Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

 
29 
gün ərzində 50 gəmi keçə bilir. Dənizlər arasındakı səviyyə fərqi az 
(23 sm) olduğundan kanal şlüzsüzdür. Kanalla şimala və  əks 
istiqamətə gedən gəmilər Böyük Acı göldə ayrılır. 
XX yüzilliyin əvvəllərində kanaldan 4 min gəmi (daşınan 
yüklərin miqdarı 20-30 mln. ton) keçibsə, 60-cı illərin ortalarında 20 
min gəmi 250 mln. ton yük daşımışdır. Bu onu sübut edir ki, Süveyş 
kanalı Avropa və Asiya ölkələrini  əlaqələndirən başlıca dəniz 
yoludur
*
. Kanaldan daşınan yük əsasən nefdir. Ona görə də cənubdan 
daşınan yüklərin miqdarı  əks istiqamətə daşınan yüklərdən 4 dəfə 
artıqdır. 
1956-57-ci illərdə Fransa və Böyük Britaniyaya məxsus Sü-
veyş kanalı şirkəti milliləşdirildikdən sonra bu ölkələrin təcavüzü və 
1967-75-ci illərdə  Ərəb-İsrail müharibəsi nəticəsində kanalın 
bağlanması sayəsində kanalla daşınmalardan gələn gəlir 2 dəfə azalır. 
1975-ci il iyunun 5-də kanal yenidən açıldıqdan sonra gəmi və yük 
dövriyyəsi sürətlə artır, ötən  əsrin 90-cı illərində kanaldan 20 min 
gəmi 350 mln. ton yük daşımışdır. 1990-91-ci ildəki İraq-Küveyt və 
2003-cü ildəki ABŞ-İraq münaqişəsi kanaldan daşınan yüklərin 
azalmasına təsir göstərdi. BMT tərəfindən  İraq və Küveyt neftinin 
daşınmasına embarqo qoyulması dünya bazarına 300 mln. ton neftin 
daşınmasına mane oldu. Bu neftin çox hissəsi Süveyş kanalından 
daşınırdı. 
Kanalın yenidən rekonstruksiyası (enliləşdirilməsi və 
dərinliyinin 20 metrə çatdırılması) hazırda daha iri gəmilərin 
hərəkətinə imkan yaratmışdır. Buna baxmayaraq, Yaxın Şərq neftini 
daşıyan super-tankerlərin çoxu Afrika ətrafından keçir. XXI 
yüzilliyin əvvəlləri üçün dünya dəniz nəqliyyatı ilə daşınan yüklərin 
14 faizi (440 mln. ton) Süveyş kanalının payına düşür. 
Qara, Mərmərə, Qırmızı  dəniz və  İran körfəzinə  çıxacaqda 
növbətçi, (keşikçi) olan Bosfor (İstanbul), Dardanel (Çanaqqala), 
Bab-əl-Məndəb və Hörmüz boğazlarının da iqtisadi və strateji 
əhəmiyyəti böyükdür. Beynəlxalq dəniz yollarına İstanbul (Türkiyə), 
İsgəndəriyyə (Misir), Beyrut (Livan) kimi portlar xidmət edir. Yaxın 
                                      
*
 London – Bombey arasında dəniz yolu Afrika sahilindən keçməklə 
10721 dəniz milidirsə, kanaldan keçməklə 6260 dəniz mili Liverpul – 
Lokaqama arasında isə 14436 dəniz mili təşkil edir. 
 
30
və Orta Şərqdə neft çıxarılan ölkələrdə neft ixracı üzrə ixtisaslaşmış 
portlar vardır. Məsələn, Səudiyyə  Ərəbistanında Ras-Tənnurə, 
Küveytdə Mina-əl-Əhmədi, İranda Hərq, İraqda Fao, Um-Qəsr və b. 
Neft ixracı çox olan dövlətlərdə bu portların yük dövriyyəsi dünyanın 
ən iri portu olan Rotterdamdan (Niderland) çox olur. 
Yaxın və Orta Şərq regionunda nefti Aralıq dənizinin  şərq 
sahillərinə nəql edən kəmərlər də çəkilmişdir. 
Yaxın və Orta Şərqdə dini turizm və neft dolları ilə  sıx bağlı 
olan xarici turizm sürətlə inkişaf edir. Dini turizm sahəsində 
müqəddəs ziyarətgahların yerləşdiyi Səudiyyə  Ərəbistanı,  İran,  İraq 
xüsusilə seçilir. Xarici turizm sahəsində Bəhreyn, Ürdün, İsrail, BƏƏ 
daha irəli getmişlər. Neft ehtiyatının az olması hökuməti onun 
çıxarılmasını dondurmaq və çox kapital tələb etməyən inkişaf yolları 
axtarmağa sövq edir. Neft dolları fontanı zonasında əlverişli coğrafi 
mövqeyi olduğundan Bəhreyn  ərazisində bir çox bank və  şirkətlər 
yerləşdirmişdir. Buna ölkənin həm ada və həmçinin saat qurşağında 
mövqeyi – London və Sinqapur birjaları arasında yolun təxminən 
yarısında yerləşməsi də təsir edir. 
Bəhreynin Yaxın və Orta Şərqdə mühüm maliyyə  mərkəzinə 
çevrilməsinin digər səbəbi də  əvvəllər region dövlətləri ilə dünya 
ölkələri arasında maliyyə vasitəçiliyi funksiyasını  həyata keçirən 
Livanın İsrail tərəfindən təcavüzə məruz qalması olmuşdur. Səudiyyə 
Ərəbistanı bir sıra maliyyə əməliyyatlarını Bəhreyn vasitəsilə həyata 
keçirir. Bu əməliyyatları  Səudiyyə  Ərəbistanı özü-nün mühafizəkar 
qanunvericiliyi ucbatından Səudiyyə Ərəbistanı öz ərazisində həyata 
keçirə bilmir. Ona görə də Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasında 
xüsusi münasibətlər formalaşmışdır. Bunu İran körfəzində  bənd 
tikilməsi və onun üzərində  şosse yolunun çəkilməsi ilə adanın 
Ərəbistan yarımadasının bir hissəsinə çevrilməsi bir daha sübut edə 
bilər. 
Neft ixrac edən daha varlı  Əmirliklər Qərb iqtisadiyyatına 
kapital qoymağa müvəffəq olmuşlar. Kapitalı faizlə qoymaqla onlar 
məqsədyönlü yatırıma keçmiş (transmilli korporasiya və iri 
beynəlxalq maliyyə  təşkilatları strukturunda), qiymətli səhmlər  əldə 
etmişlər. Bunlar isə yuxarı  təbəqlərin idarəetmə  və mühüm 
məsələlərin həllində  şəxsi iştirakına imkan verir. Səudiyyə  Ərə-
bistanının xarici kapital qoyuluşunun həcmi yüzlərlə mlrd. dollarla 
hesab olunur. Bunun xeyli hissəsi ABŞ-a yönəldilir. 


 
31 
Küveyt Qərb ölkələrində  fəaliyyət göstərən onlarla şirkətin 
müştərək sahibkarıdır. Bunlara «Britiş Petroleum», «Ceneral 
Motors», «İBM», «Ceneral Elektrik», «Kodak», «Lurci», «Xexct», 
«Total», «Xitaçi», «Mitsubisi» və «Soni» misal ola bilər. Küveyt öz 
ərazisindəki neftemalı zavodlarından başqa Danimarka, Niderland, 
İtaliyada bir neçə emal zavodunun sahibidir. Danimarka, İsveç, 
Böyük Britaniya, İtaliya və Norveçdə onlarla yanacaq doldurma 
stansiyası ona məxsusdur. Özünün 25 tankeri olan donanması 
çıxarılan neftin xeyli hissəsini satmaq üçün şəbəkə yaratmışdır. 
Küveytin xarici kapital qoyuluşunun həcmi 100 mlrd. dollardan 
artıqdır. Xarici kapital qoyuluşundan gələn gəlir valyuta gəlirinin 
mühüm mənbəyinə çevrilmişdir. 
Göstərilənlər bir daha sübut edir ki, Yaxın və Orta Şərq siyasi
iqtisadi və sosial təzadları olan regiondur. İqtisadi geriliyi aradan 
qaldırmaq, sərvətlərin tam milliləşdirilməsi, dövlət müstəqilliyinin 
qorunmasında region xalqalarının ümumi marağı vardır. 
 
 
 
32
II  H İ S S Ə 
 
YAXIN ŞƏRQ DÖVLƏTLƏRİ 
 
 
BƏHREYN
*
 DÖVLƏTİ 
 
 
1. Coğrafi mövqeyi və təbiəti 
 
Coğrafi mövqe. Sahəsi və  əhalisinin sayına görə Yaxın və 
Orta Şərq ölkələri arasında ən kiçik, lakin iqtisadi inkişaf baxımından 
məşhur olan Bəhreyn dövləti  İran körfəzinin təxminən mərkəzində, 
eyni adlı arxipelaqda yerləşir. Bəhreynin coğrafi və  hərbi – strateji 
mövqeyi əlverişlidir. Dünyanın mikrodövlətlərindən biri hesab edilən 
Bəhreynin sahəsi 690 kv. km-dir. Bu arxipelaq 33 ada və adacıqdan 
ibarətdir. Bu adalardan ancaq beşi məskunlaşıb.  Ən iri ada olan 
Bəhreynin uzunluğu 50, eni isə 16 km-dir. Nisbətən digər iri adaları 
Mühərrək, Sitra, Umm-Nəsən, Umm-əs-Sübhan və Ciddədir. 
Bəhreyn adası Mühərrək və Sitra adaları ilə torpaq bəndlər vasitəsilə 
birləşdirilmişdir. 1986-cı ilin noyabrında Bəhreyn adasını  Səudiyyə 
Ərəbistanı ilə birləşdirən körpü salınmışdır. Asiyada ən uzun (25 km) 
7 torpaq bənddən və onları birləşdirən 5 körpüdən ibarət olan həmin 
yolun su üzərində ümumi uzunluğu 12,5 km-dir. Ən böyük torpaq 
bəndin uzunluğu 2,3 km-dir. 
İki ərəb dövləti arasında dayaz körfəzin üstündən körpü salmaq 
fikri çox əvvəllərdən meydana çıxmışdır.  İlk dəfə bu məsələ dövlət 
rəhbərliyi səviyyəsində 1970-ci ilin ortalarında müzakirə edilmiş  və 
fikrin həyata keçirilməsində  Səudiyyə  Ərəbistanı  məliklərinin 
xidməti böyük olmuşdur. 1968-ci ildə  Məlik Feysəlin dövründə 
layihələrin öyrənilməsi barədə ilk işçi qrupu yaranmışdır. Feysəli 
                                      
*
  Ərəbcə  «Daulat  əl-Bəhreyn» iki dəniz mənasını bildirir. Sözün 
mənşəyi dəqiq məlum deyil. Lakin çox qədim zamanlarda Şərqi  Ərəbistan 
və  Bəhreynin  İran körfəzinin suları altında qaldığı  və  Bəhreynin sahildən 
geniş dəniz boğazı ilə ayrıldığı ehtimal olunur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə