Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə14/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

 
41
Vətənpərvərlik, humanizm. insana qayğı, alicənablıq, mərdlik, 
əməksevərlik, qoçaqlıq kimi yüksək fikirlər irəli sürən X. Təbrizi 
bir pedaqoq kimi insanların davranış qaydaları, ünsiyyət mədəniy-
yəti, ləyaqəti, şərəfi, mənliyi haqqında da öz dəyərli pedaqoji görüş-
lərini söyləmişdir. 
O, deyirdi: “Ədəb elə bir şeydir ki, insan ona əməl etdikdə 
xalqın içərisində zinətləndirir”. 
Xətib Təbrizi öz pedaqoji fəaliyyəti, yaradıcılığı və dəsti-xətti 
ilə Azərbaycan pedaqoji mühitində görkəmli yerlərdən birini tutur. 
 
Xaqani Şirvani 
(1120 – 1199) 
 
Azərbaycan  ədəbiyyatında nəsrin tarixindən danışanda onun 
ilk nümayəndəsi kimi, adətən, Füzulini göstərirlər. Lakin Xaqaninin 
yaradıcılığına müraciət edəndə onun bir neçə nəsr əsərinin də müəl-
lifi olduğunu görürük. Xaqani öz fəxriyyələrində qüdrətli nasir ol-
duğunu dəfələrlə söyləmişdir: “Mən nəzm və nəsr ustasıyam. Əlimə 
qələm aldıqda, qələmin özü dilə gəlib deyir ki, kimin belə əli olsa, 
o, ustaddır”. 
Hələlik bizə Xaqaninin “Töhfətül-İraqeyn” əsərinə nəsrlə yaz-
dığı bir müqəddiməsi, epistolyar üslubda yazdığı 60 məktubu və 
ərəb dilində bir nəsr əsəri məlumdur. 
Nizamidən fərqli olaraq, Xaqani sarayla əlaqədar olsa da
onun yaradıcılığı o zaman bir qayda şəklini almış məddahlıqla məh-
dudlaşmır. O öz şeirlərində mütərəqqi fikirlər yürütmüş, şah saray-
larının iç üzünü ifşa edən  əsərlər yazmışdır. Biz Xaqanini yalnız 
“məddah”  şair hesab etsək, böyüklüyünü inkar etmiş olarıq, çünki 
onun mədhiyyələri, şairin əsas, xarakterik cəhətlərini deyil, tarixən 
şərtlənən məhdud cəhətlərini ifadə etmişdir. Xaqaninin əsl ürək ar-
zuları, daxili iztirab və həyəcanları onun lirik əsərlərində – həbsiy-
yə, mərsiyə, qəzəl, rübai və qitələrində öz ifadəsini tapmışdır. Xaqa-
ni bu kimi əsərlərində xalqın ağır vəziyyətindən də  bəhs edərək 
zülmkar şahlara qarşı nifrət və lənətlər yağdırmışdır. Xaqaninin ya-


 
42
radıcılığındakı bu cəhət onu bir çox müasirlərindən ciddi surətdə 
fərqləndirir. O, müəllimi Əbül-Ülanın təşviqi ilə saraya getmişsə də, 
sona qədər oranın zahiri dəbdəbəsinə valeh olub qalmamışdır. Xa-
qani mədh etdiyi şahları həm də sonsuz nifrət hissi ilə satira atəşinə 
tutmuş, xalqın dərdinə  ağlamış, həbs, işgəncə  və  məhrumiyyətlər-
dən belə qorxmamışdır. 
Xaqaninin  əsərləri tədqiq edildikdə onun öz dövründəki əsas 
elmlərə yaxşı  bələd olduğu ortaya çıxır. Azərbaycan alimlərindən 
Məhəmmədəli Tərbiyət, Xaqaninin elmləri necə  dərindən bildiyi 
haqqında belə yazır: “Xaqani öz dövründə işlənməkdə olan elmlərin 
çoxuna, xüsusən hikmət, heyət, nücum, musiqi elmlərinə yaxşı bə-
ləd idi. Onun əsərlərində bu elmlərdən çox istilahlar vardır; o, tarixi 
də gözəl bilirdi”. 
Xaqani Şirvaninin həyatı. 
Xaqani 1106-cı ildə Şirvanda ana-
dan olmuşdur. “Töhfətül-İraqeyn”  əsərində o, vəzir Cəmaləddinlə 
söhbətini təsvir etdiyi zaman yazır ki, mən vəzirin “haralısan?” sua-
lına belə cavab verdim: 
 
Dedim: Bir şagirdəm, həm də söz bilən, 
Şirvan torpağında doğulmuşam mən. 
 
Xaqaninin əsl adı İbrahim, atasının adı Əli, ilk təxəllüsü “Hə-
qayiqi”, əsl təxəllüsü isə “Xaqani”dir. Şair yoxsul bir ailədə böyü-
müşdür. Xaqaninin ailəsi və necə həyat keçirdiyi haqqında onun öz 
əsərlərində çoxlu məlumat vardır. Xaqani xüsusilə “Töhfətül-İra-
qeyn”  əsərində özü haqqında geniş söz açmışdır. O, ata babasının 
bir toxucu olduğunu bildirərək yazır: 
 
Sənətdə toxucu olmuşdur babam, 
Onun sənətindən almışam ilham. 
 
Sonra o, atasının dülgər olduğundan bəhs edir: 
 
Atam dülgər idi, dərs alıb ondan 
Mən də öz dövrümdə oldum sözyonan. 


 
43
Xaqani anasını  həmişə  məhəbbətlə yad etmiş  və  xətrini  əziz 
saxlamışdır. O, anasından hörmətlə söz açaraq, aşpaz qızı olduğunu 
qeyd edir: 
 
Bir aşpaz qızıydı anam əzəldən, 
Onunçun hər kəsi doyururam mən. 
 
Və sonra 
 
Nəsturi qızıydı möbədi nəcad, 
Sonra da islama olmuşdur mötad. 
 
Xaqaninin bu beytlərindən aydın olur ki, onun ata-babası to-
xucu, atası dülgər, ana babası aşpaz, anası isə sonradan islam dinini 
qəbul edən nəsturi qızı idi. Belə kasıb ailədə doğulan İbrahimin hə-
yatı olduqca mürəkkəb bir şəraitdə keçmişdir. O, səkkiz yaşında 
ikən atası “zəmanənin zülm və əzabına tab gətirməyib” ailəsini tərk 
edib getmişdir. Sonra kiçik yaşlı İbrahim o zamanın məşhur alim və 
təbibi olan əmisi Kafiəddin Ömər ibn Osmanın tərbiyəsi altında 
dövrünün müxtəlif elmlərindən dərs alıb böyümüşdür. Xaqani əmisi 
haqqında belə məlumat verir: 
 
Bil, əmim Ömərin sayəsində mən 
Yetimlik divinin qaçdım əlindən. 
Atam dözməyərək dərdə cahanda, 
Sam Zalı atantək məni atanda, 
Əmim Simurq kimi sərf edib əmək, 
Qanadı altına alaraq, Zal tək – 
Qaldırdı biliyin Qafına həmən, 
Bəsləndim onun öz yuvasında mən. 
 
Xaqani öz əmisindən dərs aldığı zaman tacik xalqının XI əsr 
şairlərindən Sənai Qəznəvinin “Hədiqətül-həqayiq” adlı əsərinin tə-
siri altında “Həqayiqi” təxəllüsü ilə  şeirlər yazırdı.  Əmisi hələ sağ 


 
44
ikən gənc Xaqanini bir şair kimi tanınmağa başlamışdı. Əmisi vəfat 
edəndə Xaqaninin 25 yaşı var idi. Artıq bu vaxt onun şeirləri çox 
yayılmışdı. Elə bu zaman Şirvanşahların məddahı, Məlik-üş-şüəra 
Əbül-Üla Gəncəvi onu Şirvanşahlar sarayına aparıb orada “Xaqani” 
təxəllüsünü vermişdir. Qısa vaxt ərzində Xaqani öz istedad və qabi-
liyyəti ilə saray şairləri arasında mühüm bir mövqe tutdu. Əbül-Üla 
əvvəlcə  şair Fələki  Şirvaniyə  vəd etdiyi qızını Xaqaniyə verib, 
onunla qohum oldu. Az sonra Xaqani yaradıcılıq aləmində hətta öz 
ustadı  Əbül-Ülanı belə geridə qoydu. Bu cəhət saray xadimlərinin 
həsədinə səbəb olduğu kimi, Əbül-Ülanı da narahat etdi. O, eyni za-
manda saray həyatı ilə barışmayan, hökmdarla yola getməyən kürə-
kəninə görə öz hörmət və mövqeyinin əldən gedəcəyindən də qor-
xuya düşdü. Əbül-Üla onu nəsiyyətlə yola gətirə bilmədiyini görən-
də Xaqanini kəskin bir surətdə həcv etdi. Şəxsi və ictimai həyatında 
haqsız hücumlara məruz qalan Xaqani özündən yaşca böyük olan qa-
yınatası və müəllimi Əbül-Ülaya kəskin cavab verməyə məcbur oldu. 
Bu kimi hadisələr Xaqanini ikiüzlülüklə dolu olan saray həya-
tından get-gedə usandırdı. Çünki o, düzlüyü sevən, paxıllığa nifrət 
edən bir şəxs idi. Bir rübaisində şair belə demişdir: “Əgər istəyirsən 
qəlbin ayna kimi təmiz olsun, on şeyi qəlbindən çıxart: tamah, xəya-
nət, paxıllıq, haram, qeybət, ədavət, həsəd, təkəbbür, riya və kin”. 
Xaqani bir saray məddahı kimi yaltaqlıq, itaət və təlxəklik et-
mək istəmirdi. Saray həyatı onun üçün getdikcə dözülməz olurdu. 
O, sarayda özünü “qanadı  qırılmış quş kimi dəmir qəfəsdə” hiss 
edirdi.  Şair saraydakı  vəziyyəti “Töhfətül-İraqeyn”  əsərində belə 
təsvir edir: 
 
İndi də halımdın qoy gileylənim
Gör necə olmuşdur əhvalım mənim: 
Bəla dənizinə
1
 mən düşən gündən, 
Sədəftək əlsizəm, ayaqsızam mən. 
Sarayda qalmadı bir nəfər insan 
Ki, mənə paxıllıq etməsin... aman! 
                                                 
1
   Yəni saraya 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə