İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
  1   2   3   4   5   6   7   8   9   ...   38


 

İsmayıl Qarayev 
 
 
 
 
A Ş İ Q L Ə R 
 
 
 
 
 
 
 
 
 


 

 Limandan  səhərə  yaxın  ayrılan  gəmi  açıq  dənizdə  idi. 
Günəş  dənizin  fonuna  topalaşmış  buludların  içindən  yenicə 
sıyrılıb  çıxırdı.  Qarşıdan  xəzri  əsirdi.  Kiçik  ləpələr  bitib-
tükənməz  nağılını  gəminin  qulağına  pıçıldayırdı.  Bir  dəstə 
qağayı  qırıldaşa-qırıldaşa  gəmini  müşaət  edirdi.  Gah  onlar 
gəmini,  gah  da  gəmi  onları  arxada  qoyurdu.  Suitiləri  gəmiylə 
gizlənqaç oynayırdı. Gəmi yaxınlaşanda batır, gəmi uzaqlaşanda 
üzə  çıxır,  başlarını  sirkələyib  qulaqlarını  çırparaq  səsləşirdilər. 
Sanki  oyunda  onlara  uduzan  gəmiyə  gülürdülər.  Sahil  boyu 
sıralanmış  boynubükük  dağların  başı  bəyaz  buludlarla 
örtülmüşdü.  Dağların  ətəklərindəki  meşəliklər  yerin  sinəsinə 
göydən  düşmüş  ala-tala  ləkəni  xatırladırdı.  Meşənin  ucqarında 
görünən  şəhərciyin  ağ  evləri  arxac  yerində  cücərmiş  yüzlərlə 
göbələyə  oxşayırdı.  Şəhərcikdən  dəniz  kənarına  bir  ağ  yol 
uzanırdı. Həmin yolla şəhərə dırmanan çəhrayı bir minik maşını 
torpaqda  sürünən  yaz  böcəyinə  bənzəyirdi.  Qəzənfər  dənizə 
vurulmuşdu. Ona elə gəlirdi ki, gəmidən çıxsa-balıq quruda tez 
ölən  kimi  –  sahildə  işləyə  bilməz,  dincliyi,  rahatlığı  olmaz, 
sahilin heç bir işi, heç bir əyləncəsi onun ruhunu oxşaya bilməz. 
Təbiətin  heç  zaman  yatmayan,  kükrəyən,  sakit  çağlarında  belə 
tənbəl-tənbəl  enib-qalxan  bu  narahat  qəlbində  yaşamağa  lap 
uşaqlıqdan  alışmışdı.  Bəlkə  də  qəlbin  çırpıntıları  bir  gün  onu 
məhv  edəcəkdi.  Lakin  o  belə  bir  əcələ,  təslim  olmağı  ağlına 
gətirmirdi.  Göyərtədə  durub  dəqiqələrlə  həyatın  bu  geniş, 
həyatın  bu  dərin  ürəyinin  döyüntülərinə  maraqla  tamaşa  etdiyi 
üçün  gəmidə  ona  «Dəniz  məcnunu»  adı  vermişdilər.  Kapitan 
Təyyarın  istehzası  olmasaydı  Qəzənfərin  gözləri  sulardan  indi 
də yığılmazdı.  
– Qeys, Leyli necə, bu gün çoxmu füsunkardır?  
– Dedikcə.  
– Rəssam olsaydın tablolar yaradardın ki, ha-a-a...  
– Tayı-bərabəri olmazdı, hə?  
– O asılı olardı sənin fırçanın qüdrətindən.  


 

–  Məncə  dənizdə  gördüklərimi  həqiqi  halında  yaratmağa 
heç bir fırçanın qüdrəti çatmaz. Bu aləmin...  
– Yaxşı, yaxşı, uzun danışma, get nahar elə, qırx dəqiqədən 
sonra növbədə dayanmalısan. Unutmusan?  
–  Baş  üstə.  Aşpaz  arvadın  məzuniyyətə  getdiyindən,  onun 
yerinə bir qızın göndərildiyindən Qəzənfərin xəbəri yox idi. O, 
qızı  görüb  salonun  qapısı  ağzında  ayaq  saxladı.  Qız,  xələtin 
önünü  arxasına  geyindiyindən  onun  kürəkləri  açıq  qalmışdı.  O 
əsgiylə  qalaylı  mis  çaynikin  çölünü  silirdi.  Bir  hörüyə  yığdığı 
qızılı  saçdarı  başının  hərəkətinə  uyğun  olaraq  gah  sağ,  gah  da 
sol  çiyninə  düşürdü.  Paxlavavari  sırğaları  yırğalanıb  onun 
boyun-boğazından  öpürdü.  Qız  kambuza  keçmək  üçün  geri 
qanrılanda  səmavi  gözlər  Qəzənfəri  çaşdırdı.  O  adət  naminə 
qızla salamlaşmağı unutdu, geri çəkilib ona yol verdi. Bu iltifat 
Qəzənfərin iradəsindən kənar bir ehtiram idi. O öz-özlüyündə bu 
barədə  düşünməmişdi.  Qız  gülümsündü.  Onun  təbəssümlə 
süzülüb kiçilən gözləri Qəzənfərin qalan ağlını da başından aldı.  
– Sabahınız xeyir – deyə o Qəzənfərə əlini uzatdı  
–  Aliyə.  Qəzənfər  heç  nə  demədən  çaşqınlıq  içində  qızın 
pambıq kimi yumşaq ağ əlini sıxdı. Bu an onun gözləri heç nəyi 
görmədi.  Qəzənfərin  gözlərini  təsadüf  dumanı  örtmüş, 
qulaqlarını  nəqafil  heyrət  batırmışdı.  Onun  dili  Aliyə  kambuza 
girəndən sonra açıldı: 
–  Qəzənfər.  Pilətənin  fısıltısı  və  gurultusundan  Aliyə 
Qəzənfərin  səsini  eşidə  bilmədi.  Qəzənfər  çirkli  iş  paltarında 
salona girib nahar eləməyə utandı, tez kayutuna gedib tər-təmiz 
geyindi. Qayıdıb gələndə salonda motorçu Əmiri gördü. O da iş 
paltarında  idi;  yönü  kambuza  oturmuşdu.  Kambuzun  içində 
əlüzyuyana doğru tumboçkadan qab-qacaq çıxaran, peroq kəsib 
nimçələrə qoyan, pilətənin üstündə qaynayan qazana ət parçaları 
kəsib atan Aliyəyə baxırdı. Həm də necə? Əlaçı olsa beş, on göz 
də  özgədən  borc  alardı.  Kofe  onun  qabağında  buğlana-buğlana 
qalmışdı. Aliyə o yan-bu yan gedib gəldikcə o da bədənini sağa, 
sola  əyir,  boğazını  irəli  uzadıb  qızı  nəzərlərilə  təqib  edirdi. 


 

Qəzənfər  onun  hərəkətlərini  axıracan  oğrun-oğrun  izləyərək 
sinəsindən qopan şaqraq gülüşü saxlaya  bilmədi. Əmir  oğurluq 
elədiyi  zaman  üstü  qəfildən  alınan  adam  kimi  diksinib 
bədheybət  səs  çıxartdı.  Sonra  fincanı  qapıb  kofeni  içməyə 
başladı.  Lakin  düz  içə  bilmədi.  Kofe  ağzının  yanlarından 
sinəsiaşağı  süzələndi.  Qəzənfər  buna  daha  da  bərkdən  güldü. 
Əmir  cibindən  cındır  çıxarıb  yaxasını  siləndə  Aliyə  də 
Qəzənfərin peroq payını götürüb salona getdi.  
– Nəyə gülürsünüz? Gülən Qəzənfər, pərt olan isə Əmir idi. 
Onların  heç  biri  dillənmədi.  Əmir  cavab  vermək  iqtidarında 
deyildi, o qulaqlarının dibinəcən qızarmışdı. Hər iki gicgahından 
sıçrayan  bir  damcı  tər  yanaqlarıaşağı  sürüşüb  bir  cüt  muncuq 
kimi  çənəsinin  altından  asılmışdı.  Qəzənfər  də  ki,  bu  sevməli 
qıza  yalan  söyləyə  bilməyib  etinasızlığın  xilaskarlığına  sığınıb 
kofeni içirdi.  
–  Gülməli  bir  şey  varsa,  deyin  mən  də  gülüm.  Qəzənfər 
Aliyənin incidiyini duyub tələsik, həm də ciddi bir tövrlə:  
– Allah eləməsin, – dedi.  
– Xoflu adam hər şeyi özünə götürər. Bağışlayın sözüm pis 
çıxdı,  nabələd  adam  əvəzinə  xoflu  sözünü  işlətdim.  Nabələd 
adamlar, yəni...  
–  Qəzənfər  fikrini  izah  etməkdə  çətinlik  çəkdi.  Bu  da 
Aliyənin küskün gözlərinə baxanda baş verdi.  
– Allah eləməsin  sizə gülək. Korluğunuz yox, keçəlliyiniz 
də heç yox. Əmir kofeni üstünə dağıtdı, ona gülüşürdük.  
– Eybi yoxdur, mən öz payımı ona verərəm,  – deyə Aliyə 
yenidən gülümsəyərək Əmirə ikinci dəfə kofe süzüb verdi.  
– Elə buna gülürdünüzsə... Aliyə kambuza gedəndən sonra 
Əmir  Qəzənfərə  elə  bir  sərt  nəzərlə  baxdı  ki, elə  bil  dostu  onu 
heç nədən ötrü yüz adamın qarşısında biabır eləmişdi.  
– Nəyə gülürsən, arsız-arsız!  
–  Adam  görməmisən,  niyə  elə  baxırdın?  Aliyə  yenə  də 
salona  gəldi.  Onların  mübahisəsi  kəsildi.  Dinməz-söyləməz 
nahar eləyib salondan çıxmağa tələsdilər. Lakin Aliyənin səmavi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə