“Dövlət və Din”. 2010.№3. S. 157-163. GƏNCƏNİn salinma tariXİNƏ baxiş samir piŞnamazzadə



Yüklə 224,59 Kb.
Pdf görüntüsü
tarix03.08.2018
ölçüsü224,59 Kb.
#60629


“Dövlət və Din”.-2010.-№3.-S.157-163.

GƏNCƏNİN SALINMA TARİXİNƏ BAXIŞ

SAMİR PİŞNAMAZZADƏ, 

AMEA-nın Gəncə Regional Elmi Mərkəzin 

Nizamişünaslıq şöbəsinin baş elmi işçisi,

tarix elmləri namizədi

Azərbaycanın  qədim  şəhərlərindən  olan  Gəncə  Kiçik  Qafqazın  şimali-şərq  ətəyində,  Gəncə-Qazax

düzənliyində  yerləşir.  Hər  iki  tərəfdən  Gəncə  çayı ilə  əhatə  olunan  şəhər  Azərbaycanın ictimai-siyasi,  iqtisadi  və

mədəni həyatında mühüm rola malikdir. Karvan yollarının kəsişməsində yerləşdiyi üçün Gəncədə ticarətlə yanaşı,

mədəniyyət  və  digər  sahələr  də  yüksək  inkişaf  etmişdir.  Gəncəyə  dünyanın  müxtəlif  ölkələrindən  tacirlərin,

səyyahların, görkəmli elm və mədəniyyət xadimlərinin gəlməsi mənəvi dəyərlərimizin ümumbəşəri sivilizasiyalara

inteqrasiya olunmasına köməklik göstərmişdir.

Qədim Gəncə müasir Gəncədən 6-7 km şimali-şərqdə  yerləşmişdir.  Gəncənin  münbit  iqlimə  malik  olması

haqqında qədim və orta əsr səyyah və coğrafiyaşünasları kifayət qədər məlumat vermişlər. XIV əsrdə yaşamış İran

tarixçisi Həmdullah Qəzvini Gəncənin beşinci iqlimə aid və məhsuldar torpaqlara malik olmasını qeyd etmişdir.

Arxeoloji  qazıntılar  zamanı  burada  aşkarlanmış  qəbirlər,  kurqanlar  və  məişət  əşyaları  Gəncə  ərazisində

yaşayışın qədim tarixə malik olmasını sübut edir. Ərazinin əlverişli şəraitə malik olması isə hələ qədim dövrlərdən

burada  yaşayış  məskənlərinin  salınmasında  mühüm  rol  oynamışdır.  Burada  aşkarlanmış  e.  ə.  I  minilliyə  aid  olan

qara  gildən  düzəldilmiş  əşyalar,  qılınclar,  oxlar,  bilərzik  və  muncuqlar  artıq həmin  dövrdə  Gəncədə  sənətkarlığın

inkişafından xəbər verir.

Gəncənin bir şəhər kimi yaranma tarixi barədə müxtəlif məlumatlar vardır.

XVI  əsrdə  yaşamış  Məcdəddin  əl-Hüseyn  «Zikət  əl-Məcalis»  əsərində  Gəncənin  əsasının  Makedoniyalı

İskəndər  tərəfindən  qoyulması barədə  məlumat  vermişdir.  Buna  oxşar  məlumatlara  gürcü  salnamələrində  də  rast

gəlmək  mümkündür.  M.M.AItman  Gəncənin  əsasının  Makedoniyalı  İskəndər  tərəfindən  qoyulması  haqqındakı

məlumatları  əfsanə  adlandırmışdır.  Çünki  tarixi  baxımdan  bu  məlumat  doğru  deyildir.  Eyni  zamanda,

geniş-miqyaslı  olmasa  da,  ərazidə  aparılmış  arxeoloji  qazıntılar  nəticəsində  aşkarlanmış  maddi-mədəniyyət

nümunələri də bu faktı təkzib etməkdədir.

XV  əsr  müəllifi  Mirxond  Məhəmməd  ibn  Xavandşah  ibn  Mahmud  «Rövzət  əs-səfa»  əsərində  Gəncənin

Sasanilərin dövründə salındığını qeyd etmişdir. Onun verdiyi məlumata görə şəhərin əsası Sasani hökmdarı I Qubad

tərəfindən  qoyulmuşdur.  Bu  məlumatı  Gəncənin  tarixini  araşdırmış  görkəmli  tədqiqatçı  İ.M.Cəfərzadə  də  təsdiq

etmişdir. O, Gəncədə arxeoloji qazıntılar nəticəsində aşkarlanmış ən qədim qala divarlarını V-VI əsrlərə aid etmiş

və bu divarların da Sasani hökmdarı I Qubad tərəfindən tikildiyini bildirmişdir.

Bəzi  mülahizələrə  görə  Gəncə  adlı şəhər,  eyni  zamanda  Cənubi  Azərbaycanda  da  mövcud  olmuşdur.  Bu

mülahizələrə əsasən Mirxondun nəzərdə tutduğu Gəncənin Cənubi Azərbaycanda yerləşdiyi fikri irəli sürülmüşdür.

Lakin məsələyə diqqətlə yanaşdıqda aydın olur ki, Mirxond Gəncə dedikdə heç də Cənubi Azərbaycanda yerləşən

hansısa  şəhəri  nəzərdə  tutmamışdır.  Çünki  o,  açıq  şəkildə  Gəncə  ilə  bərabər  Şimali  Azərbaycanda  yerləşən

Bərdənin də məhz I Qubad tərəfindən salınmasını qeyd etmişdir. Nə üçün o, Cənubi Azərbaycanda yerləşən şəhərin

adını ondan xeyli uzaqda olan Bərdə ilə bir yerdə çəkməli  idi. Demək, Mirxond Bərdə ilə bir yerdə adını çəkdiyi

Gəncə  şəhəri  də  bu  gün  də  Şimali  Azərbaycanda  yerləşən  qədim  şəhərdir.  Biz  bunlarla  heç  də  Cənubi

Azərbaycanda  vaxtilə  Gəncə  adında  şəhərin  mövcud  olması faktını təkzib  etmirik.  Bu  barədə  XIII  əsrdə  yaşamış

ərəb coğrafiyaşünası Yaqut Həməvi maraqlı məlumat vermişdir. Onun verdiyi məlumata görə Cənubi Azərbaycanda

Sasanilərin hökmranlığı dövründə Gəncə adında bir şəhər mövcud olmuş  və bu şəhərdə dini mərkəz yerləşmişdir.

Bununla yanaşı, o, nəzərdə tutduğu Gəncədə Keyxosrov tərəfindən inşa edilmiş böyük bir sarayın olması haqqında

da  məlumat  vermişdir.  Yaqut  Həməvinin  verdiyi  məlumatları  akademik  Y.A.Mİnanday  da  təsdiq  edərək  qeyd

etmişdir  ki,  həqiqətən,  Cənubi  Azərbaycanda  Gəncə  adında  şəhər  mövcud  olmuş  və  bu  şəhər  e.ə.  I  əsrdə

Atropatenanın  paytaxtı  və  Şərqdən  Qərbə  gedən  ticarət  yolu  kimi  tanınmışdır.  Qeyd  etmək  lazımdır  ki,

M.M.AItman özünün «Gəncə şəhərinin tarixi» əsərində Mirxondun bu məlumatının heç bir yazılı mənbə tərəfindən

təsdiq  edilmədiyini  vurğulamışdır.  Ümumiyyətlə,  M.M.AItman  qədim  mənbələrdə  Sasanilər  dövründə  Şimali

Azərbaycanda Gəncə adında şəhərin mövcudluğu haqqında heç bir məlumatın olmadığını qeyd edir.

Gəncə  haqqında  XVI  əsr  mənbəsi  «Dərbəndnamə»  əsərində  də  məlumat  verilmişdir.  Lakin  burada  olan

məlumatlar şəhərin yaranma tarixilə bağlı deyildir. Bundan başqa adıçəkilən əsərin müəllifi istifadə etdiyi mənbələr

haqqında  heç  bir  məlumat  verməmişdir.  Məhz  buna  görə  M.M.AItman  haqlı  olaraq  qeyd  etmişdir  ki,  qiymətli

mənbə olmasına baxmayaraq «Dərbəndnamə»yə tənqidi yanaşmaq lazımdır.

Moisey Dasxoranski, Moisey Kalan-katlı, Anani Şiraski kimi tarixçi və coğrafiyaşünaslar da öz əsərlərində

Gəncə  haqqında  məlumatlar  vermişlər.  Həmin  Moisey  Dasxoranskinin  verdiyi  məlumata  görə,  Gəncənin  əsası IX

əsrin birinci yarısında Ərəb xilafəti tərəfindən Azərbaycana canişin təyin edilmiş  Məhəmməd ibn Xalid tərəfindən

qoyulmuşdur.  Bartold,  Minorski  və  M.Şərifli  kimi  alimlər  də  bu  fakta  əsaslanaraq  Gəncənin  yaranma  tarixini  IX




əsrin birinci yarısına aid etmişlər.

Gəncənin əsasının Xilafət canişini Məhəmməd ibn Xalid tərəfindən qoyulması haqqında məlumat ilk öncə

türk  mənşəli  tarixçi  hesab  olunan  Münəccimbaşı  Əhməd  Dədə  tərəfindən  verilmişdir.  Münəccimbaşının  qələmə

aldığı  rəvayətə  görə,  guya  Məhəmməd  ibn  Xalid  «üç  təpə»  adlandırılan  ərazinin  yaxınlığında  olarkən  üç  gün

ard-arda gördüyü yuxuda ona deyilir ki, təpəyə qalxıb atını orada saxlasın. Əgər at ayağı ilə hansı yeri döyəcləsə,

oranı qazsın və ordan tapdığı xəzinə ilə Gəncə adlı şəhər inşa  etsin. Rəvayətə görə, Məhəmməd ibn Xalid yuxuda

ona söylənilənləri yerinə yetirir və tapdığı xəzinə ilə Gəncə şəhərini salır.

Türk tarixçisi Münəccimbaşının Gəncənin yaranması ilə bağlı verdiyi məlumat tarixi və məntiqi baxımdan

qəbul oluna bilməz. Çünki XI əsrdə Gəncə artıq bir şəhər kimi formalaşmışdır. Əgər doğrudan da Gəncənin əsasını

ərəb mənşəli Məhəmməd ibn Xalid qoymuşdursa, bəs nə üçün onu pəhləvi dilində «xəzinə» mənasını verən Gəncə

adlandırmışdır.  Məlum məsələdir ki, həmin dövrdə ərəblər İranda zərdüştlüyü və bu ölkənin qədim mədəniyyətini

sıxışdıraraq  İslamı  yayırdılar.  Necə  ola  bilər  ki,  qədim  İran  mədəniyyətinin  aradan  qaldırılması  istiqamətində

ciddi-cəhdlə mübarizə aparan bir ərəb mənşəli  canişin inşa  etdiyi şəhərin adını pəhləvi dilində adlandırsın.  Bütün

bunlar  onu  göstərir  ki,  Gəncənin  ərəblər  tərəfindən  salınması  haqqındakı  məlumatlar  elmi-tarixi  əsası  olmayan

rəvayətlərdən başqa bir şey deyildi.

Gəncənin  bir  şəhər  kimi  yunanlar,  farslar  və  ərəblər  tərəfindən  salınması faktı,  eyni  zamanda  bu  şəhərin

yaranma  tarixini  də  kölgəyə  salmışdır.  Aydın  məsələdir  ki,  yunanlar  tərəfindən  bu  şəhərin  salınması  haqqında

verilmiş  məlumatlar  qeyd  etdiyimiz  kimi,  tarixi  və  məntiqi  baxımdan  özünü  doğrultmur.  Şəhərin  farslar  və  ya

ərəblər  tərəfindən  salınması  fikrinə  gəldikdə  isə  istər-istəməz  şəhərin  yaranma  tarixi  yaxın  dövrlərə  gətirilib

çıxarılır.  Demək  bütün  bunlar  şəhərin  əsl  yaranma  tarixinin  qeyri-müəyyən  şəkildə  qalmasına  və  bu  günədək  də

mübahisəli məsələyə çevrilməsinə səbəb olan başlıca amillərdəndir.

Qədim  mənbələrdə  Gəncənin  əsasının  türklər  tərəfindən  qoyulması  haqqında  da  tutarlı  və  maraqlı

məlumatlar  verilmişdir.  Gəncənin  türklər  tərəfindən  salınması  haqqında  ilk  məlumat  VI  əsrə  aid  edilən

«Şəhrestanihai  Eran»  («İran  şəhərləri»)  adlı  coğrafi  traktatda  öz  əksini  tapmışdır.  Pəhləvi  dilində  yazılmış  bu

coğrafi traktatda Gəncə şəhərinin salınması haqqında deyilir: «Pad nam ud neroq ud ayyarix i dadar Oxrmazd i pek

Kust i Adurbadaqan Şaxrestan i Adurbadaqan Eranquşnasp i Aburbadaqan spaxbed kard. Pad kust i Adurbadaqan

şaxrestan  i  Qanzak  Fraziyaq  i  Tur  kard».  Mənası: «Yaradan  və  bəxş  edən  Ahura-məzdanın  köməkliyi  sayəsində

Eranquşnasp və Adurbadaqanın (Azərbaycanın) spahbedi (ordu başçısı) Adurbadaqan istiqamətində Adurbadaqanın

paytaxtını tikdirdi. Adurbadaq istiqamətində yerləşən Qanzak şəhərini turanlı Əfrasiyab inşa etdirdi». Burada aydın

şəkildə Gəncə şəhərinin türk sərkərdəsi Əfrasiyab tərəfindən salınması göstərilir.

Gəncənin türklər tərəfindən salınması haqqında ilk mənbə sayılan VI əsrə aid edilən «Şəhrestanihai Eran»

(«İran şəhərləri») adlı coğrafi traktatın müəllifinin kim olduğu dəqiq bilinmir. Lakin traktata ümumi nəzər saldıqda

aydın olur ki, bu qeyri-türk mənşəli, eyni zamanda zərdüştlüyə etiqad edən şəxs tərəfindən qələmə alınmışdır.

Bəzi  tədqiqatçılar  traktatda  işlədilmiş  «Eranquşnasp»  kəlməsini  «İran»  sözü  ilə  deyil,  Aranla  bağlamağa

cəhd  göstərirlər.  Onların  fikrincə,  əgər  söhbət  Azərbaycan  ərazisindən  gedirsə,  burada  «Eran»  kəlməsini  «Aran»

kimi qəbul etmək daha məqsədəuyğundur. Şübhəsiz ki, belə bir fikrin irəli sürülməsi əsassız deyildi. Tarixdə uzun

müddət iranlılar tərəfindən Azərbaycanın şimalı Aran, cənub hissəsi isə Azərbaycan adlandırılmışdır. Geniş mənada

desək, vahid bir ərazini iki hissəyə bölməklə guya tarixən həmin ərazinin bir hissəsinin, yəni  şimalın  Azərbaycan

deyil,  Aran  adlandırıldığı  haqqında  əsassız  fikir  yaratmağa  cəhd  göstərmişlər.  «Şəhrestanihai  Eran»  («İran

şəhərləri»)  adlı  coğrafi  traktatda  verilmiş  mətnə  gəldikdə  isə  orada  həm  «Eran»,  həm  də  «Adurbadaqan»

(Azərbaycan)  kəlmələri  birlikdə  işlənilmiş  və  Gəncənin  də  məhz  Azərbaycan  ərazisində  salınması  qeyd

olunmuşdur.  Digər  tərəfdən,  sözügedən  traktatın  adı «Şəhrestanihai  Eran»,  yəni  «İran  şəhərləri»  adlandırılmışdır.

Demək, burada adları çəkilən şəhərlərin hamısı və yaxud müəyyən qismi vaxtilə İran yaylasında yerləşənlərdir. Bu

halda traktatda işlənmiş «Eranquşnasp» kəlməsindəki «Eran»ı «Aran»dan ayırmaq kimi başa düşmək düzgün deyil.

Çünki bir sıra tarixi və filoloji faktlar İranla Aran kəlməsinin eyni mənada olduğunu göstərir. «İran» sözünün kökü

bilavasitə  Avestada  mövcud  olan  «Ariyana  vəcd»,  yəni  «Arilərin  yaşadığı yer»  kəlməsilə  bağlıdır.  Sözün  kökünə

nəzər  saldıqda  aydın  olur  ki,  əslində  «Ariyan»  kəlməsi  «ar»,  «ir»  kimi  səslənibdir.  «Ar»  və  onun  «ir»  fonetik

səslənməsi türk dilində vardır.  Bununla yanaşı, «ari» kəlməsinin mənası fars və türk dillərində eyni mənanı verir.

Farsca  «ari»  hər  cəhətdən  üstün  və  təmiz  mənasında  işləndiyi  kimi  türkcə  də  «ar»,  «ər»  kişi,  igid  mənasını ifadə

edir. Hətta çox ehtimal ki, yunanlardan bütün avropalılara keçən «aristokrat» kəlməsinin özü də məhz «ar», «ər»dən

alınmış  və  eyni  mənada  işlənmişdir.  Yuxarıda  göstərdiyimiz  kimi  «İran»  kəlməsinin  Avestada  olan  ilkin  variantı

«Ariyan» kimi qeyd edilmiş, sonralar isə buradakı «a», «i» kimi səslənmişdir. Demək bütün bunlar onu göstərir ki,

«Aran», «İran» kəlməsinin Avestadakı forması olmaqla yanaşı, həm də təkcə farslara aid deyildir. Günümüzdə də

mövcud olan bir çox türk xalqlarının adlarında «ər», «ar» kəlməsi vardır. Misal olaraq, av-ar, xəz-ər, mac-ar, suv-ar,

qac-ar,  qab-ar  və  s.  göstərmək  olar.  Onu  da  qeyd  edək  ki,  II  Kirtərəfindən  Əhəməni  fars  dövlətinin  əsası

qoyulmamışdan  əvvəl,  yəni,  e.ə.  740-cı  ildə  Mannada  hakimiyyətə  gəlmiş  hökmdarın  adı  İranzu  olmuşdur.

Hökmdarın  adın-da  «İran»  kəlməsinin  olması  onu  sübut  edir  ki,  hələ  farsların  hakimiyyəti  çevriliş  yolu  ilə  ələ

keçirmələrindən əvvəl Azərbaycanda İran anlayışı olmuşdur.

Əgər «Aran» və «İran» kəlmələrinin başqa-başqa mənada işlənməsi fikri qəbul edilərsə, sual çıxa bilər ki,

bəs,  onda  «Aran»  kəlməsi  hansı  mənanı  verməkdədir.  Bir  sıra  tədqiqatçılar  «Aran»  kəlməsini  «Alan»la




eyniləşdirərək,  nəticədə  bu  adlı  ərazinin  osetinlərə  məxsus  olduğunu  iddia  edirlər.  Lakin  «Aran»  kəlməsini

osetinlərin «Alaniyası» ilə əlaqələndirmək düzgün deyil.

Beləliklə,  VI  əsrə  aid  edilən  «Şəhrestanihai  Eran»  («İran  şəhərləri»)  adlı  coğrafi  traktatda  verilmiş

məlumata  əsasən,  türk  hökmdarı  Əfrasiyab  tərə-findən  salınmış  Qanzak  şəhəri  hazırda  Şimali  Azərbaycanda

yerləşən Gəncə şəhəridir.

Traktatda  maraq  doğuran  mühüm  məsələlərdən  biri  də  türk  sərkərdəsi  Əfrasiyabın  şəxsiyyətidir.

Tarixşünaslıqda hələ də Əfrasiyab adlı türk sərkərdəsinin kimliyi dəqiq müəyyənləşməmişdir. Bəziləri Əfrasiyabın

Alp  Ər  Tonqa,  digərləri  isə  Oğuz və  ya  Mete  xan  olması fikrini  irəli  sürmüşlər.  Lakin  Əfrasiyabın  məhz  Alp  Ər

Tonqa  olması haqqında  daha  çox  ehtimal  edilir.  Əfrasiyab  haqqında  Y.Balasaqunlunun  (XI  əsr)  «Kutadqu-bilik»,

M.Kaşğarinin  (XI  əsr)  «Divani-luğətit-türk»  və  Ə.Fİrdovsinin  (XI  əsr)  «Şahnamə»  əsərində  bəhs  edilmişdir.

Y.Balasaqunludan  və  M.  Kaşğaridən  fərqli  olaraq  Ə.  Firdovsi  turanlıların  hökmdarı Əfrasiyabı mənfi  obraz  kimi

təqdim  etmişdir.  Ə.Firdovsi  özünün  məşhur  əsərini  yazarkən  şübhəsiz  pəhləvi  dilində  olan  ədəbiyyatlardan  geniş

şəkildə istifadə etmişdir.

O,  fars  millətçiliyi  ideologiyasının  ənənələrinə  sadiq  qalaraq  Turanlı Əfrasiyabı  şər  və  pisliklərə  xidmət

göstərən  şəxs  kimi  təqdim  etmişdir.  Lakin  maraqlı  məsələ  bundan  ibarətdir  ki,  pəhləvi  dilində  olan  zərdüştü

yazılarında Əfrasiyab şərə xidmət göstərən şəxs kimi təqdim edilməklə yanaşı, onun hökmranlığının sayəsində şər

ruh  anlayışında  olan  Ayişmanın  hakimiyyəti  ələ  keçirə  bilməməsi  göstərilmişdir.  Demək  burada  Əfrasiyab  şər

qüvvə hesab olunduğu halda, eyni zamanda zərdüştlükdə şər ruh hesab olunan Ayişmanın qarşısını alan qəhrəman



kimi qiymətləndirilmişdir.

ƏDƏBİYYAT

1. Altman M.M. Gəncə şəhərinin tarixi oçerki. Bakı, 1949.

2. Cəfərzadə İ. Qədim Gəncənin tarix-arxeoloji oçerki. Bakı, 1949.

3. Qummel Y. «Dəfn kurqanı» və «Qədim Gəncə». Bakı, 1931.

4. Bertels Q. Nizami. M., 1956.

5. Qoroda İrana. M., 2007.

РЕЗЮМЕ

Взгляд в историю основания Гянджи

Исследователи,  говорящие  об  истории  Востока  III-VII  веков,  указы вают,  что,  согласно

пехлевийским  и  ранним  среднеперсидским  источ никам,  Азербайджан  занимал  одно  из  почётных  мест  в

зороастрийской  традиции.  Здесь  находился  Адургушнасп,  считавшийся  священным  и  са мым  главным  у

огнепоклонников  храмом  огня.  В  этом  храме  служили  многочисленные  известные  религиозные  деятели  -

потомки  древних  мидийских  мугов  многое  сделавшие  для  распространения  религии.  В  ге ографическом

трактате  «Город  Ирана»,  относящемся  к  VI  веку,  ясно  указывается,  что  туранец  Афрасияб  основал

город Ганзак с именем приносящего Счастье Ормузда, благодаря силе и помощи Творца в Адурбадаганской

(Азербайджанской) стороне.

SUMMARY

A glance at the history of building of Ganja

The  researchers  telling  about  stories  of  East  III-VII  of  centuries,  specify  that,  agree  pehlevi  to  sources,

Azerbaijan occupied one of places of honour in zoroastriyan traditions. Here there was Adurgushnasp which were

considered sacred and most important at zoroastriyan as a temple of fire. Numerous known "eligious figures served

in  this  temple  -  descendants  ancient  maday  much  the  religions  which  have  made  for  distribution.  In  the

geographical treatise «Cityof I ram, concerning by VI century, clearly it is underlined that Afrasijab has based the

city  of  Ganzak  with  bringing  Schaste  Ormuzda  name,  thanks  to  force  and  the  help  of  the  Creator  in  the

Adurbadagansky (Azerbaijan) party.

Yüklə 224,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə