Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə7/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   2   3   4   5   6   7   8   9   10   ...   23

56 
 
Bu gecə 
 
Allahın göz yaşları, 
yağışa dönər bu gecə. 
əgər istəsən, gülüm, 
dönərəm bu gecə. 
 
Dedin, dodağın püstə, 
Yol aç ürəyim üstə. 
Təki məni məndən istə, 
Gələrəm bu gecə. 
 
Minib Tanrı atına, 
Göyün yeddi qatına, 
Ulduzu ayağın altına 
Sərərəm bu gecə. 
 
Zər atmışam heç-heçədi, 
Könlüm evi iç-içədi. 
Soruşdun, ölüm necədi? 
Ölərəm bu gecə. 


57 
 
Gecə 
 
Gecə. Qorxuducu, hürküdücü? Qorxma, gecənin üzü 
qara, bətni ağdır . Gecə qovuĢduran, gecə sevgi, sevda 
məkanı. Gecədən GünəĢ doğar, nura bələyər cahanı. 
 
Bu gecənin bağrı qara, 
Qəlbim oldu para-para. 
Nəfəs dəyməyən dodağa 
Təntiyib susayan da var. 
 
Həsrəti tökdüyün gecədə, 
Qorxub hürkdüyün gecədə
Hicran bükdüyün gecədə 
Vüsal arayan da var. 
 
Qalandım ocağında, 
Sevdanın bucağında, 
Bu gecə yar qucağında 
Yatıb, uyuyan da var. 


58 
 
Susan şəkil 
 
O Ģəkildi, dözəcək... 
 
Dindirmə şəklimi, nəyinə gərək, 
Dili yox əzizim, danışmayacaq. 
Sən məndən gizlicə 
Gördüyün  işi – görsə də, 
işinə qarışmayacaq. 
 
Qapılar üstünə gələcək, 
Utanıb qaçacaq hörümçək. 
Divarda şəklim görəcək, 
Susacaq, 
             danışmayacaq. 
 
Evə gecə yarısı, 
istər səhər dönərsən, 
 
Gecələr sübhə qədər, 
gözlərini qırpmadan, 
ah, yolunu gözləyəcək. 
Mən dözmədim, əzizim, 
o, şəkildi, dözəcək. 


59 
 
Ağlayan var... 
 
Bəlkə də eĢitdiyim səs içimdə çırpınan əzablarımdı 
 
Səs gəlir, ağlayan var, 
Yermi, göymü ağlayır?! 
Gedirəm torpaq üstə, 
Tapdanan yermi ağlayır?! 
 
Hayqırıqmı, “nərə”mi, 
Parçalanır dərəmi? 
Dünya lərzəyə gəlir
De, ağlamaq beləmi? 
 
Səs gəlir, ağlayan var, 
İnsmi-cinsmi ağlayır?! 
Bulud çökür, yel qopur, 
Dumanmı, sismi  ağlayır! 
 
Ulduzlar yerə sallanır, 
Buludlar tutur saxlayır. 
Bəlkə mənim halıma 
Tanrım özü ağlayır? 


60 
 
Səbr 
 
Səbrimiz baĢdaĢı kimi qranitləĢib 
 
Qayalar qırçın-qırçın, 
Söyüdlər yolur saçın. 
Pəncərəmə qonan sığırçın, 
Məntək qanadın qırıqmı? 
 
Dünyanın bişməyən aşına, 
Qərinələrlə yaşına. 
Yonulmayan başdaşına 
Pəncərəmdən 
baxa-baxa qalmışam. 
 
Düşmən ilə göz-gözə
Dayanmışıq dözə-dözə, 
İlahi, səbri bizə 
uduzmağa vermisən?! 


61 
 
Görəsən 
 
Kimdir günahkar? Gümana yalvaranmı, eĢqi 
dadanmı? 
 
Artıq sözə gərək deyil
İncitmisən, sus artıq. 
Dinməyəydi dodaqlar, 
Kaş, ömürlük susaydıq. 
 
Gözlərimdən leysan getdi, 
Töküldü yaylıq üstünə. 
Fikrim çırpınır göydə, 
Bulud, çök ağlım üstünə. 
 
Dənizlər gözümün yaşı, 
Dağlar dərdimin daşı. 
Nə dərd ver mənə Allah, 
Nə də töküm göz yaşı. 


62 
 
Əmanət 
 
Sənin əmanətin mənim sevgimdir 
 
Əmanətin məndə qalıb- 
saxlamışam ürək üstə. 
məni incitmə, gülüm, 
nə də məndən üzr istə. 
 
Bu qapı, bu divar şahidim, 
Nalə çəkmiş sevdam burda. 
Əllərimi burax gedim, 
Sahib çıx eşqimə ya da... 
 
Nə sən, nə mən günahlıyam, 
Sevda çəkdi bizi “od”a. 
Sərxoş təki dumanlıyıq, 
Tutuşmuşduq yanar “od”a. 
 
Eşqimi suya yazdım, 
Yazdım, sənə yollamağa. 
Bircə onu bilirəm ki, 
Durum gedim ağlamağa. 


63 
 
Ağlayan ulduz 
 
Tutqun göy üzündə 
parçalanmış buludlar 
göyün ənginliklərində 
lələklərin çırpa-çırpa, 
rəqs edərək uçuşurlar. 
 
Şaxtadan qorxmayan 
Bağçamda qızılgüllər 
həyat eşqiylə yenidən 
tumurcuqlayırlar. 
 
Və birdən göy üzündə 
Ay harasa tələsir. 
Ürkərək kiçik ulduz 
Ayın qarşısını kəsir. 
 
Ay süzülüb gedir, 
buludlara əl edir. 
ulduz vurnuxur göydə. 
Yağış yağır göy üzündən. 
 
Bağçamdakı qızılgüllər 
Yağış damcılarına təşəkkür edirlər. 
Sanırlar üzürlər yaz yağışında, 
Amma bilmədilər ki, 
yuyundular ulduzun göz yaşında. 


64 
 
Vida 
 
Alatoranlığın vahiməli sükutunda 
bağçamda çiçəklər səhəri gözləyir. 
Gilavar ağacları əzizləyir- 
əllərini yarpaqlarına çəkir, 
ağaclar sığaldan titrəyir. 
 
Daş heykəllər sükuta dalıblar- 
Elə bil min ildi uyuyublar. 
Gecənin köksündən qan düşdü
süzülüb, şehlə öpüşdü. 
Deyəsən, vidalaşırlar?! 


65 
 
Həyat burulğanı 
 
Hər gecə yuxumda tabut görürəm, 
ölüsü xəmir kimi. 
Həyat bizi yoğurur, deyəsən?! 
Yolum doğum evinin qarşısından düşüb, 
çöhrələrdə təbəssüm, 
bir körpə doğulur, deyəsən?! 
Doğulur, 
həyatın burulğanlarında yoğrulmağa. 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə