Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

76 
 
Tut əlimdən apar məni
Apar Baba dağına. 
Bu gün qətl günümdü, 
Qoy Allah dərgahına. 


77 
 
Gecənin halı 
 
DüĢüncələrim gecələr cücərir 
 
Göy üzündə qəmdən pərdə, 
Dünya silkələnib qalıb. 
Kölgələr sürünür yerdə, 
Buludlar xəyala dalıb. 
 
Ulduzlar da  hürküb, qaçmış, 
Günəş bəlkə çıxmaz daha. 
Bulud qorxub dağılmış, 
Şimşəklərə baxa-baxa. 
 
Ay üzündə ləkə qalıb, 
Döyülüb ağlayır necə. 
İlahi, nə kökə qalıb. 
Ulduza yalvarır gecə. 
 
Kürə çıxmış oxundan, 
Qaranlığın dadı qaçmış. 
Bu dünyanın halından, 
Tanrının xəbəri yoxmuş. 


78 
 
Dənizdə gecə mənzərəsi 
 
Gecələr nəĢə dolu, gecələr hüzn, gecələr rahatlıq, 
gecələr dinclikdir. Yat, uyu, gecənin qoynunda. 
 
Günəş dəniz qoynunda, 
Gəmi liman sahilində. 
Sərçə ağac oyuğunda 
Yatacaq  bu gecə. 
 
Dəniz coşqun, ləpəli, 
Gildən, qumdan təpəli, 
Qovub dənizdən kədəri 
Sevinər  bu gecə. 
 
Su üzündə nənni var, 
Ay dəniz qızı, lay-lay, 
Dəniz atı dənizdə 
Atın çapır  hər gecə. 
 
Suda sayrışan  ləpələr
Nağıl danışar nənələr, 
Ay gül üzlü körpələr, 
Yatın, dincəlin bu gecə. 


79 
 
Hara qaçaq 
 
Düşün, ya da mən düşünüm, 
sevgimiz haqqında. 
Bu göy üzü altında 
nə mən, 
nə sən tək deyilsən. 
Anla, bu sevgi yasaq! 
Qaçaq, 
bu sevdadan qaçaq  
        dünyanın o başına, 
 
–Yox, gülüm, yox, sevgilim, 
Düş dünyanın yedəyindən, 
– Məgər görmürsən, 
dünya əyilib?! 
Sallana-sallana qalmışıq 
ətəyindən. 
 


80 
 
Denən 
 
Görəsən, Tanrım məni yadından çıxarmayıb ki?! 
 
Üzü dağa qalxan yolçu
Ordan Tanrıya yaxınmı? 
Sən ordan mənim adımdan 
Ərz et Tanrıya yuxumu. 
 
Bu gecə göydən ulduzum 
Necə axdı, söndü, denən. 
Məni sevən atıb getdi, 
Üzü məndən döndü, denən. 
 
Şahə qalxdı yerdə külək, 
Ağaclar bar verdi çörək. 
Lamə adında bir mələk, 
Göydən yerə endi, denən. 
 
Soruş, varammı yadında, 
Bəndəsi var Mən adında. 
Bir mələk eşqin odunda 
Tez alışıb, söndü, denən. 
 
A yolçu, qurbanın olum, 
Tanrıya yetdimi qolun? 
Mətanət adında qulun 
Sevdasından öldü, denən. 


81 
 
Çarəsiz 
 
Bu səhər sahil kimsəsiz
Səkilər üşüyür, donur. 
İri gövdəli palıda 
Qara qarğalar qonur. 
 
Göy üzündə qağayı, 
Qanadın çırpır havaya. 
Çırpınan dəniz  narahat, 
Dalğalar yalvarır qayaya. 
 
Lövbər salan  gəmi, 
Sahilə yaxın, deyəsən?! 
Evkalipt öpür əlimi, 
Dərdimi ovudur, görəsən?! 
 
Sahildə yox kimsə 
məndən savayı, 
Səhərin alatoranlıq xəyalı 
Mürgülədir dalğaları. 
 
Kimsəsiz yetim səkilər, 
Məndən sizə yoldaş olmaz. 
Darıxmayın, 
tezliklə kimsələr gələr. 


82 
 
Başqa şey gəlmir ağlıma, 
Kədəri basıb bağrıma, 
Atılım dənizin qoynuna, 
Ölümmü sevdam uğruna?! 
 
Əlimi isladan damcılar 
Ümiddi, göz yaşım deyil. 
Əlimdən tutub aparır, 
Taleyinlə barış, deyir. 
Evkalipt -dekorativ 


83 
 
Azərbaycan dağları 
 
Köksündə kəkotu, müşkü-ənbəri, 
Başında sırsıra, ətəyində süsəni
Zirvəsində kəhkəşanı-ülkəri, 
Tacında qarları olan Şahdağım. 
 
Zirvəsində Səməd Vurğun izi var, 
Burda şairlərin ocağı var, közü var, 
Üzərində yağıların gözü var, 
Sinəsi sipərli Göyəzən dağım. 
 
Düşmən qalasına çevrilib durub, 
Qeyrətdən-şöhrətdən sanki doğulub, 
Mayası hünərdən-gücdən  yoğrulub
Şöhrətli- əzəmətli  Murov dağım. 
 
Ucalıqdı- sirr, əfsanə, hikmətlə, 
Dolu ətəkləri min bərəkətlə, 
Gizlədə-gizlədə dərdi- möhnətlə, 
Ucalır zirvəyə Tufandağım. 
 
Çoban yaylağıdır ətəkləri də, 
Dərdimə məlhəmdi çiçəkləri də, 
Allaha çatdırır diləkləri də 
Könlümün oylağı, Dəlidağım. 
 


84 
 
Sizdə təbiətin tarazlığı var, 
Həm də ki, Tanrımın ucalığı var, 
Sizdə ən qiymətli sərvətdi vüqar
Peştəsərim, Talışım, Savalan dağım. 


85 
 
Dağlarım 
 
Böyük Qafqazımda təbiətin naxışı, 
Kiçiyində ceyran-cüyür baxışı. 
Talış dağlarında Tanrı yağışı, 
Şöhrətli, əzəmətli dağlarım. 
 
Himalay dağında şimşəklər çaxar, 
Beşbarmaqda hikmətləri  uyuyar, 
Laçınlar, qartallar burda qıy vurar, 
Siz ey barlı-bərəkətli dağlarım. 
 
Silsilə yaradır Baş Qafqaz dağı, 
Siz ey ürəyimin eşqi-muradı, 
Qoynunda var kəkliyi, torağayı, 
Nisgilləri gizlədən dağlarım. 
 
Sən ey baba yurdum, həm qala yurdum
Sizdən keçib gör neçə igid ordum, 
Od elidi, layiqli, Odlar yurdum, 
Ucalıqdı Bazardüzü-Bazaryurdu. 
 
Bu dağlar qolunu açan-qucandır, 
Sərvətləri qızıl, filiz, mərcandır, 
Hikmətli, şöhrətli, qəddi-qamətli, 
Bu dağlar məkanı Azərbaycandır! 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə