Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə19/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

 
58
azad olur, «Əkin birə yüz bar verir». Bu münasibət Nizaminin, açıq-
dan-açığa müasir hakimlərə qarşı qoyduğu Hörmüzün qanunlarında 
da özünü göstərir. Nizami Hörmüzün ədalətindən danışarkən yazır: 
 
Hanı o ədalət, o insaf hanı, 
Öz oğluna verə böylə cəzanı? 
Atəşpərəstlikdən dünya isindi. 
Bu müsəlmanlıqdan utan bir indi. 
Düşündürər bu kəbr hər müsəlmanı, 
Əgər bu kəbr isə müsəlman hanı? 
 
Bu misralar şairin tarixdən aldığı surətlər vasitəsilə müasir ha-
kimləri tənqid etdiyini açıq göstərir. Şairin müasirlərinə qarşı qoy-
duğu Hörmüz şah da verdiyi qanunlarda əsasən kəndli hüququnu 
müdafiə edir: 
 
Dedi: carçı çağır aləm bilsin qoy 
Kim zülm etsə ona tutulacaq toy. 
Əgər bir at gedib girə tarlaya, 
Biri bağdan meyvə, gül oğurlaya, 
Ən ağır cəzanı görəcək onlar. 
Şah and içdi dedi: - sınmaz bu ilqar. 
 
Bu misralar şairin kəndli əməyinə münasibətinin açıq ifadəsi-
dir. O, hələ ilk böyük əsəri olan «Sirlər xəzinəsi»ndə şahlara «kənd-
lərin viranəyə çevrildiyini» xatırladır, «kəndli xırmanlarının dənsiz 
qalmasını» zülmdən görür. 
Lakin müsbət  şah surətləri Nizami yaradıcılığında getdikcə 
dərinləşir. Biz onun şahlığı tərbiyə, islah məqsədilə «Nuşirəvan və 
bayquş», «Doğru danışan qoca və zalım hökmdar» hekayələrində, 
ümumiyyətlə «Məxzənül-əsrar» əsərində qoyduğu fikirləri «Xosrov 
və Şirin» əsərində müəyyən dərəcədə dərinləşdirdiyini, şahlığı tərbi-
yə etdiyini görürüksə, bu cəhət Bəhram surətində tam mənası ilə 
təkmilləşir. Bəhram simasında Nizami daha yüksək fikirlər irəli sü-
rür. Bu qəhrəman daha mütərəqqi prinsiplər əsasında mübarizə apa-


 
59
rır. Lakin Nizami, Bəhramın başı kefə qarışdığı zaman ölkəni unut-
duğunu göstərməklə, nəhayət, onu qoca çobanla qarşılaşdırır. Bu-
nunla da ağıllı şah xalqdan öyrənməlidir, ölkənin tədbirli, hikmətli, 
bilici qocalarından, çobanlarından öyüd almalıdır, fikrini irəli sürür. 
Nizami son əsərində qılıncla qələmi birləşdirib bütün dünyada 
ədalətli bir hökmranlığın, məzhəb və irqləri bir gözlə görən, dövləti 
bacarıqla idarə edən şah arzusunu İsgəndər surətində verir. 
Nizami yaradıcılığında vəzir surətləri xüsusi yer tutur, həm 
müsbət, həm də mənfi vəzir surətləri təsvir olunur. Nizaminin mənfi 
vəzir surəti xalq – vətən satqını olaraq göstərilir. Rast-Rövşənin 
ölkəni Çin xalqına satması onu daxildən zəiflətməsi kimi cəhətləri 
göstərməsi  şairin dərin siyasi görüşlərə malik, mütərəqqi bir adam 
olmasından irəli gəlir. 
Nizaminin çoban surətləri də maraqlıdır.Bu surətlər dastan və 
nağıllarda verilən çoban surətləri ilə uyğun gəlir. Nizamidə ilk ço-
ban surəti onun «Yeddi gözəl» poemasındakı nağıllarda verilmişdir. 
Bu surət Çin qızının Bəhrama söylədiyi «Xeyr və  Şər» nağılında 
canlandırılmışdır. Şair Xeyrin qalibiyyətində əsasən çobanın kömə-
yini göstərmişdir. 
Əsərin sonunda verilən çoban surəti öz əqli və tədbiri ilə şifa-
hi xalq yaradıcılığındakı çobanlara çox bənzəyir. O, vəzirin xəyanə-
ti nəticəsində ölkəsinin hərbi qüdrəti sarsıldığını görüb kədərlənən 
Bəhrama ibrət dərsi verərək, onu istiqamətləndirir. Burada Nizami-
nin çoban surəti xalq nümayəndəsi, tədbir və bilik rəmzidir. Şair ço-
banı şahdan bacarıqlı və tədbirli göstərməklə eyni zamanda özünün 
dövlət şəkli haqqındakı fikirlərini ifadə etmiş olur. O, ölkəsinin ida-
rəsini öhdəsinə almış hökmdarın ağıllı, tədbirli xalq məsləhətçilərin-
dən öyrənməlidir fikrini irəli sürür. 
Nizaminin çoban surətləri «İsgəndərmə»nin ikinci hissəsində 
«İqbalnamə»də də maraqlı yer tutur. İsgəndər iki dəfə çobanla qar-
şılaşır.  Əflatunun söylədiyi hekayədə  də çoban bir qəhrəman kimi 
canlandırılır. Bu surətlərin hər birisi eyni zamanda xalq ədəbiyyatı-
na keçərək, ona təsir göstərmişdir. 


 
60
Nizami bütün Şərq ədəbiyyatında müsbət qadın surətləri yara-
dan ilk sənətkardır. Qadına dərin bir hörmət bəsləyən Nizami, bu 
münasibətlə bütün islam dünyasından ayrılaraq, öz xalqının sadiq 
bir oğlu kimi meydana çıxır. Nizami qadını bir ana və əziz sevgili 
kimi yüksəldib, əsərlərində insanlığın anasına şərəfli yol vermişdir. 
O, Şəmira, Nüşabə kimi qüdrətli hökmdar, Şirin kimi qoçaq, Fitnə 
kimi ağıllı, Leyli kimi sadiq, Çin kənizi kimi müharib, Mariya kimi 
alim qadın surətləri yaratmışdır. 
Nizaminin humanizm, ədalət və dövlət idarəçiliyi haqqında 
fikirləri. 
Orta  əsrlərdə yazılan bütün ədəbi-bədii  əsərlər Allahın, 
Peyğəmbərin və dövrün hökmdarlarının şəninə yazılmış “mədhiyyə-
lər”lə başlayır. Nizami bu məsələdə özündən  əvvəlki bütün sənət-
karlardan fərqli olaraq, öz humanizmi və özünəməxsus bir səciyyə 
daşıyan rasionalizmi ilə seçilir. Mütəfəkkirin minacat və  nətlərdə 
ağlın tərifi mühüm yer tutursa, hökmdarlara həsr etdiyi “mədhiy-
yə”lər mədhiyyədən daha çox “Nəsihət”ləri xatırladır. Bunu nəzərə 
alaraq Nizami tədqiqatçılarından olan M.Ə.Rəsulzadə yazır: “ Yük-
sək izzəti-nəfs sahibi olan şair həyatda özünü… heç bir zaman ki-
çiltməmişdir. Hökmdarlara müraciət edərkən onları mədh etdiyi və 
onlardan bir diləkdə bulunduğu zamanlarda belə özünü onlara bə-
rabər səviyyədə görmüş, hətta ruhunun verdiyi içdən gələn bir qüvvət-
lə mədh etdiyi tac daşıyanlara ata kimi öyüdlərdə belə bulunmuşdur”. 
Mütəfəkkir şairin dünyagörüşünün formalaşmasında orta əsr-
lərdə  fəaliyyət göstərən “Əxilər” cəmiyyətinə üzv olmasını bütün 
tədqiqatçılar qəbul edirlər. Bu cəmiyyət orta əsr Şərq aləminin icti-
mai həyatında böyük rol oynamışdır. Bunu nəzərə alan bəzi tədqi-
qatçılar göstərirlər ki, “ Görünür, “Əxilər” cəmiyyəti təliminin de-
mokratik meyilləri, yaxın adama və ehtiyacı olanlara köməyi şairin 
mütərəqqi siyasi ideyalarının, humanist dünyagörüşünün formalaş-
masına az təsir göstərməmişdir. Onun ədalətsiz və  qəddar  şahlara 
cəsarətli müraciətlərini, şəfqətə və insaniyyətə, əməkçi xalqın mad-
di vəziyyətini yaxşılaşdırmağa inadlı çağırışlarını müəyyən dərəcə-
də  “əxilər” cəmiyyətinin o dövrdə Gəncənin  şəhər  əhalisi arasında 
geniş təbliğ olunan ideyalarının təsiri ilə izah etmək olar”. “Əxilər” 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə