Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə1/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
  1   2   3   4   5   6   7   8   9   ...   23


 
                              
 
 
 
 
 
 
 
Ş
 
 
 
 
 
 
 
 



 
 
 
 
 
 
 
 
 
 



 
Ön söz 
 
Salam 
 
...Ruhu bədənində çıpınanlara, 
Allahın yanında ucalanlara, 
Hörmətlə, izzətlə qocalanlara, 
Salam! 
 
Kitabı  haqqında    adət-ənənəyə  uyğun  olaraq  giriş 
sözü yazmağa başladığım müəllifin elə öz maraqlı misra-
larıyla salamlamaq istədim, dəyərli oxucuları. 
Sözün  düzü,  kitablarda  “Ön  söz”ü  sevmirəm  və 
bunun  çoxdan  dəbdən  düşdüyünü  düşünürəm.  Amma 
“palaza bürün, el ilə sürün” prinsipi bizi çox vaxt qəbul 
etmədiyimiz işləri görməyə vadar edir. 
Bəlkə  də,  çoxları  kitablarda  “Ön  söz”  yerinə 
yazılmış gəlişigözəl sözləri oxumurlar. Elə birbaşa müəl-
lifin  əsəri  ilə  tanış  olmağı  üstün  tuturlar. Və  düşünürəm 
ki,  düz  edirlər!  Bu  elə  də  vacib  deyil.  Onsuz  da  indiki 
zamanda  kitablar  yalnız  tanışlıq  vasitəsilə  satılır.  Ya  da 
tanışlara  hədiyyə  edilir,  çox  vaxt  tanışlar  da  tanışlarını 
yaxşı tanıyırlar. Əfsus ki, bu, günümüzün acı həqiqətidir. 
Giriş  üçün  yazılmış  təbrik  xarakterli  yazını  oxu-
masanız  da  olar,  yetər  ki,  kitab  oxuyun,  kitabı  oxuyun. 
Bax  bütün  dərdimiz  də,  sözümün  “məmmədqulusu”  da 
elə budur. 
Kitabların  oxunma  dərdi.  O  qədər  də  çətin  deyil 
müəllifin  bir  kitabın  araya-ərsəyə  gəlməsi  üçün  çəkdiyi 



əziyyətləri anlamaq. Bəzən yuxusuz gecələr hesabına ya-
zılmış,  bəzən  başqalarının  həyatını  qələmə  almaq  üçün 
obraza girib o əzabı, iztirabı, dərdi, kədəri yaşamış, bəzən 
etiraf edə bilmədiklərini, dilinə gətirə bilmədiklərini, ürə-
yində  gizlətdiklərini  vərəqə  köcürmüş,  bəyənilib-  bəyə-
nilməyəcəyi  həyəcanını  yaşamış,  boğazından  kəsib  xərc 
çəkmiş,  kitab  nəşr  etdirmişdir.  Müəllif  nə  istəyir  ki, 
bunların  əvəzində  bizdən?!  Nə  istəyir  ki?  Sadəcə  oxu-
maq! Bu isə o qədər də əziyyətli bir iş deyil. 
Elə bu andan etibarən sizinlə yenicə tanıdığım, am-
ma qısa bir zamanda böyük  hörmət bəslədiyim, istedadlı 
şairə  Mətanət  Ulu  Şirvanlının  kitabını  oxumağa  başla-
yacağıq.  Hələ  də  başlamamısınızsa  və  dözüm  göstərib, 
yazımı bu cümləyə qədər oxumusunuzsa, elə burada sax-
layıb şeirlərə keçin. Mən başladım. 
 
 ...Bu canı cəfadan qurtara bilsəm
   Həsrəti köksümdən qopara bilsəm, 
  Ay Allah, o gələn qatara minsəm, 
 Özümü-özümdən qaçıracağam. 
 
Hələ də burdasınızsa, bir söz də deyim. Sizcə, mü-
əllif  nə  demək  istəyir  bu  gözəl  misralarla?  Onun  bu 
arzusunda hansı fikrlər gizlənir? Onu arzusuna necə çat-
dıra  bilərik?  Müəllifin  bu  arzusu  nə  qədər  əlçatmaz  gö-
rünsə  də,  reallaşması  o  qədər  də  çətin  olan  arzu  deyil, 
fikrimcə. Təbii ki, əgər məsələyə məhz çözə biləcəyimiz 
bir problem kimi yanaşsaq və bu yolda müəllifin yanında 
olsaq, dəstək versək. 



Şairin  cəfasını  kitab  uğrundakı  mübarizə  kimi 
düşünək...  Həsrətini  oxucu  həsrəti  kimi  dəyərləndirək... 
“Qatar” ı isə uğur qatarı zənn edək. Və gəldiyimiz nəticə 
odur ki, Mətanət xanım artıq bu qatardadır.  Biz isə onun-
la qatarda yol yoldaşıyıq. Onun cismindən qaçırdığı, şeir 
dünyasındakı  xoşbəxt  ruhunun  şahidləriyik.  Di,  gedə 
bilərsiniz! Gedək, oxuyaq! 
 
Xəyal Rza 
Şair, Azərbaycan və 
Avrasiya Yazıçılar Birliyinin üzvü 
 
 
 



 
Şair və yazıçı yalnız təxəyyülünün 
gücünə sığınmamalı, idrakının, 
təfəkkürünün kürələşməsi üçün öncə 
ətraf mühitini seyr və dərindən 
müşahidə etməli, mümkün qədər 
dünya səyahətinə çıxmalıdır. Lakin öz 
orbitindən çıxmamalıdır. 
 
Müəllif 
 



 
Vətən 
 
Sən ey musiqi məbədim! Etiqadım, andım, eĢqim, 
amalım, odum, ocağım, isti qucağım – Vətən! 
 
Ey torpağı qızıl, ləl, 
Suyu mərcan, gövhər, 
Havası dərman, cövhər 
Azərbaycan! 
 
Qüssələnib, etmə fəğan
Sən ey ismi, varlığı can! 
Sənə neçə oğul qurban, 
Azərbaycan! 
 
Bayrağında şəhid qanı, 
Adın gəzir hər bir yanı, 
Sənsən igidlər məkanı, 
Azərbaycan! 
 
Bol-bəhrəli torpağınam, 
Yaşıl-zümrüd yarpağınam. 
Həm aranın, həm dağınam, 
Azərbaycan! 
 
Ürəyi sevgiylə vuran, 
Yadların amanın qıran, 
Dar ayaqda mətin duran 
Azərbaycan! 



 
Azərbaycanım 
 
Nə gözəl yaranıb bu dünya belə
Şükür xəlq eyləyən, yaradan, sənə. 
Uca dağlarına, meşənə, gölə, 
Hey məftun olsam da, doymaram yenə. 
 
Nə gözəl yaranıb bu dünya belə, 
Qoynunda yer açır məhəbbətlərə. 
Daim işıq olsun, daim nur olsun, 
Qoy nəsib olmasın fəlakətlərə. 
 
Nə gözəl yaranıb bu dünya belə, 
Dağların sütunu silkələnməsin. 
Qoy yağış ələnsin, od ələnməsin, 
Təbiət var olsun, zədələnməsin. 
 
Nə gözəl yaranıb bu dünya belə, 
Sevincin bol edir cahana , elə. 
İstərəm dillərdən düşməsin adın, 
Heç vaxt tükənməsin gücün, inadın. 
 
Sən, ey ana yurdum, Azərbaycanım, 
Mənim ürəyim də, canım da sənsən! 
Beşiyim, gor evim, andım, amanım, 
Bilirəm, hər zaman yanımdasan sən. 
 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə