Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   2   3   4   5   6   7   8   9   ...   23


 
Azərbaycan  bayrağı 
 
Babək qılıncının hünəri səndə, 
Nəsimi sözünün dəyəri səndə
Himnimiz səslənir sən yüksələndə, 
Xəzər sahilindən baxıb, boylanan, 
Bayrağım, dalğalan, hər vaxt dalğalan! 
 
Tarixin köksündə izlərin dərin, 
Hamıya örnəkdi əzmin, hünərin, 
Dərdimizə məlhəm olsun zəfərin
Sənə qurban olsun bu ürək, bu can, 
Bayrağım, dalğalan, hər vaxt dalğalan! 
 
Şəhidlər əbədi! Şöhrətin-şanın, 
İstərəm sevinclə keçsin dövranın. 
İftixar əzmidir doğma ünvanın, 
Sənsən ürəyimdə dövr eyləyən qan, 
Bayrağım, dalğalan, hər vaxt dalğalan! 
 
Məhəmməd Əminin yadigarısan, 
Kövrək ürəyimin şah damarısan. 
Torpağımın sərvətisən, varısan, 
Koroğlu səsində bağra od salan 
Bayrağım, dalğalan, hər vaxt dalğalan! 
 


10 
 
Səntək əzəmətli, bir bayraq hanı, 
Səninlə fəxr edir türk oğulları! 
Göydə kəhkəşana, yerdə cahana, 
Fəxr gətirmisən Azərbaycana, 
Bayrağım, dalğalan, hər vaxt dalğalan! 
 


11 
 
Bakı-İstanbul 
 
Sən ey fatehlər diyarı, sən ey igidlər – CavanĢir, Babək 
Xürrəmi, Nəbi, Xətai, Koroğlular, igid oğullar diyarı. 
Sən ey mələklər məkanı, incə ruhlar diyarı, Nəimi, 
Nəsimi, Nizami, Seyid Əzim ġirvani, Xaqani yurdu,  
sən ey pərilər, hurilər ölkəsi Azərbaycanım mənim! 
Doğma diyarım mənim! 
 
İstanbul - 
dedilər, möhtəşəm şəhər. 
Həsrətindəydim görənə qədər. 
Böyük, o qədər də əzəmət! 
Dünyanı silkələmiş şöhrət! 
Bir-birinə qısılmış otellər, 
Xarici qonaqlar, 
əcnəbi dillər. 
Sultan Əhməd Camisi
Top Qapı Sarayı, 
Aya Sofya Məqbərəsi - 
Bir tarixdir hərəsi. 
Qaynaşan insanlar içərisində 
Qərib, kiçik 
zərrəyə dönmüşəm. 
İstanbulu gəzib doymamış, 
Ey Bakı, həsrətindən üzülmüşəm. 
 


12 
 
Təyyarə məni bir yaz səhəri 
dünyanın ən gözəl şəhəri 
Bakıya gətirdi. 
Göydən  asılan təyyarənin 
boşluğa düşən qanadları, 
görsənən hava limanı. 
 
Ayaqlar torpağa dəyər-dəyməz 
Atəşgah ocağında, 
şəhərin qucağında, 
səhərin mürgüsünü öpdüm. 
Alatoranlığı dağıdan həsrətli səs- 
qoy eşitsin hər kəs: 
Ey küləklər, bu şəhərdə əs-əs! 
Bakı, ey şəhərim, bir bilsən- 
Əvəzsizsən, şirinsən! 
Sən nə qədər gözəlsən! 
Bakım, sabahın xeyir... 
 
 


13 
 
Azərbaycan 
 
Hər daĢından, qayasından, qalasından nəğmə qopan, 
Azərbaycan!Mən daĢına, torpağına qurban olum! 
 
Səcdəgahım, andım, 
Atəşgahım-odum , 
Cavanşirlər yurdum 
Azərbaycan! 
 
Oğlun Babək, Xətai, 
Mehin gilavar yeli. 
Odlar yurdu, Od eli, 
Azərbaycan! 
 
Əlincədi, Bəzz qalası, 
Ulgüc, Buğurd, Qız Qalası. 
Müqəddəslərin aynası, 
Azərbaycan! 
 
Etiqadım, andım, 
Sən ocağım-odum, 
Damağımda  dadım 
Azərbaycan! 
 
Andımdan dönmərəm, 
Qulunam, kölənəm, 
Mən qız əsgərinəm, 
Uğrunda ölərəm, 
Azərbaycan! 


14 
 
Xocalı 
 
26 fevral-qan yaddaşı, 
Boran-tufan dağ başı. 
Allahınmı qarğışı 
Yağdı göydən o gecə?! 
 
Silahlar şaqqıldadı, 
Neçə sinə dağladı. 
Düşmən yolu bağladı, 
Yasaqladı o gecə. 
 
Dağ yerindən oynadı, 
Qız-gəlinlər ağladı. 
Tutub əsir saxladı 
Ermənilər o gecə. 
 
Görünməmiş qiyamət, 
Güc istəyir – cəsarət. 
Xocalıma xəyanət 
Edilmişdir o gecə. 
 
Candan çəpər çəkildi, 
Körpə qanı töküldü. 
Qan ilə dan söküldü 
Sükunətdə o gecə. 
 


15 
 
Qılıncı çək, vətən oğlu, 
Çağır cəngə Koroğlunu! 
Kiriyib susan dilləri 
Qoyma bata o gecə. 
 
Bülbülü perik düşən
Ağlama, Xocalım, ağlama. 
Qisası qiyamətə 
Saxlama, Xocalım, saxlama... 
 
 
 
 
 


16 
 
Bayraq 
 
Al günəĢli bayrağım, 
Od-atəĢli bayrağım, 
DüĢmən gözü tökməyə 
YüksəliĢli bayrağım!!! 
 
Rəssam, ürəyimə 
Azərbaycan bayrağı çək, 
Dalğalansın küləklərdə, 
Azərbaycan günəşi çək, 
Qoy qızarsın üfüqlərdə. 
 
Azərbaycan! 
Bayrağına qurban özüm
Ey bayrağım, canım, gözüm, 
Sənə vardı ikicə sözüm; 
Səmalarda var olasan, 
Yüksələsən, ucalasan! 
 
Yüksəl, şəhidlərin ruhlarında, 
Məmməd Əmin amalında, 
Sevilirsən el yanında, 
Düşmənlərdən öc alasan, 
Səni daim ucalasan, 
 
 


17 
 
Rəssam, ürəyimə 
Azərbaycan bayrağı çək, 
Azərbaycan heykəli tək 
Qoy ucalsın ürəyimdə, 
Sənə qurban ürəyim də
Azərbaycan! 
 
 


18 
 
Qarabağım 
 
Mən insan doğuldum, bir dovşan deyil, 
Bəs niyə qurd-quşdan qorxmalıyam mən?! 
Zillətlə yaşamaq bir yaşam deyil, 
Düşmənlə vuruşub yıxmalıyam mən! 
 
Qarabağ yolunu bağlayıb duman, 
Zəngilan elimdə sara bax, aman! 
Hər axşam Allaha eyləyib güman, 
Səhərə salamat çıxmalıyam mən. 
 
Şuşanın dağları bayatı deyir; 
Xarı bülbülləri “heyratı” deyir, 
Kəlbəcər filizi, yatağı deyir; 
Zinəti tacıma taxmalıyam mən. 
 
Bərgüşad çayı da Qubadlı dərdin 
Uyudur, selində saf məhəbbətin. 
Mənfur erməninin bu xəyanətin 
Qaldırıb başına çaxmalıyam mən. 
 
Hələ yazılacaq zəfərim qalır, 
Hələ yeyiləcək bəhərim qalır, 
Laçında kişnəyən kəhərim qalır, 
Yatıb yalmanına sıxmalıyam mən. 
 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə