Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə8/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

66 
 
Əzabın məngənəsi 
 
Qobustan yolu üstə
kəhraba dən zəmisində 
gözümü sarı yordu. 
Düşüncələr məni apardı, 
Yol yoldaşım xəyaldı… 
 
Əzablar məngənəsində - 
səyahət edirəm qəm gəmisində. 
Sevincləri, əzabları düşündükcə 
Süzüldüm dünyanın süzgəcində. 
 


67 
 
Ümid işığı 
 
Səni məndən aparan yollar, bəlkə, geri qaytaracaq 
 
Açılan səhərdə sevgim ölür
güman doğulur, 
bu səhər də sənsiz açılır. 
 
Dünyanın rəngini çəkib gözümə, 
baxdım ruhuma. 
Ağ rəngindədir! 
 
Səndən ayrı qaldığım illər… 
Yox, yox, qəlbim daim səninlədir. 
Külək ətrafı sərinlədir, 
Sənsizlik ruhumu inlədir. 
 
Məni tərk edən qürurum gülür duyğuma, 
İdrakım sarılıb ayaqlarıma 
sənə dönmək istəyir. 
 
Geridə qürur, qarşıda sən varsan! 
Dönümmü dünənimə? 
Sabahlarda sən varsan.  
Bir sabah mənlə barışsan… 
Ah, məni gözləyən sabahımla 
bu gün öpüşmək istədim. 


68 
 
Özüm kimi 
 
Diksindi ruhum, incidi cismim, 
Əsdi əllərim rüzgar kimi. 
Düşünə bilmirəm… 
Beynim ağappaq qar kimi. 
 
Məni sevən, kölgələyən 
dərdimə qurban olaram. 
Çünki, mənə əzab verən
bu dərd mənim özümündü. 
 
Qəm könlümə əkilibdi 
bağçamdakı gülüm kimi. 
Dərdimi duyub,  anlayan 
kim var mənim özüm kimi?! 
 


69 
 
Olumla-ölüm arasında… 
 
Ruhum can üstə, 
Toxunma, inciyər. 
Gecə düşür, günəş batır, 
Gözlərini dikir mənə. 
Çıx get Günəş, 
Yer üzünə sabah yenə doğacaqsan. 
 
Olumla-ölüm arasında 
Sevgim məndən can istəyir… 
Ürək yorğun, diz taqətsiz. 
Niyə getdin? 
Budur, qaldım məhəbbətsiz. 
Bir sevda əl edir ruhuma
Gəlin, başsağlığı verin duyğuma. 
 
 
 


70 
 
Şair 
 
ġairlər dünyanın bəlkə də ən kasıb təbəqəsidir. Onun 
var-yoxu olan Ģeirləri də özünün deyil. Cəmiyyətə 
təqdim etdiyi andan etibarən Ģeirləri oxucuların duyğu 
və istəklərinə çevrilir. ġairin var-dövləti yalnız 
oxucunun ona dediyi; – Sağ ol, -dur. 
 
Şairin xəyalı göydə, cismi yerdə, 
Yazdığı kəlmələr durur önündə, 
Köksünü açır dərdinə, qəminə, 
Yenə fikirləri dolub beyninə?! 
 
Taleyin kilidi əlində gəzir, 
Bəzən nicatını ölümdə gəzir. 
Sağ ikən cismini qoyub tabuta, 
Quruca bədəni evində gəzir. 
 
O gün biri də dedi ki, mənə 
Bəs niyə beləsən dərbədər təki. 
O an köklənərək duyğularıma, 
Çağırdım söhbətə göydə mələyi. 
 
Görürsən, şairlər belədi, qardaş, 
Bəxtləri küskün, özündən geri. 
Xəyalı özündən qarşıda qaçır, 
Duyğusu kükrəyib, daşdırır seli. 
 
 


71 
 
Sevgisi bir özgə, qəmi bir özgə, 
Aşikardı, sevə bilmir gizlicə. 
Ağ vərəq üstünə duyğularının 
Şəklini çəkərək, yazır hər gecə. 
 
Allahın açdığı qapıdan keçir, 
Şair dünyasını dəyişən zaman. 
Təkcə özünün evindən deyil, 
Yüzlərlə sevəninin evindən köçür. 
 
 


72 
 
Nə var 
 
Deyirsən, dərdini dostlarınla böl, deyirsən, gülginən 
gülməyə nə var, yaĢamaq eĢqilə baxıb dünyaya, 
yenidən əzizim, sevməyə nə var? 
– Sözdür də əzizim, belə deyirsən, quruca sözləri 
deməyə nə var?! 
 
Baxma yollarına, qayıdan deyil, 
Həsrətdən, kədərdən üzmə özünü. 
Bir kimsə dərdini ovudan deyil, 
Dərdini dostlarla bölməyə nə var. 
 
Ağlama, yad idi, yad kimi getdi
Yadları qəlbindən silməyə nə var. 
O qəmli gözünün yaşını silib, 
Yenidən, danışıb, gülməyə nə var. 
 
Qaldıra bilmirəm bu yükü dedin, 
Ağırmış sevgili itkisi, dedin. 
Ay yazıq, yüz dəfə öldün, dirildin, 
Yaşamaq çətindi, ölməyə nə var.  
 
Qarış bu dünyanın sevgi köçünə
Bu dünyanın sevincinə, qəminə.  
Gir eşqin bağrına, sevda içinə, 
Boş tabut içinə girməyə nə var. 
 
 


73 
 
Deyirəm, sevmərəm bir daha əsla, 
Bir kimsə görmədi, mən görən bəla. 
Yaşamaq eşqilə baxıb dünyaya 
Yenidən, əzizim, sevməyə nə var. 


74 
 
Demərəm 
 
Oktyabrın son günləri. Soyuqdur. Payız küləkləri 
yağıĢı da ardınca çağırdı. Yenə yalqızam, sənsiz. 
ÜĢüyürəm. 
 
Əlimi isladan damcılar 
Göz yaşımı, yağışmı? 
Vəfasıza yalvardım, 
İnadından barışmır. 
 
Ümidi üzmüşəm daha, 
Dönən deyilsən, bilirəm. 
Bəlkə çıxmadım sabaha, 
Ölürəm, ay igid, ölürəm. 
 
Sığal çəkir üzümə 
Payızın küləkləri. 
Qalxım Baba dağına, 
And verim diləkləri. 
 


75 
 
Allah dərgahına 
 
Ġlahi, dərgahına gəlirəm. Günahsız bəndə olmur. 
Günahlarımı əfv et, Ya Rəbbim. 
 
Hər tutquna duman demə, 
Bəlkə, tüstü, sis-qaradı. 
Fürsətini qurban vermə, 
Bəlkə dərdinə yaradı. 
 
Bu orman, bu dağ, bu təpə 
Gözlərimdə oyuncaq. 
Sevgim daşdı ləpə-ləpə, 
İlahi, fırtına qopacaq! 
 
Nəşəmi qaldırıb gülab, 
Dəliyəm, daş verin mənə. 
Ağlaya bilmirəm vallah, 
Borca yaş verin mənə. 
 
İlahi, bəxtimi qətrə-qətrə, 
Misqal-misqal niyə yazdın? 
Mən yuxumu düz gördüm, 
Bəndə tərsinə yozdu. 
 
Nə yerə, nə göyə sığmıram, 
Yadelliyəm, dönüm gedim. 
Yer kürəsi mənlik deyil, 
İcazə ver, çıxım gedim. 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə