Press-reliz “Avropa və Mərkəzi Asiyada artan qütbləşmə zəminində nəzərə



Yüklə 19,85 Kb.
Pdf görüntüsü
tarix05.02.2018
ölçüsü19,85 Kb.
#24508


 

 

Press-reliz

 

“Avropa və Mərkəzi Asiyada artan qütbləşmə zəminində nəzərə 



çarpmayan iqtisadi artım” Dünya Bankının Hesabatı belə qənaətə gəlir   

Buxarest, 22 noyabr 2016 – 2016-cı ildə Avropa və Mərkəzi Asiya (AMA) regionu ölkələrində ÜDM-nin 

nəzərə çarpmayan artımı müşahidə olunacaq. “Neft və digər əmtəə qiymətlərinin aşağı olması, Avropa 

İttifaqında  investisiya  reytinqinin  azalması  və  həyata  keçirilən  struktur  dəyişiklikləri  regionda  iqtisadi 

artımı əngəlləyir və populizm və qütbləşmənin artmasına töhfə verir” – Dünya Bankının AMA üzrə sonuncu 

İqtisadi Hesabatında belə deyilir.  

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə ictimaiyyətə təqdim olunacaq hesabata görə region 2015-ci ildə 

1,4 faizdən bir qədər artaraq 2016-cı ildə 1,6 faiz kiçik iqtisadi artım nümayiş etdirmişdir, lakin  gəlirlər və 

istehlakda azalmalar nəzərə çarpmayan iqtisadi artımı yumşaldacaq. Bu tendensiyanın müvafiq olaraq 1,5 

faiz və 1,8 faiz iqtisadi artım  ilə 2017 və 2018-ci illərdə də davam edəcəyi proqnozlaşdırılır.    

Şərqi Avropa və Mərkəzi Asiyada iqtisadi artımın 2016-cı ildə 0,7 faiz, 2017-ci ildə 2,3 faiz və 2018-ci ildə 

2,6 faiz təşkil edərək müsbət zonada qalacağı proqnozlaşdırılır. Eyni zamanda, Avropa İttifaqında artım 

tempinin bir qədər azalacağı, Qərbi Balkanlarda isə 2016-cı ildə gözlənilən 2,7 faizdən 2017-ci ildə 3,2 faizə, 

2018-ci ildə isə 3,5 faizədək yüksələcəyi gözlənilir. 

“Breksit və qaçqınlarla bağlı böhran Avropa əməkdaşlığını sınağa çəkir, eyni zamanda regionun şərq hissəsi 

neft qiymətlərinin azalmasına uyğunlaşmaq üçün mübarizə aparır”- Dünya Bankının AMA regionu üzrə baş 

iqtisadçısı Hans Timmer belə  deyir.  “Regionda İqtisadi artımın yeni mənbələrinin aşkarlanması ilə  bağlı 

uğursuzluqlar populizm və qütbləşmənin, eləcə də institutlara olan etimadsızlığın artmasına töhfə verir.”   

Hesabatla bağlı sorğular nümayiş edir ki, iqtisadi zəmində  dəyişikliklərlə  bağlı narahatlıqlar, xüsusilə, iş 

yerləri  ilə  bağlı  təhlükəsizliyin  olmaması  AMA  ölkələrində  siyasi  qütbləşmənin  artmasına  təkan  verir. 

Müvəqqəti  və  yarımştat  iş  yerlərinin  sürətlə  artması  və  yeni  rəqəmsal  texnologiyaların  meydana 

çıxmasından  qaynaqlanan  kvalifikasiyalar  üçün  tələbatda  yerdəyişmələr  regionun  əhalisi  arasında 

narahatlıqları artırır və mərkəzi siyasi spektordan dəstəyi yayındırır.  

Hesabatda  qeyd  olunur  ki,  güclü  siyasi  cavab  tədbirlərinin  olmaması,  regionun  iqtisadiyyatlarına  əngəl 

törədən, davam edən struktur dəyişiklikləri uzun müddətdə iqtisadi artım və yoxsulluğun azaldılması ilə 

bağlı  tədbirləri  zəiflədir.    Bu  çağırışların  aradan  qaldırılmasına  nail  olmaq  üçün  dövlət  və  cəmiyyətlər 

keçmişdə çox fərqli şəraitdə  işlək olan həll yollarını tətbiq etməklə  geriya  addım atmadan yeni iqtisadi 

dövrdə yeni perspektivləri təmin etməlidir.   

“Müşahidə  etdiyimiz  məhdud  iqtisadi  artım  düzgün  istiqamətə  atılan  bir  addımdır,  lakin  iqtisadi 

perspektivlərlə  bağlı  narahatlıq  keçirən  region  əhalisinin  təlaşını  sakitləşdirmək  üçün  kifayət  deyil”  – 

Dünya Bankının AMA regionu üzrə Vitse-Prezidenti Siril Müller belə deyib. “Ölkələr yardım etmək üçün 

fəaliyyətə keçə bilər. Misal üçün insanlara səmərəli iş yerlərinin tapılması və əldə saxlanılmasına yardım 

etmək  məqsədilə  ömürlük  təlim  fəaliyylətlərini  artıra  bilər.  Onlar,  həmçinin  daha  çevik  məşğulluq 

imkanlarının  dəstəklənməsi  məqsədilə  uşaq  və  yaşlılar  üçün  qayğını  təmin  edə  bilər.  Bu  tədbirlər 

imkanların bərabərliyini və ümumi iqtisadi artımın gücləndirilməsini təmin edə bilər.” 




Digər  siyasət  seçimləri  emal  sənayesi  üçün  daha  rəqabətli  mühitin  təmin  olunması,  yeni  bizneslərin 

yaradılması və bazara daxil olması üçün tələb olunan xərc və zamanın azaldılması və işçi qüvvəsinin yeni 

fəaliyyətlərə  qoşulması  ilə  bağlı  məhduiyyətlərin  azaldılması  ilə  təklif  olunan  yeni  ixrac  imkanlarının 

istismarında  şirkətlərə  dəstəyi  ehtiva  edir.  Bu  tədbirlər,  həmçinin  əsas  əmək  və  sosial  müdafiə 

mexanizmlərinin, xüsusən həssas qrupların sosial həmrəyliyinin ziyan görməsi və zədələnməsinin qarşısını 

almaq məqsədilə təmin edilməli və dəstəkləməlidir – hesabatda qeyd olunur.  

Hesabatda, həmçinin qeyri-bərabərliklə bağlı tədqiqat və məlumatların, o cümlədən qeyri-bərabərlikdə 

dəyişikliklərlə bağlı insanların anlayışları üzrə göstəricilərin  təkmilləşdirilməsinə çağırılır. Bacarıqlar üçün 

tələbat  və  həyatdan  məmnunluqla  bağlı  dəyişikliklər  arasında  əlaqələr  üçün  növbəti  faktlar  mühüm 

iqtisadi  dəyişikliklərə  uyğunlaşmaq,  sosial  və  siyasi  narahatlıqların  azaldılması  üçün  zəruri  olan  siyasi 

dəyişikliklərin idarə olunmasına da yardım edə bilər.  

 

Press-reliz:  

2017/AMA/041 



 

Əlaqələr

:

  

Vaşinqtonda

: Yelena Karaban, +1 (202)

 473-9277, 

ekaraban@worldbank.org

 

 



AMA regionunda Dünya Bankının fəaliyyəti ilə bağlı daha ətraflı məlumat üçün:  

http://www.worldbank.org/eca 

 

Facebook s



ə

hif


ə

sind


ə

 bizi b


ə

y

ə



nin: 

http://www.facebook.com/WorldBankEuropeCentralAsia

 

Tvitterd


ə

 bizi izl

ə

yin: 


https://twitter.com/WorldBankECA

 

Müzakir



ə

y

ə



 

qoşulun


http://blogs.worldbank.org/europeandcentralasia



 

Yüklə 19,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə