Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə11/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

 
41 
sənətkarlığın mühüm mərkəzidir.  Şəhərdə böyük gəmi tərsanələri 
var.  Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və  sədəf  əldə 
edilir. Manama avtomobil yolu ilə (körpü vasitəsilə) Mühərrək şəhəri 
ilə  əlaqə saxlayır.  Şəhərdə universitet, pedaqoji, peşə  və orta təhsil 
məktəbləri fəaliyyət göstərir.  Əmirin igamətgahı, ölkənin  ən böyük 
inzibati və ticarət idarələri, xarici şirkət və  səfirliklərin yaraşıqlı 
binaları, müasir memarlıq üslubu ilə tikilmiş mehmanxanalar, 
məscidlər, parklar, xurma ağacları  şəhərə xüsusi yaraşıq verir. 
Şəhərdə beynəlxalq səviyyəli telekommunikasiya sistemi fəaliyyət 
göstərir. 
Manamada portuqaliyalıların tikdiyi qalaların qalıqları (XVI 
əsr), qədim məscidlər indiyədək saxlanılır.  Şəhərdə  Bəhreyn 
sənətkarlarının qızıl, sədəf və mirvaridən məharətlə  işləyib 
hazırladıqları qiymətli zinət əşyaları satılan Şərq bazarı, xüsusilə cəlb 
edicidir. Manama şəhərinin qərb hissəsində körfəzin 2000 kv. km. 
dayazlıq hissəsi süni sürətdə doldurulmuş  və burada Yapon 
şirkətlərinin iştirakı ilə paytaxtın yeni ticarət mərkəzi – supermarket 
tikilmişdir. 
 1978-ci  ildən fəaliyyət göstərən  İran körfəzi  əmirliklərinin 
(Bəhreyn,  İraq, Qətər, Küveyt, BƏƏ  və  Səudiyyə  Ərəbistanı) iri 
informasiya agentliyinin mənzil qərargahı Manamada yerləşir. 
 
 
4. İqtisadiyyatı 
 
Qədim dövrlərdən Bəhreyn ticarət mərkəzi kimi tanınır. Əhali 
vahələrdə xurma, həmçinin digər meyvə  tərəvəz yetişdirir
heyvandarlıq və mirvari ovu ilə  məşğul olurdu. Sənətkarlar isə 
birdorlu gəmilərin inşası ilə məşğul olurdu. 1932-ci ildə ölkədə neft 
aşkar olunduqdan və onun çıxarılmasına başlanıldıqdan sonra 
ənənəvi təsərrüfat sahələri arxa plana keçdi. Müstəqillik  əldə 
etdikdən sonra ölkənin siyasi və sosial-iqtisadi həyatında  əsaslı  və 
keyfiyyətli dəyişikliklər baş vermişdir.  
Müstəmləkəçilər özlərindən sonra ölkədə  qəbilə-tayfa və 
feodal münasibətlərinin qalıqları ilə yüklənmiş köhnə ictimai struktur 
qoyub getmişlər. Bütün bunlara baxmayaraq Bəhreyndə kapitalist 
ictimai münasibətləri  İran körfəzinin digər  Ərəb ölkələrindən  əvvəl 
yaranmışdır. Qətər, BƏƏ, Küveyt ilə yanaşı, Bəhreyn də yerli 
 
42
ixtisaslı kadrların az olması ilə  əlaqədar mühacir işçi qüvvəsindən 
istifadə etməyə məcburdur. Ölkədə işləyən əhalinin yarıdan çoxu (56 
faiz) mühacirlərdir. Bəhreynin ümumdaxili məhsulunun (ÜDM) 
dəyəri 2004-cü ildə 10,0 mlrd. ABŞ dolları  həcmində olmuşdur. 
Adambaşına düşən illik gəlir isə 18 min dollara yaxındır. ÜDM-nin 
illik artımı təqribən 3 faizə bərabərdir. ÜDM-un 64 faizi xidmət, 34 
faizi sənaye, 1 faizi isə kənd təsərrüfatının payına düşür. 
Ölkənin  əmək ehtiyatları  təqribən 300 min nəfərdir. Bunların 
təqribən 80 faizi xidmət, sənaye və ticarət sahələrində, 20 faizi 
idarəçilik sistemində, 1 faizi isə kənd təsərrüfatında çalışır. 
Sənayenin aparıcı sahələri.  İran körfəzinin başqa ölkələri 
kimi Bəhreyn də sosial-iqtisadi inkişafı  və  hətta  əmirliyin siyasi 
həyatı neft və  təbii qaz hasilatı ilə bağlıdır. Dövlət büdcəsinə  gələn 
gəlirin təqribən yarısı neft və qaz sənayesi hesabınadır. Ölkədə 
sənaye  əhəmiyyətli neft çıxarılmasına 1932-ci ildən başlanılmışdır. 
Artıq 1934-cü ilin dekabrında Bəhreyn nefti ilə yüklənmiş ilk tanker 
İran körfəzindən çıxmışdır.  İlk mərhələlərdə neftdən ölkəyə  gələn 
gəlir çox cüzi idi (hasil edilən 1 ton neftə cəmi 1,05 dollar verilirdi). 
1979-cu ilə  qədər neft yataqlarını Amerika şirkəti «Bəhreyn 
petroleum kompani» (BARKO) istismar edirdi. Səudiyyə  Ərəbis-
tanının «Arabiyen Amerikan oyl Kompanii» (ARAMKO) şirkəti də 
Bəhreyn adasındakı  məhəlli sulardan neft çıxarırdı. 1979-cu ildən 
başlayaraq neft və qaz sənayesinə  Bəhreyn Milli neft şirkəti 
(BANOKO) tam nəzarət edir. Bəhreyndə neftin ehtiyatı az 
olduğundan onun hasilatı ildən-ilə  aşağı düşür. 2005-ci ildə  cəmi 2 
mln. ton neft çıxarılmışdır. Lakin neft emal edən müəssisələrin is-
tehsal gücü ildə 14-15 mln. tondur. Bu zavodlarda Səudiyyə 
Ərəbistanından sualtı  kəmərlə  gətirilən neft emal edilir. Bəhreynin 
neft emalı müəssisəsi Yaxın  Şərqin bu qəbildən olan ən iri 
müəssisələrindən biridir. 
Hasilat sənayesində  təbii qaz istehsalının  əhəmiyyəti getdikcə 
artır. Ölkədə ildə 4,0 mlrd. kub m
3
 qaz çıxarılır. Təbii qazdan butan 
və propan kimi qiymətli məhsullar istehsal edən müəssisə (illik 
istehsal gücü 280 min ton) tikilmişdir. 
Alüminium istehsalı  Bəhreynin sənaye sahələri arasında 
əhəmiyyətinə görə ikinci yeri tutur. Bu sahənin inkişafı üçün yerli 
yanacaqla (təbii qaz) işləyən istilik elektrik stansiyalarında alınan 
ucuz elektrik enerjisi geniş imkanlar açır. Manama da yerləşən 


 
43 
alüminium zavodu Avstraliyadan idxal olunan boksit əsasında işləyir. 
Ötən əsrin 90-cı illərinin birinci yarısından ilkin alüminium istehsalı 
üzrə ALVA şirkətinə  məxsus yeganə zavodun genişləndirilməsi 
həyata keçirilir. Zavodun istehsal gücü 210 min tondan (1992) 460 
min tona qədər (2003) artırılmışdır. Layihənin həyata keçirilməsi 1,4 
mlrd. dollara başa gəlmişdir. ALVA dövlət  şirkəti zavodun istehsal 
gücünün artırılması üçün lazım olan vəsaitin bir hissəsini 
Almaniyadan (12 il müddətinə 290 mln. dollar borc) və  Bəhreynin 
bütün iqtisadi inkişaf planlarının plana keçirilməsində ona 
əhəmiyyətli maliyyə köməkliyi göstərən Səudiyyə  Ərəbistanından 
almışdır. İran körfəzi regionunda baş vermiş müharibələr ilə əlaqədar 
bəzi layihələrin vaxtında yerinə yetirilməsi mümkün olmamışdır. 
Bəhreyndə  sənayenin nisbətən inkişaf etmiş digər sahəsi 
gəmiqayırma və gəmi təmiridir. OPEK üzvü olan Ərəb dövlətlərinin 
iştirakı ilə  Bəhreyndə  gəmiqayırma tərsanəsi və  gəmi təmiri 
müəssisəsi tikilmişdir. Ölkədə  fəaliyyət göstərən neft-kimya 
kompleksi Səudiyyə  Ərəbistanı  və Küveyt kapitalının köməyi ilə 
yaradılmışdır. Bəhreyndə qazma avadanlığı, boru, maye oksigen 
istehsal edən müəssisələr, dəniz suyunu təmizləyən qurğular və bir 
neçə istilik elektrik stansiyaları vardır. 
 Bəhreyndə kustar sənətkarlığın tarixi qədimdir. Ölkədə 
yaşayan əhali çoxdan bəridir ki, dənizdən mirvari çıxarmaq vərdişinə 
yiyələnmişdir. Bəhreynin qara mirvarisi, yaxud yerlilərin «balıq 
gözü» adlandırdıqları mirvari barədə  əfsanələr vardır. Bu qiymətli 
mirvarinin qədrini bilən ingilis müstəmləkəçiləri uzun illər ölkənin 
bu sərvəti üzərində  ağalıq etmişlər. Neft və  təbii qaz ehtiyatlarının 
kəşfinə qədər mirvari ovu və onun ixracatı ölkə əhalisinin əsas gəlir 
mənbəyi olmuşdur. Təsərrüfatın bu sahəsi ötən əsrin 30-cu illərində 
ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Sonradan yaponların dünya 
bazarına süni mirvari çıxarması  Bəhreyndə mirvari vətəgələrinin 
azalmasına və bu sahənin tənəzzülünə  səbəb olmuşdur. Lakin buna 
baxmayaraq bəhreynlilər bu qədim peşələrini unutmamışlar. 
Dənizdən yenə  də mirvari, süngər çıxarılır, balıq ovlanır. Neft 
sənayesinin inkişafı, həm də son illərdə regionda baş vermiş 
müharibələrin ağır ekoloji nəticələri ilə  əlaqədar  İran körfəzinin 
çirklənməsi balıqçılıq təsərrüfatına böyük ziyan vurmuşdur. 
Bəhreyn hökuməti ölkənin  əlverişli coğrafi mövqeyindən və 
formalaşan siyasi-iqtisadi imkanlarından (inkişaf etmiş  nəqliyyat 
 
44
infrastrukturu, rabitə  və b.) istifadə etməklə Yaxın və Orta Şərq 
regionunda başlıca işgüzar və maliyyə  mərkəzinə çevrilmək barədə 
müəyyən tədbirlər həyata keçirir. Ölkədə beynəlxalq yarmarka üçün 
iri sərgi kompleksi müvəffəqiyyətlə işləyir. 2005-ci ildə Bəhreynə 2,5 
mln. nəfər xarici turist və  işgüzar adamlar gəlmişdir. Onların 
tələbatlarını ödəmək üçün mehmanxana, restoran və başqa xidmət 
sahələri genişləndirilir. 
Kənd təsərrüfatının apırıcı sahələri. Bu sahə  zəif inkişaf 
etdiyindən  əhalinin  ərzaq məhsullarına olan tələbatını ödəmir. O, 
ümummilli məhsulun cəmi 1 faizini verir. Əkinçilik yalnız süni 
suvarma  şəraitində mövcuddur. Ölkə  ərazisinin cəmi 4 faizi kənd 
təsərrüfatı üçün yararlıdır. Bu sahənin isə 2/3 hissəsi xurma 
plantasiyalarına ayrılmışdır. Kənd təsərrüfatına yararlı olan digər tor-
paq sahələrində sitrus meyvələri, bostan-tərəvəz, az miqdar isə dənli 
bitkilər (buğda, arpa, qarğıdalı) becərilir. Bağlarda  ərik, armud, 
gavalı, manqo, üzüm yetişdirilir. Ölkənin paytaxtının yerləşdiyi sahə 
yaşıllığına görə, xüsusilə seçilir. Yollar və küçələr boyunca, 
parklarda və  həyətyanı sahələrdə xurma, qoz, püstə  ağacları 
əkilmişdir. Ölkədə hər il 40-45 min ton xurma yığılır. 
Otlaq sahələri məhdud olduğundan heyvandarlıq da zəif inkişaf 
etmişdir. Ölkədə qaramal, qoyun və keçi saxlanılır. İldə orta hesabla 
4-5 min ton ət istehsal edilir. 
Bəhreyndə  kənd təsərrüfatı  və  əhalinin  ərzaq təminatı prob-
lemləri üzrə  məşğul olan xüsusi komissiya işləyir. Komissiya kənd 
təsərrüfatı istehsalının müxtəlif, o cümlədən suvarma məsələlərini 
öyrənir. Komissiyanın fikrincə  əgər «neft dollarları» bir tərəfdən 
əhalinin həyat səviyyəsini artırmışsa, digər tərəfdən isə əvvəllər kənd 
təsərrüfatı məqsədilə istifadə edilən torpaq sahələrində şəhərlərin və 
iri müəssisələrin salınması  və genişləndirilməsi,  əkin sahələrinin 
suvarılması üçün istifadə edilən suyun getdikcə daha çox sənaye və 
məişət xidmət sahələrinə verilməsi, kənd təsərrüfatı  məhsullarının 
azalmasına səbəb olmuşdur. 
Ötən  əsrin 90-cı illərinin  əvvəllərində  əhalinin  ərzaq 
məhsullarına olan tələbatının 90 faizi idxal hesabına ödənilirdir. Ölkə 
əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi imkanları üzrə aparılan 
tədqiqatların nəticələrindən  əldə olur ki, 2005-ci ildə  ərzaq 
məhsulları istehsalı 50 faiz artmış, faraş tərəvəzə olan tələbat 26 faiz, 
süd və süd məhsullarına 30 faiz, yumurta və balığa olan tələbat 100 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə