Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə73/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   65   66   67   68   69   70   71   72   73

 
289 
sənaye, kənd təsərrüfatı, tikinti, rabitə, nəqliyyat, təhsil, səhiyyə, 
ticarət, təhlükəsizlik barədə birgə əməkdaşlıq haqda Memorandum və 
Sazişlər imzalanmışdır. Azərbaycan Respublikasının prezidenti 
İ.Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı (26 yanvar 
2005-ci il) hər iki hökumətin arasında əvəzsiz yardım, Araz çayının 
hidroenergetika potensialının istifadəsi, mülki aviasiya, dəmir yol 
nəqdiyyatı  və digər sahələrdə mühüm sazişlər və Anlaşma 
Memorandiumu imzalanmışdır. İran İslam Respublikasının prezidenti 
Mahmud Əhmədi Nicat Azərbaycanda səfərdə olduğu vaxtda (21-22 
avqust, 2007) hər iki ölkə  rəsmiləri arasında müxtəlif sahələrdə (o 
cümlədən energetika və  nəqliyyat) Sazişlər və Memorandiumlar 
imzalanmışdır. 
İran və Azərbaycan iqtisadi əlaqələrində ticarət dövriyyəsinin 
həcmi ildən-ilə artır. Azərbaycanın  İrandan idxal etdiyi məhsulların 
dəyəri  İrana ixrac etdiyi məhsulların dəyərindən çoxdur. İrandan 
Azərbaycana  əsasən tikinti materialları, yanacaq, yeyinti sənaye 
məhsulları, kənd təsərrüfatı məhsulları və s. gətirilir. Azərbaycandan 
isə  İrana metallurgiya, maşınqayırma avadanlığı, yüngül sənaye 
məhsulları ixrac olunur. Azərbaycan  İranla hava nəqliyyatı (Bakı-
Tehran), dəniz nəqliyyatı (Bakı-Noşəhr, Bakı-Ənzəli), dəmir yolu 
(Naxçıvan-Culfa-Təbriz-Tehran), avtomobil yolu ilə (Bakı-Astara-
İran) ticarət  əlaqələri saxlamaq imkanına malikdir. Tarixi İpək 
yolunun bərpası İran-Azərbaycan arasında iqtisadi əlaqələrin daha da 
təkmilləşməsinə xidmət edəcəkdir.  
 
 
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi 
 
İran əhalisi sürətlə artan ölkələrdən biridir. 50 il bundan əvvəl 
əhalinin təbii artımı 1,5 faiz təşkil edirdisə, hazırda bu göstərici 2 
faizi ötmüşdür. 1956-57-ci illərdə ilk siyahıya alınmaya görə ölkədə 
18,9 mln. əhali yaşayırdısa, 1996-cı ildə əhalinin sayı 60 mln., 2003-
cü ildə 66,4 mln.-a çatmışdır. Son 20 ildə  əhali 20 mln. nəfər 
artmışdır.  İranda təbii artımın yüksək olması erkən nigah, tibbi 
xidmətin yaxşılaşdırılması və digər səbəblərlə izah olunur. 
Ölkədə  ərazi üzrə  əhalinin sıxlığında kəskin fərqlər mövcud-
dur.  Əlverişli iqlim şəraiti və torpaq ehtiyatları,  ən başlıcası isə su 
mənbələrinin olması  əhalinin yerləşməsinə  təsir göstərir. Bu 
 
290
səbəbdən də ölkə əhalisinin 80 faizi şimal və şimal-qərb əyalətlərində 
cəmlənmişdir. Xəzərsahili ovalıq, Urmiya gölü ətrafı, dağətəyi 
bölgələr  əhalinin sıxlığına görə seçilir. Ərazisinin üçdə iki hissəsini 
əhatə edən səhra və yarımsəhralarda 1 kv. km-də orta sıxlıq 3-4 
nəfərdən artıq deyildir. 
İranda yaşayanların 60 faizi şəhərlərdə  məskunlaşıb.  Şəhər 
əhalisinin artmasına ilk növbədə ölkədaxili miqrasiyalar təsir gös-
tərmişdir. Sənayenin inkişafı, bununla bağlı  şəhərlərdə  iş tapmaq 
imkanının kəndə nisbətən çox olması,  şəhərlərin mədəni  şəraitinin 
yüksək olması  və s. kənd  əhalisini cəlb edən  əsas səbəblərdir.  İran 
dünya sivilizasiyasının qədim mərkəzlərindəndir, bu özünü əhalisinin 
etnik tərkibində  də  əks etdirir. İran  əhalisinin etnik cəhətdən 
formalaşmasında e.ə. II minilliyin ortalarında  İran yaylasında 
məskunlaşan ari tayfalarının böyük rolu olmuşdur.  İran tarixi və 
mədəniyyətinin inkişafına ari qrupuna aid midyan və fars tayfalarının 
daha çox təsiri olmuşdur. İran ərazisinin dəfələrlə müxtəlif xalqların 
basqınına məruz qalması da ölkə  əhalisinin çoxmillətli tərkibində 
izini qoymuşdur. 
Ölkədə 40-dan artıq xalq var. İranda azlıqda qalan xalqların və 
tayfaların sayı ya dəqiq verilmir, ya da onların  əksəriyyəti  İrandilli 
xalqlar kimi göstərilir. Çox vaxt islam dininə  mənsub olan bütün 
xalqları və tayfaları iranlı, digər dinlərə mənsub olanları (ermənilər, 
aysorlar, yəhudilər və s.) azlıqda qalan xalqlar adlandırırlar. 
İran statistikasına görə sayca ökənin ən böyük xalqı farslardır 
(48-50 faiz). Farslar əsasən Elburs dağlarından cənubda, ölkənin şərq 
və cənub rayonlarında daha sıx məskunlaşmışlar. Farsların yayıldığı 
ərazilər  şimal-qərbdə Urmiya gölündən başlayaraq cənub-şərqdə 
Oman körfəzinə  qədər geniş sahəni  əhatə edir. Cənubi Azərbaycan 
istisna olmaqla ölkənin bütün əyalətlərində farslar şəhər  əhalisinin 
çox hissəsini təşkil edirlər. İran dil qrupuna farslardan başqa kürdlər 
(7-9 faiz), gilanlılar, lurlar, bəluclar, tatlar, talışlar və başqa xalqlar 
daxildir. 
İranda sayca ikinci böyük xalq azərbaycanlılardır. İran statisti-
kasında həmişə azərbaycanlıların sayı az göstərilmişdir (24-26 
faiz).Türkdilli xalqlar arasında təbii artımın yüksək olması  nəzərə 
alınarsa, onların ümumi sayının 30 mln.-a, azərbaycanlıların isə 25 
mln.-a çatmasına  şübhə qalmır. Azərbaycanlılar  Şərqi və  Qərbi 
Azərbaycan, Zəncan,  Ərdəbil  əyalətlərində, həmçinin Tehran, 


 
291 
Qəzvin, Həmadan,  Ərak və digər  şəhərlərdə  məskunlaşmışlar. Fars 
və türkdilli xalqlardan başqa İranda ərəblər, ermənilər, assuriyalılar, 
brahuilər və başqa xalqların nümayəndələri yaşayır. 
İranın dövlət dili fars dilidir. Bəzi əlavələrlə fars əlifbası ərəb 
qrafikasına  əsaslanır. Farsların danışıq dilində  ərəb, türk, ingilis 
dillərindən götürülmüş sözlər çoxdur. Ölkədə hakim din islamdır. 
İran müsəlmanlarının (ölkə  əhalisinin 98,8 faizi) 90 faizindən çoxu 
şiədir. Məşhəd və Qum şəhərlərinin məscidləri dünya 
müsəlmanlarının  ən çox ziyarət etdikləri dini mərkəzlərdir. Ölkə 
əhalisinin 80 mini xristiandır. 
Təbii artımın yüksək olması ölkədə şəhərlərin böyüməsinə və 
urbanizasiyanın genişlənməsinə  səbəb olmuşdur. Tehran, Esfahan, 
Təbriz, Məşhəd,  Şiraz,  Əhvaz  İranın böyük şəhərlərindəndir. Bütün 
göstəricilərə görə, ölkənin  ən böyük şəhəri olan Tehranın adı fars 
dilində «təmiz», «gözəl» mənasını bildirir. Əhalisinin sayına görə (12 
mln. nəfər) o, nəinki  İranın, eləcə  də  İslam dövlətlərinin iri 
şəhərlərindən biridir. Tehran Elbursun ön dağlıq hissəsində 1100-
1300 metr yüksəklikdədir. Şəhərdən 80 km aralı Dəmavənd vulkanı 
ucalır. 
Tehran IX əsrdə  İranın qədim paytaxtı Rey şəhərinin yax-
ınlığında salınmışdır. Qacarlar sülaləsini hakimiyyətə  gətirmiş  Ağa 
Məhəmməd şah Tehranı 1796-cı ildə dövlətin paytaxtı elan edir. XX 
əsrin ikinci yarısından Tehran sürətlə böyüməyə başlayır. Ölkənin 
sənaye istehsalının 30 faizi Tehran müəssisələrinin payına düşür. Te-
hran həm də  İranın mühüm nəqliyyat qovşağı, siyasi, maliyyə  və 
mədəni mərkəzidir. 
 Təbriz Cənubi Azərbaycanın tarixi, siyasi, mədəni və iqtisadi 
mərkəzidir. Acıçayın vadisində 1300-1400 metr hündürlükdə 
yerləşmiş  şəhər 852, 1721,1780, 1884 və 1936-cı illərdə güclü 
zəlzələlərə məruz qalmışdır. Təbriz hələ eramızdan əvvəl şəhər-qala 
olmuşdur. Qazan xanın hakimiyyəti dövründə (1295-1304) Təbriz 
Yaxın və Orta Şərqin  ən böyük sənətkarlıq, ticarət və  mədəniyyət 
mərkəzlərindən biri olmuşdur.  Əhalisinin sayı 2 mln. nəfərdən artıq 
olan Təbriz  İranın mühüm sənaye və  nəqliyyat mərkəzidir. Təbriz 
qədim memarlıq abidələri ilə zəngindir. Təbriz bazarı Şərqin qədim, 
iri və gözəl bazarlarından biridir. Şəhərdə 200-dən artıq məscid 
vardır.  Şəhərin yaxınlığında məşhur memarlıq komplekslərinin 
qalıqları (Əlişah məscidi, Ərk qalası, Göy məscid və s.) mühafizə ol-
 
292
unur. XX əsr tikililərindən Bələdiyyə idarəsinin binası, Təbriz Uni-
versiteti kompleksi, Gülüstan bağı  və s. fərqlənir. Təbriz  şərq 
miniatür məktəbinin mərkəzi kimi də məşhurdur. 
 Esfahan  İranın iri sənaye və  mədəni mərkəzlərindən biridir. 
Qədim fars dilində «hərbi düşərgə» mənasını bildirən bu şəhər 
dağlararası dərədə Zayəndərud çayı sahilində yerləşir. Əhalisinin sayı 
2,6 mln. nəfərdir. Tehrandan sonra İranın ikinci iqtisadi mərkəzidir. 
Toxuculuq sənayesinin inkişafına görə Esfahanı  «İranın Mançestri» 
adlandırırlar. Esfahan İranın qədim  şəhərlərindən biridir. Hələ 
Sasanilər dövründə o, inzibati və iqtisadi mərkəz kimi seçilirdi. 
Şəhərin inkişaf dövrü Səfəvilərin hakimiyyəti illərinə  təsadüf edir. 
Şəhərdə onlarca möhtəşəm məscid, mədrəsə qorunub saxlanılır. 
 
4. İqtisadiyyatı 
 
İran iqtisadiyyatının inkişafında .ölkənin beynəlxalq əmək böl-
güsü sistemində müstəmləkə istismarı səciyyəvi amil olmuşdur və bu 
amilin təsiri ayrı-ayrı inkişaf dövrlərində müxtəlif olmuşdur. Ölkənin 
müstəmləkələşdirilməsi onun milli iqtisadiyyatında kapitalist 
bünövrəsinin formalaşmasına səbəb olmuş, dünya ticarət əlaqələrinə 
cəlb olunmasına imkan yaratmışdır. 
İqtisadi cəhətdən  İran inkişaf etməkdə olan ölkələr qrupunda 
orta mövqe tutan dövlətlərdən biridir. XX əsrin 60-cı illəri  İranın 
iqtisadi inkişafında mühüm dövr sayılır, çünki həmin illərdən ölkədə 
neft çıxarmanın sürəti artmağa başlamışdı. Bu vəziyyət eyni zamanda 
İranın inkişaf etmiş ölkələrdən və dünya bazarından asılılığını da ar-
tırırdı. 1979-cu il inqilabından sonra İran rəhbərliyi başqa ölkələrdən 
iqtisadi asılılığa son qoyan tədbirlər həyata keçirməyə başladı. Lakin 
1980-1988-ci illərdə İraq – İran müharibəsi ölkənin iqtisadi inkişafını 
iflic vəziyyətinə saldı. Ölkə iqtisadiyyatına 700 mlrd. ABŞ dolları 
həcmində ziyan dəydi. Müharibə  nəticəsində emaledici sənaye 
sahələrinin istehsal avadanlığının 60 faizi sıradan çıxmış  və ölkə 
büdcəsinin 40 faizi hərbi xərclərə sərf olunmuşdu. 
Sənayenin aparıcı sahələri. Sənayenin inkişafı üçün müxtəlif 
amillərin (müxtəlif faydalı qazıntılar, bol əmək ehtiyatı  və s. ) ol-
masına baxmayaraq, bu sahənin ixtisaslaşması məhdud çərçivədədir. 
İqtisadiyyatının aparıcı sahəsi neft və qazçıxarma və bunların 
emalıdır. Neft-qaz sektoru ölkənin ümummilli məhsulun 20, valyuta 


 
293 
gəlirinin 85 faizini yaradır. 1973-cü ilə qədər ölkədə neftin 90 faizini 
Beynəlxalq Neft Konsorsiumu (BNK) çıxarırdı. 1973-cü ildə BNK 
ilə  İran Milli Neft Şirkəti (İMNŞ) arasında müqavilə bağlanır. 
Müqaviləyə əsasən neftin çıxarılması, emalı və satışı İMNŞ-nin ixti-
yarına verilir. Lakin BNŞ 1978-ci ilin sonunadək neft satışının 80 
faizinə  nəzarət etmiş,  İran neftinin alıcıları arasında vasitəçi rolunu 
oynamışdır. 30 ilə yaxındır ki, İranda neft sərvətinin yeganə sahibi 
dövlətə məxsus İran Milli Neft Şirkətidir. 
XX  əsrin sonlarına yaxın  İranda neft-qaz çıxarılması  işində 
Rusiyanın «Qazprom», Fransanın «Total» və «Elf Agiten», Malayzi-
yanın «Petronas» və  İtaliyanın «Eni» şirkətləri fəal iştirak etməyə 
başlamışlar. 
İranda 180 mln. ton neft (2007-ci il) çıxarılsa da , neft emalı 
müəssisələrinin istehsal gücü zəif olduğundan neft məhsullarına olan 
tələbat ödənilmir və İran hər il 7,0-8,0 mln. ton neft məhsulları idxal 
edir. Ölkədə böyük həcmdə  təbii qaz da çıxarılır. Mühüm təbii qaz 
yataqları ölkənin cənub-qərbindədir. Təbii qaz yataqlarının ümumi 
ehtiyatı 14 trillion kub metrdir. Hər il orta hesabla 58-60 mlrd. m
3
 
qaz çıxarılır.  İstehsal olunan təbii qazın bir hissəsindən sənaye 
müəssisələri və məişətdə istifadə olunur, digər hissəsi isə ixrac edilir. 
Neft emalı müəssisələri Abadan, qaz emalı müəssisələri isə Bəndər-
Xomeyni şəhərlərindədir. 
İran hökuməti neftdən gələn gəlir hesabına emal sənaye 
sahələrini inkişaf etdirmişdir. Bu sahədə baş verən dəyişikliklər üç 
istiqamətdə olmuşdur: 

 
İdxal olunan hazır sənaye məhsullarının azaldılması; 

 
Yerli istehlak, həm də ixracat əhəmiyyətli mühüm sahələrin 
(maşınqayırma, metallurgiya, neft-kimya, atom energetikası  və s.) 
yaradılması; 
Yüngül və yeyinti sənayesinin texniki cəhətdən 
təkmilləşdirilməsi. 
İranın  ən böyük qara metallurgiya müəssisəsi Esfahan şəhəri 
yaxınlığındadır. Bu müəssisənin tikilməsində sabiq Sovet İttifaqının 
böyük rolu olmuşdur. Bundan başqa  Əhvaz, Buşəhr, Məşhəd 
şəhərlərində  də qara metallurgiya, Tehranda və  Ərakda  əlvan 
metallurgiya müəssisələri vardır. Maşınqayırma sənaye müəssisələri 
Təbriz,  Ərak, Tehran, Qəzvin, Rəşt  şəhərlərindədir və bu müəs-
 
294
sisələrdə avtomobil, elektrotexnika və radiotexnika avadanlıqları 
istehsal edilir. 
Kimya və neft-kimya iqtisadiyyatın aparıcı sahələri olmaqla, 
xüsusilə  əhəmiyyətlidir. Bu sahənin xammalı ölkədə mövcuddur. 
1969-cu ildə Abadan şəhəri və  Hərq adasında neft emal edən iri 
müəssisələr fəaliyyətə başlayır. 
İran iqtisadiyyatının sürətli inkişafına mane olan səbəblərdən 
biri elektrik enerjisi istehsalının kifayət qədər olmamasıdır. Ölkədə 
istehsal olunan elektrik enerjisinin (50 mlrd. kvt.s. 2005) üçdə iki 
hissəsi istilik elektrik stansiyalarının payına düşür. İran hökuməti bu 
problemi aradan qaldırmaq məqsədilə nüvə enerjisindən daha geniş 
miqyasda istifadə etmək iqtidarındadır. Rusiyalı mütəxəssislərin 
köməyilə Buşəhr (Buşir)  şəhərindəki atom elektrik stansiyasının 
istehsal gücü artırılmışdır.  İranda nüvə proqramının reallaşdırılması 
tədbirləri Qərb dövlətlərinin, ilk növbədə ABŞ-ın hakim dairələrini 
İrana qarşı hədələyici bəyanatlarla çıxış etməyə vadar etmişdir. İran 
rəsmiləri isə nüvədən dinc məqsədlər üçün istifadə ediləcəyini etiraf 
edirlər. 
 İranda yerli xammala əsaslanan tikinti materialları sənayesi də 
inkişaf etdirilir. Ölkənin  əksər  şəhərlərində  kərpic, sement, şüşə  və 
şüşə məmulatları, mərmər, əhəng daşı və s. istehsal edən müəssisələr 
var. Bu sahənin bəzi məhsulları qonşu ölkələrə də ixrac olunur. 
İranda  ənənəvi milli sənətkarlıq öz əhəmiyyətini saxlamışdır. 
Ölkədə xalçaçılığın tarixi çox qədimdir. Təbriz, Məşhəd, Esfahan 
xalçaları  zərifliyi, bədiiliyi, rənglərinin sabitliyi ilə dünya şöhrəti 
qazanmışdır.  Ən qədim Təbriz xalçaları B. Britaniya, ABŞ, Fransa 
muzeylərində  və  şəxsi kolleksiyalarda saxlanılır.  İranda süni lifdən 
maşınla toxunan xalçalar da bir sıra xarici ölkələrin, o cümlədən 
Azərbaycanın istehlak bazarlarını «bəzəyir». Ölkədə  sənətkarlar 
tərəfindən qızıl, gümüş və mis məmulatlarına mina ilə bəzək vurmaq, 
həmçinin milli tikmələr işi yaxşı inkişaf etdirilir. 
İranda kənd təsərrüfatı xammalı əsasında yeyinti sənayesi ink-
işaf etmişdir. Yeyinti sənayesinin tərkibi mürəkkəb və çox sahəlidir. 
Bu sahənin çox məhsulları həm də ixrac olunur. 
Kənd təsərrüfatının aparıcı sahələri. XX əsrin 60-cı 
illərinədək  İran aqrar ölkə kimi tanılırdı. Lakin bu sahədə inkişaf 
həmişə  ləng getmişdir. Səbəbi isə  məhsuldar torpaq və su qıtlığı, 
aqrar quruluşun vəziyyəti və s. olmuşdur.  İslam inqilabının 


 
295 
qələbəsindən sonra aqrar sektorda islahatlara baxmayaraq bu sahədə 
köklü və mütərəqqi dəyişikliklər baş vermədi. Ölkədə  ərazinin 
təqribən 10 faizi (17 mln. ha) əkinçilik məqsədləri üçün istifadə ol-
unur. Bunun cəmi 4,2 mln. hektarı suvarılır. 
Qədim  İran mədəniyyətinin inkişafı  həmişə suvarma ilə 
əlaqədar olmuşdur. Ölkənin irriqasiya sistemi digər Şərq ölkələri ilə 
müqayisədə iki xüsusiyyətinə: birincisi, suvarmanın müxtəlif 
növlərindən istifadə olunması, ikincisi, suvarmada yeraltı suların 
(xüsusilə kəhriz suları) üstünlüyünə görə fərqlənir. 
Bitkiçilik kənd təsərrüfatının aparıcı sahəsidir. Ölkədə  dənli 
bitkilər istehsalı xüsusi əhəmiyyət kəsb edir. Becərilən torpaqların 
üçdə iki hissəsi dənli bitkilərin payına düşür. Buğda və çəltik əkinləri 
geniş sahəni  əhatə edir. Çəltik  əkinləri  əsasən Xəzərsahili Gilan, 
Qorqan, Mazəndəran  əyalətlərindədir. Ölkədə  çəltiyin müxtəlif 
növləri (sədri, çampa, əkuli və s.) becərilir və bunların məhsuldarlığı 
da müxtəlifdir. 
Texniki bitkilərdən pambıq,  şəkər çuğunduru, tütün, çay və s. 
becərilir. Ölkədə paxlalı  və yağlı bitkilər,  ədviyyat da becərilir. 
Bağçılıq inkişaf etdirilir. Heyvandarlıq xırdabuynuzlu maldarlıq 
istiqamətindədir və yarımköçəri təsərrüfatlar üstünlük təşkil edir. 
İribuynuzlu malqara oturaq təsərrüfatlarda bəslənilir. 
Nəqliyyatı  və xarici ticarəti. Nəqliyyat  əlaqələri cəhətdən  İran 
əlverişli coğrafi mövqeyə malikdir. Uzaq Şərqlə Aralıq dənizi ölkələri 
arasında olan mühüm ticarət yolları İran ərazisindən keçirdi. Əhəmənilər 
hakimiyyəti dövründə  «Şah yolu», «Babilistan-Əfqanıstan yolu», 
eramızın IV-VI əsrlərində məşhur «İpək yolu», ərəblərin İrana gəlməsilə 
«Xorasan yolu» və digər istiqamətlərdə  çəkilmiş yollar İranın dünya 
bazarına fəal cəlb olunmasına imkan yaratdı. 
XX  əsrin  əvvəllərində  İranda yol tikintisi işlərində  əvvəlcə 
B.Britaniya, sonra isə Rusiyanın böyük marağı  və rolu olmuşdur. XX 
əsrin ortalarında sabiq SSRİ, ABŞ, B.Britaniya, İtaliya, Belçika ölkənin 
müxtəlif bölgələrində yol tikinti işlərində iştirak etmişlər. 
Çay nəqliyyatı istisna olmaqla İranda nəqliyyatın digər sahələri 
inkişaf etmişdir. Ölkənin yük və  sərnişin daşımalarında avtomobil 
nəqliyyatının rolu böyükdür. Avtomobil yollarının ümumi uzunluğu 60 
min km-dir. Tehran-Məşhəd, Tehran-Qəzvin-Təbriz-Culfa (İran), 
Tehran-Rəşt, Tehran-Qorqan ölkənin  ən mühüm və böyük 
magistrallarıdır.  İran dəmir yollarının ümumi uzunluğu 6 min km-ə 
 
296
yaxındır. Bunun təqribən 300 km-i elektrikləşdirilmişdir.  İranı 
Pakistan, Azərbaycan ilə  əlaqələndirən dəmir yol xətti mövcuddur. 
Ölkənin  ən uzun dəmir yol magistralı  şimalda Xəzər dənizi sahili 
bölgəni cənubda İran körfəzi ilə birləşdirən yoldur. 
Xarici ticarət. Son illərdə İranda ümumdaxili məhsulun həcmi 
artmağa başlamışdır. Dünya üzrə ümumdaxili məhsulun bir faizi 
İranın payına düşür.  İran iqtisadiyyatında özəl sektorun payı da 
yüksəlmişdir. Ölkə iqtisadiyyatında xarici kapital və investisiyaların 
əhəmiyyəti də böyükdür. 
İranda neft, bəzi sənaye və kənd təsərrüfatı məhsulları, istehlak 
malları ixrac olunur. İdxalatın dəyərcə 50 faizini maşın, avadanlıq və 
sənaye sahələri üçün xammal, 30 faizini ərzaq məhsulları təşkil edir. 
AFR, Yaponiya, İtaliya, Fransa, B.Britaniya, Ermənistan, Türkiyə, 
Azərbaycan və digər ölkələrlə ticarət  əlaqələri saxlayır. Pul vahidi 
rialdır. 

Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə