Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə40/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   40

 
124
Məxəzlərdə “Xeyriyyə kompleksləri”, yaxud mədrəsə ünvanı 
ilə qeydə alınmış orta əsrlərin bu təhsil müəssisələri özlərinin elmi-
pedaqoji fəaliyyətlərinin xüsusiyyətlərinə görə adi mədrəsə çərçivə-
sindən çıxaraq A.Olearyusun çox düzgün müəyyənləşdirdiyi akade-
miya tipli elm ocaqlarına çevrilmişlər. XIII əsrin ikinci yarısı  və 
XIV əsrin əvvəllərində Azərbaycanda bu kimi elmi-pedaqoji müəs-
sisələr sisteminin yaranması XI əsrdən genişlənməyə başlayan elm 
və maarif müəssisələrinin tədrici inkişafının nəticəsi idi. Lakin bu 
da inkaredilməzdir ki, onlar quruluş  və  iş qaydaları etibarilə  Nəsi-
rəddin Tusinin 1259 – 1273-cü illərdə rəhbərlik etdiyi rəsədxana adı 
ilə məşhur olan Marağa elm ocağının təsiri altında ortaya çıxmışlar. 
Təəssüf ki, həmin müəssisənin vəqfnaməsi bu günə qədər əldə edil-
mişdir. Bu barədə məxəzlər də susur. Buna görə də onun quruluşu 
və iş qaydaları haqqında ilk sənədli və dəqiq məlumat hələlik mə-
lum deyil. Ancaq ayrı-ayrı faktların təhlilinə əsasən inamla demək 
olar ki, bundan əvvəl adlarını qeyd etdiyimiz XIII – XIV əsr Təbriz 
və Sultaniyyə  təhsil müəssisələri elmi-pedaqoji quruluşca Tusinin 
başçılıq etdiyi Marağa elm ocağını  təqlid etmişlər. Marağadakı bu 
mədrəsə-rəsədxana kompleksinin tikintisi 1259-cu ildə görkəmli 
Marağa memarı Əbülsəadət Əhməd ibn Osmanın rəhbərliyi altında 
başlanmışdır. 
Tusinin Marağada təsis etdiyi rəsədxana Şərqdə ilk akademiya 
hesab olunur. Bu rəsədxanada dövrün bir sıra görkəmli alimləri fəa-
liyyət göstərmişlər. Onların fəlsəfə, astronomiya, riyaziyyat, və s. 
elmlər haqqında kəşfləri və yenilikləri öz aktuallığını bu gün də sax-
lamaqdadır. Tusinin “Zici-Elxani” əsəri planetlərin və səma cisimlə-
rin öyrədilməsinə həsr edilmişdir. 
N.Tusinin “Zic-e Elxani” əsərinin müqəddiməsindəki qeydlə-
rindən bilinir ki, o, müəssisənin elmi rəhbəri təyin edilmiş, Yaxın və 
Orta  Şərq ölkələrinin, eləcə  də Azərbaycanın tanınmış alimləri və 
müdərrisləri burada işləməyə cəlb olunmuşdu. Onun sözləri belədir: 
“Hülakü…. bütün sahələr üzrə mahir sənət xadimlərini təşviq etdi. 
Tusdan olub mülhidlər vilayətinə düşmüş  mən bəndə  Nəsiri azad 
etdi, ulduzları  rəsəd (müşahidə) etməyi buyurdu və münəccimliyi 


 
125
bilən alimləri, o cümlədən Moəyyedəddin  əl-Ərəzini Dəməşqdən, 
Fəxrəddin Mərağini Mosuldan, Fəxrəddin Xlatini Tiflisdən və Nəc-
məddin Dəbirani Qəzvindən tələb etdi… Bağdad,  Şam, Mosul və 
Xorasandan kitabları (həmin şəhərlərin kitabxanalarındakı əlyazma 
fondlarını) gətirməyi əmr verdi”. Xandəmirin “Həbib os-siyər fi-əx-
bar ol-bəşər” əsərində göstərilir ki, bu mədrəsə-rəsədxanada işləyən 
alimlərin bir çoxu müxtəlif elmi sahələr üzrə mütəxəssislər olmuş-
lar. Məsələn, Moəyyedəddin əl-Ərəzi həndəsə və rəsədxana alətləri 
üzrə, Fəxrəddin Xlati riyaziyyat, Nəcməddin Dəbiran və Qotbəddin 
Şirazi fəlsəfə-məntiq üzrə mütəxəssis idilər. 
Marağa mədrəsə-rəsədxana kompleksini təşkil edən müəssisə-
lərdə iş elmi tədqiqat və pedaqoji istiqamətdə aparılmışdır. Burada-
kı mədrəsələr bəzi mənbələrdə, o cümlədən İran tarixçisi Rza Əmin 
Sübhanının “Vəch-e təsmiye-ye mədarese Təbriz”
1
 adlı  əsərində 
universitet adı ilə qeydə alınmışdır: “Xacə (Tusi) müxtəlif elmlərin 
tədrisi üçün mədrəsələr təsis etdi… tələbələrə təqaüd müəyyənləşdirdi”. 
Mədrəsələrdə  fəlsəfə, məntiq, tibb, ədəbiyyat nəzəriyyəsi və 
ilahiyyat tədrisi üçün istifadə olunmuş kitablar arasında aşağıdakı-
larda var idi: 
1) “Şərh-e hekmət ol-eşraq-e Şəhabəddin Sührəverdi” 
2) “Şərh-e kolleyyat-e Qanun-e ibn Sina” 
3) “Şərh-e Meftah ol-olum-e Səkkaki” 
4) “Dorra-t-ot-tac” 
5) “Cameol-osul fi əhadis ər-rəsul” və s. 
Burada ayrı-ayrı elm sahələri üzrə tədqiqat aparılmasına əlve-
rişli şərait yaratmaq məqsədilə 400 minlik nadir əlyazmaları fondu-
na malik böyük bir kitabxana təşkil edilmişdi. Orta əsrlərdə bu kimi 
elmi kitabxanalara “Fəlsəfə evi” (“Dar ol-hekmə”, “Dar ol-elm”, 
“Beyt ol-hekmə”, “Xəzanə-t-ol-hekmə”) deyilirdi. Onların müdirlə-
ri (“xazinlər”) alimlər sırasından təyin edilirdi. İlk “Dar ol-hekmə” 
Harun-ər Rəşid (787 – 809) tərəfindən Bağdad şəhərində təsis edil-
mişdir. Burada qədim yunan kitabları ərəb dilinə tərcümə edilir və 
çoxaldılırdı. Kitabxananın fondunu əsasən fəlsəfə və dəqiq elmlərə 
                                                 
1
 Rza Əmin Sübhanı “Vəch-e təsmiye-ye mədarese Təbriz”. Təbriz, 1958 


 
126
aid kitablar təşkil edirdi. Yaxın və Orta Şərq ölkələrinin alimləri 
uzun müddət Bağdaddakı “Dar ol-hekmə”dən elmi mərkəz kimi is-
tifadə etmişlər. Əhməd Əmin Misri “Zoha ol-eslam” əsərində yazır: 
“Bu kitabxana (Bağdad “Dar ol-hekmə”si) Hülakünün hücum etdiyi 
ilə  qədər (1258) əvvəllərdə olduğu kimi qalmışdı». Həmin ildə 
N.Tusi də Bağdadda olmuş, çox ehtimala görə, “Dar ol-hekmə”ni 
görmüşdür. 
Marağanın mədrəsə-rəsədxana kompleksindəki kitabxana 
(“Dar ol-elm”, ya “Dar ol-hekmə”) da dövrün ən mühüm elmi mü-
bahisələr, mütaliə, tədqiq və təlif mərkəzi idi. 
İlk mənbələrə və elmi-tədqiqat əsərlərindəki müvafiq materi-
allara istinadən deyə bilərik ki, rəsədxananın özündə  fəlsəfə, riya-
ziyyat və nücum elmi tədris edilmiş, riyaziyyat və astronomiya elm-
lərinə aid qədim yunan müəlliflərinin, eləcə də Yaxın və Orta Şərq 
alimlərinin əsərləri öyrənilmişdir. XIII əsrə qədər Şərq astronomları 
tərəfindən tərtib edilmiş astronomik kataloqlar və cədvəllər dəqiq və 
ardıcıl elmi planda təkmilləşdirilmişdir. Bu baxımdan, “Zic-e Elxa-
ni” adlanan astronomik kataloqun tərtib edilməsini qeyd etmək olar. 
Burada ulduzların hərəkətlərinin yeni cədvəli tərtib edilmişdir.  
“Zic-e Elxani”yə əlavə olunmuş xüsusi bir cədvəldə isə istinad ul-
duzların eleptik koordinatları dəqiqləşdirilmişdir. 
Müəssisənin elmi rəhbəri N.Tusinin “Şəkl ol-ğeta” kitabında 
nisbətlər nəzəriyyəsi ardıcıl olaraq inkişaf etdirilmiş, tam dördtərəf-
lilərin nəzəriyyəsi tamamlanmışdır. Bundan başqa, müstəvi və sfe-
rik üçbucaqlıların həlli üsulları müfəssəl  şərh olunmuş  və bir sıra 
mühüm riyazi çətinliklər həll edilmişdir. “Şəkl ol-ğeta” kitabında 
birinci dəfə olaraq triqonometriya müstəqil riyazi fənn halına salın-
mış və sferik triqonometriya inkişaf etdirilmişdir. 
Şardən yazır: “…Rəsədxanada Nəsirəddin Tusinin və digər 
alimlərin səyi ilə… astronomiya və riyaziyyat ilə əlaqədar olan bir 
çox çətin və naməlum məsələlərin həll edilməsinə nail olunmuşdur. 
Həmin məsələlər barədə müasir dövrün alimləri
1
 cildlərlə kitab yaz-
mışlar”. 
                                                 
1
 yəni Avropa alimləri 


 
127
Marağa elmi-pedaqoji müəssisələr kompleksində  işləyən 
Azərbaycan və digər Şərq ölkələrindən gələn alimlərinin birgə yara-
dıcılıq işləri dünya fəlsəfəsi və riyazi elmlərinə  təsir göstərmişdi. 
Təəssüflər olsun ki, biz Nəsirəddin Tusinin bir neçə əsəri ilə tanışıq. 
Fəlsəfə, məntiq və sair elmi sahələrə aid Qotbəddin Şirazi, Nəcməd-
din Dəbiran tərəfindən yazılmış “Dorrə-t-ot-tac”, “Şərh ol-meftah”, 
“Şəmsiyye”, “Came od-dəğayeğ” və bu kimi Marağa elm ocağının 
digər alimlərinin əsərləri də, demək olar ki, tədqiq edilməmiş, yeni-
likləri işıqlandırılmamışdır. 
Yuxarıda deyilənlərdən məlum olur ki, N.Tusinin rəhbərlik et-
diyi “rəsədxana” adı ilə məşhur olmuş XIII əsr Marağa elm ocağı, 
əslində, astronomiya, riyaziyyat, eləcə də fəlsəfə üzrə dövrün mütə-
xəssis alimlərinin elmi-tədqiqat və pedaqoji fəaliyyətlərini birləşdi-
rən müəssisələr kompleksi olmuşdur. Bu cəhətdən, ona sadəcə ola-
raq “rəsədxana” deyilməsi ilə həqiqət tam əks etdirmir. Müəssisənin 
xüsusiyyətləri onun orta əsr Elmlər Akademiyası sayılması üçün qə-
naətləndirici əsas verir. Yəqin buna görədir ki, Şardən də Olearyus 
kimi, sonralar Marağa elm ocağı kimi təşkil edilmiş Azərbaycanın 
bəzi mədrəsələrini «akademiyalar» hesab etmişdir. 
Deyilənlərə və faktlara əsasən, bu gənaətə gəlirik ki, Azərbay-
canda ilk akademiyanın bünövrəsi 723 il bundan əvvəl qoyulmuş və 
bu tarixi hadisə N.M.Tusinin adı ilə bağlıdır. 
Marağa Elmlər Akademiyası dünya elm və  mədəniyyət tari-
xində orta əsrlərin nümunəvi akademiyalarından biri olmuşdur. Bu 
nəhəng müəssisənin ətraflı tədqiq edilməsi vacibdir. 
 


 
128
LÜĞƏT 
 
alban əlifbası Alban 
əlifba sistemi V əsrin  əvvəllərində 
icad edilmişdi. V – VI əsrlərdə Azərbayca-
nın şimal əyalətlərində yazı üçün Runi əlif-
basının (qədim Türk Əlifbası) tətbiq edil-
məsi ehtimal olunur. Lakin bu əlifbanın 
məktəbə nüfuz etməsi barədə hələlik heç bir 
məlumat əldə edə bilməmişik. 
bəvvab xidmətçi 
darül-elm elm 
evi 
darüttəhsil elmlər evi və ya akademiya 
darül-ülum bax:
 
darüttəhsil 
dəbir mirzə, katib 
əbcəd 
əlifba 
əhadis hədislər 
əxbar xəbərlər 
əmsal misil, 
formul 
əşar 
şeirlər 
fiqһ din 
elmi, 
şəriət qanunları 
fükaha Hüquqşünas 
Həqaiqi Xaqani 
Şirvaninin təxəllüsü 
xəzinətül-hikmə 
müdriklik, aqillik xəzinəsi 
iksir maddə 
kəlam, imla, kərura heybə, çanta 
Qaf Qafqaz 
dağı 
qələm qəmişdən və ya lələkdən hazırlanan 
məqul söylənmiş, deyilmiş 
mənqul söz, 
xəbər 
mübəlliğ 
hərfi tərcüməsi: təbliğ edən, çatdıran 
müəllümül-qüttab məktəb müəllimi 
mürəbbi tərbiyəçi 
nəhv sintaksis 


 
129
nəsayeh nəsihətlər 
nəsturi xristian 
məzhəblərindən biri 
pəhləvi ədəbiyyatı 
Qədim fars dilində yazılmış əsərlər Pəhləvi 
ədəbiyyatı adlandırılır. Bu əsərlər sırasında 
əsasən Sasanilər dövründə (226-651) yazıl-
mış bəzi əsərlər bizə qədər gəlib çatmışdır. 
Mövcud Pəhləvi  ədəbiyyatının miqdarı 66 
addan artıq deyildir. Pəhləvi  ədəbiyyatının 
mətnlərini təşkil edən sözlərin ümumi miq-
darı da müəyyənləşdirilmişdir. 
Mövcud Pəhləvi  ədəbiyyatı  sırasında bəzi 
nəsihətnamələrə də rast gəlmək olur. Bu nə-
sihətnamələr əsasən dövlət xadimləri və ya 
Sasani dövrünün ruhaniləri tərəfindən yazıl-
mışsa da, Sasani dövlətinin  şimal vilayəti 
tərkibinə daxil olan Avesta Azərbaycanın-
da, istərsə  də Avesta İranında zoroastrizm 
dini ilə  səciyyələnən mövcud ictimai şüur 
və düşüncənin inikasını verərək o zamankı 
hakim dairələrin maarif və əxlaqa qarşı olan 
münasibətini və tələbatını bildirir. 
Sam, Zal 
Firdövsinin  “Şahnamə”  əsərindəki surətlər-
dir. 
sərf-nəhv qrammatika 
təkfir kafir 
adlandırma, kafir olduğuna hökm 
vermə 
tələbətül-elm bilik 
evi 
 


 
130
ƏDƏBİYYAT 
 
1.
 
Mollayev  İ.A. Orta əsr Azərbaycan mütəfəkkirləri təlim-
tərbiyə haqqında. Bakı, 1966 
2.
 
Sultanov M. Əvhədi Marağalı  və onun "Cami-Cəm" 
əsəri//Marağalı Əvhədi. Cami-Cam. Poema. Bakı, 1970 
3.
 
Abbasov Ə., Araslı H. Nizami Gəncəvinin "İskəndərnamə" 
poeması. Bakı, Azərbaycan Mea, 1966. 
4.
 
Azadə R. İbrahimov M. Nizami Gəncəvi. Həyatı və sənəti. 
Bakı, Elm, 1979. 
5.
 
Araslı H. Xaqani Şirvani. Şairin həyatı və zəngin ədəbi irsi 
haqqında. Bakı. Yazıçı, 1982 
6.
 
Bakıxanov A. Hüssənül-əcam Xəqani Şirvani. “Gülüstani-
İrəm” kitabında, Azərb.SSR EA nəşr., 1951, s. 208-210 
7.
 
Eyvazov F. Dahi alim və filosof Məhəmməd Nəsirəddin 
Tusinin anadan olmasının 750 illiyinə. Bakı, Gənclik, 1981 
8.
 
Əlimirzəyev X. Xaqani yaradıcılığında dünyəvilik. “Elm 
və həyat” jurn., 1977, 34. s. 30-31 
9.
 
Hüseynov S. İntibah dövrünün böyük şairi. “Ədəbiyyat və 
incəsənət”, 1979, 22 iyun, s. 6 
10.
 
Hüseynzadə L. Xaqani Şirvani. “Ədəbiyyat və incəsənət” 
1954, 16 oktyabr 
11.
 
Hüseynzadə R.L. Erkən orta əsrlər dövründə Azərbaycan-
da məktəb və pedaqoji fikir. Bakə, Elm, 2005 
12.
 
Xəlilov N. Ə. Xaqaninin əxlaqi-tərbiyəvi fikirləri. Azər-
baycan dili və  ədəbiyyat tədrisi (metodik məcmuə). 1983, № 4, s. 
48-52 
13.
 
İbrahimov M. Xaqaninin həyatı  və estetik idealı. “Azər-
baycan” jurn., 1980, №7, s. 139-150 
14.
 
Kəndli H. Xaqani Şirvani. Həyatı, dövrü və mühiti. Bakı, 
Elm, 1988 
15.
 
Qarabağlı Ə. Azərbaycan ədəbiyyatının tədrisi metodika-
sı. Bakı, 


 
131
16.
 
Mollayev İ.A. Orta əsr Azərbaycan mütəfəkkirləri təlim-
tərbiyə haqqında. Bakı, Maarif, 1996 
17.
 
Abdullayev H.B., Vəliyev L.M. Nizami Gəncəvinin elm 
dünyası. Bakı, Azərnəşr, 1991. 
18.
 
Kərimli T.H. Nizami və tarix. Bakı, Elm, 2002 
19.
 
Bakıxanov A. A. Gülüstani-İrəm. Bakı, 195l 
20.
 
Balasaqunlu Y. Kutadqu bilik (Xoşbəxtliyə aparan elm). 
Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994 
21.
 
Qacar Ç. Qədim və orta əsrlər Azərbaycanın görkəmli 
şəxsiyyətləri. Bakı, Nicat, 
22.
 
Dadaşzadə M. Azərbaycan xalqının orta əsr mədəniyyəti. 
Bakı, Elm, 1985 
23.
 
Əhmədov H. M. Azərbaycan məktəb və pedaqoji fikir ta-
rixi. Bakı, Təhsil, Elm, 2001 
24.
 
Həbibbəyli  İ.Ə. Naxçıvanda elm və  mədəniyyət / Azər-
baycan tarixində Naxçıvan. Bakı, 1999 
25.
 
Xacə Nəsirəddin Tusi. Əxlaqi Nasiri. Bakı, Elm, 1989 
26.
 
Xəlilova S.V., Cəfərov R.S. Avesta əlifbası haqqında bəzi 
qeydlər / Ali pedaqoji məktəblərdə humanitar və ictimai elmlərin 
tədqiqi və  tədrisinə dair II Respublika elmi konfransının material-
ları. 1997, 27-28 aprel 
27.
 
Kərəmov N. Odlar yurdunun səyyah və coğrafiyaşünas-
ları. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1984 
28.
 
Qaralov Z. Nəsirəddin Tusinin elmi-pedaqoji irsinin öyrə-
nilməsi haqqında // Azərbaycan məktəbi, 2001, № 1 
29.
 
Mahmudov M. Xətib Təbrizi. Həyat və yaradıcılığı. Bakı, 
Elm, 1972 
30.
 
Mehdiyev N. Orta əsrlər Azərbaycan estetik mədəniyyəti. 
Bakı, Elm, 1988 
31.
 
Muradxanov M.Ə. N.Gəncəvinin pedaqoji fikirləri. Ped. 
elm. dokt... dis. Bakı, ADU, 1943 
32.
 
Mollayev İ.A. XIII – XIV əsr Azərbaycan mütəfəkkirləri-
nin tərbiyə haqqında fikirləri. Pedaqoji elm. dokt... dis. Tbilisi, 1987. 


 
132
33.
 
Rüstəmov F.A. Ibn Sinanın pedaqoji fikirlərinə dair // 
Azərbaycan məktəbi jurnalı. Bakı, 2001, № 6, s. 74-78. 
34.
 
Rüstəmov F.A. Şərqdə pedaqogika tarixi. Bakı, Nasir, 
2002 
35.
 
Sadıqzadə F. Qətran Təbrizi. Bakı, ADU-nun elmi əsər-
ləri, 1961 
36.
 
Talıbov Y.R., Sadıqov F.B, Quliyev S.M. Azərbaycanda 
məktəb və pedaqoji fikir tarixi. Bakı, Ünsiyyət, 2000 
37.
 
Vəlixanlı N. IX-XII əsr  ərəb coğrafiyaşünas-səyyahları 
Azərbaycan haqqında. Bakı, Elm, 
38.
 
Yusif Balasaqunlu. Qutadqu bilik. Xoşbəxtliyə aparan 
elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994 
39.
 
Zəkuyev Ə. K. Bəhmənyarın fəlsəfi görüşləri. Bakı, ASE, 
1978 
40.
 
Şərifli M. X. Azərbaycan IX – XII əsrlərdə. Az. SSR EA. 
Tarix İnstitutunun əsərləri. 1957 
 
 
 
 
 
 


 
133
 
MÜNDƏRİCAT 
 
GİRİŞ................................................................................................ 3 
 
AZƏRBAYCAN ƏDƏBİYYATI TƏDRİSİNİN QAYNAQLARI . 6 
 
XI – XII ƏSR AZƏRBAYCAN MÜTƏFƏKKİRLƏRİNİN ELMİ-
PEDAQOJİ GÖRÜŞLƏRİ ............................................................. 34 
 
XIII – XIV ƏSRLƏRDƏ MƏKTƏBLƏRİN 
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI ....................................................... 67 
 
AZƏRBAYCANDA DÜNYƏVİ MƏKTƏBLƏRİN YARANMASI 
TARİXİ (VIII – XVIII əsrlər)......................................................... 84 
 
ORTA ƏSR MÜTƏFƏKKİRLƏRİ................................................ 93 
 
AZƏRBAYCANDA İLK AKADEMİYA.................................... 122 
 
LÜĞƏT......................................................................................... 128 
 
ƏDƏBİYYAT............................................................................... 130 
 


 
134
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səməngül Qafarova, Ellada Gərayzadə 
Azərbaycan ədəbiyyatının tədrisi tarixi 
Dərs vəsaiti. 
 
 Bakı – Mütərcim – 2010 
 


 
135


 
136
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Чапа имзаланыб: 05.10.2010. 
Формат: 60x84 1/16. Гарнитур Тимес. 
Щяъми: 8,5 ч.в. Тираж 100. Сифариш №  88. 
Гиймяти мцгавиля иля. 
 
 
«Мцтяръим» Няшриййат-Полиграфийа Мяркязи 
Бакы, Рясул Рза кцч., 125 
тел./факс (99412) 596 21 44 
e-mail: mutarjim@mail.ru 
 
 
 

Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə