Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə6/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   2   3   4   5   6   7   8   9   ...   23

47 
 
Dünya həmən dünyadı 
 
Nədən qınayırsan bu dünyanı sən, 
Nə vaxt əsirgədi nemətin səndən? 
 
Qalmadı daha qardaş, 
Duz andı, çörək andı. 
Şeytan dönüb nə desə
bəndə ona inandı. 
 
Nal asılıb qapıdan, 
atlar yalın ayaqdı. 
İt kişnədi zəncirdə, 
At it kimi yalmandı. 
 
Dünya həmən dünyadı, 
Yoxsa yeni zamandı? 
Bəxtin dönsün, a dünya, 
İpin çarxa dolandı. 
 
Gülləm oynadı getdi, 
Ayı pəncəsi üstə. 
Yeddi canın yeddisi 
getdi bircəsi üstə. 
 


48 
 
Yanaq lalə rəngimi, 
yoxsa qana boyanmış? 
Bundan əvvəl igidlər 
Bircə qanın uğruna 
Neçə qana qan almış. 
 
Qalmadı daha, qardaş, 
Çörək andı, duz andı. 
Biz naxələf olmuşuq, 
Dünya həmən dünyadı. 
 
14. 10.  2010. 
Saat  21:50. 


49 
 
Qərar 
 
Yollar qarĢımızda ayrılıb gedir, sən üzü Qərbə dön, 
mən də ġimala. Mən səni bilmirəm, məndən soruĢsan,  
keçdiyim yollardan baxmaram daha. 
 
Bu gecə ayrılaq... 
Sən üzü qərbə dön, mən də şimala. 
Hər gecə Allaha yalvara-yalvara
göylərdə seyr edək sevgi ulduzun. 
Nə vaxtsa ürəyini 
sevgiylə dolduran qızın 
həsrətin çəksən... 
bir sarı çiçəyi iyləyəcəksən. 
Onu elə sev, elə əzizlə, 
Ləçəyi titrəsin saf sevgimizlə. 
 
Şimşək çaxana kimi, 
Yağış yağana kimi, 
Dan üzü ağarana kimi
Qərar ver, ayrılaq, gülüm. 
 
21.10.2010. 
 


50 
 
Gördüm 
 
Qaytar illərimi qaytara bilsən, nə mən bacararam, nə 
də bunu sən.YaĢadın, qocaldın, anlaya bilsən, görərsən 
Allahın hikmətindəsən. 
 
Yerlə-göy arasında 
çırpına-çırpına qalmışam. 
Nə yerə sığa billəm, 
nə göyə bənd almışam. 
 
 
Bəxt dalınca yüyürdüm, 
Xoşbəxtliklə öyündüm, 
Sevildikcə sevindim, 
Sevgimlə ucalmışam. 
 
Dağ döşünə çıxanda, 
Dərd-qəmimi yıxanda, 
Dönüb geri baxanda 
Gördüm ki, qocalmışam. 
 
İstədim Tanrıdan soruşam, 
Görən niyə doğulmuşam?! 
Gördüm cismimi kölgə tək, 
İlahi, demə, yoxmuşam. 
 


51 
 
Düşüncələr filmi 
 
Qapa gözlərini, düĢün bir an, bir filmtək gözlərindən 
anbaan nələr gələr, kimlər keçər?! Bilmərəm... Onu 
bilmək istərəm ki,  o filmin son anında bir kölgətək, 
xəyal təki yaddaĢında olsam əgər, bu da mənə bəsdi 
əlbət
 
Qürurum incik düşdü, 
Çıxdığım Şahdağında. 
Məni yaddan çıxarıb, 
Sevdiyim Allahım da. 
 
Yaş asılıb salxımtək, 
Gilə-gilə yanağımda. 
Get, əlvida kəlməsi 
Çırpınır dodağında. 
 
Çırpındım qırıq qanadla, 
Çırpındım, uça bilmədim. 
Ha istədim qaçam səndən, 
Neyləyim, qaça bilmədim. 
 
Dünyanın o tayında sən, 
Bu tayında mən qaldım. 
Ömür boyu sevə-sevə 
Həsrətinlə qocaldım. 
 
26.08.2011 
Saat 10: 52. 


52 
 
Həsrət 
 
Səni nə qədər sevdiyimi 
de, hardan biləsən ki?! 
Həsrət sapsarı gülmüş, 
Dəstələyib verdin mənə. 
Sarı çiçəyi sevdiyimi, 
sən hardan biləsən ki?! 


53 
 
Kədərin sağlığına 
 
Bu qədəh büllur, 
süz şərabı qədəhlərə. 
Ay niyə küskün durur, 
nurun saçmır qədəmlərə?! 
 
Bu gecə Ayın işığı 
Kədərdən süzülür gəlir. 
Bir-birinin ardınca 
Ulduzlar düzülür gəlir... 
 
Şərabı kədərin sağlığına 
İçək, gözlər alışsın. 
Desin, gülsün, oynasın, 
Sevincimlə barışsın. 
 


54 
 
Son 
 
Köləlik – əzilmiĢ ruhun yüksəliĢi 
Hə , bu da son! 
 
Mən dözürəm, göz ağlayır, 
Qalanmışam atəşlərə. 
Sinəm yanır cızhacızla, 
ocağımda  köz ağlayır. 
 
Otağımdan süzüldü qəm, 
Ayrılarkən görüşəndə. 
Dodağımdan elə öp ki... 
Ayrılığa dözüm mən də. 
 
Qəm sevinir otağımda, 
göz yaşım da ləpə döyür. 
Ayrılığa dözəmmirəm, 
qovruluram yatağımda. 
 
Ah, əzizim, bax, bu da son! 
Sənsizlikdir - 
sükutuna qərq olmuşam. 
Göz yaşımdan gölə döndü
yatağım da 
Baxdım gördüm, 
öz yaşımda boğulmuşam. 


55 
 
Sağlıq 
 
Saçlarım pərişan, 
külək saçımı darasa... 
Pəncərə çərçivəsində 
yuva quran göyərçin 
uçdu, getdi harasa. 
 
Kədər çırpınır göydə ... 
 
İlahi, bu kədər mənim. 
Boğaza yığılan qəhərim 
bulağın suyundan gur. 
Bu, qədəh büllur, 
Dur, əzizim, dur, 
süz şərabı qədəhlərə, 
ömürdə tək bircə kərə 
içək ayrılığın sağlığına! 
 
*** 
Dünyanın qara daşına 
dönərəm yolların üstə. 
Bu gecə son gecə, 
Yar, dola məni başına, 
götür qolların üstə. 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə