Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə13/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

 
38
Xətib Təbrizi 
(1030-1109) 
 
Maarif, mədəniyyət və pedaqoji fikir tariximizin görkəmli nü-
mayəndələrindən biri XI əsrdə yaşayıb yaratmış,  ədəbiyyatşünas, 
dilçi, müəllim və pedaqoq Xətib Təbrizidir. 
Dövrünün alimləri Xətib Təbrizini «ədəbiyyat, qrammatika və 
leksikoqrafiya elmlərinin başçısı», “ərəb elmlərinin rəhbəri və ədə-
biyyatşünaslığın bayraqdarı»,  əxlaq və  mənəviyyat  şərhçisi» kimi 
adlandırmışlar. Bu dahi Azərbaycan alimi Şərqin müsəlman xalqla-
rının elm, maarif və  mədəniyyətinin inkişafında böyük xidmətləri 
olmuşdur. O, qırx ildən artıq «Nizamiyyə» mədrəsəsində ədəbiyyat 
elmləri bölməsinin rəhbəri, professoru və  həmçinin oranın zəngin 
kitabxanasının müdiri olmuşdur. 
O öz dəyərli  əsərləri ilə  ədəbiyyatşünaslıqda tam bir çevriliş 
etmiş, dilçiliyin bir çox problemlərini təhlil etmiş, öz şərhləri ilə də-
rin əxlaqi, pedaqoji əhəmiyyətli fikirlər irəli sürmüşdür. 
Xətib Təbrizinin  əsil adı  Əbu Zəkəriyyə  Yəhya  İbn  Əli  İbn 
Məhəmməd  İbn Həsən  İbn Məhəmməd  İbn Musa İbn Bistam əl 
Şeybanidir. Lakin o özünü Xətib Təbrizi kimi təqdim etmişdir. Ədib 
1030-cu ildə Azərbaycanın Təbriz  şəhərində doğulmuş  və böyü-
müşdür. İlk təsilini Təbrizdə almış, ərəb və fars dillərini mükəmməl 
öyrənmişdir. Sonra 10 ilə yaxın Suriya və Misiri gəzmiş, böyük 
alimlərlə görüşmüşdür. Bəsrədə ərəb filologiyası sahəsində mükəm-
məl bilik əldə etmək üçün Fədl İbn Məhəmməd ibn Əli Əbu-l Qa-
sim əl Qəsabanidən
1
 dərs almış və Təbrizə qayıtmışdır. 
O, Dəməşqə olanda «Bağdad tarixi»nin müəllifi məşhur tarix-
çi Xətib Bağdadi ilə tanış olmuşdur. Ömrünün çox hissəsini isə 
Bağdadda yaşamışdır. X.Təbrizi Misirdən Bağdada qayıdandan son-
ra Bağdad Nizamiyyə  mədrəsəsi açılır və 1067-ci ildə Nizam-əl-
Mülk Xətib Təbrizini Nizamiyyə mədrəsəsinə dəvət edir. 
Sərqin bir çox alimləri X.Təbrizinin tələbələri olmuşdur: Əbu 
Bəkr Məhəmməd İbn əl-Ərəbi (1076 – 1148), ), Əbu-l-Fədl İbn Na-
                                                 
1
 Fədl İbn Məhəmməd ibn Əli Əbu-l Qasim əl Qəsabani (? – 1052) 


 
39
sir (1074 – 1155), Əbu-1 Həsən Səd  əl-Xeyr  İbn Məhəmməd  İbn 
Səhl əl-Ənsari (? – 1146), və b. Onlar həmin dövrün məşhur alim-
ləri kimi tanınmışlar. Bu da Xətib Təbrizinin yüksək pedaqoji usta-
lığından, bacarıqlı müəllim olmasından xəbər verir. 
Xətib Təbrizinin  əsərləri dünyanın müxtəlif kitabxanalarında 
qiymətli sənət nümunələri kimi qorunub saxlanılmış, müasir dövrü-
müzdə isə Almaniya, Hindistan və  Ərəb ölkələrində çap olunmuş-
dur. Uzun illər boyu Xətib Təbrizinin şərhləri məktəb və mədrəsələr-
də Şərq ədəbiyyatının klassik nümunələri kimi tədris olunmuşdur. 
Xətib Təbrizinin həyat və yaradıcılığı haqqında Azərbaycanda 
ilk məlumatı XV əsrdə yaşamış Hinduşah Naxçıvani məlumat ver-
mişdir, sonra Məhəmmədəli Tərbiyət özünün «Danişməndani-Azər-
baycan» əsərində klassik ədəbiyyatdakı tərbiyəvi öyüdləri və vətən-
pərvərlik ideyaları haqqında məlumat vermişdir. 
Xətib Təbrizinin elmi-pedaqoji irsi olduqca zəngin və rənga-
rəngdir. O, ömrünün sonuna qədər elmi-pedaqoji fəaliyyətini dayan-
dırmamış, dəyərli əsərlər və şərhlər yazmışdır. Həmin əsərlərdə ədə-
biyyat və dilçiliyin tədqiqi ilə bərabər Şərq xalqlarının adət və ənə-
nələri, etnoqrafiyası, əxlaqi, mənəvi təfəkkürü öz əksini tapmışdır. 
Xətib Təbrizi şeirlərin təhlilinə bir çox yönlərdən – pedaqoji, 
psixoloji, dilçilik, etnoqrafik, ədəbiyyatşünaslıq, tarix, folklor cəhət-
lərindən yanaşmışdır. Bu onun dərin və hərtərəfli biliyə olmasından, 
pedaqoji işdə çalışmasından, müəllimlik fəaliyyətindən irəli gəlmişdir. 
Xətib Təbrizi insanın formalaşmasında, tərbiyə olunub ərsəyə 
çatmasında ictimai mühitin roluna yüksək qiymət verir. O, «Siqt əz-
zənd”in şərhi»ində insanın formalaşmasında zaman və məkanın da 
böyük rol oynadığını deyərək  Əbu-l-Əlanın aşağıdakı beytlərinin 
izahını vermişdir: «Kim ki, gecələrlə yoldaşlıq edibdir, ona (ge-
cələr) dostu aldatmağı  və  cəfəngiyatı öyrədibdir. Dünyanın işləri 
onu o qədər dəyişdirmişdir ki, hətta elə zənn edir ki, dağları qarışqa-
lar daşıyırlar». X. Təbrizi “gecələrlə yoldaşlıq” etməyi xoşagəlməz 
hesab edir. Səhərin, işığın  əksi olaraq gecəni, qaranlığı insana pis 
təsir edən dosta bənzətmişdir. 


 
40
Xətib Təbrizinin fikirlərindən aydın olur ki, cəmiyyətin əyri-
likləri insanların tərbiyəsinə qüvvətli təsir göstərir. O, bu fikri ilə 
mühitin insan tərbiyəsində roluna yüksək qiymət verir. Pozulmalara 
müqavimət göstərməyi alim elmi biliklərə yiyələnməkdə görürdü. 
Yalnız elm, bilik vasitəsi ilə insanlar zamanın hadisələrini dərk edə 
bilərlər, mühitin onların qarşısına çıxardığı çətinliklərə sinə gərərək 
aciz və zəif qalmazlar. 
Böyük mütəfəkkir insanları öz vətənini kortəbii surətdə deyil, 
ağılla sevməyə çağırırdı. Məhz buna görə  də, alim vətənpərvərliyi 
insan ağlının kamilliyində, insanın mərdliyində görürdü. O öz vətə-
ninə, xalqına biganə olanları tənqid edərək yazırdı: «Öz qəbilənin – 
xalqının olduğu bir ölkədən şikayətlənmə, yaxın adamlarının yaşa-
dığı torpağa qarşı biganə olma». 
İnsanpərvərlik Xətib Təbrizinin fikrincə, vətənpərvərlik kimi 
müqəddəsdir. O, insanların bir-biri ilə mehriban, xoş ünsiyyətdə ol-
masını təbliğ edirdi: «İnsanlarla xoş ünsiyyətdə olanlar ən şərəflisi-
dir». Ədib öz əsərlərində insanları əməksevərliyə, fəaliyyət göstər-
məyə səsləmişdir. 
X.Təbrizi insanları əzmlə, iradə ilə fəaliyyət göstərməyə çağı-
raraq deyir: «İnsan öz fikrində möhkəm olmalıdır». Alim bunu da 
tələb edirdi ki, insan bir iş görmək istədikdə təmkinli, səbirli olmalı, 
tələsməməlidir.  Ədib deyirdi: «İnsan öz işində ola bilsin ki, tələs-
məsə, öz ehtiyacını tələsik etməsə, daha tez müvəffəqiyyət qazanar. 
Amma işində  tələssə (bu) tələskənlik onun istədiyini gecikdirər». 
Bir işə başlayarkən onun aqibətini düşünməmək, düşüncəsiz hərəkət 
etmək daima fəlakətlə və uğursuzluqla nəticələnər. İnsanları əzmlə, 
tələsmədən, ağılla iş görməyə çağıran alimin fikrincə, mətanət və 
şəraiti qiymətləndirmək  ən böyük qoçaqlıqdır. Düşüncəsiz hərəkət 
edərək özünü təhlükəyə atanları X.Təbrizi tənqid edərək yazırdı: 
“İnsanın özünü ölümə sürükləməsi qoçaqlıq deyil, axmaqlıqdır. Qo-
çaqlıq odur ki, insan qalib gələcəyini qət etdikdən sonra bir işə baş-
lasın. Amma insan məhv olacağını bilə-bilə yersiz bir addım atsa, 
bunu dəlilikdən başqa bir şey hesab etmək olmaz”. 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə