Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə17/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

149 
 
Nilufər eşq 
 
Həyatda elə dəyərlər var ki, çox zaman insan 
xəyalında, düĢüncəsində onunla birgə addımlayır və 
düĢünür, daima fərəhlik bəxĢ edir. Ġnsan o duyğuya 
cazibə qüvvəsi kimi dartılır. 
Onun adı – Sevgidir! Bu sevgi fatehdir, bütün qəlbləri 
fəth edən fateh! 
 
Eşqim – Nilufər 
Su üzündə zanbaq. 
Eşqim – inci, 
Nil incisi! 
Eşqim sevdaların 
İlki, birincisi! 
 
 


150 
 
Sənsizlik 
 
Məzar sükutu 
sən yoxsan deyə. 
Ahlarım pillə-pillə 
ucalır yerdən göyə, 
sən yoxsan deyə. 
 


151 
 
Qaytarın 
 
Deyəsən içimdə bir ağlayan var, 
Yaşı düşüncəmi yuyur, aparır. 
Ay aman, içimdə  boğulan o səs 
Özünü tabuta qoyur, aparır… 
 
Aynaya sancılan baxışım donuq, 
Sevgim, məhəbbətim soyumuş, Allah. 
İndi bir-birimizə daha yad olduq, 
Sevgimiz əbədi donubmuş, Allah. 
 
Dindirsən, bu gecə səsim də qərib, 
Bağrıma od düşüb bu gecə nədən? 
Eşqin peyğəmbəri yuxuma gəlib
Məhəbbət şerini istəyir məndən. 
 


152 
 
…Dilim olmadı 
 
Ardınca uzanıb yorulan əlim  biləkdən üzülüb 
qopacaq, arxanca baxan gözlərimin nuru çiçək tək 
solacaq bir gün. 
 
Sarı çiçək tək elə solmuşam… 
Bu  sarı telləri elə yolmuşam… 
Mən elə alışıb, elə yanmışam… 
Sacı külləməyə külüm qalmadı. 
 
Soysunlar dərimi haqqın yolunda, 
Həsrətin ilan tək yatıb qoynumda. 
Boş məzar axtardım, tapdım sonunda 
Ay Allah, gecikdim, ölüm qalmadı. 
 
Taleyim bəs niyə nigaran-küskün? 
Bəxtin yollarına atılır düyün. 
İstədim özümçün dərəm bircə gül, 
Sevgi bağçasında gülüm qalmadı. 
 
İllərdir sevgimi salıbdı yola, 
Külək tellərimi daraya, yola. 
Baxışım yalvardı iki il ona, 
Qüruru qırmağa dilim olmadı. 


153 
 
Həsrət 
 
İntizar yüklüdür dilim, ay Allah, 
Kəndirim yükümdən ağırmış demə. 
Nə fəryad, nə qəsəm eyləməz dilim, 
Dodağım dilimdən fağırmış demə. 
 
Nə sən qayıdırsan, nə dərdim gedir, 
İstərəm, ovunam, dincələm bir az. 
Nə edim, ağlayan ümidlərim də 
Şam kimi əriyir, tükənir az-az. 
 
Yenə də öpəcək qəm dodağımdan, 
Utanıb, sıxıldım baxışlarından. 
Bir həsrət doğulub intizarından, 
Bu həsrət bənzəyir necə də sənə. 
 
Bir gecə yolumu qəbirstanlığa 
Salacam, dərdimi basdıram, gələm. 
O gecə, o vədə ümidləri də 
Gecənin qoynunda azdıram, gələm. 
 


154 
 
Qatara minsəm… 
 
Bu  axşam yenə də şər qarışanda 
Gedib astanamda uyuyacağam. 
Dişisin itirmiş canavar təki, 
Üzü günbatana ulayacağam. 
 
Süzür gözlərimdən qan damla-damla, 
Doldurub çəkəcəm başıma camla. 
O dağda görünən yağış dumanla 
Dolunu üstümə yağdıracağam. 
 
Danlayıb, tənəni vurdun üzümə, 
Haqqın divanını tutdum özümə, 
Susaraq duracam yiyə sözümə, 
Özümü  beləcə, susduracağam. 
 
Tayını axtaran qara quş kimi, 
Ürəyi buz tutan qarlı qış kimi, 
Uçub köç eyləyən qaranquş kimi 
Ruhumu köksümdən uçurdacağam! 
 
Bu canı cəfadan qurtara bilsəm, 
Həsrəti köksümdən qopara bilsəm, 
Ay Allah, o gələn qatara minsəm… 
Özümü özümdən qaçırdacağam! 


155 
 
Əsir düşən sevgi 
 
Körpə ovuclarıtək yumulmuĢ əllərimdə öz ürəyim var, 
sanki. Titrək barmaqlarım ürəyimi incitmək  istəmir 
güman ki... Açım  əllərimi, buraxım ürəyimi azadlığa. 
 
Bu zindan, bu kilid açılar nə vaxt? 
Özüm öz içimdə “əsir”əm, Allah. 
Nə gecə yatıram, nə də ki, gündüz, 
Səni öz içimdə gəzirəm, Allah. 
 
Sevda çiçəklərin dərməyə gedim
Sevgi çələngini hörməyə gedim, 
Bəlkə qüruruna sığınıb qalıb, 
O zaman mən onu görməyə gedim. 
 
Sıxılmış ürəyi ovuclarında, 
Taleyi ələnir göz yaşlarımdan. 
Amandı, titrətmə kipriklərini 
Asılıb qalmışam baxışlarından. 
 


156 
 
Gedir 
 
Ayaqlarım məni hara çəkir, aparır? 
Getmə, Allah eĢqinə! Qulaq asma dodaqlarımın 
pıçıltısına!Getmə, Allah eĢqinə! 
 
Sevgimin titrəyən, əsən əlləri 
Dərmir bağçamızdan yasəmənləri. 
Ağlayır gözləri, yanır ürəyi, 
Ağlaya-ağlaya baş alıb gedir. 
 
Tanrı  qismətimə qara naxışı 
Yamayır, üstəlik, tökür qarğışı. 
Taleyim gözündən sıxıb yağışı, 
Buludtək özünü boşaldıb, gedir. 
 
Qalmadı bəxtimin daşı daş üstə, 
Taleyim yollarda baş alıb gedir. 
Uçulub-tökülən bəxt sarayımdan, 
Fələyi vurmağa daş alıb gedir. 
 


157 
 
Qayıdacağam 
 
Min fikir calanır bir yolun üstə, 
Bu yollar üstündə cənazəm gedər. 
Sən Allah özümü özümdən soruş, 
Özümdən qabağa icazəm gedər. 
 
Düzülüb yollara baxışlarım da, 
Əlim çətir oldu qaşlarım üstə. 
Allahın nur tökən yağışlarında 
Göyərdi, göy yosun daşların üstə. 
 
Ah, necə, necə də dərbədərəm mən, 
Sərilib qalmışam qolların üstə. 
Öləndə getsəm də çiyinlərində, 
Qayıdıb duracam yolların üstə. 
 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə