Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə12/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

102 
 
Allah öldürsün məni 
 
Anam məndən mənə Ģikayət edir. 
BaĢına dönərəm, ay ana. Sən mənim həsrətimdə, mən 
isə yarın. 
Yar səntək açmır mənə qolların. 
 
Sən açan qapını  hər gün açıram, 
Hər an ümidliyəm üzünü görüm. 
Ay aman, elə ki özünü gördüm, 
Bilmirəm o zaman niyə qaçıram?! 
 
Silib yaddaşımdan ata bilmirəm, 
Bağrıma basıram xəyallarını. 
Gözümə qor dolur, yata bilmirəm, 
Hər gecə qəm öpür dodaqlarımı. 
 
Anama deyəcəm dərdimi bu gün, 
Yalvarsın Allaha balası üçün. 
Ay ana, bəxtimi özümlə birgə 
Bəs niyə doğmadın, 
                       de görüm neyçün? 
 
Başına dolanım, ay ana, sənin, 
Mən yar arzuladım, sən isə məni. 
Qəmlərin əlindən yadıma səni 
Salmadım, Allah öldürsün məni. 


103 
 
Nə yaman qəm əzir atılmışları, 
Gözlərim ələyir qəm yağışları. 
Ah, məni atanı, oda salanı, 
Qoy tutsun anamın öz qarğışları. 


104 
 
Daha 
 
Unutmusan, demək, məni. Unuduram aram-aram mən 
də səni. 
 
Baxdım əllərinə, titrəyir yaman, 
O əllər saçımda gəzməyir daha. 
Baxdım gözlərinə, gülməyir, aman, 
Baxışın üzümü süzməyir daha. 
 
Baxdım yollarında, izim qalmayıb, 
İylədim telimi, iyin qalmayıb. 
Vurduğun yaralar heç sağalmayıb, 
Dözməyir ürəyim, dözməyir daha. 
 
Boş məzar tapmıram uzanam, öləm, 
Könlüm bacarmır ki, özgəsin sevəm. 
Şəkərim, nabatım, şirinim deyən
Könlümün mehrabın düzməyir daha. 
 
Əyninə geydiyi köynəyi yosun, 
Dalğalar əlini, üzünü yusun. 
Çəkilib yolumdan daha yox olsun, 
Deyənim, üzümə gülməyir daha. 
 
Eşqimin qapısı bağlanıb qalıb, 
Ürəyim ocaqda dağlanıb qalıb. 
Elə bil min ildir saxlanıb qalıb, 
Könlüm sevdasını gəzməyir daha. 


105 
 
Qovulmadımmı 
 
Ġlahi, atılmaq əzabmıĢ; lap ölümə bərabər. Yox, yox, 
ölüm azadlıqdır. Atılmaq isə əzaba məhkumluq. 
 
Ölmüşəm elə bil, bəs yiyəm hanı, 
İlahi, mən doğub-doğulmadımmı? 
Yoxdurmu bir kimsə, vay deyən hanı, 
Ağladım, qəhərdən boğulmadımmı? 
 
Eşqimi yazdılar günah yerinə, 
Baxın zillətimə, baxın günümə. 
Susaraq  yas tutdum ölən sevgimə 
Ey gözüm, ağlama, yorulmadınmı? 
 
Xəyanət bildiyin sevgi kədərdi, 
Neyləyim, bu sevgi bura qədərdi. 
Sevda bağçasında yellər əsərdi, 
Əsən gilavarda sovrulmadımmı? 
 
Dəliyə dönmüşəm, bəs ağlım hanı? 
Gözümdə qalmadı dünyanın malı. 
Qranit vüqarlı, məxmər xəyallı, 
Daş idim, qum kimi ovulmadımmı? 
 
Soruşdun, dedin ki, niyə xəstəsən
Yardımçı olarsan, ölmək istəsəm? 
Ey dostum, dərdimi bilmək istəsən, 
Bir sevən ürəkdən qovulmadımmı?! 


106 
 
Əsir 
 
Sənsiz iki bahar ötdü. Ġydə ağacları sənsiz çiçəklədi, 
sənsiz bar verdi. Altında dayandığım iydə ağacından 
bircə dənə iydə dərdim. Yemək istədim. Boğuldum, 
yeyə bilmədim. Su istədim. Haradan alacağam suyu, 
bu düzəngahlıqda? Onsuz da iki ildir ki, yanıram 
susuzluqdan... 
 
Sevdaya tutulmuş  eşq əsiriyəm, 
Açma qollarımı, əzabım olsun. 
Ey gülüm, qəhrindən eşqin  dəlisi, 
İlahi, bu sevgi günahım olsun. 
 
Sinən yatağımdı, zülfün yorğanım, 
Ayrılıq əzabım, eşqin zillətim. 
Şəhvətin ləzzətim, o gül dodağın 
Dərdimə məlhəmdi, ay məhəbbətim. 
 
Susuzdan büzüşən, quruyan güləm, 
Bulaq tək qaynayb çağla, əzizim. 
Mən sənin əsirin, qulun, kölənəm, 
Sev məni, yanında saxla, əzizim. 


107 
 
Gətirər 
 
Yenə tənhayam. Yenə susamıĢam sənə. Susuzluqdan 
yanıram... 
Axı niyə inanmadın mənə?! Bir hənir, bir səs 
arzusundayam. Nə vaxt dönəcəksən? Dön artıq, dön 
əzizim. 
 
Səni and verirəm And dağlarına, 
Dərdimi artırıb dağa döndərmə. 
Minnətə durmuşam ayaqlarıma, 
Sevgilim, mən sənə dönə  bilmirəm. 
 
Günəşi gözləyirəm doğacaq deyə, 
Qızınsın qəlbimin hərarəti də. 
Özü ilə birlikdə aparıb gedən, 
Qaytarıb gətirər məhəbbətin də. 
 
Hərdən gözlərində qəmi görürəm, 
Sıxlaşan dumanı, çəni görürəm. 
Sən məndən halımı soruşmasan da, 
Mən isə hər yerdə səni görürəm. 


108 
 
Bəşər övladı 
 
Bəşərin seyidi Adəmmiş, 
Dünya nura bələnmiş. 
Düşüncəm qəlpə-qəlpə, 
Yer üzünə səpələnmiş. 
Sən demə ki, daşıdığım 
Elə quruca bədənmiş, 
Ruhum hanı, Allahım? 
 


109 
 
Qayıt 
 
BaĢ alıb gedirəm düĢüncələrimdəki sonsuzluğa. Sən olmayan 
dünyamda qaranlıq hökmranlıq edir. Sənsiz  doğan GünəĢi, 
batan Ayı görürəm. Özü də hər gün...lakin buna 
baxmayaraq, sənsiz dünyam zülmət içərisindədir. 
GünəĢin doğmasını gözləyirəm- mənim günəĢimin. 
 
Günlərimin şahı cümə, 
Adın dilimdə zümzümə, 
Bağışla sənsiz günümə
Qayıt. 
 
Bir bax olan zülümə, 
Harayıma-ünümə, 
Qayıt ölən günümə, 
Qayıt. 
 
Diləyim -İsmi Əzəm, 
Sədaqətdə şübhəsizəm. 
İstəmirəm sənsiz gəzəm, 
Qayıt. 
 
Mən arxasız, köməksiz, 
Sənsiz, tənha, gərəksiz. 
Ah, ölürəm məhəbbətsiz 
Qayıt. 
 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə