Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə11/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

94 
 
Allahım, yol ver 
 
Bu dolu dünyada yalqızam, yetim, 
Dolubdu qəlbimə eşqi xilqətin. 
Açılan yolların, min səyahətin
Uğursuz yolçusu, qarşıda var sel, 
Yol ver, Allahım, yol ver. 
 
Qəlbimdə cığır var  uca zirvəyə, 
Toxunma, əzizim, meh dəyən telə. 
İstərəm üz tutum pirə-səcdəyə, 
Gecikmə, ey bəndə, tez ol, gəl deyir, 
Yol ver, Allahım, yol ver. 
 
Gah sola boylandım, gah da ki, sağa, 
Xəyalım pərvazdı arana-dağa. 
Üz tutub gedirəm gələn sabaha, 
Bəlkə də yolumu gözləyir bir el
Yol ver, Allahım, yol ver. 
 
Hara tələsirsən, soruşdun -belə? 
Ey baba, gedirəm sən gələn yerə. 
Qaçıram şeytanın vəsvəsəsindən, 
Ötmək istəyirəm qıl körpüsündən, 
Əməllər deyir ki, şahidliyi ver, 
Yol ver, Allhım, yol ver. 


95 
 
Yenidən qovuşanadək... 
 
Hərdən ayaqlarım çəkib aparır 
Məni o istəyə alıĢan “od”a. 
Təkcə mən deyiləm  ümidə dolan, 
Bəlkə bir salamçün darıxır o, da. 
 
Bu gün səni tərk edəcəyəm! 
Heç bilmirəm məndən sənə nə qalacaq? Acı, yoxsa 
şirin xatirələr?! Sənin üçün darıxacağam. Yox, 
daha doğrusu, səni istəyəcəyəm, ölənə qədər. 
Gecənin qaranlığında ayaqlarım məni səndən 
ayırır. Ayrılığın səbəbini ayaqlarımda görürəm. 
Bilmirəm özümə acığım tutsun, yoxsa ayaqlarıma? 
Geri boylanıram. Qaranlıqda mavi tül pərdəli 
pəncərədən tam aydınlıqla görsənirsən. Elektrik 
işığının aydınlığı içərisində səni bürüyən pərdə...? 
Hə, yəqin yenidən qovuşanadək nisgil pərdəsi 
hördün bir anın içərisindəcə. Bilirəm, məni 
gözləyəcəksən, bir ömür boyu, pəncərədən 
baxmaqla. Allah Mən adlı sevgilini öldürsün! 
Həsrətdən, kədərdən başqa məndən sənə nə qaldı?! 
 
03.08. 2009. 
Saat 20:24. 


96 
 
Ümid 
 
Allahım, ümidimi yox etmə. 
 
Evimdə alışmayan şam, 
Ocağımda bişməyən süd
Könlümdə göyərməz  ümid, 
Budur, oturmuşam naümid. 
 
Bağımda nə desən var- 
Alma, heyva, gilənar. 
Otağa dolan gilavar, 
Təkcə yoxdu yar. 
 
Sənə güvəndiyim dağlar, 
Sənə də yağmadı qar. 
Buz yemədim sinəm yandı, 
Könlüm bağladı qubar. 
 
Yanmayan şam küsüb
Bişməyən süd çürüyüb, 
Hər şey uçub-tökülüb 
Təkcə ümiddən savayı. 
 
 


97 
 
Üzüdönük 
 
Sənə səndən nə deyim? 
Məni oda  atıb getdin, 
deyimmi ki, vəfasızsan?! 
 
Getdin, vidalaĢmadan. Arxanca duydunmu fəryadımı? 
Demək ki,  duymadın. Duysaydın acıyardın. 
Sənsizəm. Amma varlığım sənə bağlıdır. Bütün 
vücudum sənə sarı dartılır. 
 
Sən ey həsrətimdən yanan-qovrulan, 
Sən ey məhəbbətdən günahı olan, 
Sevgisi küləklə itən, sovrulan, 
Dön bax  gözlərimin daşan selinə. 
 
Sən həsrət əkirsən, mən də biçirəm
Sən kədər süzürsən, mən də içirəm, 
Qəlbimdən köç dedin, mən də köçürəm, 
Yığışıb gedirəm, hicran evimə. 
 
Sən ey qüruruna sığınan, qalan, 
Sən ey qəlbi qara, qısqanclıq yoran, 
Sən ey ayrılıqdan saralan, solan, 
Əsiri-dustaqsan qəmə, zülümə. 
 


98 
 
Sən ey sevdasına kürlük eyləyən, 
Ölən sevgisinə yanan, göynəyən, 
Həm uzaq eylən, həm də gözləyən, 
Sığınıb qalmışam Allah evinə. 
 
Sən ey Allahına inanan  bəndə, 
Bir xanım sızlayır, sevirəm, deyir. 
Əlləri  Allahın ətəklərində 
Hər gecə ağlayır, ölürəm, deyir. 


99 
 
Dedilər... 
 
Sənə nə desələr, gəl özünə dərd eyləmə. Bu dünyanın 
qanunu bu... Ayrılıqdı bil ki, sonu. Ya elədən, ya 
belədən, nə fərqi var? Dözə bilsən unudarsan qəmini 
də zaman-zaman. 
 
Dedilər, nə yaman qocalmısan sən, 
Söyləyə  bilmədim, sevgi üzündən. 
Dedim ki, sevincli-nəşəliyəm mən
Dedilər, qəm süzür axı gözündən. 
 
Dedilər, elə bil yas içindəsən, 
Dedim, bəzənmişəm, toya gedirəm. 
Dedilər, ay yazıq, özün bilirsən, 
İçin qəm kökləyir, sənsə süzürsən. 
 
Dedilər, kim verib bu qəmi sənə? 
Söyləyə bilmədim bir üzüdönük. 
Dedilər, aynada bir bax özünə, 
Axı, sən görəni biz də görürük. 
 
Dedilər, ay yazıq, divanəsən ki?! 
Yanmayan ocağa pərvanəsən ki! 
Dedim, tale işi, Tanrı işidir, 
Əzəldən yazılıb belə mənimki. 


100 
 
Dedilər, bir oyan, ətrafına bax, 
Bağında çiçəklər ağlayır sənə. 
Soruşdum İlahi, kimdi günahkar? 
Dedilər, kim isə qarğıyıb sənə. 
 
Dedilər, bilirik, sevgilin qaçıb, 
Gələkmi sevdanın başsağlığına? 
Dedim, qalam uçub, bəxt-taxtım uçub, 
Amandı, gəlməyin başsağlığına, 
Nə də şahid olun göz yaşlarıma. 


101 
 
Şahidsiz 
 
DaĢı-divarı Ģahid göstərəni dəli sanarlar 
 
Bu daş-divar, bu yollar  şahidim, 
Nə daşım dillənir, nə də divarım. 
Ürəyim tökülür, ah, didim-didim, 
Kimdən mədət umum, kimə yalvarım? 
 
Elə bil Tanrı da qəsdimə durub, 
Nə çarə göndərir, nə yol göstərir. 
Pərişan saçımı küləklər yolub, 
Tək bircə telini yara göndərir. 
 
O ürək üzümə açılmır daha, 
İlahi, belimi qucanım hanı? 
Nə də ki, könlündə yerim yox daha, 
Sevinclə üstümə qaçanım hanı? 
 
Ölürəm, son sözün varmı əzizim, 
Bəlkə deyəcəksən:-Sevirəm səni?! 
Nə özüm qalacam, nə də ki, izim, 
Mən özüm özüməm - 
Sevəcək qəbrim də səni. 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə