Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə14/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

 
53 
İkinci dünya müharibəsi zamanı  əmirliklərin bir sıra hərbi 
obyektlərində ingilis nizamlı silahlı qüvvələrinin yerləşdirilməsi, həm 
də ABŞ qoşunlarının Bəhreynə çıxarılması həyata keçirilir. 
1968-ci ilin 18 fevralında Abu-Dabi hakimi Şeyx Zahid ilə 
Dubay hakimi şeyx Rəşidin görüşü, Birləşmiş  Ərəb  Əmirlikləri 
dövlətinin yaradılmasında ilk addım oldu. İki  əmirliyin federasi-
yasının yaradılması barədə razılığa gələn  şeyxlər regionun gələcək 
tarixinin müdafiəsi işində birgə fəaliyyətin işlənib hazırlanması üçün 
Müqaviləli Omanın digər  əmirliklərinin və  həmçinin Bəhreyn və 
Qətərin də bu işə cəlb edilməsini məsləhət bildilər. 
Abu-Dabi və Dubay hakimlərinin görüşündən bir həftə sonra 
Müqaviləli Omanın 7 əmirliyinin, Qətər və  Bəhreyn hakimlərinin 
müşavirəsi keçirildi. iştirakçılar Ərəb Ölkələri Federasiyasının (ƏÖF) 
yaradılması barədə müqavilə imzaladılar.  İran körfəzinin 
mühafizəkar üsul-idarəsi tərəfindən  ƏÖF-in yaradılması müsbət 
qiymətləndirilirdi. Federasiyanın monarxiya xarakteri daşıması isə 
bir sıra ictimai təşkilatların etirazına səbəb oldu. 
1971-ci ildə  Bəhreyn və  Qətər özlərini müstəqil dövlət elan 
etdilər. 1971-ci ilin dekabr ayının 2-də 7 əmirliyin hakimlərinin 
Dubayda keçirilən qapalı müşavirəsində Birləşmiş  Ərəb  Əmirlikləri 
(BƏƏ) yeni federativ dövlətin yaranması elan olundu. Əslində yeni 
dövlət 6 əmirlikdən ibarət idi. Çünki, Rəs-əl-Heymə  əmirliyi 
federasiyanın tərkibinə 1972-ci ilin fevralın 10-da daxil oldu. 
Əmirliklərə siyasi müstəqillik verən Böyük Britaniya BƏƏ-də 
güclü mövqeyini saxlamışdır.  İngilislər hüquq sistemində, dövlət 
aparatı  və orduda müşavir və mütəxəssis kimi qalmışlar. Böyük 
Britaniya  əvvəllər olduğu kimi Şərca  əmirliyində yerləşən hərbi 
bazalardan istifadə edir, dövlətinin silahlı qüvvəllərinə hərbi texnika, 
silah göndərən başlıca ölkədir.  İngilis  şirkətləri ilə  BƏƏ arasında 
iqtisadi  əlaqələr getdikcə daha da artır. Federasiyanın idxalatının, 
infrastruktur sahələrinin yaradılması üzrə sifarişlərin böyük hissəsi 
Böyük Britaniya tərəfindən təmin olunur. 
Dövlət quruluşu. Birləşmiş  Ərəb  Əmirlikləri mütləqiyyət 
formalı federasiya şəklində idarə olunan dövlətdir. 1971-ci ildən 
müvəqqəti konstitusiya fəaliyyət göstərir. 
Dövlətin başçısı Ali Federal Şura tərəfindən 5 il müddətinə se-
çilən prezidentdir. Prezidentin bir neçə  dəfə seçilməsinə  məhdudiyyət 
qoyulmur. 1971-ci ildən 2004-cü ilin sonlarına qədər ölkənin prezidenti 
 
54
Şeyx Zahid ben Sultan ən-Nəhayyan olmuşdur. Hazırda bu vəzifəni 
onun böyük oğlu Şeyx Xəlifə Bin Zaid al Nəhayyan tutur. 
Ali Federal Şura 7 əmirlik rəhbərlərindən ibarətdir.  Şura 
dövlətin siyasətini müəyyənləşdirir, federal qanunvericiliyi təsdiq 
edir, toplantısı ildə 4 dəfə keçirilir. Abu-Dabi və Dubay rəhbərləri 
veto hüququna malikdirlər. 
Qanunverici hakimiyyət birpalatalı Milli Federal Şuraya 
məxsusdur. Şuranın üzvləri (40 nəfər) əmirlik rəhbərləri tərəfindən 2 
il müddətinə  təyin edilir. Milli Federal Şura bütün federal siyasətin 
işlənib hazırlanmasına, prezidentə  təqdim edilməsinə  qədər 
qərarların, beynəlxalq razılaşma və müqavilələrin təsdiq edilməsinə, 
Baş nazirin, prezidentin, Ali məhkəmə üzvlərinin təyin edilməsinin 
və onların hər birinin istefasının razılaşmasına məsuliyyət daşıyır. 
Prezident Milli Federal Şuranın hər hansı  qərarına veto qoy-
maq hüququna malikdir. Prezident Milli Federal Şuranın sesiyasını 
açır, ona sədrlik edir və onu bağlayır. O, Milli Federal Şura 
tərəfindən bəyənilmiş qanunları, fərman və qərarları təsdiq edir, Baş 
naziri, onun müavinlərini, Nazirlər  şurasının üzvlərini təyin edir və 
nazirlərin istefasını qəbul edir və s. 
Ayrı-ayrı  əmirliklərin hökumətlərində  əsas vəzifələri hakim 
sülalənin nümayəndələri tutur. Abu-Dabidə bu ailə Nəhayyanlar, Du-
bayda Maktumlar, Şərcada və  Rəs-əl-Heymədə Qasimilər,  əl-
Füceyrədə  Şərqilər, Umm-əl-Qayveyndə Maallalar, Əcmanda 
Naimilərdir. 
İcraedici hakimiyyət Nazirlər  şurasına məxsusdur. Baş nazir 
Şeyx Rəşid ben Səid  əl-Maktumdur (Dubayın  əmiri). Müvəqqəti 
konstitusiyaya  əsasən BƏƏ-nin mərkəzi orqanlarına nümayəndələr 
əmirliklərin  əhalisinin sayına və iqtisadi potensialına görə müəyyən 
edilir. Ölkədə siyasi partiyaların və  təşkilatların fəaliyyəti qadağan 
olunmuşdur. Dövlətin ictimai həyatında  İslam qanunlarının təsiri 
güclüdür. 
İran körfəzinin 7 əmirliyinin federasiyası olan BƏƏ çoxəsrlik 
gerilikdən ən müasir və güclü iqtisadiyyatı olan ölkəyə olduqca qısa 
müddətdə çevrilmişdir. Belə inkişafa,  əsasən ölkə  rəhbərliyinin 
xidməti sayəsində nail olunmuşdur. Məhz prezidentin göstərişi ilə 
neft sənayesindən qənaətlə  və düzgün istifadə edilməsi ölkənin 
sosial-iqtisadi inkişafına səbəb olmuşdur. Ölkəyə 33 il rəhbərlik et-
miş  Şeyx Zahid ben Sultan ən-Nəhayyanı ölkədə  əldə edilən 


 
55 
nailiyyətlərin «baş memarı» adlandırırlar. 
Əmirliklər özünə  məxsus xarici siyasət yeritməyə can atsalar 
da, bu siyasət haradasa Səudiyyə  Ərəbistanı  Məlikliyi,  İran  İslam 
Respublikası  və OPEK-in siyasəti ilə uzlaşır. Beynəlxalq miqyasda 
onlar rəsmi Vaşinqton və Londonun siyasəti ilə  həmahəng olmağa 
çalışırlar. 
Azərbaycan Respublikası ilə münasibətlər. BƏƏ  İran 
körfəzi sahil dövlətlərinin  əməkdaşlıq  şurasının digər ölkələri ilə 
birlikdə respublikamızın dövlət müstəqilliyini rəsmi olaraq ilk tanı-
yan dövlətlərdən biridir. Respublikamız ilə  BƏƏ arasında  əlaqələr 
tədricən inkişaf etməkdədir. 1991-ci ildə Abu-Dabidə Azərbaycan 
mədəniyyəti sərgisi, 2005-ci ildə isə turizm sərgisi təşkil edilmişdi. 
BƏƏ-nin televiziya qrupu respublikamıza gəlmiş, Azərbaycan barədə 
film çəkmiş və həmin filmi İran körfəzinin bütün ölkələrində bir neçə 
dəfə nümaiş etdirmişdir. Bununla yanaşı  BƏƏ-nin prezident saray-
ında və  Qırmızı Aypara Cəmiyyətində Qarabağda baş verən 
hadisələri, qaçqınların vəziyyətini, erməni terrorçularının törətdikləri 
cinayətləri əks etdirən foto sərgilər təşkil edilmişdir. 
Azərbaycanda baş verən hadisələri düzgün və olduğu kimi 
dünya ölkələrinə çatdırmaq məqsədilə respublikamıza  ərəb, o 
cümlədən BƏƏ müxbirləri tez-tez gəlirlər. BƏƏ-nin Qırmızı Aypara 
Cəmiyyəti respublikamızda erməni faşistlərinin törətdikləri 
cinayətlərdən  əziyyət çəkən uşaqlara, qaçqınlara və döyüş mey-
danlarında yaralanan əsgərlərə ərzaq, geyim və zəruri dava-dərmanlar 
göndərir. BƏƏ-də Azərbaycan Respublikasına humanitar yardımın 
uzunmüddətli proqramı hazırlanmışdır. 
 BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm 
formalarından biri də xarici ticarətdir. Respublikamızın Asiya 
ölkələri ilə ticarət  əlaqələrində idxalatın 6-7, ixracatın isə 3-4 faizi 
BƏƏ-nin payına düşür (2005). Azərbaycana BƏƏ-dən kimya və 
neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, 
yüngül və yeyinti sənaye məhsulları  gətirilir. Respublikamızdan 
BƏƏ-nə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi 
və metallurgiya məhsulları ixrac edilir. 
 
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi 
BƏƏ-də əhalinin ilk siyahıya alınması 1968-ci ilin mart-aprel 
aylarında aparılmış (o vaxt ölkə Müqaviləli Oman adlanırdı) və 180 
 
56
min nəfər sakin qeydə alınmışdı. «Neft hay-küyü»ilə  əlaqədar 
əhalinin sayı  təbi artım, xüsusilə xarici mühacirlərin qonşu  Ərəb 
ölkələri, Hindistan və İrandan gələn fəhlələrin kütləvi axını hesabına 
sürətlə artmış  və 2005-ci illərin  əvvəllərində  təxminən 4,0 mln. 
nəfərə çatmışdır.  Əhalinin ilk siyahıya alınmasından XXI əsrin 
əvvəllərinə qədər ölkədə yaşayanların sayı 20 dəfədən çox artmışdır. 
Demoqrafların hesablamalarına görə 2015-ci ildə ölkədə  əhalinin 
sayı 6,0 mln. nəfərə qədər arta bilər. 
Yerli sakinlər arasında orta illik artım sürəti digər  Ərəb 
ölkələrində olduğu kimi, 3-3,5 faiz təşkil edir. 1968-1992-ci illər 
ərzində əhalinin ümumi orta illik artım sürəti isə 4,6 faiz olmuşdur. 
Yerli  əhali arasında təbii artımın yüksəldilməsi üçün dövlət 
tərəfindən müxtəlif tədbirlər görülür. Məsələn, dövlət hər doğulan 
uşaq üçün ailəyə xeyli miqdarda pul verir. Bu tədbirlərə baxmayaraq 
son illər ölkənin iqtisadiyyatının sürətli inkişafı ilə  əlaqədar buraya 
gələn immiqrantların sayı artmış  və  nəticədə  BƏƏ-inn ümumi 
əhalisinin sayında yerli sakinlərin miqdarı 1968-ci ildə 40 faizdən, 
1975-ci ildə 36 faizə, 2005-ci ildə isə 20 faizə enmişdir. Təsadüfi 
deyil ki, son illər BƏƏ hökuməti immiqarsiyanın məhdudlaşdırılması 
üzrə bir sıra tədbirlər həyata keçirir, ölkəyə gizli yolla gələnlər ilə 
mübarizəni gücləndirir. Ölkədə  hər min nəfərə anadan olanların sayı 
17,5, ölənlərin sayı isə 4,0 nəfərdir. Ölkə üçün orta ömür müddəti 
kişilər üçün 72, qadınlar üçün isə 77 yaşdır. 
Birləşmiş  Ərəb  Əmirliklərində  əhalinin  ərazi üzrə orta sıxlığı 
1968-ci ildə 1 kv. km-də 1,1; 1975-ci ildə 7,7 nəfər olduğu halda; 
1992-ci ildə bu göstərici 35,4; 2005-ci ildə isə 40,0 nəfərə çatmışdır. 
Ölkədə  əhali olduqca qeyri-bərabər yerləşir. Federasiyanın tərkibinə 
daxil olan 2 böyük əmirlikdə, Abu-Dabi və Dubayda ölkə əhalisinin 
təqribən 3/4, qalan bölgələrdə isə cəmi 1/4 cəmləşmişdir. 
Əhalinin qeyri-bərabər yerləşməsinin birinci səbəbi 
federasiyanın tərkibinə daxil olan əmirliklərin iqtisadi inkişaf 
imkanlarının müxtəlfiliyi və bununla əlaqədar immiqrant işçi 
qüvvəsinə  tələbatın olmasıdır.  İkinci səbəb urbanizasiya prosesinin 
olduqca sürətlə getməsidir. Məsələn, 1968-ci ildə  əhalinin ilk 
siyahıyaalınmada  şəhərlərdə yaşayanlar ölkə  əhalisinin 67,2 faizini, 
1975-ci ildə (ikinci siyahıyaalınmada) 84 faizini təşkil edirdisə, 
2005-ci ilin əvvəllərində bu rəqəm 90 faizi keçmişdir. Üçüncü səbəb 
ölkədəki yaşayış  məntəqələrinin  əksəriyyətinin daha əlverişli olan 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə