Neft və qaz yataqlarinin dağilmasi



Yüklə 106,29 Kb.
səhifə1/4
tarix29.05.2022
ölçüsü106,29 Kb.
#88306
  1   2   3   4
Mühazirə 30 (1)


NEFT QAZ YATAQLARININ DAĞILMASI

Məlumdur ki, karbohidrogenlərin miqrasiya nəticəsində neft və qaz yatağı həm formalaşa, həm də dağılmaya məruz qala bilər. M.K. Kalinko neft və qaz yataqlarının aşınmasına – dağılmasına təsir edən amillərin növünə görə üç qrupa ayrılır: fiziki, kimyəvi və biokimyəvi.


M.K.Kalinko fiziki proseslərə aşağıdakıları aid edir: 1) diffuziya, 2) müxtəlif növ boşluqlar üzrə rezervuarxarici süzülmə, 3) yeraltı suların hərəkəti yaxud yer səthinə çıxması ilə əlaqədar rezervuardaxili süzülmə. Burada müəllif iki əsas halı ayırır: a) tektonik hərəkətlərin sayəsində tələlrin yoxa çıxması, b) neftli-qazlı layların Yer səthinə çıxaraq,məruz qalması ilə əlaqədar tələnin yoxa çıxması.
M.K.Kalinkonun fikrincə yataqların bütün aşınma proseslərində duffuziya və süzülmə daimi baş verir, bu səbəbdən də onlar yatağın bütün dövründə ona ən çox təsir edən proseslərdir. Ayrı-ayrı mərhələlərdə hidrodinamiki, kimyəvi və biokimyəvi proseslər diffuziya və süzülmə proseslərini söndürə bilərlər və ya yatağın formalaşmasında yaxud dağılmasında həlledici rol oynaya bilərlər.
Yüksək məsaməliyə və keciriciliyə malik olan süxurların daxilində toplanmış neft, burada hərəkət edən lay sularının axma sürətinin artması ilə yuyulub aparıla bilər. Belə suların hərəkəti layın yatım istiqaməti üzrə olduqda proses daha intensiv şəkil ala bilər (şəkil VIII.1.). Abşeron yarımadasındakı bir çox yataqlarda Məhsuldar qatın “fasilə” lay dəstəsinin neftsizliyini bu nöqteyi-nəzərdən fərz etmək olar. Neft və qazın miqrasiyasında əsas amillərdən biri olan tektonik proseslərin neft yataqlarının əmələ gəlməsində mühüm rol ondağı qeyd edilmişdir. Həmin proseslər sonrakı inkişaf mərhələsində əmələ gəlmiş neft və qaz yataqlarının dağılmasına da səbəb ola bilər (şəkil VIII.2). Baş vermiş tektonik proseslər, lay dəstələrində xeyli çatlar və qırılmalar əmələ gətirir. Sonradan bunlar neft və qazın yer üzərinə çıxmasına və aşınmaya məruz qalmasına səbəb olur. Bunlarla bərabər tektonik hərəkətlərin təsiri nəticəsində bəzən neftli süxurların metamorfizmləşmə və yenidən kristallaşma proseslərinə məruz qalmaları da onların tərkiblərində olan neftin və qazın dağılmasına səbəb olurlar. Bundan əlavə, tektonik proseslər nəticəsində neftli-qazlı lay dəstələrininyer səthinə yaxınlaşması da məlumdur. Yer səthinə yaxınlaşan lay dətələrinin denudasiyaya məruz qalmaları onların daxilindəki neft və qazın aşınmasına gətirib çıxarır. Bu da endogen və ekzogen proseslərin qarşılıqlı əlaqəsi ilə muşaiyət olunur.
Tektonik deyilənlərdən göründüyü kimi, neft və qaz yataqlarında baş verən dağılma hadisələri geosinklinal sahələrdə daha geniş yayılmışdır.
Yuxarıda deyilənlərdən göründüyü kimi, neft və qaz yataqlarının əmələ gəlməsində əsas rol oynayan amillər, eyni zamanda, onların dağılmasınada səbəb olur. Bu amillərin neft və qaz yataqlarının əmələ gəlməsinə təsiri, onların dağıtma təsirindən üstün olduğu halda sanaye əhəmiyyətli yataqlar əmələ gəlir.


Şəkil VIII.2. Yataqların dağılması (a,b) : Tələnin açılması (c) və ya fayın əmələ gəlməsi (d)
nəticəsində:
neft; 2- yataqdan neftin miqrasiyasının istiqaməti

Əks halda, yataqlar dağılır və sanaye əhəmiyyətini itirir. Beləliklə, neft və qaz yataqlarının dağılmasına təsir edən amillərin və onların xüsusiyyətlərinin müəyyən edilməsi sanaye əhəmiyyətli yeni yataqların səmərəli axtarışı üçün mühüm şərtlərdən biridir.



Yüklə 106,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə