyat nümunəsi 
olan, insanlara öz əxlaqi ilə örnək olan Məhəmməd Peyğəmbərin 
nümunəsindən geniş istifadə edir. İnsanların əxlaqi, mənəvi keyfiy-
yətlərini tarixi şəxsiyyətlərin nümunəsində izah edir. Bu da şairin 
geniş  məlumatlılığını göstərməklə  bərabər, həm də onların özünə-
xas,  əxlaqi sifətlərini oxuculara açıqlayır, onlardan nümunə  gətir-
məyə çalışır. Məsələn,  şair  Əbülmüzəffər Fəzlu haqqında belə de-
yir: «Bu şah Firudin hörmətli, / Ənuşirəvan  ədaləthdir / Bilikdə 
Buqrat və Əflatunun adlanı xatirələrdən çıxarmışdır». 
Qətran Təbrizi irsi amillərin insanın formalaşmasında müəy-
yən rol oynamasını qeyd edir və “Ot kökü üstündə bitər” misalına 
istinad edir. Mütəffəkirin fikrincə hər canlı varlığın öz təbiəti var, о 
ancaq öz təbiətinin xususiyyətlərini ifadə edir: 
 
Нər qırmızı mərcan olmaz, hər yaşıl mina olmaz, 
Dagda olan hər bir daş yaquti – rummani ola bilməz. 
Sədəfə düşən hər damla nadir mirvari ola bilməz. 
 
Qstran Təbrizi böyük şair olmaqla bərabər, bir pedaqoq, me-
todist, tərbiyyəçi kimi də XI əsr pedaqoji fikir tariximizdə mühum 
yer tutmuşdur. 
 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə