Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə2/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   73

 

I HİSSƏ 
 
YAXIN VƏ ORTA ŞƏRQ REGİONU BARƏDƏ 
ÜMUMİ MƏLUMAT 
 
1.1. Regionun geosiyasi mövqeyi və təbiəti 
 
Asiyanın qərbində yerləşmiş Yaxın və Orta Şərq regionuna 
Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əfqanıstan, Ürdün, İraq, 
İran,  İsrail, Yəmən, Kipr, Küveyt, Livan, Misir, Oman, Səudiyyə 
Ərəbistanı, Suriya, Türkiyə  və  hələ müstəqil dövlət kimi tam 
formalaşmamış  Fələstin daxildir. İran və  Əfqanıstan Orta Şərqə, 
digər dövlətlər isə Yaxın Şərqə aid edilir. Regional bölgü, həmçinin 
regionun adı  şərtidir və müxtəlif müəlliflər tərəfindən müxtəlif 
şəkildə dəyişdirilir
*

Geosiyasi, mədəni və coğrafi termin olan Yaxın və Orta Şərq 
ingilis dilində  də bu anlayışı ilk dəfə ABŞ  dəniz donanmasının 
admiralı olmuş, politoloq Alfred Mehen (1840-1914) tərəfindən 
işlədilmişdir. On səkkiz dövlətin (o cümlədən, 13 ərəb dövlətinin) 
daxil olduğu Yaxın və Orta Şərq regionunun ərazisi 7,3 mln. kv.km, 
əhalisi 350,0 mln. nəfərdir (əlavə 1). 
Yaxın və Orta Şərqin dünya mədəniyyəti, siyasəti və 
iqtisadiyyatında mühüm rol oynaması onun geosiyasi mövqeyinin üs-
tünlüyü, maye yanacağı sərvətlərilə zəngin olması ilə izah olunur. 
Regionun geosiyasi mövqeyi. Yaxın və Orta Şərq regionu üç 
qitə – Asiya, Avropa, Afrika və iki okean hövzəsinin qovşağında 
yerləşir. Enlik istiqamətində 4400 km (Pamir dağlarından Aralıq 
dənizindəki  İmroz adasınadək), meridian boyu 3300 km (Qara 
dənizdəki Sinop burnundan Bab-əl-Məndəb boğazınadək) məsafədə 
                                      
*
 Bəzi mənbələrə görə Yaxın və Orta Şərq regionu Misir və Sudan istisna 
edilməklə  Cənub – Qərbi Asiya; Kipr, Misir, Sudan istisna edilməklə Ön 
Asiya; Levant (bura Yaxın  Şərq dövlətləri və  bəzi hallarda Balkan 
yarımadasının cənubu aid edilir) adlandırılır.  
Misirdən  Şərqə doğru  ərəblərin yaşadıqları ölkələr – Bəhreyn, BƏƏ, 
Qətər, Ürdün, İraq, Yəmən, Küveyt, Livan, Oman, Səudiyyə  Ərəbistanı, 
Suriya, Fələstin Məşriq dövlətləridir. 
 
6
uzanır. Yaxın və Orta Şərq regionunun Aralıq, Xəzər, Qara və 
Qırmızı  dənizlərə  çıxışı vardır. Bu isə bir tərəfdən onun Cənubi 
Qafqaz bölgəsinə, Rusiyanın daxili rayonlarına təsirinin artmasına 
imkan yaradır, digər tərəfdən regionu Rusiyanın geosiyasi marağının 
«hədəfinə» çevirir. 
Mesopotamiya ilə Misir arasında quru tranzit keçid əlverişli 
coğrafi mövqeyə malik olan sahədir. Bu sahə Anadolu yaylası  və 
Fərat çayının orta axınından Sinayadək uzanan dağlararası dərələr və 
dağ ətəklərini əhatə edir. Üç qitə arasındakı regionun vasitəçilik rolu 
«Bərəkətli Aypara» adlanan bu sahədə daha qabarıq nəzərə çarpır. 
Dünyanın qədim vasitəçilik – ticarət mədəniyyəti (Finikiya) məhz 
burada meydana gəlmişdir. Finikiyalıların ticarət-vasitəçilik və 
sələmçilik fəaliyyətindəki məharətini sonralar Fələstində 
məskunlaşmış  yəhudilər, levantlılar  əxs etmişlər. Coğrafi mövqeyin 
əlverişliliyi səbəbindən baş verən müharibələr bu bölgənin sakinlərini 
dünyanın digər regionlarına «dərbədər» etmiş, iki əsas qüvvə – 
yəhudi və ərəb diasporu yaranmışdır. 
Region təbiətinin xüsusiyyətləri.  Təbii landşaftın müxtəlifli-
yinə görə Yaxın və Orta Şərq regionu bir neçə hissədən ibarətdir. 
Təbii rayon əmələ  gətirən areallar – Nil vadisi, Dəclə  və  Fərat 
çaylararası
*
 allüvial düzənliyidir. Bu iki massiv qədim suvarma 
əkinçiliyinin mövcud olduğu sivilizasiya mərkəzləridir. Hər iki 
massiv nisbətən çətin keçilən təbii maneələrlə  əhatələnir. 
Mesopotamiya  şimaldan və  şərqdən Anadolu və  İran yaylalarının 
çıxıntıları ilə  əhatə olunmuşdur. Nil vadisini Məğrib
**
 bölgəsindən 
məskunlaşmamış Liviya səhrası ayırır. Nil vadisi və Mesopotamiya 
arasında birbaşa  əlaqələrin yaranmasına maneçilik törədən səthi 
qızmar günəşdən qarsalanmış Ərəbistan səhraları yerləşir. Nil vadisi 
və Mesopotamiya yalnız  şimalda qədimdən becərilən və nisbətən 
əhalisi sıx olan nalabənzər zolaqla birləşir. Bu zolaq Bərəkətli 
Aypara adlanır. 
Bərəkətli Aypara, Anadolu yaylası  və  Fərat çayının orta 
axınından Sinay yarımadasınadək uzanan dağlararası  dərələr və dağ 
yamaclarını əhatə edir. 
                                      
*
 Çaylararası düzənlik Mesopotamiya adı ilə də məlumdur. Mesopotamiya 
yunan sözüdür. «Mezos» - orta, mərkəz «potamos» - çay deməkdir. 
**
  Məğrib  (ərəbcə günbatan) qərb mənasını bildirir. Məğrib ölkələrinə 
Mərakeş, Əlcəzair, Tunis, Mavritaniya, Qərbi Səhra və bəzən Liviya aid edilir. 


 

Yaxın və Orta Şərq regionu təbiətinin mühüm xüsüsiyyəti 
səhra (Rub-əl-Xali, Böyük Nəfud, Kiçik Nəfud, Dəşt-e Kəvir, Dəşt-e 
Lut, Dəşt-e Naümid, Dəşt-e Mərğ  və b.) landşaftının üstünlüyüdür. 
Landşaftın yeksənəqliyi  əhalinin məskunlaşması  və  təsərrüfatın 
formalaşmasına təsir etmişdir. Şəhər həyatı hələ qədimdən sahil boyu 
bölgələrdə, xüsusilə  qərbdə  cəmlənmişdir. Cənubda isə rütubətlə 
nisbətən yaxşı  təmin olunan Yəməndə  əhali sıxdır. Köçəri və 
yarımköçəri heyvandarlıq, suvarma əkinçiliyi region ölkələri əhalisinin 
tarixən ənənəvi məşğuliyyət sahələri olmuşdur. 
 Faydalı qazıntıları. Yaxın və Orta Şərq neft və  təbii qazla 
zəngindir. Regionda aşkar olunmuş neft ehtiyatı 100 mlrd. tondur. 
Dünya neft ehtiyatının (156,7 mlrd. ton) 64 faizi, neft istehsalatının 
(3,1 mlrd. ton) 29,6 faizi Yaxın və Orta Şərq regionunun payına 
düşür. Regionda 500 mln. ton neft çıxarılmışdır. Region daxilində 
İran körfəzi neft-qaz hövzəsi, xüsusilə seçilir (cədvəl 1). 
 
Cədvəl 1 
İran körfəzi hövzəsinin nəhəng və nadir neft yataqları
*
 (2005-ci 
il) 
Yataqlar Ölkə 
İlkin 
ehtiyat 
mlrd. ton 
Yataqlar Ölkə 
İlkin 
ehtiyat 
mlrd. ton 
Havar S.Ərəbistanı 11,9 
Bibi – 
Hakimə 
İran 1,1 
Ağa–Cari  İran 10,0 
Zubayr 
İran 1,0 
Böyük 
Bürhan 
Küveyt 9,3  Dəmmam S.Ərəbistanı 0,8 
Səfaniyə S.Ərəbistanı 3,5 
Berri 
S.Ərəbistanı 0,8 
Kərkük 
İraq 3,0 Husaniyə S.Ərəbistanı 0,8 
Rumeyla 
İraq 2,8 Abu –
Hədriyə 
S.Ərəbistanı 0,8 
Raudatayn Küveyt 
2,0 
Vəfra Küveyt 0,7 
Abkayk S.Ərəbistanı 1,6 
Murban 
BƏƏ 0,6 
Qoçsaran  İran 1,5 Duhan 
Qətər 0,6 
Marun 
İran 1,4 Məscide –
Soleyman  İran 0,5 
Fereydun–  İran, 1,3 Bu 
– 
Həza BƏƏ 0,5 
                                      
*
 Neft geologiyası sahəsindəki mütəxəssislər ehtiyatı 500-1000 mln. ton 
olan yataqları nəhəng, 1 mlrd. tondan artıq olanları nadir yataqlar adlandırır. 
 
8
Mərcan S.Ərəbistanı 
Əhvaz 
İran 1,2  
 
 
Katif S.Ərəbistanı 1,2 
 
 
 
XX əsrin 70-ci illərinədək region dövlətlərində neft istehsalına 
Qərb dövlətlərinin iri şirkətləri nəzarət edirdi. 1973-cü ildə neft 
çıxaran dövlətlər OPEK
*
  çərçivəsi daxilində  fəaliyyət göstərərək 
beynəlxalq  şirkətlər mübarizədə öz maraqlarını qorumaq məqsədilə 
neftin qiymətini bir neçə dəfə qaldırır. 
Satılan neftə qiymət qoyulması, neft satışından gəlirin yük-
səldilməsi sahəsində neft ixrac edən ölkələrin marağının birgə mü-
dafiəsinə qulluq edən OPEK ölkələri arasında narazılıqlar da olur. 
Ötən  əsrin 80-ci illərində üzv dövlətlərdən  İraq, Küveyt, BƏƏ 
arasında baş verən narazılıq gərginləşərək 1990-cı ildə «Səhrada 
fırtına»  əməliyyatınadək böyüyür. İraq OPEK üzvü olan qonşu 
dövlətləri neftin satışında bu təşkilat tərəfindən təyin edilmiş  həddi 
qaldırdıqları  və nefti aşağı qiymətə satdıqları üçün təqsirləndirir. 
İqtisadiyyatını «neft dolları» hesabına dirçəltmək istəyən  İraq üçün 
bu sərfəli deyildi. Digər tərəfdən Küveyt gizli yolla İraqın Rumeyla 
yatağından neft çıxarmaqda günahlandırılır. Nəticədə 1990-cı il 
avqustun 1-də  İraq Küveyti işğal edir. Ölkənin 7 ay müddətində 
işğalı dünya bazarında neftin qiymətinin dəyişilməsinə  səbəb olur. 
İraq ordusu Küveytə soxulmazdan əvvəl neftin 1 tonu 130-140 dolar, 
Küveyt işğal edildikdə 220, daha sonra 250-280 dollar təşkil edirdi. 
«Səhrada fırtına»  əməliyyatına başlanılması ilə bu, 220 dollara, 
qələbədən sonra 130-140 dollara enmişdi. Qeyd edək ki, 2007-ci ildə 
neftin qiyməti çox qeyri-stabil olmuşdur. 
Yaxın  Şərqdə neft çıxaran xarici şirkətlər üzərində milli 
nəzarətin yaradılması region xalqlarının həyatında mühüm tarixi 
hadisə kimi qiymətləndirilə bilər. Nəticədə İraq hökuməti ölkədə neft 
çıxarılması, emalı və ixracını tam milliləşdirdi, Səudiyyə Ərəbistanı, 
Küveyt, Qətər, BƏƏ, Oman, Bəhreyn xarici neft şirkətlərinin 
ölkədəki fəaliyyətini xeyli zəiflətdi. Yaxın və Orta Şərqdə  təbii qaz 
                                      
*
 OPEK – 1960-cı ildə İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı və Vene-
suelanın təşəbbüsü ilə neft ixrac edən dövlətlərin maraqlarının birgə 
müdafiəsi məqsədilə yaradılmışdır. Sonralar təşkilata  Əlcəzair, Qabon, 
İndoneziya, Liviya, Nigeriya, Ekvador, BƏƏ, Qətər daxil olmuşdur.  İqa-
mətgahı Vyana (Avstriya) şəhərindədir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə