Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə1/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
  1   2   3   4   5   6   7   8   9   ...   107




Müəllifdən
Əziz  oxucu,  bu  kitabı  sənin  üçün  yazdım.  İnsana  xas  olan ən  böyük  nemətlərdən
biri  düşünə  bilmək,  özü  ilə  olmaqdır.  Bizim  varlığımız  baxmayaraq  ki,
emosiyalardan,  istəklərdən,  arzulardan  yoğrulub,  amma  onları  həyata  keçirmək
həmişə  öz  əlimizdə  olmur.  Onları  düz  məcraya  yönəltməksə,  yenə  buna
baxmayaraq, öz əlimizdədir, məhz bizə aiddir. Elə buna görə yüksək bəşəri əxlaqı,
ali  duyğuları  uca  tutub,  çirkin əməllərdən,  xəyanətdən,  paxıllıqdan,  satqınlıqdan
qaçaraq mükəmməl olmağa can atırıq. Çıxış yolunu isə bizə ürəyimiz göstərir. Bu
çətin həyatımızda təsəlli və xoşbəxtlik yalnız ona qulaq asanda mümkündür.
Ümüd edirəm bu kitabda sizə təsəlli olanı, xoş gələni tapacaqsız
.


Tərs qadınlar

sevimli kişi


T
əyyarənin  təkəri  yerə toxunar-toxunmaz  Teymurun  ürəyi
sanki  yerindən  oynadı.  Bakıdan  getdiyi  xeyli  vardı.  Son  dəfə Teymur
ata-anası  rəhmətə gedəndə gəlmişdi,  amma  çox  az  müddətə.  Bir  də bu
çoxdan olmuşdu. O vaxt vətəni təzə tərk etdiyi üçün tamam başqa hisslər
keçirirdi.  Indi  isə bir  ayrı  duyğular  onu  bürümüşdü.  Fransız  arvadı,
məktəb yaşlı uşaqları Bakıya ondan çox gəlirdilər.
Fevral ayı idi. Hava günəşli olmasa da soyuq da deyildi.
“Doğma  qoxu.  Nə qoxusu  idi  bu?! -Neftmi,  qazmi,  yoxsa  torpaq
ətri?! Amma necə də xoş idi!”
Bacısıyla, əri Raufla, birdə onun vətənə gəlməsinə səbəbkar
bacısıoğlu – bu günlərdə toyu olacaq sevimli Rüfətlə qolboyun oldular.
- Bəs  uşaqlar? - Patrisiya  hanı?  Doluxsunan  bacısı  yaşarmış
gözlərini sildi.
- Uşaqlar  oxuyur,  Patrisiya  da  onlarsız  gələ bilməzdi.
Darıxmayın, bu yay mütləq gələcəklər, artıq  boynuma qoyublar.
Rüfət  çamadanlarını  alıb  dayısını  “Cip”ə sarı  çəkdi.  Özü
sürürdü.
- Əvvəl  evə gedək,  dayı,  bir  az  istirahət  elə,  sonra  şəhəri
gəzərik.
Rüfət də Parisə gələndə Teymurun ilk sözləri bu olurdu.
“Cip”  şütüyüb  magistral  yola  çıxdı.  Onun  qoyub  getdiyindn
çox – çox  dəyişib  gözəlləşən  təyyarə limanı    arxada  qaldı.  Getdikcə
genişlənən, gözəl asfaltı və yol boyu əkilən  bəzək ağacları və gülləri ilə
diqqət  çəkən  səliqəli – sahmanlı  yollar,  yeni  körpülər  ,“Binə”  limanına
gedən prospektin dəyişdiyindən, abadlaşdırıldığından  xəbər verirdi. Bir
vaxt    “Razin”,    indi  “Bakıxanov”    adı  ilə tanınan  boş,  yaşıl  yamaclar
villalara çevrilmişdi.
“Evlərə bax! Bakı lap göydələnlər şəhəri olub ki!” Maşınlar da
çoxalmışdı.Yaşıl parklar, boş ərazilər gözünə az dəyirdi. Şəhər tanınmaz
olmuşdu.  Yalnız  evlərin  sayı  artmışdı.  Necə
gəldi,  harada  gəldi
tikilmişdi.
“Cip”  dağüstü parkın, “Fəxri xiyaban”ın yanından keçib bacısı
ilə
ailəsinin  çoxdan  yaşadığı,  Rüfətin  doğulub  boya – başa  çatdığı
həyətdə dayandı. Buralar əvvəlki təki qalsalar da oradan- buradan qabağa
çəkilmiş  balkonlar,  yamaq    artırmalar,  lüzumsuz  mağazalar    həyətin
gözəlliyini pozurdu.


İçəri  keçdilər.  Bacısının  evi  gəlin  gəldiyi  illərdən  necəydisə
eləcə ən geniş, təmtəraqlı ev olaraq qalırdı. Teymura xoş gələn bu idi ki,
Nərgiz  onun  gəlişi  münasibətilə qohumlardan,    tanışlardan  heç  kəsi
qaçırmamışdı. Onsuz da toyda hamısını görəcəkdi.
- Mən mehmanxanaya düşmək istərdim, Teymur özünün rahat
olması üçün bildirdi, sizcə ən yaxşısı hansıdır?
- Mehmanxana  nədir? –
öz  evinə gedəcəksən,  Rüfət
aparacaq, - bacısı dilləndi.
Nərgiz yarpaq dolması bişirmişdi. Teymur  bu dolmanı sevirdi.
“Doğrudanmı bulvardakı evləri dururdu?! Min dəfə bu barədə soruşmaq
istəsə də cəsarət etməmişdi. Atası bu evi Nərgizə qoymuşdu. Nərgiz onu
kirayə də verə bilərdi,  sata  da.  Bu  Teymurluq  deyildi.”  Axırıncı  dəfə
orada  anasının  ilində olmuşdu.  Gələnlər  hələ o  vaxt  bu  mənzillərin  çox
baha qiymətə olduğunu deyirdilər.
- Ev  durur, - səsindəki  sevinci gizlədə bilmədi. – Elə indi  ora
gedək. Maşınla yox, lap 30il bundan qabaqkı təki trolleybusla.
- Trolleybus nədir, dayı? Trolleybus hardaydı.
- Gör  nə vaxtdan  gəlmirsən,  Teymur, - Rauf    başını  yellədi.
İndi  Bakıda  nə trolleybus  var,  nə tramvay,  çoxdan  ləğv  olunub.  Heç
xətlər də qalmayıb.
- Yoxsa  yadına  köhnə vaxtlar  düşür, - Rauf    xoş  ovqat
yaratmaq  istədi.  Dərsdən  qaçıb  Dəmiryolu  bağının  yanından    keçən
tramvaya  oturardıq.  İndiki  “Xətai”  metrosunun  qabağından  keçib  Qara
şəhərə, Nizami parkına gedərdik.Pəncərədən baxa – baxa,  ləzzətlə!
- Bəs  8-ci  km-ə getməyimiz  necə! – Teymur  dilləndi.  Bağırov
körpüsünün  altından    tuneldən  keçmək  üçün  Montin  qəsəbəsindən
tramvaya minirdik. O vaxt oradan trolleybus da keçirdi.
-Yadına gəlir  Sabunçu vağzalından Mərdəkana  gedən elektrik
qatarına  biletsiz  oturmağımız?! – Rauf  təbəssümlə davam  etdi.  Qatar
Keşlə dayanacağından  qalxar – qalxmaz  bir  də gördük  o  biri  vaqondan
konduktor gəlir,  özümüzü atdıq yerə.
- İlahi necə risklər edirdik, Teymur onu  yarıda kəsdi, amma yer
yumşaq, otlu idi. Sənin qolun sıyrılmışdı, mənim ayağım.
- Gözəl günlər idi, - Rauf köks ötürdü.
- Sabahdan şəhəri pay- piyada gəzəcəyəm,- Teymur bildirdi.
- Pis  fikir  deyil,  amma  şəhər  toz – torpaqdır,  yaxşı  yerlərlə
bərabər  xoşa  gəlməyən  yerlər  də var, - Rüfət  bidirdi.  Şəhər  təzədən


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə