Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə1/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   73


HƏBİBƏ SOLTANOVA, CABİR MƏMMƏDOV 
 
 
 
 
 
 
 
 
YAXIN VƏ ORTA ŞƏRQ 
ÖLKƏLƏRİNİN 
İQTİSADİ VƏ SOSİAL 
COĞRAFİYASI 
 
(
Dərslik

 
 
 
Azərbaycan Respublikası  Təhsil 
Nazirliyinin 29.03.2008-ci il 
tarixli 353 saylı  əmri ilə  dərslik 
kimi təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
«Bakı Universiteti»   
nəşriyyatı 
2008 
 
2
Rəycilər: 
BDU-nun iqtisadi coğrafiya kafedrasının professoru, 
c.e.d. İsmayılov Ç.N
AMEA-nın Coğrafiya İnstitutunun iqtisadi və sosial coğrafiya 
şöbəsinin müdiri, c.e.n. Paşayev N
 
 
 Soltanova  H.B.,  Məmmədov C.A.  «Yaxın və Orta Şərq 
ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı 
Universiteti» nəşriyyatı, 2008, 304 səh.  
  
Ana dilimizdə ilk dəfə çap olunan bu dərslikdə  tələbələri vətənimizə  həm 
coğrafi, həm də tarixi keçmiş baxımından çox yaxın olan ölkələr ilə yaxından tanış 
etmək məqsədi güdür. Üç hissədən ibarət olan kitabın birinci hissəsi Yaxın və Orta 
Şərq regionu barədə təbii, iqtisadi, tarixi məlumatlara həsr olunmuşdur. İkinci hissə 
Yaxın Şərq (16 dövlət), üçüncü hissə isə Orta Şərq dövlətlərinin (2 dövlət) icmalına 
həsr olunmuşdur. Kitabın sonunda əlavələr hissəsində region dövlətlərinin bəzi 
sosial, iqtisadi və siyasi göstəricilərini özündə əks etdirən cədvəllər verilmişdir. 
Uzun illər bu regionun tədrisi və tədqiqi ilə məşğul olan müəlliflər müəyyən 
dövrlərdə regionun bəzi ölkələrində  işləmiş, elmi məzuniyyətlərdə olmuş  və elmi 
məruzələrlə çıxış etmişlər. 
Kitabın bu qəbildən olan digər dərsliklərdən fərqi ondadır ki, coğrafiyada 
qəbul olunmuş  ənənəvi ardıcıllığa riayət olunmaqla regionun və onun ayrı-ayrı 
ölkələrinin iqtisadi coğrafi səciyyəsi ilə yanaşı siyasi coğrafi səciyyəsi də verilir. 
Başqa sözlə, oxucu dövlət barədə iqtisadi-coğrafi məlumat  əldə etməklə yanaşı, 
həmin dövlətin qısa tarixi, müasir idarəolunma sistemi, yürütdüyü xarici siyasət
iştirak etdiyi regional təşkilatlar və Azərbaycan Respublikası ilə münasibətlərindən 
də konkret məlumat əldə edə bilər. 
Dərslikdən coğrafiya, tarix, beynəlxalq münasibətlər, regionşünaslıq və 
diplomatiya sahəsində ixtisaslaşan bakalavr və magistr pilləsinin tələbələri istifadə 
edə bilər. Regionşünaslıqla maraqlanan geniş oxucu kütləsi üçün də bu kitab faydalı 
sayılır. 
 
 
2008
019
019
07
658
13
1805010000





)
(
M
S
 
 
 
 
©
 «Bakı Universiteti» nəşriyyatı, 2008 


 

Müəlliflərdən 
 
Yaşadığımız keşməkeşli dünyanın çox əlverişli geosiyasi və 
hərbi strateji mövqeyində yerləşən Yaxın və Orta Şərq regionu XX 
əsrin  əvvəllərindən, yəni böyük ehtiyatları olan neft yataqlarının 
kəşfindən sonra beynəlxalq aləmin siyasi və iqtisadi həyatında 
mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. 
Üç qitənin «yol ayrıcında» qərarlaşmış  qədim tarix və 
sivilizasiyaya malik olan bu region həmişə Qərb dövlətlərinin maraq 
dairəsində olmuş və indi də olmaqdadır. Kimi bu dövlətlərin əlverişli 
coğrafi və  hərbi strateji mövqeyinə görə, kimi sərvətlərinin 
bolluğuna, kimi dünyəvi dinlərin (buddizm istisna olmaqla) yarandığı 
məkan olmağına görə, kimi bu regiondan keçən beynəlxalq 
kommunikasiya sistemlərinə görə bu regiondan pay umur. 
Azərbaycan xalqını bu region ilə bağlayan cəhətlər də az deyil. 
Ümumi və oxşar tarixi keçmiş, mənəvi, dini və adət-ənənə yaxınlığı 
hələ  qədimdən azərbaycanlıları bu regionu tədqiq etməyə sövq 
etmişdir. Məşhur səyyah və mütəfəkkirlərimizin region ölkələrinə 
etdiyi səfərlər, gördüklərini və  eşitdiklərini qələmə almaları indi də 
öz əhəmiyyətini itirməmişdir. 
 Regionu tədqiq edən mütəxəssisələrin ümumi fikri belədir ki, o 
dünyanın çox təzadlı bir məkanıdır. Siyasətşünaslar onu hər an 
«partlamaq» təhlükəsi olan «barıt çəlləyi»nə bənzədirlər (bu günlərdə 
bu oxşarlıq özünü qabarıq  şəkildə büruzə verir). İqtisadçılar onu 
«dünyanın neft anbarlarına bənzədirlər», o da qeyd olunmalıdır ki, 
region ölkələri təbii sərvətlərin bolluğuna, sosial-iqtisadi və  mədəni 
infrastrukturuna, siyasi idarəetmə qurluşuna görə bir-birindən çox 
fərqlənir. Burada Bəhreyn, Qətər və Kipr kimi kiçik dövlətlərlə yanaşı 
Səudiyyə Ərəbistanı, Misir, İran və Türkiyə kimi böyük əraziyə malik 
dövlətlər də mövcuddur. Ölkələr dövlət quruluşuna görə bir-birindən 
kəskin fərqlənirlər. Mütləq və konstitusiyalı monarxiyalar, demokratik 
respublikalar ilə yanaşı,  İslam respublikaları, sultanlıq və  əmirliklər 
eyni məkandadırlar. 
 Neft  çıxaran dövlətlərlə yanaşı,  İsrail, Turkiyə  və Kiprdə 
adambaşına düşən milli gəlir inkişaf etmiş ölkələrdə adambaşına 
düşən milli gəlirə yaxınlaşsa da, Əfqanıstan, Yəmən onlarla mü-
qayisədə sox geridədir. Bundan başqa regiondaxili əlaqələr 
konstruktiv  əməkdaşlığa deyil, qarşılıqlı ittihamlara və barışmaz 
 
4
mövqelərə meyillidir. 
Azərbaycan Respublikasında Yaxın və Orta Şərq digər xarici 
regionlarla müqayisədə yaxşı  tədqiq olunmuşdur. Bu sahədə 
dilçilərin,  ədəbiyyatçıların və tarixçilərin rolu danılmazdır. Son 
illərdə region ölkələrinin coğrafi cəhətlərinin öyrənilməsinə də diqqət 
artırılmışdır. Amma indiyə  qədər coğrafi baxımdan regionun bütöv 
şəkildə kitabı  işıq üzü görməyib. Biz bu çətin işi öz üzərimizə 
götürməyi qərara aldıq. Buna səbəb olan amillər isə o idi ki, birimiz 
regionun bir ölkəsi ilə  əlaqədar namizədlik dissertasiyasını yerinə 
yetirmiş, digərimiz uzun illər regionun bir ölkəsində  dərs demişdik. 
Bundan  əlavə  hər ikimiz region ölkələrinin coğrafiyasına dair ilk 
tədris proqramlarının, dərsliklərin və  dərs vəsaitlərinin müəllifləri 
olmuşuq. 
Üç hissədən ibarət olan dərslik xarici ölkələrdə  və ölkəmizdə 
nəşr olunan ən yeni məlumatlar  əsasında yazılmışdır. Birinci hissədə 
region barədə ümumi coğrafi məlumat öz əksini tapmışdır. İkinci hissə 
Yaxın Şərq, üçüncü hissə isə Orta Şərq ölkələrəinə həsr olunmuşdur. 
Kitabın sonunda region dövlətləri barədə  bəzi sosial-iqtisadi 
göstəricilərini əks etdirən xüsusi cədvəllər verilmişdir. 
Müəlliflər Respublika Xarici İşlər Nazirliyinin müşavirləri 
tərəfindən tərtib olunmuş «Neydər  Əliyev və  Şərq» adlı altı cildlik 
kitabından (Bakı, 2003-2005), BMT-nin İnsan  İnkişafının Proqramı 
(PROON), insan potensialının inkişafına dair nəşr etdirdiyi xüsusi 
statistik məlumatlardan, ABŞ-da nəşr olunan «The World Almanac» 
məcmuəsindən,  Ə.Həsənovun «Müasir beynəlxalq münasibətlər və 
Azərbaycanın xarici siyasəti» (Bakı, 2005), eləcə  də müəlliflərin 
regionun ayrı-ayrı dövlətlərinə dair nəşr etdikləri dərslik, 
monoqrafiya və elmi məqalələrindən, internet saytları  və digər 
köməkçi mənbələrdən faydalanmışdır. 
Dövri nəşr olunan jurnallardan «Мировая Економика и Меж-
дународное Отношение», «Эхо планеты», «Азии и Африка сего-
дня», «Dirçəliş-XXI  əsr», regiona və ölkələrə dair verilən 
məlumatlardan istifadə edilmişdir. 
Dərsliyə dair qeyd və təkliflərinizi Bakı Dövlət Universitetinin 
«Xarici ölkələrin siyasi iqtisadi coğrafiyası  və turizm» kafedrasına 
göndərən həmkarlarımıza qabaqcadan təşəkkürümüzü bildiririk. 
  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə