Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə10/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

86 
 
Qadamı alginən 
 
Çətirlənmiş bağçanızda gülmüşəm, 
Yarı çiçək, yarı ləçək gülmüşəm, 
İncidərkən hey üzünə gülmüşəm
Qollarını gərdənimə sarginən. 
 
Ay sevgilim, satma məni yada sən, 
Xatırlayıb salarsanmı yada sən? 
Dalaşmadan ya mən küsdüm, ya da sən, 
Mən get desəm, sən yanımda qalginən. 
 
Adətkardır, yar qəlbimi yar alar
Sağalmayıb əzəl vuran yaralar. 
Bilirsənmi, yar qadasın yar alar, 
Nə durmusan, dur qadamı alginən. 


87 
 
Qayıt gəl 
 
Payız gəldi, gün tənləndi, qısaldı, 
Səhər şehli, gün günorta qızardı. 
Yamaclarda çiçəklər də qızardı, 
Çəmənimdən gül-çiçəyim dərilsin. 
 
Ocaq çatmır, amma  atır oda məni, 
Hardan bilim, bəlkə sevir o da məni? 
Salacaqmı bircə dəfə yada məni? 
Kim istəməz əzizlənsin, sevilsin. 
 
Belə gördüm, dağ başını sar alar, 
Duman çökər, üstünü də qar alar. 
Həsrətindən gül bənizim saralar
Qayıtginən həsrət qəmim ərisin. 


88 
 
Betər 
 
Ölümə nə var ki, hamı ölür də... Atılmaq ölümdən 
betər! 
 
Dostumu, qardaşımı bilmirəm, 
Üz vurur, astarı üzündən betər. 
Olub-ötənləri daha demirəm, 
Külüm də yandırır közümdən betər. 
 
Mən sənə ev hördüm min ilmələrlə, 
Sığalla, tumarla, sevgi, dəyərlə, 
Diz atıb yalvardım, sürünmələrlə, 
Qəlbimə qan sızdı dizimdən betər. 
 
Bu səfil dünyaya qatıldığımdan, 
Sevda bazarında satıldığımdan, 
Ay Allah, xəciləm atıldığımdan, 
Vücudum utandı üzümdən betər. 
 
Yel olum, bu səhər qoşulum yelə, 
Danışma əmrini vermişəm dilə. 
İlahi, mən sussam, lal olsam belə, 
Gözlərim danışar dilimdən betər. 
 
Çağır Əzrayılı nur cilidində, 
Ruhumu tapşırım qəm sahilində. 
Ölümə nə var ki, hamı ölür də, 
Qoy gəlsin nə varsa ölümdən betər. 
 
26.08.2011 


89 
 
Səbr Allahın adıdır 
 
Desələr ki, bu sevdadan yorulmusan, inanmaram,  
sevdam üçün doğulmuĢam
 
Hər gün yollarına baxıb gedirəm, 
Dərdimin içindən axıb gedirəm, 
Ağlayan gözümü sıxıb gedirəm, 
Gedirəm dərdlərimi yara-yara. 
 
Qanadı qırılmış, çırpınan quşam, 
Bir namərdin tüfəngilə vurulmuşam. 
İki ildi dayanmadan ağlamışam, 
Qərq etmişəm üz-gözümü sel-sulara. 
 
Sən hardan biləsən, yolumda tələ, 
Bu sevda uğruna kim öldürə, kim ölə?! 
Sənə susamışam, təşnəyəm hələ, 
Səhra kimi dodaqlarım para-para. 
 
Atəş idim, yana-yana  kül olmuşam
Sevilməyən sarı çiçək, gül olmuşam. 
Məngənədə sıxılaraq ovulmuşam, 
Hörülmüşəm sevgim ilə daş-divara. 
 
Sənə desəm, bu sevdadan  yorulmuşam, 
Gəl inanma, sevdam üçün doğulmuşam. 
Ah, əzizim,  ləpirinlə yol olmuşam, 
Yeridikcə, baxarsanmı  o yollara?! 


90 
 
İnadından de, nə zaman dönəcəksən? 
Mənsiz için-için göynəyəcəksən. 
Sevgiyə uzanan yol görəcəksən
O yollar aparar And dağlarına. 
 
Səni sevməyirsə sənin sevdiyin, 
Cəhənnəm əzabı sevda bildiyin. 
Allahın adıdır səbir dediyin, 
Bir gün bükülərsən yar qollarına. 
 


91 
 
Payız etüdləri 
 
Payız – qocalmış gözəl qız kimidir 
 
Bu payız xoşbəxt payız, 
yarpağı gəlincikdən gözəl! 
 
Ağacda titrəyən son yarpaq... 
Son yarpaq istəmir  düşə, 
nə  tapdana ayaq altda. 
Elə bu an bir qızcığaz 
gəlinciyi qucağında, 
laylasını çala-çala, 
asta-asta gəldi, 
dayandı ağacın altda. 
Göydə titrəyən yarpaq 
uçdu qızcığaza sarı. 
 
*** 
Yarı qızılı,yarı sarı, 
Ağacın son yarpağı 
Gəldi qızın xoşuna. 
Əlindəki gəlinciyə, 
Və bir də ayağı altındakı 
yarpaqlara baxdı...baxdı... 
Yarpaqları yerdən yığdı, 
istəklə köksünə sıxdı. 


92 
 
*** 
Yarpaqlar qısqanclıqla 
bir-biriylə döyüşdü. 
Biri düşdü, ikisi düşdü... 
hamısı yerə sürüşdü. 
Qızcığaz sinəsindəki 
yarpaqları bir-birinə qatdı, 
Deyəsən, nəsə axtardı... 
Nəhayət ki, tapdı. 
Büzdü dodağını incik-incik, 
uşaq ağlına – elə gəldi ki, 
yarpaqları yerə atan gəlincik. 
Çəkib köksündən qopartdı, 
Sarışın gəlinciyini yerə atdı. 
Bu payız necə də xoşbəxt! 
Bu payız da belə keçdi. 
İlahi, payızın qüdrətinə bax
Qızcığaz balasından keçdi. 
 


93 
 
Neyləyəcəksən 
 
Mən hansı günaha bağışla deyim, 
Sən hansı qarğışı edirsən mənə?! 
Qovursan, əzizim, haraya gedim, 
De, kimin yanına üz tutum belə? 
 
Bağçamda çiçəklər ağlayır mənə, 
Həsrətdən qovrulum, yanım, alışım. 
Yadlar da şadlanıb sevinəcəklər, 
Bəxtə boyun əyim, necə barışım? 
 
Açdığın qapıdan çıxıb gedirəm, 
Son kərə gözümü sıxıb, gedirəm. 
İnsanmı, şeytanmı qarğadı mənə? 
İlahi, evimi yıxıb gedirəm. 
 
Hələ xəyalım da özümdən qabaq
Sənin ətəyindən tutub ağlayır. 
Dilim nalə çəkir sözümdən qabaq, 
Ayağım get deyir, ürək saxlayır. 
 
Gedirəm... 
Ayrılıq çiçəyi gətirəcəksən? 
Son kərəm qapıdan ötürəcəksən? 
Allah ətəyinə atırsan məni, 
Əzizim, sən mənsiz neyləyəcəksən?! 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə