Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə5/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   2   3   4   5   6   7   8   9   ...   23

37 
 
Dünya gülür, 
bu dünyaya əl et, sən. 
Bu dünyanın min üzü var, 
hələ birin görmüsən, 
Mən gedəcəm, 
sən yerimə gəlmisən, 
Ay adam. 
 


38 
 
Nar çiçəyim 
 
Tamillamın – nar çiçəyimin 1 yaĢı münasibətilə 
 
Ay babalar, ay nənələr, şükür ki, 
Mübarəkdən mübarəkdir günümüz! 
Ay qonaqlar, əzizlərim, indi siz 
Hamılıqla zəhmət çəkib, 
məclisə xoş gəlmisiz! 
 
İlham müəllim, 
gözün aydın, ilk nəvə, 
Səfərbər ol, nəvələrin toyuna. 
Ay İradə, cavan nənə, bu nəvə 
Şirindən də şirin imiş sən demə! 
Nənə adın fəxr bilək biz gərək
Qızım, sənin bu bir yaşın mübarək! 
 
Bu qız  körpə, bu qız incə, 
Şükür gördük, yol gözləyən görəcək! 
Ay babası, demişdin ki, 
sənə əmi deyəcək, 
Ağzıdolu səni Dədə çağırdı! 
Pərilərin kiçiyisən, ay mələk, 
Nar çiçəyim, bu bir yaşın mübarək! 
 


39 
 
Ay bibisi, ay xalası, nurdu qız, 
Bibisinə “bebi” deyib durdu qız. 
Gecə yatmır, lap Günayı yordu qız, 
Ah,  Tamilla, bir balaca yat görək
Qızım, sənin bu bir yaşın mübarək! 
 
Şövkət getdi, Tomka gəldi həmən gün, 
Bilirəm ki, Günel gedər dalıycan. 
Ay maşallah, meydan qalır bu qıza, 
İki evin gül balası can, ay can!!! 
Ay Tamilla, sakit otur, qoy görək, 
Qızım, sənin bu bir yaşın mübarək! 
 
Böyük baba, böyük nənə, indi biz 
baş əyirik qarşınızda, deyirik; 
Təşəkkürlər!!! 
Bu gül körpə anlatdı ki, 
bizi necə sevmisiz! 
 


40 
 
Ölü ilə söhbət 
 
Ölüm gözəldir, çiyinlərə yüksəldir 
 
Bir dəli şeytan deyir; 
Min kədərin kəhərinə, 
yeri ölülər şəhərinə. 
Ay qardaşım, ay atam, 
Ay qibləyə üz tutan, 
A bəxtəvər, a yatan, 
Sən cansız, 
mən diri ölüyəm, 
Gör necə üzüntülüyəm! 
 
Başın altda əhləd daşın – 
Bəxtəvər ölü başın, 
Şükür et bacasız evinə, 
Yat, yayxan kefinə. 
 
15.11.2010. 


41 
 
Qəmli yolçu 
 
KeçmiĢə boylana bilir, lakin sabahı görə bilmirik. Odur 
ki, sabahlarımız  ümid və gümanlarımız olaraq qalır. 
Sabahımızı yaĢamalıyıq ki, xatirələri keçmiĢə yollayaq. 
Onu da Allahımız nəsib edərsə… 
Bizim üçün yalnız bu gün var… 
 
Kədər özümdən qabaq 
yeriyir yollar üstə. 
Dodaqlar cadar-cadar, 
dil yapışıb dodaq üstə. 
O, uşağın əlində Fanta... 
 
Cibdə qara qəpik yox, 
Gözüm qalıb uşaqda. 
Vay, vay öldürür isti də
Nə olar, utanma, istə. 
 
Kədər özümdən qabaq 
Yeriyir yollar üstə. 
Baxma günün sıcağına, 
Al qəmini qucağına, 
Başla yolları ölçməyə. 
Fanta qəmi söndürməz, 
Qəmini qəlyan eylə, 
Yeri qəmini çəkməyə. 
 
15.11.2010. 
 


42 
 
Bir gecənin yuxusu 
 
Dünən gecə röyamda; 
“Səna”dan “Bəsrə”yədək 
Qönçə-qönçə, ləçək-ləçək 
Yollar üstə döşənmişdir - 
Sarı çiçək! 
 
Dedilər, yollara nur ələnib. 
Bax, ora düşmək üçün 
Doğulandan ölənədək 
Günah etməyəsən gərək. 
 
15.11.2010. 


43 
 
Qaranlıq və ölüm 
 
Sənin xain qəlbindəki 
qaranlıq və ölümdü. 
Gecənin zülmətində, 
gözlərinin qan rəngində 
bir xəyanət göründü. 
Mən sənə neyləmişdim? 
Budur, sənin sayəndə 
neçə nankor sevindi. 
 
28.11.2010. 
 


44 
 
Yuxu 
 
Bu yuxu qanlı yuxu 
Çiskin, dumanlı yuxu; 
 
Azmışam getdiyim yolu, 
...Yollar qana bulandı, 
Allah, ölməmək üçün 
bir gümana bağlıyam. 
Bu qan mənim qanımdı. 
 
Uzaqda atlılar var... 
Atını sür bu yandan, 
Cismim nəyimə gərək, 
Qoyma ölüm ruhumnan. 
 
Atlı isə nə eşidən, nə duyandı. 
Ruhum elə incidi, elə yandı... 
Elə bildim burulğandı. 
 
28.11.2010. 


45 
 
Yad ölkə 
 
Dirilik yorğunluq, ölümsə dinclikdi. 
 
Bu qərib diyarın 
torpağı daşı, gilmi? 
Hey danışım, danışım... 
Kim biləcək dilimi? 
Ruhlar qapımı döyür, 
Açma, ölü kafirdi. 
Dilim batdı, kiridi. 
Baba, sən Allah ölmə, 
Bura ölmək yeridi?! 
 
28.11.2010. 
Saat15:04. 


46 
 
Şübhə 
 
İztirab asılıb gözlərinizdən, 
Qırpma kipriyini, qırılar düşər. 
Bir Tanrı bilir ki, ürəyinizdən 
Nələr dövr eyləyər, ah, nələr keçər. 
 
Birinin gözündən yaş
Digərinin ürəyindən daş 
asılsa da, 
çoxundan günah asılıb. 
Biri mal, digəri can oğrusu, 
Hansı əyri, hansı günah? 
Heç bilmədim, doğrusu. 
 
Günahı işlədib 
atırlar pəncərələrdən. 
Hər səhər, sübh erkən, 
küçəni süpürən qadın 
küçəyə tökülən günahları da 
Söyərək süpürür, 
hər səhər tezdən. 
 
Şübhələr baş alıb gedir ayaqla, 
İgid, yum gözünü, tapda ayaqla. 
Aşdı-daşdı tüpürcək qalaqla 
bilinmir kim-kimin 
üzünə tüpürür, Allah. 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə