Xumar abdullayeva



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü0,49 Mb.
#69076


GEOSTRATEGIYA

iqtisadiyyat

AZƏRBAYCAN-TÜRKİYƏ İQTİSADİ-TİCARƏT 

ƏLAQƏLƏRİNDƏ ƏN SON TRENDLƏR,  BUNA 

TƏSİR EDƏN QLOBAL FAKTORLAR VƏ YENİ 

ƏMƏKDAŞLIQ  İSTİQAMƏTLƏRİ

XUMAR ABDULLAYEVA

A zərbaycan  Respublikasının 

Prezidenti  yanında Dövlət 

İdarəçilik A kadem iyası

Ticarət əlaqələrinin ən son vəziyyəti. Azərbaycanla Türkiyə 

arasında yüksək templə inkişaf edən ticarət əlaqələri bütün xarici 

iqtisadi risklərə baxmayaraq 2014 və 2015-ci illərdə də davam 

edib1. Azərbaycan 2014-cü ildə Türkiyəyə 482,2 tonluq 484 

min dollar dəyərində meyvə və tərəvəz konservləri,  11.7 milyon 

dollarlıq xam neft,  11.4 milyon dollarlıq kerosin, 207 milyon 

dollarlıq dizel yanacağı,  13.7 milyon dollarlıq sürtgü yağları,

11.4 milyon dollarlıq atsiklik spirtlər və onların törəmələri, 5.7 

milyon dollarlıq elektrik enerjisi, 48 milyon dollarlıq etilen 

polimerləri, 35.9 milyon dollarlıq neft, kumaron, inden qatranları 

və politerpenlər, 5.3 milyon dollarlıq emal olunmamış qoyun və 

quzu dəriləri, 5.6 milyon dollarlıq pambıq parça ipliyi,  1.7 milyon 

dollarlıq emal olunmamış qurğuşun, 79.3 milyon dollarlıq emal 

olunmamış alüminium ixrac edib.

2014-cü ildə Türkiyə isə Azərbaycana plastik kütlədən borular, 

şlanqlar və onların fitinqləri, malların daşınması və qablaşdırılması 

üçün plastik kütlədən məmulatlar, kağız və kartondan sanitar- 

gigiyenik məmulatlar, soyuq yayılmış polad prokatı, qara 

metallardan boru fitinqləri, metal konstruksiyalar, qara metallardan 

mətbəx peçləri və cihazları, yeyinti sənayesi üçün avadanlıqları, 

elektrik transformatorları, izolyasiya edilmiş məftillər və kabellər, 

quş yumurtaları, təzə tərəvəz, makaron məmulatları, çörək və 

unlu qənnadı məmulatları, kvars, sabun, sintetik yuyucu maddələr 

idxalında liderlik edib. 2014-cü ildə Azərbaycanın Türkiyəyə 

ümumi illik ixracı 291.3 milyon dollar, 2015-ci ildə isə əvvəlki ilə 

nisbətən 20% azalma ilə 232.3 milyon dollar olmuşdur. 2014-cü 

ildə Azərbaycanın Türkiyədən ümumi illik idxalı 2.875 milyard 

dollar, 2015-ci ildə isə əvvəlki ilə nisbətən 33.9% azalma ilə  1.899 

milyard dollar olmuşdur.



ic

ti

m



a



y

as



ı, 

e

lm



p



o

p

u



ly

a



ju

rn

al



Türkiyə ilə Azərbaycanın və digər aparıcı ticarət 

partnyorlarının ticarət əlaqəsinə enerji daşıyıcılarının qiyməti 

də təsir edir. 2002-ci ildən sonra sürətli bir şəkildə yüksələn 

enerji qiymətləri, Türkiyə kimi enerjidə dəqiq idxalatçı mövqedə 

olan ölkələr üçün enerji idxal fakturasınm əhəmiyyətli ölçüdə 

artmasına səbəb olmuşdur. Türkiyə xüsusəndə baxıldığında 

yüksələn qiymətlərə böyüyən iqtisadiyyatla birlikdə artan tələbdə 

əla və olununca, enerjidə xaricə asılılıq xarici ticarət defisitinin 

ən əhəmiyyətli səbəbi halına gəlmişdir. 2002-ci ilin sonunda 9,2 

milyard dollar səviyyəsində olan Türkiyənin ümumi illik enerji 

idxalatı qlobal böhran sonrası yaşanan yüksək böyümə mühiti ilə 

birlikdə 2012-ci ildə 60,1  milyard dollar qədər yüksəlmişdir. 2012- 

ci ildən sonra iqtisadi böyümənin yavaşlaması ilə tələbdəki artım 

sürət kəsməklə birlikdə enerji idxalatı yüksək qalmağa davam 

etmiş və 2014-ci ilin sonunda ümumi enerji idxalatı 54,9 milyard 

dollar olaraq reallaşmışdır.



Türkiyənin  ümumi illik enerjiidxalatı (milyard dollar)

2002


 

2003


 

2004


 

2005


 

2006


 

2007


 

2008


 

2009


 

2010


 

2011


 

2012


 

2013


 

2014


Mənbə: http://www. hazar. org/analizdetail/analiz/turkiye_

dusuk_petrol_fiyatlarindan_ne_kadarJ'aydalandi__1367.

aspx?currentCulture=tr-TR

Hətta bəzi təxminlərdə neft qiymətlərindəki hər  10 

dollarlıq enişin cari hesablar balansının kəsirinə 4 milyard 

dollar çatanmiqdarda müsbət təsiredəcəyi hesablanırdı. Enerji 

daşıyıcılarının qiymətinin yüksək olduğu dönəmdə Türkiyə 

neft-qazın net idxalatçısı kimi neft-qaz ixrac edən ölkələrə hər il 

ortalama 60 milyard dollar ödəyirdi və ölkənin tədiyyə balamsının 

defisiti durmadan artırdı. Amma bununla yanaşı neft-qaz ixrac 

edən ölkələrin zənginləşməsi Türkiyənin bu ölkələrə ixracatını da 

kəskin artırırdı.  Son illər neft-qaz ixrac edən ölkələr Türkiyənin 

ixrac səbətində az qala 25%-lik paya sahib idilər. İndi isə əks 

proses gedir. Ucuz neft qiymətləri Türkiyənin idxal etdiyi enerji 

daşıyıcıları üçün xaricə ödədiyi valyutanı azaldır.Ancaq indi 

də neft-qaz ixrac edən ölkələrin iqtisadiyyatlarının kiçilməsi və 

alıcılıq qabiliyyətinin azalması Türkiyənin bu ölkələrə ixracatına 

neqativ təsir edir.Amma burada bəzi istisnalarda var (məsələn, 

Səudiyyə Ərəbistanı). Bu zaman konkret ölkələrə ixrac səbətinin 

strukturuna nəzər salmaqda fayda var.



Türkiyənin 20 əsas ticarət tərəfdaşı olan ölkələrə ixracında 

2015-ci ildə bir əvvəlki ilə görə ən böyük artım və azalmalar

səviyyəsi

Mənbə: http://risk.gtb.gov.tr/istatistikler/istatistikler/dis-ticaret- 

istatistikleri/resmi-dis-ticaret-istatistikleri

Türkiyənin 20 əsas ticarət tərəfdaşı olan ölkələrə ixracında 

2015-ci ildə bir əvvəlki ilə görə ən böyük artım İsveçrə (+77%) 

və Səudiyyə Ərəbistanı (+14.1%) ilə, ən böyük azalma isə Rusiya 

(-39.5%) və Azərbaycanla (-33.9%) olub. 2015-ci  ilin fevralında 

Azərbaycanda yaşann birinci devalvasiyadan sonra Türkiyədən 

mal idxal edənlərin sayının azalmasının yaratdığı statistik göstərici 

kimi də baxmaq olar bu indikatora. Amma eyni zamanda fikir 

versək görərik ki, Türkiyənin ixracında artımın olduğu ve ya 

azalmanın ən az olduğu ölkələr yalniz zengin olan və deməli həm 

də keyfiyyətli mallar istehlak edən öllkələrdir- İsveçrə,  İngiltere, 

ABŞ,  Səudiyye, BƏƏ və s.  Deməli 2015-ci il ərzində Türkiyə 

ixracatı həm də keyfiyyətcə yüksəlmişdir.

Türkiyə getdikcə daha çox elm tutumlu, daha az əmək 

və xammaltutumlu, daha çox brend mallar ixracatçısına 

çevrilməkdədir. Başqa sözlədesək, Türkiyə getdikcəinkişaf 

etməkdə olan ölkələr kateqoriyasından çıxıb inkişaf etmiş ölkələr 

kateqoriyasına girməkdədir.İxracm ən çox azaldığıölkələr isə daha 

keyfiyyətsiz mallar istehlak edən vəTurkiyədən belə mallar alan 

daha kasıb ölkələrdir. Getdikce Turkiyədəaz elmtutumlu mallar 

daha baha başa gəlir, elmtutumlu brend mallar ise daha ucuz başa 

gəlir.Yəni müqayisəli üstünlüklər nəzəriyyəsi ilə ifadə etsək - 

Türkiyə elm və brend üzrə ixtisaslaşır.

Azərbaycanın ümumi illik ixracı isə 2014-cü ildə 21.8 milyard 

dollardan 2015-ci ildə  11.4 milyard dollara qədər azaldı (- 47.7%). 

İxracın 2015-ci 86%-ni xam neft, neft məhsulları və təbii qaz 

təşkil etmişdir. Ölkənin 2014-cü ildəki idxalı 9.188 milyard dollar 

olmuşdu, 2015-ci ildə isə bu göstərici 9.221  milyard dollara çatıb 

(+0.36%).2015-ci il ərzində idxalda isə yeyinti məhsulları, qara 

metallar və onlardan hazırlanan məmulatlar, Maşın, mexanizm, 

elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat 

vasitələri və onların hissələri birlikdə 67.8%-lə dominantlıq 

etmişdir.

Türkiyə ilə idxal-ixrac əməliyyatları 2015-ci ildə Azərbaycanın 

ümumi  illik ticarət dövriyyəsinin 7.15%-ni təşkil etməklə bu ölkə 

İtaliya, Almaniya və Rusiyadan sonra ölkəmizin 4-cü əsas xarici 

ticarət partnyoru olmuşdur2.

Azərbaycanda malların statistik dəyəri idxal və ya ixraca dair

Noyabr - Dekabr  2017  № 06 (42)



GEOSTRATEGIYA

Cədvəl  1. Azərbaycanın 2015-ci il üzrə idxalında ən çox artım 

olan 5 məhsul  kateqoriyası

1.  M e y v ə - tə r ə v ə z

1 3 0 .5   %

2.  O d u n c a q   və   m ə m u la tla r ı

7 8 . 2 %

3.  Q a r a  m e ta lla r  və  m ə m u la tla r ı

5 6 . 2 %

4.  N ə q liy y a t v a s itə lə r i  və  h is s ə lə r i

4 4 . 6 %

5.  Ə c z a ç ılıq  m ə h s u lla r ı

1 9 . 8 %

M ə n b ə :   D ö v lə t  G ö m r ü k  K o m i tə s i

bağlanmış müqavilələrin qiymətləri əsasında, Mərkəzi Bankın 

gömrük bəyannaməsinin buraxıldığı günə müəyyən etdiyi 

məzənnə üzrə ABŞ dolları ilə müəyyən edilərək vahid qiymət 

bazisinə gətirilir.ldxalın dəyərinin qiymətləndirilməsi malın 

gömrük bəyannaməsində göstərilmiş SİF baza qiymətlərinə 

gətirilmiş faktura (kontrakt) dəyəri üzrə aparılır.SİF- (dəyər, 

sığorta, fraxt)-malın satış şərtidir ki, buna görə malın qiymətinə 

onun dəyəri, malın sığorta edilməsi və nəqli üzrə xərclər daxil 

edilir.İxracın dəyərinin qiymətləndirilməsi malların gömrük 

bəyannaməsində göstərilmiş FOB baza qiymətlərinə gətirilmiş 

faktura (kontrakt) dəyəri üzrə aparılır. FOB (bortda azad)-malm 

satılma şərtidir ki, buna görə malın qiymətinə onun dəyəri, malın 

çatdırılması və gəmi bortuna yüklənməsi üzrə xərclər daxil edilir.



Yeni əməkdaşlıq istiqaməti olaraq mikromaliyyələşmə. 

Türkiyə təcrübəsi əsasında Azərbaycanda kiçik sahibkarlığın 

dəstəklənməsi, kiçik biznesin qısamüddətli cari maliyyə 

tələbatının çevik ödənilməsi və mikromaliyyələşmə  ilə məşğul 

olan kredit təşkilatlarının manatla kredit verəbilmə qabiliyyətinin 

artırılması üçün qısa müddətdə təcili maliyyə dəstəyinə 

ehtiyacı olan fərdi sahibkarlar və kiçik biznes subyektləri üçün 

Azərbaycan Respublikası  Sahibkarlığa Kömək Milli Fondu 

mikrokreditlərin verilməsi vasitəsilə “Dövlət Sadələşmiş 

Mikromaliyyələşmə Proqramı”nm icrasına başlaya bilər3.

Belə güzəştli mikrokreditlər yolu ilə aparılan 

mikromaliyyələşmə hansısa kiçik fermer təsərrüfatında yem

xərclərindən tutmuş yerli istehsalçının hansısa cari logistika 

xərclərini ödəyib, cari problemini həll etməsinə qədər geniş 

bir spektrdə istifadə oluna bilər.“Azərbaycan Respublikası 

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi 

QaydalaıT'nm  5.1-ci maddəsinə əsasən sahibkarlıq subyektlərinə 

Fondun vəsaitlərindən müəyyən hədlərdə güzəştli kredit verilə 

bilər. Belə ki, hazırda Fondun kredit portfelinə 5 000 manatdan 

50 000 manatadək kiçik həcmli kreditlər, 50 001  manatdan 500 

000 manatadək orta həcmli kreditlər və 500 001  manatdan  10 

000 000 manatadək böyük həcmli kreditlər daxildir.Cari biznes 

məsələlərinin həllində  istifadə edilmək üçün SKMF mövcud 

təsnifatda məbləği  500 manatdan 5000 manata qədər olan və 

digər güzəştli kreditlərlə eyni faiz dərəcəsi ilə, yəni cəmi kredit 

məbləğinin 6 %-dən çox olmamaqla veriləcək mikrokreditləri 

də əlavə edə bilər.  Bu mikrokreditlərin Fondun digər vəsaitləri 

kimi sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və 

bank olmayan kredit təşkilatları vasitəsilə onların öz adından və 

öz riskləri hesabına həyata keçirilə, tələb olunan sənədlərin sayı 

minimuma endirilə bilər.Mikrokreditlər üçün qısa maliyyə planı, 

vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və şəxsiyyət vəsiqəsinin 

pin kodu əsasında onlayn müraciət proseduru da tətbiq edilə bilər.

Müraciətçinin onlayn müraciətindən sonra Mərkəzi Bankın 

Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən həmin kiçik 

sahibkarlıq subyektinin digər kredit borclarının olub olmaması 

yoxlanıla bilər.Elə müraciət günü ərzində də Fondun və ya 

müvəkkil təşkilatın kreditin verilməsi və ya imtina ilə bağlı 

qərarı ona bildirilə bilər.Təklif edilən sadələşmiş prosedur yeni 

yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi 

Bankla razışılaşdırılmalıdır.Bu layihəyə ilk öncə pilot xarakterli 

və daha sonra kütləvi prosesə öz tövsiyyələri ilə dəstək vermək 

üçün Azərbaycan Mikromaliyyə Assosasiyası kimi peşəkar 

maliyyə birliklərini də cəlb etmək olar.  “Dövlət Sadələşmiş 

Mikromaliyyələşmə Proqramı” təbii ki, bütün gələcək kredit 

riskləri nəzərə alınmaqla icra olunarsa, hazırda bank olmayan 

kredit təşkilatları, kredit ittifaqları və mikromaliyyə ilə 

məşğul olan bankların maliyyə vəsaitlərinin cəlbini xeyli

Two giant new compressor 

stations in Georgia

Subsea technologies including 

Direct Electrical Heating

New 48" pipeline 

through Azerbaijan

BLACK SEA

CASPIAN  SEA

Existing Shah Deniz 

platform


Two new 'bridge-linked' platforms 

with 26,000 tonne decks

New terminal at Sangachal with 

two 8 bcma processing trains

500 km of subsea flowlines 

in up to 550m water depth

26 subsea wells drilled with 

2 semi-submersible rigs




ic

ti

m



a



siy

as

i,



 

el

m



p



o

p

u



ly

a



ju

rn

a



l yaxşılaşdıra bilər.Burada üzərinə riski götürən və vəsaitləri 

yerləşdirən yenədə mikromaliyyə ilə məşğul olan banklar, 

bank olmayan kredit təşkilatları və hətta kredit ittifaqları 

olacaq. Dövlətə ehtiyac indiki situasiyada 2 səbəbdəndir:  (i) 

ciddi olaraq kredit portfelində problemli kreditlərin yüksək 

səviyyəsindən və ödəmələr problemindən əziyyət çəkən maliyyə 

institutlarının (xüsusən, bank olmayan kredit təşkilatları) manatla 

mikrokredit vermək qabiliyyətini bərpa etməsi üçün dəstək; (ii) 

mikromaliyyələşmə mexanizmlərinin kütləviləşməsinə təkan 

vermək.


Mikromaliyyə proqramı ilə yanaşı “biznes qrant»ların 

verilməsi də əslində gündəmə gətirilə bilər, yəni Türkiyə 

təcrübəsindəki «hibe» sistemi əsasında özişini qurmaq istəyənlərə 

geri ödənilmək şərti olmayan maliyyə yardımı verilə bilər.Belə 

bir biznes qrant» proqramının Azərbaycanın dövlət büdcəsinə 

maliyyə yükü 9 milyon manat ola bilər. Amma indiki situasiyada 

həm iqtisadi, həm sosial effekt verə bilər.

Türkiyədə “Kiçik və orta biznesin inkişafı və dəstəklənməsi 

idarəsi” (KOSGEB)adlı qurum mövcuddur və bu qumm 

mikromaliyyələşmə və biznes qrantlarla bağlı Azərbaycan üçün 

faydalı ola biləcək maraqlı sistem qurublar. KOSGEB ilk öncə 

öz işini qurmaq istəyən gəncləri təlim proqramına seçirlər, həmin 

təlim proqramı ərzində gənc biznes bilikləri qazanır və paralel 

olaraq biznes-plan hazırlayır. Sonda ona verilən sertifiktla həmin 

biznes-planı birgə təqdim etməklə həmin qurmaqda olduğu yeni 

işə görə 50.000 TL-yə qədər (təqribən 27.000 manat) biznes qrant 

alır.Bu məbləğin 2000 TL-si biznesi qurarkən gənc sahibkarın 

çəkdiyi ilkin xərcləri qarşılayır (qeydiyyat və s.),  18.000 TL-si 

ofisin təchizatı, istehsal avadanlığı, proqram təminatı və s.-yə 

xərclənir, 30.000 TL isə əməliyyat xərcləri (əmək haqqı və s.) 

üçün xərclənir.

Yəni burada KOSGEB-in proqram yanaşması var və dəqiq 

bilinir ki, dəstəklənən biznesi gənc sahibkarın özü qurub4. 

Ümumiyyətlə, KOSGEB-in “Sahibkarlıq Dəstək Proqramf’nm 

əsas məqsədi sahibkarlığın dəstəklənməsi, sahibkarlığın 

yayılması və müvəffəqiyyətli müəssisələrin qurulmasıdır. 

Proqramdan kiçik və orta ölçülü müəssisələr, sahibkarlar, iş 

inkişaf etdirmə mərkəzini idarə etmək üzrə qurulan hüquqi 

şəxslər faydalana bilər. Proqramın əhatə dairəsinə tətbiqi 

sahibkarlıq təhsili, yeni təşəbbüskar dəstəyi və işinkişaf mərkəzi 

dəstəyi daxildir.

Səhiyyə və təhsil sahəsində əməkdaşlıq.  Hazırda Türkiyədə 

kəskin həkim çatışmazlığı hiss edilir və Azərbaycan Türkiyəyə 

ölkədə həkim çatışmazlığı problemini həll etməyə kömək edə 

bilər.Hazırda Türkiyənin bəzi dövlət və özəl klinikalarında 

Azərbaycandan həkimlər işləyirlər və gələcəkdə onların sayının 

artacağı istisna edilmir. Türkiyədə həkim çatışmazlığının aradan 

qaldırılması üçün bəzi təsirli tədbirlər görülür və Türkiyədə 

Azərbaycanın da kadr dəstəyi ilə bu problemin yaxın 6-7  il 

ərzində həllinin mümkün olacağına ümid edilir5.

Azərbaycan Təhsil Nazirliyinin məlumatına görə, “2007- 

2015-ci  illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili 

üzrə Dövlət Proqramı”nm icrası çərçivəsində 3185 nəfər xaricdə 

təhsil almağa göndərilib.  Onlardan 821  nəfəri təhsilini başa 

vurub, 2286 tələbə isə hazırda təhsilini davam etdirir. Tələbələrin 

əsasən Türkiyə, Böyük Britaniya və digər ingilis dilli ölkələrdə 

təhsil almağa üstünlük verdiyi müşahidə olunub.  Bu illər ərzində 

tələbələrin oxumaq üçün daha çox maraq göstərdiyi ölkələr isə

bunlardır:  Böyük Britaniya (902 nəfər), Türkiyə (662 nəfər), 

Almaniya (427 nəfər), Kanada (221) və Niderland (144 nəfər). 

Bu, yalnız “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici 

ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə 

təhsil almaq hüququ qazanan tələblərdir. Amma öz hesabı ilə 

xaricdə, o cümlədən Türkiyədə təhsil alan azərbaycanlı gənclərin 

ümumi sayı  10 mindən də çoxdur.

Ümumiyyətlə isəTürkiyəyə ən çox tələbə göndərən 

ölkələr Türkmənistan, Azərbaycan və İrandır.Dövlət Statistika 

Komitəsinin məlumatına görə, Azərbaycanın ali təhsil 

müəssisələrində 58 xarici ölkənin 4189 vətəndaşı təhsil alır. 

Əcnəbi tələbələrin sırasında Türkiyə vətəndaşları üstünlük təşkil 

edir6.


İSTİNADLAR

1.  http://tr.trend.az/scaucasus/azerbaijan/2493263.html

2.  http://customs.gov.az/files/aarayish201501122208cap.pdf

3.  http://sia.az/az/news/economy/527426-iqtisadcidan-yeni-teklif

4.  http://www.kosgeb.gov.tr/Pages/UI/Destekler.aspx?ref=8

5.  http://az. trend. az/azerbaijan/society/2493836.html

6.  http://a24.az/turkiyede-tehsil-alan-azerbaycanlilarin-sayi- 

artir/

ƏDƏBİYYAT

1.  Türkiyə Statistika Qurumu xarici ticarət statistikası (2015) 

tuik.gov.tr/PreTablo. do? alt_id= 1046

2. Azərbaycan Dövlət Gömrük Komitəsi xarici ticarət statistikası 

(2015)

http://customs.gov.az/files/aarayish201501122208cap.pdf

3.  Türkiye Bakü Büyükelçisi:  “Azerbaycan  Türkiye için  inanılan 

ve güvenilen en iyi ortak".  11.02.2016. 

http://tr.trend.az/scaucasus/azerbaijan/2493263.html

4.  Fatih Macit.  “Türkiye Düşük Petrol Fiyatlarmdan Ne kadar 

Faydalandı?”.  18.09.2015

http://www.hazar.org/analizdetail/analiz/turkiye_dusuk_

petrolJiyatlarindan_ne_kadar_faydalandi__1367.

aspx?currentCulture=tr-TR

5.  Türkiyə Gömrük və  Ticarət Nazirliyi xarici ticarət statistikası 

(2015)

http://risk.gtb.gov.tr/istatistikler/istatistikler/dis-ticaret-

istatistikleri/resmi-dis-ticaret-istatistikleri

6.  “İqtisadçıdan yeni tə k lif" S İ A.  06.02.2016 

http://sia.az/az/news/economy/527426-iqtisadcidan-yeni-teklif

7.  KOSGEB sahibkarlığa dəstək proqramları 



http://www.kosgeb.gov. tr/Pages/UI/Destekler.aspx?ref=8

8.  “Türkiyə azərbaycanlı həkimləri işə dəvət edir".  12.02.2016. 

http://az.trend.az/azerbaijan/society/2493836.html

9.  “Türkiyədə təhsil alan azərbaycanlıların sayı artır”.  06 İyul 

2015

http://a24.az/turkiyede-tehsil-alan-azerbaycanlilarin-sayi-artir/

Açar sözlər:  ticarət əlaqələri,  idxal,  ixrac,  enerji daşıyıcıları, 

mikromaliyyələşmə

Noyabr - Dekabr  2017  № 06 (42)



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə